Əvvəlki kitabxanada yer məhdudiyyəti yeni kitabların alınması və
başqa planların yerinə yetirilməsinə imkan vermirdi. Buna görə də 1990-
cı ildə Mərkəzi kitabxananın yeni binasının tikintisi başlandı və 2008-ci
ildə başa çatdı. İlbəil Mərkəzi kitabxananın maddi-texniki bazası xeyli
yaxşılaşır. Yeni binada kitabsaxlayıcı üçün ayrılan yerin genişlənməsi
yeni kitabların alınmasına şərait yaratmışdır (7,8).
Kitabxana fondu əvvəllər bilavasitə Onluq Təsnifat əsasında for-
malaşmışdır. Bu kitabxanada və həmçinin fakültə kitabxanalarında
Amerika Konqres kitabxanası (LC) təsnifatından istifadə edilir. Həm-
çinin fondun məzmununu açmaq üçün kitabxana kataloqlarının tərtib
edilməsinə də xüsusi diqqət yetirildi. Mərkəzi kitabxana universitetin
elmi-tədqiqat və texnologiya şöbəsinin nəzarəti altında xidmət edir.
Təbriz Universitetinin Mərkəzi kitabxanası əvvəllərdə öz məlumat
bazalarını Təbriz Universitetinin veb saytında əks etdirirdi. 2009-ci ildən
Mərkəzi kitabxana İnternetdə öz fəaliyyətini əks etdirən xüsusi veb
saytını yaratmışdır. Həmin veb sayt vasitəsilə geniş elmi ictimaiyyət və
kitabxana ictimaiyyəti kitabxananın fəaliyyəti ilə ətraflı tanış ola bilərlər
.
2010-cu ildən Təbriz universitetinin rəqəmli kitabxanası işə başladı
və Təbriz universitetinin portalı 10 fakültə portalı ilə birliklə təsis olun-
du. Beləliklə, “Pars Azərəxş” proqram təminatının Veb versiyası vasitə-
silə Mərkəzi kitabxananın fondunda və bütün fakültə kitabxanalarının
fondunda axtarış aparmaq mümkündür. Həmçinin bu versiya vasitəsilə
kitabxanaçılar bütün sənədlərin və kataloqların informasiylarını bu proq-
ram təminata daxil edə və ya silə bilərlər.
Mərkəzi kitabxananın veb saytının sol tərəfində elektron nəşrlərin
siyahısı yerləşir. Birinci sətirdə abonementdə olan informasiya bazaları-
nın üzərində kilik etmək lazımdır. Sonra açılan səhifədə verilənlər
bazalarının siyahısı ekranda təqdim olunur.
Kitabxanada 16 verilənlər bazaları mövcuddur ki, onlar da aşağıda-
kılardan ibarətdir:
1.
ScienceDirect: ScienceDirect tam mətnli verilənlər bazasıdır ki,
2.500-dən artıq jurnal məqalələrini kitab fəsilləri və 11.000 artıq kitabı
təqdim edir. Hal-hazırda onda 9.5 milyondan çox məqalə, fəsil var və hər
il demək olar ki onun sayı 0,5 milyon artırılır. Science Direct, Elsevierin
bir hissəsidir. Elsevier dünyanın ən böyük elmi, texniki və tibbi infor-
masiya provayderidir və 2.000-dən artıq jurnal, kitab və verilənlər
bazasını nəşr edir (9).
2.
EBSCO: Dünyada çox məşhur məlumat bazasıdır ki, onun
vasitəsilə tam mətnli e-jurnal, e-kitablar, verilənlər bazaları və s. istifadə
etmək olar. Bu jurnallardan ən kütləvi və oxunaqlı səciyyə daşıyanları
CD-ROM-larda təqdim edilir. Bütün başqa məlumatlar isə İnternet
şəbəkəsi vasitəsilə əldə olunur. EBSCO bütün bunlarla bərabər, təkcə
ABŞ və Avropada deyil, kontingentin başqa yerlərində də nəşr olunan
sənədlərin elektron variantlarını oxucularımıza təqdim edir və 81.000-
dən artıq naşir ilə əlaqəsi var. Ümumilikdə EBSCO məlumat bazası 20-
dən artıq mövzunu özündə birləşdirmişdir. Buraya «Dil və dilçilik»,
«Ədəbiyyat və ədəbi tənqid», «Fəlsəfə», «Fizika», «Astronomiya, astro-
fizika», «İqtisadiyyat, biznes, menecment», «Kimya», «Tarix, arxeologi-
ya», «Hüquq, kriminalogiya», «Psixologiya, psixiatriya», «Coğrafiya»,
«Geologiya», «Riyaziyyat», «Biologiya və biologiya elmləri», «Tibb»,
«Kompüter və proqramlaşdırma texnologiyaları», «Kənd təsərrüfatı»,
«Ətraf mühit», «Sosiologiya, sosial elmlər», «Təhsil», «Politologiya, si-
yasi elmlər» və s. mövzular daxildir. Bütün universitetlər EBSCO Host
məlumat bazasından sərbəst şəkildə istifadə edə bilərlər.(10)
3.
ProQuest: Dünyada ən böyük elektron kitabxana Ann-Arborda
(ABŞ. Miçiqan ştatı) yerləşmiş “ProQuest”şirkətinə məxsusdur. Bu elek-
tron kitabxana minlərlə dövri nəşri, dissertasiyanı, kitab və digər çap
əsərini özündə əks etdirir. Bu məlumat bazası müxtəlif mövzularda, mə-
sələn, menecment, hüquq, iqtisadiyyat, kompüter, siyasi elmlər, ticarət və
s. sahələr üzrə 6500-dən artıq Amerika qəzetlərinin xülasəsini əhatə edir.
16 verilənlər bankı var ki, onlar da aşağıdakılardan ibarətdir:
a)
ABI/ INFORM Global (iqtisadiyyat, bank, ticarət və s. mövzu-
larda).
b)
Academic Research Library (humanitar elmlər, hüquq, qanun,
uşaqlar, incəsənət, qadınlar, psixologiya və s. mövzularda).
c)
Banking Information Source və s.
ProQuestin dissertasiya verilənlər bazasında 700 universitet iştirak
edir və hər il 60.000-dən arıq yeni dissertasiya ora əlavə olunur. 1861-ci
ildən dünyada dissertasiyaların biblioqrafik informasiyası və xülasəsi
mövcüddür və 1997-ci ildən magistratura və doktorantura pilləsində olan
dissertasiyaların əvvəlki 24 səhifəsi onda əks edilib 11).
4.
Wliey – BlackWell: 2007-ci ildə iki böyük naşir “John Wiley”
və “Blackwell birləşdi və Wliey-BlackWell verilənlər bazası yarandı.
Hazırda o dünyanın ən məşhur universitet və professional naşirlərindən
biridir. O, 1400 etibarlı elektron jurnalları, fizika elmləri, tibb və səhiy-
yə, mühəndislik, humanitar və ictimai elmlər və s. mövzusunda dünyada
ən çox müraciət olunan elektron kitabları əhatə edir (12).
5.
MathSciNet: Amerika Riyaziyyat Cəmiyyəti tərəfindən tanınan
verilənlər bazasıdır ki, onda riyazi elmlər sahəsində məqalələr, istinadlar,
xülasələr və s. biblioqrafik informasiyalar diqqətlə saxlanır və rahatlıqla
axtarış aparılır. Hər il 100.000-dən artıq yeni riyazi mövzular təsnifatda
yerləşdirilir, əlavə edilir. MathSciNet-nin 2 milyondan çox mənbəni
özündə saxlayır və 1 milyon orijinal məqalələrin biblioqrafik informasi-
yasını əldə etməyə imkan verir. 400-dən artıq jurnalın istinad siyahısını
toplayır və jurnallar, müəlliflər, məqalələr və icmallar üçün sitat informa-
siyasını təmin edir. Bu verilənlər bazasının əsas mövzuları riyaziyyat,
kompüter elmləri, statistika və tətbiqi statistikadır (13).
6.
Sage Journals Online: Hazırda 450 tam mətnli jurnaldan istifa-
dəni təmin edir. Bu jurnallar elmin müxtəlif sahələrini, məsələn, humani-
tar, dilçilik, texnologiya, tibbi və s. əhatə edir (14).
7.
Scopus: Ən böyük verilənlər bazasıdır ki, keyfiyyətli elmi-təd-
qiqat və veb mənbələrin xülasələrini və sitatını özündə əks edir və elmi-
tədqiqatı izləmək, analiz və aydın təsəvvür etmək üçün yaxşı vasitədir.
Scopusda 500-dən artıq beynəlmiləl kitabxana iştirak edir. Bu verilənlər
bazası hər gün yenilənir və 4 000-dən artıq naşirin 15.000 jurnalın xüla-
sələri və istinadlarını əks etdirir. Bu verilənlər bazası vasitəsilə 1000
açıq girişli jurnalların tam mətnli məqalələrindən istifadə etmək olar. Bu
verilənlər bazası ən məşhur naşir “Elsevier” vasitəsilə yaradılır (15).
8.
ISI Web of Knowledge: Bu verilənlər bazası humanitar elmlər,
incəsənət, ictimai elmlər mövzusunda güclü informasiya-axtrış vasitəsi-
dir. Bu platforma dünyanın sitat gətirilən verilənlər bazalarına girişi tə-
min edir. 23.000 jurnal, 192000 konfrans materialı, 5500 veb saytı, 5000
kitabı və s. əhatə edir. Thomson Reuterin nəzarəti altında işləyir (16).
9.
EndNotWeb: Hazırda şəxsı informasiyanın menecmenti
tədqiqatçılara problemlər yaradır. “Thomson” şirkəti tədqiqatçıların ra-
hatlığı üçün Endnote proqram təminatını təmin edir. Bu proqram təminatı
vastəsilə tədqiqatda informasiyanın menecmenti, istinadlarını yazmaq və
biblioqrafiyaları yaratmaq üçün ən yaxşı vasitədir. Endnote tədqiqatçılara
və elmi məqalələr yazan yazıçılara istinadların menecmenti, məqalə
yazmaq və müxtəlif beynəlxalq naşirlərin standartına müvafiq məqalələri
nəşr etməkdə böyük köməklik edir. WOK portalında bu proqram təmi-
natı veb sayt vasitəsilə tədqiqatçılar, müəllimlər və tələbələrin istifa-
dəsinə verilib. İstifadəçilər axtarış zamanı, axtarışın nəticələrini bu
Dostları ilə paylaş: |