rir.(3, s.48) AMEA MEK fondunun komplektləşdirilməsi ənənəvi
üsulla
və internet vasitəsi ilə həyata keçirilir. Ənənəvi üsul deyərkən nəşriyyat-
ların işini xüsusi qeyd etmək yerinə düşər. Müasir dövrdə komplekt-
ləşdirmə şöbəsi MEK-ın kitab fondunun formalaşmasını aşağıdakı üsul-
larla təmin edir:
1.
Kitab fondunun sistematik yeni ədəbiyyatla operativ təmin
olunması;
2.
Əlavə komplektləşdirmə- az nüsxədə olan və ya tələb olunan
köhnə ədəbiyyatla zənginləşdirilməsi;
3.
Dövri nəşrlərin komplektləşdirilməsi.
Dövrləri xronoloji ardıcıllıqla müqayisə edərkən 1991-ci ildən bu
günə kimi bir sıra dəyişikliklərin şahidi oluruq.
Bu gün kitabxanalarda
qazanılan nailiyyətin əsası həmin dövrdə, yeni müstəqillik qazandığımız
ilk illərdə qoyulmuşdur. 1991-ci ildə kitabsaxlama şöbəsi rus və Azər-
baycan dilləri üzrə 31562 nüsxə kitab və jurnal qəbul etmişdir. İl ərzin-
də oxucular 113500 kitab və eləcə də 25000 nüsxə jurnallardan, bununla
yanaşı, 162000 qəzetdən istifadə etmişdir. Bu illə müqayisədə 2001-ci
ildə 95950 nüsxə kitab və jurnal, 116540 qəzet oxucuların
istifadəsinə
verilmişdir. Əvvəlki illərə nisbətən 2001-ci ildə sərgilərin çox təşkil
edilməsi ilə əlaqədar olaraq daxildə 21440 nüsxə kitab və jurnaldan isti-
fadə edilmişdir. Bir ildə kitabxanaya daxil və xaric olunmuş qəzet, jur-
nal və kitablar haqqında kartoçkalarda qeydiyyat aparılmışdır. Kitab-
xana həmin ildə aşağıdakı nəşriyyatlar vasitəsi ilə komplektləşdiril-
mişdir: Azərnəşr, Yazıçı, Ayna, Gənclik, Qanun.
Beynəlxalq kitab mübadiləsi kitabxanalararası əlaqələrin bərpası
və genişləndirilməsində elmi məlumatların yayılmasında
və istifadə
olunmasında əsas yerlərdən birini tutur. Kitabxana 2001-ci ildə Ukrayna
(1180 jurnal, 102 kitab), Belarusiya (27 nüsxə ədəbiyyat), Qazaxıstan
(19 nüsxə ədəbiyyat), Litva (13 nüsxə), Türkiyə (6 nüsxə) və başqa
ölkələrdən kitablar və dövri mətbuat qəbul etmişdir (4, 2001-ci il s.2).
2003-cü ildə kitabxananın fondu, əsasən, hədiyyə, yeni nəşriyyatlardan
alınan məcburi nüsxələr və əlavə komplektləşdirmə yolu ilə zənginləş-
dirilmişdir. Hədiyyə edilmiş kitablar məşhur şair və yazıçılarımızın öz
əsərlərindən, siyasi xadimlərin şəxsi kolleksiyalarından
və bəzi təş-
kilatların ədəbiyyatlarından ibarətdir. Qeyd etmək lazımdır ki, Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında 12 yanvar
2004-cü il tarixli sərəncamı ilə nəşr olunub, ölkə kitabxanalarına hədiy-
yə olunan kitablar AMEA MEK fondunun daha da zənginləşməsinə kö-
mək etmişdir. Belə ki, 2005-ci ilin iyun ayınadək nəşr olunan 106 adda
kitabdan 5500 nüsxə kitab alınmışdır.
Kitabxanada, həmçinin, fotosurət və mikrofilm bölmələri də vardır.
Kitabxana fondunun düzgün təşkil edilməsi və idarə edilməsi müxtəlif
texniki vasitələrin və müasir kommunikasiya texnologiyasının
düzgün
tətbiqindən də əsaslı surətdə asılıdır. Bu məsuliyyət kitabxananın avto-
matlaşdırma şöbəsinin üzərinə düşür. Şöbənin əsas iş istiqamətləri aşa-
ğıdakılardır:
1.
Ədəbiyyatın komplektləşdirilməsi;
2.
Ədəbiyyatın kataloqlaşdırılması;
3.
Oxuculara kitabxana xidməti, KAA vasitəsi ilə sorğuların gedi-
şini və ödənilməsinin avtomatlaşdırılması;
4.
Ədəbiyyat fondunun təşkili və mühafizəsi;
5.
Beynəlxalq kitab mübadiləsi.
Hazırda mərkəzi elmi kitabxanada aşağıdakı proseslər avtomatlaş-
dırılmış şəkildə həyata keçirilir:
Kataloq və fondların rəqəmsal formata keçirilməsi;
Oxucu sorğularının
öyrənilməsi;
İnformasiyanın alınması ,mühafizə olunması və paylanması;
Şöbələrarası əlaqələr;
Beynəlxalq və daxili yazışmalar;
Sənəd dövriyyəsi;
Xarici informasiya mənbələrinə çıxış.
Hazırda ölkəmizdə təbiətşünaslıq, humanitar və başqa elm sahələri
üzrə ən iri elmi kitabxana sayılan AMEA-nın Mərkəzi Elmi Kitabxanası
dünyanın 50-dən çox dilində nəşr edilmiş 3 milyondan artıq ədəbiyyatı
əhatə edən nəhəng fonda malik olub, 30 mindən artıq oxucuya xidmət
göstərir.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1.
AMEA Mərkəzi Elmi Kitabxanası; Bələdçi/ Elmi redaktor:
A.Kəngərli.-B., 2006.-50s.
2.
Həsənov, M. Kitabxana fonduna rəhbərliyin təşkili
problemləri// Kitabxana biblioqrafiya-B., 2002, №2, S.50-56
3.
Həsənov M. Kitabxana fondunun yaranması, formalaşması və
idarə edilməsi. Dərs vəsaiti. B.- BDU, 2004, 143s.
4.
Xələfov.A.A. Kitabxanaşünaslığa giriş:Dərslik: üç hissədə.-
Bakı,2001.-798s.
5.
Rzayeva.S AMEA MEK-də ədəbiyyatın komplektləşdirilməsi
məsələləri // AMEA MEK Elmi əsərlər, 2008, s.69-77.
6.
AMEA MEK hesabatları, 1991-2003-ci il.
Rus dilində
7. Создание и руководство фонда Центральная Научная
Библиотеки Национальной Академии Наук Азербайджана в
период независимости
Г. САФАРОВА
ОРГАНИЗАЦИЯ И УПРАВЛЕНИЕ ФОНДОВ
ЦЕНТРАЛЬНОЙ НАУЧНОЙ БИБЛИОТЕКИ
НАЦИОНАЛЬНОЙ АКАДЕМИИ НАУК
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКОЙ В ПЕРИОД
НЕЗАВИСИМОСТИ
РЕЗЮМЕ
Азербайджанской Национальной Академии Наук, которая со
своим величайшим научным фондом считается одной из самых
респектабельных в Азербайджане, всесторонне служил своим
читателям, чтобы оперативно решать их требования построил свой
документально-информационное обеспечение на высшем уровне.
G.SAFAROVA
FORMİNG AND MANAGE İN THE İNDEPENDENCE
TİME OF THE FUND OF THE CENTRAL SCİENTIFIC
LİBRARY OF NATİONAL ACADEMY OF SCİENCES OF
AZERBAİJAN
SUMMARY
The fund of the biggest scients library NASAR NSL servest the
comprenensive readers contingent paid they
needs in high level in the
independent year.