Cavid ZEYNALOV
Kitabxana resursları və informasiya axtarış sistemləri
kafedrasının magistrantı
F.KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASI
FONDUNUN İSTİFADƏ SƏMƏRƏLİLİYİ VƏ
TƏKMİLLƏŞDİRİLMƏSİ ( 2000-2008-ci illər )
Respublikamızın milli sərvəti sayılan və mədəniyyətimizin ayrıl-
maz tərkib hissəsi olan respublika kitabxanalarının fondunun komplekt-
ləşdirilməsi və istifadə səmərəliliyi dövlətin daim diqqət mərkəzindədir.
Kitabxanaların fondu haqqında məlumat əldə etmək, çap əsərlərinin
təsnifləşdirilməsi kataloq və kartoteka sistemi vasitəsilə həyata keçirilir.
Respublikanın aparıcı kitabxanalarından sayılan və ölkə
ərazisində mövcud olan uşaq kitabxanalarına elmi-metodik mərkəz vəzi-
fəsini yerinə yetirən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
fondunun təşkili və səmərəli fəaliyyəti çap əsərlərinin məzmun əlamə-
tindən asılı olaraq ilbəil dəyişir. Kitabxananın fəaliyyəti haqqında
müxtəlif mənbələrdə ətraflı məlumat verilmişdir. (1,2,4) Məlumdur ki,
çap əsərləri məqsədyönlü şəkildə təsnifləşdirilərək kitabxana fondunu
təşkil edir. Bu zaman sənədlərin məzmunundan və digər əlamətlərindən
asılı olaraq təsnifat cədvəllərinin şöbələri, bölmələri rubrikalar üzrə
düzgün yerləşdirilməsindən asılıdır. Bunun üçün sistemləşdirməni xüsusi
prinsiplər əsasında həyata keçirmək lazımdır. Təsnifat cədvəllərinə
əsasən F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda
ədəbiyyatın sistemləşdirilməsi zamanı tətbiq olunan metodik qaydalar iki
hissəyə-ümumi və metodik hissəyə ayrılır. Kitabxana fondunda
ədəbiyyatın təsnifləşdirilməsi zamanı təsnifat cədvəllərinə uyğun olaraq
ədəbiyyatlar kitab rəflərində müəyyən edildikdən sonra fondda öz yerini
alır, bəzi növ ədəbiyyat isə nümunəvi bölgülər üzrə təsnifləşdirilir. Qeyd
etmək lazımdır ki, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının
fondunun daha səmərəli təşkil etmək üçün kitabxana müəyyən
istiqamətlər üzrə fəaliyyət göstərir.
1.
Kitabxana əvvəlki illərdə olduğu kimi respublikanın bir sıra
uşaq kitabxanalarına əməli və metodik köməklik göstərir;
2.
Metodik-biblioqrafik vəsaitlər hazırlayır, tövsiyə ədəbiyyatının
siyahısını tərtib edir;
3.
Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Təhsil
Nazirliyi və digər dövlət orqanları ilə sərgilər təşkil edir.
4.
Yubilyar uşaq yazıçıları və şairlərinə həsr olunan görüşlər ke-
çirir;
5.
Bəzi uşaq jurnallarının təqdimatını keçirir və.s
Bu fəaliyyət istiqaməti əsasında F.Köçərli adına Uşaq Kitab-
xanasının fondunun istifadə səmərəliliyi daha da artır (5,17).
Qeyd etmək lazımdır ki, F.Köçərli adına Respublika Uşaq Kitab-
xanasının fondu haqqında məlumat kitabxananın sistemli kataloqunda
əks etdirilməsi yolu ilə həyata keçirilir. Amma sistemli kataloqda əsasən
elmi-sahəvi kitabxanalarda istifadə olunduğundan F.Köçərli adına
Respublika Uşaq Kitabxanasının fondu haqqında məlumatı bu kataloqda
əks etdirmək mümkün olmur. Bu da bəzi çətinliklər yaradır. Ona görə də
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının fondunda yerləşən
ədəbiyyatlar əsasən məzmununa görə təsnifləşdirilir. Lakin buna
baxmayaraq, təsnifat prosesində ən mühüm materiallar üçün təkrar əks
etdirmək üsulu tətbiq olunur. Bu baxımdan kitabxananın fondunda
ictimai-siyasi tərbiyə, hərbi-vətənpərvərlik, uşaqların estetik tərbiyəsi,
ölkəşünaslıq, əmək tərbiyəsi, əxlaq-hüquq tərbiyəsinə dair ədəbiyyatların
sistemləşdirilərək kataloqda əks etdirilməsinin böyük əhəmiyyəti vardır
(3, 107).
Müasir dövrdə kitabxananın qarşısında duran mühüm vəzifələrdən
biri də kitabxana fondunun səmərəliliyini artırmaq və təkmil-
ləşdirməkdir. Uşaq ədəbiyyatını fondlarda düzgün əks etdirmək , düzgün
təsnifləşdirilməsi, uşaq mütaliəsinə rəhbərlik, oxucu müraciətinin qay-
daya salınmasına kömək edir. Odur ki, oxucuların fonddan səmərəli isti-
fadəsi günü-gündən artır.
Fondun komplektləşdirilməsi və səmərəliliyi baxımından mütaliə
potensialını yüksəltmək mühüm əhəmiyyət kəsb edir. Məhz bu baxımdan
kitabxananın fondu oxucu marağını ödəmək imkanına malik olan
sənədlər toplusu ilə formalaşır. Bu da şübhəsiz kitabxana fondunun uzun
müddət istifadə səmərəliliyini təmin edən amillərdən biri hesab olunur.
Bu baxımdan ölkə ərazisində fəaliyyət göstərən sahəvi kitabxanalar öz
fondunun təşkilində bir çox xüsusiyyətləri və prinsipləri nəzərə alır. Bun-
lar ərazi, sahəvilik, məzmun, oxucu kontingentidir. Köçərli adına Res-
publika Uşaq Kitabxanasının fondu səmərəliliyinə görə xüsusilə
fərqlənir. Bu fərqlilik həm fondun həcminə, həm oxucu sayına həm də
sənədlərin komplektləşdirmə səviyyəsinə görə meydana çıxır.
Kitabxana fondu çap əsərlərinin və digər sənədlərin kitabxananın
vəzifəsi, tipi və profilinə uyğun olaraq oxucuların məqsədyönlü istifadəsi
üçün sistemləşdirilmiş qaydada təşkili və müəyyən dövr ərzində
mümkündür. Göründüyü kimi fondda ədəbiyyatın müxtəlif növləri eləcə
də başqa sənədlər də mövcuddur. F.Köçərli adına Respublika Uşaq
Kitabxanasının fondunun öyrənilməsi və onun oxucular tərəfindən mü-
hüm təhlili fondun daha məqsədə uyğun və sistemli şəkildə formalaşdı-
rılması üçün əsas amil hesab olunur.
Respublika uşaq kitabxana fondunun səmərəlilik fəaliyyətini öyrə-
nərkən üç əsas metoddan istifadə olunur. Bunlar miqdar təhlili meto-
du,biblioqrafik metod və sosial metoddur.
Miqdar təhlili metodu vasitəsilə fondu öyrənərkən statistik üsullar-
dan geniş istifadə olunur. Müxtəlif illər üzrə oxucuların istifadə səmərəli-
liyi statistik göstəricilərdə öz əksini tapıb.
Məlum olduğu kimi 2000-ci ildən başlayaraq Respublika Uşaq
Kitabxana şəbəkəsinin genişləndirilməsi, onun maddi-texniki bazasının
möhkəmlənməsi, fondunun zənginləşdirilməsi və beynəlxalq əlaqələr
istiqamətində mühüm və məqsədli tədbirlər görülmüşdür. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il aprelin 20-də im-
zaladığı “Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması”
haqqında sərəncam, “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsinin 2008-2013 –cü illərdə inkişafı üzrə Dövlət proq-
ramı” bu məqsədlə həyata keçirilən tədbirlərə misal ola bilər. 2000-ci
ildən başlayaraq Respublika Uşaq Kitabxanasında kitabxana- informa-
siya xidmətini daha da yaxşılaşdırmaq və müasir kitabxana fondu ya-
ratmaq istiqamətində mühüm işlər görülmüşdür. Belə ki, F.Köçərli adına
Uşaq Kitabxanasında avtomatlaşdırılmış kitabxana-informasiya texnolo-
giyasının tətbiqinə başlanılmışdır. Bəhs olunan dövrdə (2000-2008)
kitabxanaya xeyli miqdarda kompüter, texniki vasitələr alınmışdır.
Fondun səmərəliliyini təşkil etmək üçün filmoteka otaqları, məlumat
bazaları, elektrodisklər otağı təsis edilmişdir. Kitabxananın illik hesa-
batına istinad olaraq qeyd etmək lazımdır ki, hal-hazırda kitabxana fondu
209700 ədəbiyyatdan ibarətdir. Kitabxana fondunda 2000-2008- ci
illərdə əksəriyyəti elektron vasitələr olmaqla bir çox materiallar əldə
edilmişdir (4,96).
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında avtomatlaşdırma
və kompüterləşmə sahəsi 2005-ci ildən fəaliyyətə başlamışdır. Qeyd et-
mək lazımdır ki, müasir kitabxana işini və fondunu müasir kompüter te-
Dostları ilə paylaş: |