Microsoft Word k&b 2010 doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix11.04.2018
ölçüsü5,01 Kb.
#37325
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

xnologiyalarsız təsəvvür etmək mümkün deyil. Kitabxana fondunun sə-
mərəliliyini və  təkmilləşdirilməsi, eyni zamanda qarışılıqlı kompüter-
ləşmə işi bu prosesdə mühüm rol oynayır. Qarışılıqlı kompüterləşmə bi-
lavasitə kompüterləşmənin optimallığı ilə bağlıdır. Məhz buna görə  də 
kompüterləşdirmə optimallığını oxuculara xidmət sahəsində  təsərrüfat 
vəzifəsindən, istehsalat prosesindən, profillik mövqeyindən və seçmə 
prinsiplərdən ayrı düşünmək olmaz (3,95). 
Bəhs olunan dövrdə kitabxana fondunun kompüterləşdirmə pro-
sesində kitabxana fondunun formalaşdırma istiqaməti konkret və  dəqiq  
müəyyənləşdirilməlidir. Kitabxana fondunun avtomatlaşdırılması  təc-
rübəsi dünya ölkələrində 60-cı illərdən həyata keçirilsə də  Azərbaycanda 
bu tip fəaliyyətin həyata keçirilməsi  90-cı illərə təsadüf edir. Bu sahənin 
yeni olması, sahə mütəxəssislərinin azlığı avtomatlaşdırma sahəsinə olan 
marağı azaltmışdır. Məhz buna görə  də kitabxana daxili imkanları 
hesabına öz fondunun avtomatlaşdırılması sahəsində bir çox tədbirlər 
həyata keçirir. Buna misal olaraq ABŞ-ın ölkəmizdəki səfirliyinin 
nəzdində  fəaliyyət göstərən treninq mərkəzində kitabxanalarda avto-
matlaşdırma- idarəetmə sistemləri ilə bağlı kurslar təşkil edilmişdir. 
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında avtomatlaşdırma 
sahəsində əldə olunmuş nəticələrdən belə qənaətə gəlmək olar ki, müasir 
istifadəçinin qlobal informasiyanın keyfiyyətinə  bəslədiyi münasibət 
əsaslı  dəyişikliklərlə qarşılaşmışdır. Belə ki, müasir hazırlıqlı isti-
fadəçilər, oxucular, xüsusilə də uşaqların mütaliəsinə rəhbərlik edən mü-
təxəssislər, pedaqoji işçilər kitabxanadaxili resursların istifadəsində yeni-
yeni nailiyyətlər axtarır.  Ədəbiyyatın kataloqlaşdırılması  sənədlər haq-
qında biblioqrafik yazıların, yəni tam təsvirin hazırlanmasını nəzərdə tu-
tan texnoloji  prosesdir.  Bu proses nəticəsində oxuculara xidmətin əsa-
sını təşkil edən elektron kataloqun biblioqrafik məlumat bazası yaradıl-
mışdır. Abonement xidmətinin kataloqlaşdırılması üçün isə “ Oxucu” av-
tomatlaşdırılmış  işçi yeri nəzərdə tutulmuşdur. Bu işçi yeri vasitəsilə  
oxucuların qeydiyyatı,ədəbiyyatın verilməsi üçün sifarişlərin növbələş-
məsi, sifarişlərin yerinə yetirilməsinin qeydiyyatı, sifariş olunmuş 
ədəbiyyatın sərbəst nüsxələri haqqında informasiyanın alınması  işləri 
aparılır. 
F.Köçərli adına Respublika Uşaq Kitabxanası öz iş prosesini dünya 
kitabxnaları  səviyyəsinə çatdırmağa səy göstərir.Hazırda Məlumat-bib-
lioqrafiya  şöbəsinin illik işini özündə əks etdirən “ Məlumat Biblioqra-
fiya Aparatı 2010”, ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 87 


illiyi ilə  əlaqədar! “ Heydər  Əliyev və  uşaqlar”, uşaqların intellektual 
səviyyəsinin yüksəlməsinə kömək edən kitablara aid ayrıca bir baza – 
“Əyləncəli kitablar”, “Ekologiya” adlı bazaları yaradılmışdır.  İRBİS-64 
AKİS proqramında versiyalarla bağlı yeniliklərin tətbiqindən sonra  Veb 
İRBİS-in interfeysi tam tərcümə edilmişdir. 
F.Köçərli adına Respublika Uşaq Kitabxanası 2000-2008-ci illərdə 
geniş  təcrübi həyat yolu keçmişdir. Bu dövrdə kitabxananın maddi- 
texniki bazası möhkəmlənmişdir. Fəaliyyət istiqamətlərinin metodik baza 
kimi fəaliyyəti daha da genişlənmişdir. Kitabxana bu gün də işini günün 
tələbləri səviyyəsində qurmuşdur. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Xələfov A. Kitabxanaşünaslığa giriş.- B.:Bakı Universiteti 
nəşriyyatı, 2001.-398 s. 
2.
 
Sadıqova S.A. K. Köçərli adına Respublika Dövlət Uşaq Kitab-
xanasının metodiki və biblioqrafik materialları: ( 1965-1995).- B.: 
Elnur- P firması, 1999.- 152 s. 
3.
 
Həsənov M. Kitabxana fondunun yaranması,formalaşması  və 
idarə edilməsi.- B.:  Bakı Universiteti  nəşriyyatı , 2004.- 143 s.  
4.
 
Quliyeva F. F.Köçərli adına  Respublika Uşaq Kitabxanasında 
kitabxana proseslərinin avtomatlaşdırılması  xüsusiyyətləri.- Kitabxana-
şünaslıq və informasiya.- 2010.- №2 - S. 30-36 
5.
 
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının toplu hesabat-
ları: 2007-ci il. 
 
Дж.ЗЕЙНАЛОВ 
РАЦИОНАЛИЗАЦИЯ И УСОВЕРШЕНСТВОВАНИЕ  
ИСПОЛЬЗОВАНИЯ ФОНДА ДЕТСКОЙ 
РЕСПУБЛИКАНСКОЙ БИБЛИОТЕКИ ИМЕНИ Ф. КОЧАРЛИ 
(2000-2008-гг) 
 
РЕЗЮМЕ 
 
Обеспечение библиотек справочной информацией и организация 
фонда всегда находятся в центре внимания государства. Была дана 
информация о создании фонда, пройденном пути и перспективах 
развития Детской библиотеки им. Ф.Кочарли. Также в статье была 


предоставлена широкая информация о рационализаторском 
использовании и обеспечении фонда библиотеки.  
 
 
С.ZEYNALOV 
RATİONALİZATİON AND İMPROVEMENT OF 
CHİLDREN'S FUND REPUBLİCAN LİBRARY NAMED  
F. KOCHARLİ (2000-2008
 
SUMMARY 
 
Providing library reference information and education fund are always in 
the spotlight of the state. Was given information about a fund, traveled 
ways and prospects of the Children's Library. F. Kocharli. Also in the 
article was given extensive information about rationalizing the use and 
provision of library stock. 
 


Almaz MƏMMƏDOVA 
Fakültə məzunu 
 
QABAQCIL XARİCİ UNİVERSİTETLƏRİN 
KİTABXANAÇILIQ-İNFORMASİYA FAKÜLTƏLƏRİNİN 
TƏDRİS PROQRAMLARI HAQQINDA 
 
Bu məqalə Bakı Dövlət Universitetinin 2009-2010-cu illər üçün 
elan etdiyi 50+50 Qrant Proqramı çərçivəsində hazırlanmışdır. 
 
Müstəqillik illərində respublikada kitabxana işinin inkişafı müasir 
tələblər çərçivəsində  uğurla həyata keçirilir. Bu işdə ilk növbədə Res-
publika Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin böyük əhə-
miyyəti vardır. Son illərdə  respublikada kitabxana işinin inkişaf etdiril-
məsinə dair  bir çox sərəncamlar imzalanmışdır ki, bunlardan da ən ge-
nişi və kitabxanaların uzunmüddətli inkişafına dəstək olan 6 oktyabr 
2008-ci ildə Respublika Prezidenti tərəfindən imzalanan “Azərbaycan 
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə 
inkişafı üzrə Dövlət Proqramı”dır. Dövlət Proqramında respublika ki-
tabxanalarının inkişafının əsas istiqamətləri onların maddi-texniki baza-
sının möhkəmləndirilməsi, müasir informasiya texnologiyaları ilə qurul-
ması, kitabxanaların kadr təminatının yaxşılaşdırılması, kitabxanaçılıq 
təhsilinin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin öyrənil-
məsi, tətbiqi və  digər bu kimi mühüm vəzifələr öz əksini tapmışdır (1). 
Bu proqram ölkə prezidentinin kitabxana işinə diqqət və qayğısını bir 
daha sübut etdi.  
Dövlət Proqramında da göstərildiyi kimi, kitabxana işinin yaxşılaş-
dırılması üçün əsas istiqamətlərdən biri kadr təminatının yaxşılaşdırıl-
ması və kitabxanaçılıq təhsilinin təkmilləşdirilməsidir. Hazırda ali kitab-
xanaçılıq təhsili verən  ən böyük müəssisə Bakı Dövlət Universitetinin 
Kitabxanaçılıq-informasiya fakültəsidir. Fakültənin fəaliyyəti çox geniş-
dir və ildən-ilə daha da inkişaf edir. Bu inkişafda, təbii ki, fakültənin de-
kanı  Əməkdar mədəniyyət işçisi, tarix elmləri doktoru professor Xəlil 
İsmayılovun çox böyük xidmətləri var və  bu xidmətlər sözün əsl məna-
sında təqdirəlayiqdir. Məhz onun tələbkarlığı sayəsində biz tələbələr 
mükəmməl təhsilə sahib olmaq imkanı  əldə edirik. Hazırda  fakültədə 
yüksək səviyyəli təhsil prosesi vardır. Lakin həm fakültə rəhbərliyinin, 
həm tələbələrin, kitabxanaçılıq təhsili verən digər qabaqcıl ölkə univer-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə