proqram təminatına daxil edib, formalaşdırıb və çıxış edə bilərlər. Bu
proqram təminatı 2300-dən artıq məqalə nəşr etmək standartları və
müxtəlif formatları beynəlxalq istinad yazma tərəfindən qəbul
olunmuşdur (17).
10.
IEEE (Institute of Electrical and Electronics Engineers):
İnformasiya texnologiya, elektronika, kompüter, fizika, tətbiqi fizika və
işıq mühəndisliyi və s. mövzularında ən böyük verilənlər bazasıdır.
1988-ci ildən jurnallar, standartlar, konfransların informasiyalarını əks
etdirir. XXI əsrə qədər 38 cəmiyyətə və üzvlərinə 130 jurnal, 300-dən
artıq illik konfrans və 900 aktiv standart ilə xidmət edir (18).
11.
ACM (Association for computing Machinery): Hesablayıcı
maşınların assosiasiyası 1947-cı ildən işə başlamışdır. Hazırda ACM
assosiasiyasının 92000 üzv və kompüter-riyaziyyat, kompüter-biologiya,
kompüter-dilçilik, kompüter-ticarət və iqtisadiyyat, kompüter şəbəkələri,
kompüter proqram təminatı, İnternet və s. mövzularda 37 jurnal nəşr
edir. ACM bir elmi təşkilatdır və (İT) İnformasiya Texnologiyalarının
ixtisasındadır. Hazırda bu assosiasiya elektron kitabxanasının fəaliyyətini
genişləndirib və ACM e-jurnalları, 6 illik onlayn konfrans hesabatının
arxivi və 1985-ci ildən verilənlər bazalarının biblioqrafik informasi-
yalarından istifadə etməyi mümkün edir. Bu elektron kitabxananın
imkanlarından istifadə etmək pulsuzdur (19).
12.
ACS (American Chemical Society): Amerika Kimya
Cəmiyyəti 1875-ci ildən kimyəvi elmlərin inkişafı məqsədilə fəaliyyətə
başladı. Hazırda o dünyanın ən böyük elmi cəmiyyətidir ki, onun
158.000-dən artıq üzvü var. Hazırda ACS 35 jurnal vasitəsilə geniş
xidmət edir və mühəndislər və elmi- tədqiqat işçilərini informasiya ilə
təmin edir. Bu informasiyalardan kimyəvi cəmiyyətlər və kimyəvi
ekspertlərin istifadəsinə imkan yarardır (20).
13.
AIP (American Institute of physics): 1931-ci ildən Amerika
Fizika İnstitutu fəaliyyətə başladı. AIP-in məqsədi fizika elminin isti-
fadəsini genişləndirmək və inkişafıdır. Bu institut və ona bağlı cəmiy-
yətlər dünyanın dörddə bir elmi-tədqiqat mətnlərini nəşr edir. 125.000
alim, mühəndis və tələbə ondan istifadə edir (21).
14.
APS (American physics Society): Amerika Fizika Cəmiyyəti
1899-cu ildən fizika elmlərinin inkişafı məqsədilə fəaliyyətə başladı.
APS fizika elmi üzrə dünyanın ən məşhür jurnallarını nəşr edir.(22)
15.
ASME (American Society of Mechanical Engineers): Ame-
rika Mexanika Mühəndisləri Cəmiyyəti 1880-cı ildə öz fəaliyyətinə baş-
ladı və hazırda dünyanın ən qabaqcıl və tanınmış Mühəndislik cəmiy-
yətlərindən biridir. ASME 100 ildən artıq təcrübəsi var və 127.000-dən
artıq dünyanın mexanika mühəndisləri olan üzvləri ilə öz fəaliyyətini
davam etdirir. ASME hər il 30 konfrans təşkil edir və mexanika
mühəndislik ixtisasında texnika üzrə ən böyük naşirlərdən biridir. 1980-
ci ildən jurnalları, 1999-ci ildə e-kitabları, 2002-ci ildən konfransların in-
formasiyasını əks etdirir.(23)
16.
ASCE ( American Society of Civil Engineers): Amerika
İnşaatçılar Cəmiyyəti 1852-ci ildə fəaliyyətə başladı və hazırda 123.000
üzvü var. ASCE onlayn tədqiqat kitabxanası 1995-ci ildən 630.000-dən
artıq səhifədən ibarət 73.000 jurnalın 185.000-dən artıq tam mətnli
məqalələrini əks etdirir. Hər il 4000 yeni səhifə ona əlavə olur. (24)
İranda çap olmuş jurnallardan istifadə etmək üçün Təbriz Uni-
versiteti “Magiran” verilənlər bazasından istifadə edir. Magiran 1990-cı
ildən fəaliyyətə başlamış və hazırda 1300 jurnalın tam mətnli məqalələ-
rindən istifadə etməyə imkan verir. O, jurnallar haqqında informasiyaları,
cildin dizaynını, mündəricatını göstərir. Həmçinin əlifba, mövzu siyahısı
vasitəsilə məqalələri axtarış etmək olar. Təbriz Universiteti bu verilənlər
bazasının abonenti olmuş və beləliklə, oxucular İranda çap olmuş istəni-
lən jurnal və məqalələri e-jurnal formasında axtarış və pulsuz əldə edə
bilərlər .(www. magiran.com)
Yuxarıda qeyd etdiyimiz kimi Təbriz Universitetinin Mərkəzi
Kitabxanasının yeni binası 2008-ci ildə dövlət həftəsində işə başladı. Bu
kitabxananın 14000 kv.metr ərazisi var və 3 mərtəbəlidir. Oxu zalında
900 nəfər yerləşə bilər. Oxu zalı birinci mərtəbədədir. Kitabxananın
oxucuları Təbriz Universitetinin tələbə, müəllim və köməkçi işçi heyəti-
dir. Həmçinin birinci mərtəbədə dissertasiya şöbəsi yerləşir. Bu şöbədə
10.000-dən artıq magistratura və doktorantura pillələrində yazılmış dis-
sertasiyalar saxlanılır. Dissertasiyaları yalnız bu şöbənin zalında mütaliə
etmək olar və onun surətini çıxarmaq qadağandır. Həmçinin bu mərtə-
bədə muzey üçün də yer ayrılmışdır.
Birinci mərtəbədə kitabxananın elektron kataloqlarından istifadə
etmək məqsədilə 20 kompüter oxucuların xidmətinə verilmişdir. Oxucu-
lar elektron kataloqdan istifadə etməklə, istənilən kitabın şifrəsini yazıb
və abonement şöbəsinə müraciət edə bilirlər.
2-ci mərtəbədə abonement şöbəsi, kataloqlaşdırma şöbəsi, sifariş
şöbəsi, informatika şöbəsi və İnternet şöbəsi yerləşir. Həmçinin bu mər-
təbədə elektron kitabxana, indeksləşdırmə otaqları var.
Abonement şöbəsində Fars və Latın kitabxanaları ayrıca iki salonda
yerləşir və kitablar rəflərdə Amerika Konqres kitabxanasının təsnifatı
əsasında düzülmüşdür. Bu şöbə açıq rəf üsulu ilə idarə olunur və tələ-
bələr özləri rəflərə yaxınlaşıb istənilən kitabı şifrə üzrə tapırlar və əgər
lazım olsa kitabxanaçının köməyindən də istifadə edə bilirlər. Bu şöbədə
37.391 nüsxə Fars kitabı və və 46.330 nüsxə Latın kitabı var ki, hər gün
onların sayı artırılır. Həmçinin bu şöbədə oxucular haqqında informasi-
yalar proqram təminatına daxil olur, oxucu bileti çap olunur və
oxucuların ştrix kodu biletin arxasına yazılır.
Kataloqlaşdırma şöbəsinin iki bölməsi var: Fars və Latın kitab-
larının kataloqlaşdırması. Bu şöbədə kitablar proqram təminatı vasitəsilə
kataloqlaşdırılır. Beləliklə, kitab haqqında biblioqrafik informasiya
proqram təminata daxil olur və elektron kataloqda yerləşdirilir. Həmçinin
burada kitabın ştrix kodu çap edilir və kitabın arxasına yerləşdirilir.
Sifariş şöbəsi iki yerə bölünür: Fars və Latın kitabları, jurnallar,
qəzetlər və s. bölməsi. Məsələn, Fars bölməsi yalnız sifariş olunmüş Fars
kitablar, jurnallar və qəzetlərlə təmin edir. Bu şöbə kitablar, jurnallar və
qəzetlərin siyahısını fakültələrə göndərir və seçilən sənədləri naşirlərdən
və ya kitab sərgilərindən alır.
İnformatika şöbəsi Mərkəzi kitabxana və fakültə kitabxanalarının
proqram təminatına nəzarət edir və yaranmış problemləri aradan qaldırır.
Həmçinin oxuculara verilənlər bazalarından necə istifadə etməyi öyrədir.
İnternet şöbəsində 20 kompüter var. Bu şöbədə oxucular İnternet
vasitəsilə e-kitab, e-jurnal və müxtəlif verilənlər bazalarından istifadə
edirlər.
İndeksləşdirmə şöbəsində 1994-cü ildən jurnalların indeksləri CD
formada təmin olunur və oxuculara təqdim olunur. 1988-ci ildən
jurnalların indeksləri kompüterdə mövcuddur.
Mərkəzi kitabxananın 3-cü mərtəbəsində məlumat fondu, nəşriyyat,
jurnal fondu, əlyazma və nadir kitabların fondu, doktor Notqının hədiyyə
etdiyi kitabların fondu, Əlqədir layihəsi və ictimai əlaqələr otağı, kitab-
xana rəhbərinin (rəis), köməkçisinin, makinaçının otağı və uçot şöbəsi
yerləşir.
Məlumat fondunda ensiklopediyalar, lüğətlər, salnamələr, məlumat
kitabları, statistikaya aid kitablar, biblioqrafik göstəricilər və s. Toplan-
mışdır. Kitabxananın məlumat-biblioqrafiya şöbəsi elmin bütün sahələri
üzrə yazılı və şifahi arayışlar verir, oxucuların çoxcəhətli sorğularini ödə-
Dostları ilə paylaş: |