4. Quliyev T. Azərbaycanda kitabxanaçılıq işi.
Azərbaycan Dövlət
Universiteti. 1986, 85 s.
5. Nəcəfov Ə. Azərbaycan Respublikasının Dağlıq Qarabağ
Muxtar Vilayətində kitabxana işi tarixindən (1923-1990-cı illər).-Bakı:
Səda, 2000, 232 s.
Rus dilində
6. Културная политика в Азербайджане. Министерство культу-
ры Азербайджанской Республики, Баку: «Нагыл еви» 2003, 252 с.
Р.ГАРДАШОВ
ВОЗНИКНОВЕНИЕ И РАЗВИТИЕ СРЕДНЕГО
БИБЛИОТЕЧНЕГО ОБРАЗОВАНИЯ В
АЗЕРБАЙДЖАНЕ
РЕЗЮМЕ
Библиотечное образование в Азербайджане прошло очень
длинный путь. В нашей статье освещается о библиотечных курсах,
которые в первые прошли путь для создания библиотечных кадров.
В подготовление кадров средних образовательных специальности
средней школы играет большую роль Просветительные Техникумы
Баку, Шушинский Гуманитарный Колледж. В статье также были
перечислены имена некоторых школ и их деятельность, также было
широко раскрыто их направление.
R.QARDASHOV
The ARISING and DEVELOPMENT of the EDUCATION of
MIDDLE PROFESSION for LIBRARY in AZERBAIJAN
SUMMARY
Education of library science has passed a long way in Azerbaijan.
A long way which arising from librarian courses to the middle speciality
schools has been lightened in the article. There are its role of Shusha
humanitarian college and Baku cultural and
educational technical school
In the preparing of the secondary education librarian cadres. There is has
been talked about the way which they passed and activities directions of
these schools in the article.
Günel SƏFƏROVA
Kitabxana resursları və informasiya axtarış sistemləri
kafedrasının magistrantı
MÜSTƏQİLLIK DÖVRÜNDƏ AMEA MEK-in FONDUNUN
TƏŞKİLİ VƏ İDARƏ EDİLMƏSİ
Azərbaycanın müstəqilliyi şəraitində, bir sıra
sahələrdə irəliləyiş
olduğu kimi, xalqımızın mədəni, təhsil və elmi səviyyəsinin də yüksəl-
məsində müşahidə olunan uğurlar gözdən qaçmamaqdadır. Bu tarixi
dövr məhz informasiyalaşdırma əsrinə təsadüf etdiyindən kitabxanaların
qarşısında cəmiyyətin elmə, biliyə olan tələbatını ödəmək, oxuculara da-
ha yüksək səviyyəli xidmət göstərmək kimi ümdə vəzifələri qoymuşdur.
Kitabxanalar bəşəriyyətin mədəni elmi irsinin qoruyucusu, yaradı-
cısı və ən əsası müasir informasiya sistemi ilə birbaşa əlaqə yarada bilə-
cək mərkəz olmağa başlamışdır. Cəmiyyət gələcək kitabxanaları yalnız
müxtəlif növ çap məhsullarının saxlayıcısı kimi deyil, həm
də avtomat-
laşdırılmış xidmət komplekslərini özündə cəmləşdirən informasiya
müəssisəsi kimi görmək istəyir. Azərbaycan kitabxana şəbəkəsində
AMEA MEK çox əhəmiyyətli və əsas yerlərdən birini tutur. Buna bir
səbəb də Azərbaycan Respublikası Prezidentinin 4 yanvar 2003-cü il
tarixli fərmanı ilə təsdiq edilmiş AMEA nizamnaməsinin 5-ci maddəsi-
nin 54-cü bəndinə əsasən Mərkəzi Elmi Kitabxananın elmi status
almasıdır.(4,2003-cü il, s.2) Bundan əlavə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Azərbaycanda kitabxanaların
fəaliy-
yətinin yaxşılaşdırılması haqqında imzaladığı sərəncamda AMEA-nın
MEK-a dünya standartlarına cavab verən yeni binanın tikilməsi, bu və
digər kitabxanaların modernləşdirilməsi, müasir informasiya texnolo-
giyaları ilə təmin edilməsi və maddi texniki bazasının möhkəmləndiril-
məsi kimi əhəmiyyətli məsələlər öz əksini tapıb. Hazırki dövrdə MEK-ı
nəinki akademiya, hətta, dünya və ölkə səviyyəsində elmi informasiya,
kitabxana biblioqrafiya və sosial mədəni funksiyaları yerinə yetirəcək
müasir informasiya mərkəzinə çevirmək üçün bir imkan yaranmışdır.
Kitabxana Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haq-
verdiyev, T.Şahbazi və başqalarının təşəbbüsü və yaxından köməyi ilə
Azərbaycanın tarixini, təbii sərvətlərini, incəsənətini və s.
öyrənmək
məqsədi ilə 1923-cü ildə təşkil edilmiş “Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyəti”nin əsasında 1925-ci ildə yaradılmışdır. Kitabxana yaranan-
dan fondun da təməli qoyulmuşdur. Hər bir ictimai siyasi müəssisənin
əsasını təşkil edən bir sistem olduğu kimi kitabxananın da əsasını fond
təşkil edir. MEK fondları kitabxana kollektoru, kitab ticarəti müəs-
sisələri, nəşriyyat orqanları,
poliqrafiya müəssisələri, abunə, məcburi
nüsxə, beynəlxalq kitab mübadiləsi və hədiyyələr yolu ilə komplekt-
ləşdirilir. Azərbaycan, rus, türk, fars, ərəb, ingilis, alman, fransız və b.
dillərdə olan kitabların xronologiyası böyük bir dövrü əhatə etdiyindən
AMEA MEK fondu çox zəngindir.
Kitabxananın fondları əsas, ixtisaslaşdırılmış və yardımçı fondlar-
dan ibarətdir (1, s.6-7). Əsas fondun tərkibinə Azərbaycan, rus, qərbi
avropa dillərində kitab fondları, Sovet dövrünə qədərki dövri mətbuat
fondu, görkəmli alimlərin şəxsi kolleksiyaları dissertasiya və
avtoreferatlar fondları, dövri və nəşri davam
edən ədəbiyyat fondu, foto-
sənədlər fondu, qəzetlər fondu və s. daxildir. İxtisaslaşdırılmış fondlara
şərq dillərində ədəbiyyat fondu, nadir və qiymətli nəşrlər fondu, məlu-
mat biblioqrafiya ədəbiyyat fondu daxildir. Yardımçı fondlar –kitabxa-
nanın ümumi və dövri mətbuat zallarında açıq rəf üsulu ilə oxucuların
istifadəsinə verilmiş ədəbiyyat fondlarıdır. Azərbaycan dilində ədəbiy-
yat fondu, Azərbaycan ədəbiyyatı fondu, Azərbaycan ədəbiyyatı klas-
siklərinin əsərlərindən, xarici ölkə klassiklərinin tərcümələrindən iba-
rətdir.
Bundan əlavə, Azərbaycan tarixinə, ədəbiyyatına və incəsənətinə
aid elmi-tədqiqat əsərləri, müxtəlif lüğətlər, məlumat kitabları fondun ən
qiymətli hissəsidir.
1998-ci ildə yeni yaranmış nadir nəşrlər şöbəsinin (9 min) fondu
əsas fondun ədəbiyyatından seçilmişdi. Nadir nəşrlər bölməsinə elmi
əhəmiyyətinə, nəşr tarixinə görə qiymətli sayılan nümunələr daxildir.
Nadir nüsxələr 3 minə yaxın rus dilində, 500 nüsxə Azərbaycan dilində,
500 nüsxə xarici dillərdə ədəbiyyat, ensiklopedik materiallardan və s.
ibarətdi.
Şərq ədəbiyyatı fondu yaranarkən onun tərkibində şərq
dillərində
cəmi 300 nüsxə ədəbiyyat toplanmışdır. Həmin dövrdə bu fondun xeyli
hissəsini ərəb, fars və türk dillərində olan kitab, jurnal və qəzetlər təşkil
edirdi. Hazırda fond əsasən şərq ölkələrindən mübadilə yolu ilə alınan
ədəbiyyatla zənginləşdirilib.
Kitabxana fondunun komplektləşdirilməsi, təşkili bilavasitə onun
idarə edilməsi ilə üzvi surətdə bağlıdır. Oxucu tələbatının, sorğusunun
artması, peşə ixtisas təhsil dairəsinin genişlənməsi komplektləşdirmə
prosesində idarəetmə məsələlərinin yüksəldilməsinə ciddi təsir göstə-