Rus dilində
6.
Бибика Н. Не люблю быть проверяющим//Библиотекарь.-
1991.-№II.-С.22-23.
7.
Библиотечное дело: терминолог . словар М.,1986.-С.87
8.
Будецкая О.Управленец? Методист? Консультант!//
Библиотекарь.-1990.-№5.-С.41-42.
9.
Высоцкая Е.К,Семенова Г.А.Методической службе разви-
ваться // Сов.библиотековедение.-1991.-№1С.-46.
10.
Тюлина Н.И. О развитии интеграционных пропессо в
библиотечном деле // Сов.библиотековедение.-1986. № 4.-С.3-14
11.
Фенелонов Е.А. Актуальные вопросы совершенствования
теории практики организация методической работы в биб-
лиотечном деле.-М.,1984.-23 с.
Х. И.ИСМАИЛОВ
НОВЫЕ НАПРАВЛЕНИЯ МЕТОДИЧЕСКОГО
ОБЕСПЕЧЕНИЙ БИБЛИОТЕЧНОГО ДЕЛА
РЕЗЮМЕ
В статье рассматриваются новые направления методического
обеспечения библиотек в соответствии Государственной програм-
мой развитии библиотек Азербайджана. Здесь также особое внима-
ние удаляется работе методических центров в этом направлении.
Kh.İ.İSMAİLOV
THE NEW DRECTION S of METHODICAL PROVISION of
LIBRARY
SUMMARY
Given article describes new directions of methodical provision of
libraries in accordance with State Program of Azerbaijan Republic on
Library Development. Special attention was paied also to the activity of
methodical centers on the direction.
Sevda XƏLƏFOVA
Kitabxana resursları və informasiya axtarış sistemləri
kafedrasının baş müəllimi
tarix üzrə fəlsəfə doktoru
KİTABXANA FONDUNUN FORMALAŞMASI:
İDEYASI, ANLAYIŞI VƏ İNKİŞAFI
Kitabxana fondunun formalaşması- fondşünaslığın son illər yeni
elmi təhlil tələb edən əsas problemlərindən biridir. Bu mövzu həm nəzə-
riyyəçilərin, həm də praktiklərin diqqətini özünə cəlb etmişdir. Çünki bu
sahədə təxirə salınmadan baxılmasını tələb edən bir sıra suallar yaran-
mışdır. Fondun formalaşmasının tədqiqat problemlərinin işıqlandırıldığı
və analiz olunduğu icmal xarakterli ümumiləşdirici işlərin az olması ki-
tabxana işçilərinin informasiya alma səviyyəsini əhəmiyyətli dərəcədə
azaldır (7).
1920-40-cı illərdə A.A. Pakrovski, L.B.Xavkina, V.N.Denisyev,
A.N. Barabaşov və s. alimlər tərəfindən fondşünaslıq fikrinin yaranma-
sı, tarixi və inkişaf mərhələləri
təhlil edilmiş, ümumiləşdirilmiş və əsər-
lərində öz əksini tapmışdır. 1950-70-ci illərdə kitabxana fondunun for-
malaşması və inkişafı sahəsində Y.V.Qriqoryev, T.D.Aydenberq,
K.L.Varonko, N.S.Kartaşov və başqaları əvvəlki fondşünas alimlərdən
müəyyən qədər irəli getmiş, onların fikirlərinə əlavələr etmişlər. 1980-
90-cı illərdə isə uzun müddət kitabxana fondunun formalaşmasının nə-
zəri problemləri ilə məşğul olan müəlliflərdən professor Y.N.Stolyarov,
V.İ.Tereşin, A.V.Markina, V.V.Şilov, T.A. Jdanov, İ.S.Pilko,
respubli-
kamızda isə professor A.A.Xələfov, M.M.Həsənov, A.Əliyev və başqa-
ları bu işin təkmilləşdirilməsi sahəsində xeyli işlər görmüşlər.
Kitabxana fondu haqqında təlimin işlənməsində əsas rol Y.V.Qri-
qoryevə (1899-1973) məxsusdur.
“
Kitabxana fondunun formalaşması”
anlayışı 1960-cı illərin sonunda Y.V.Qriqoryev tərəfindən sənədləri
sistemləşdirilmiş toplu, daha dəqiqi, kitabxana fondu şəklinə salan
bütün texnoloji prosesləri özündə əks etdirən
ifadə kimi düşünülərək
elmi dövriyyəyə buraxılmışdır. Bu, kitabxana fonduna sistem şəklində
yanaşmanın ortaya çıxmasında, eləcə də kitabxana fondunun forma-
laşması nəzəriyyəsinin inkişafında böyük rol oynadı. Kitabxana fond-
şünaslığının görkəmli banisi sayılan Y.V.Qriqoryev 50 ilə yaxın müd-
dətdə kitabxanaşünaslıq problemlərinin işlənməsi ilə məşğul olmuş,
kitabxana fondunun formalaşmasının müxtəlif
nəzəri və təcrübi məsə-
lələrinə dair 30-dan artıq iş çap etdirmişdir. Dağınıq tədris qaydalarının
“Kitabxana fondları” mükəmməl ali məktəb kursunda birləşdirilməsində
də onun mühüm xidmətləri olmuşdur (10).
“Kitabxana fondlarının təşkili” anlayışının geniş şəkildə təşəkkül
tapması 1950-ci illərin əvvəlinə təsadüf edir. Həmin vaxtlar Y.V.Qri-
qoryevin indinin özündə də məşhur olan eyni adlı kitabı çapdan çıxmış-
dı. 1955-ci ildə geniş “kitabxana fondları” anlayışı meydana çıxdı. Bu
termin “kitabxana fondunun təşkili” anlayışını “komplektləşdirmə” və
“məzmun” anlayışları ilə birgə ehtiva edirdi.
Bu sahədə keyfiyyətli sıçrayış 1973-cü ildə baş verdi- Y.V.Qri-
qoryev bütün bu prosesləri “formalaşma” anlayışı altında birləşdirdi. Və
onun “Kitabxana fondunun formalaşmasının nəzəri əsaslsrı” kitabı
fondşünaslığın inkişafında əhəmiyyətli təkan oldu, Y.V.Qriqoryev ilk
dəfə olaraq sistemli yanaşmanın tətbiqinin mümkünlüyünü bəyan etdi,
kitabxana fondunun yaradılması və qorunması üzrə bütün
proses və
əməliyyatları birgə götürməklə bu yanaşmanı təcrübədə reallaşdırdı.
Y.V.Qriqoryevin əsas nəzəri nailiyyəti fondun komplektləşdiril-
məsi və təşkilinin (onun təbirincə desək, uçot, işlənmə, yerləşdirmə,
qorunma), habelə idarə olunmasının ümumi prinsiplərə əsaslanan və
vahid tələblərə tabe olan vahid sikl olmasını sübut etməsindən ibarətdir.
Bu traktovka sayəsində kitabxana fondu haqqında
təlim bütövlük,
mükəmməllik qazandı və qəti olaraq kitabxanaşünaslığın müstəqil böl-
məsinə çevrildi. Y.V.Qriqoryev kitabxana fondunun mahiyyətini müəy-
yənləşdirdi, bu anlayışın geniş və dar planda miqyasını, kitabxana fon-
dunun fərqləndirici cəhət və xüsusiyyətlərini, onun formalaşmasının
ümumi prinsiplərini (o vaxta qədər yalnız komplektləşdirmə prosesinin
prinsipləri işlənmişdi) səciyyələndirdi. Müasir dövrdə onlardan daha
əhəmiyyətlisi ilk dəfə olaraq əsaslandırılmış fondun
tərkib və həcminin
kitabxananın vəzifələrinə və onun oxucularının tələblərinə uyğunluğu
prinsipidir. Müəllif bəzən uyğunluq prinsipinə qanun kimi baxırdı.
Kitabxana fondunun formalaşması nəzəriyyəsində daha bir ideya
fondların vahid formalaşma prosesinin bir-biri ilə bağlı olan və dialektik
birlikdə çıxış edən üç mərhələyə (komplektləşdirmə; kitabxananın
komplektləşdirmə üzrə işinin təşkili və idarə olunması; fondların
cəmiyyətin yeni tələblərinə daim uyğunluğunun təmin edilməsi əsasında
təşkili) ayrılması haqda Y.V.Qriqoryevin təklifi oldu (6). aha dəqiq
desək, fondun komplektləşdirilməsi, fondun
təşkili və fondun idarə