Rəşad QARDAŞOV
Kitabxana resursları və informasiya
axtarış sistemləri kafedrasının müəllimi
AZƏRBAYCANDA KİTABXANAÇILIQ ÜZRƏ ORTA
İXTİSAS TƏHSİLİNİN YARANMASI VƏ İNKİŞAFI
Azərbaycanda orta ixtisas təhsili məktəblərinin yaranma tarixi
XIX əsrin 80-ci illərinə təsadüf etsə də, bu təhsil şəbəkəsinin geniş
şəkildə inkişafı XX əsrin 20-ci illərində başlanır. Sovet hakimiyyəti döv-
ründə texnikumların açılması dövrün zəruri tələblərindən irəli gəlirdi.
Sosialist təsərrüfat sistemi elm, maarif, mədəniyyət və istehsalat sahələri
üçün sovet ideologiyasının daşıyıcıları olan ixtisaslı kadrlar hazırlanma-
sına xüsusi diqqət yetirirdi. Belə kadrların hazırlanması üçün açılan
müxtəlif profilli texnikumlar çox sürətlə artıb çoxalırdı.
1920-ci illərin axırlarına yaxın respublikada 39 orta ixtisas mək-
təbi fəaliyyət göstərirdi. 1930-cu illərin ortalarında onların sayı artıq 89
idi. Savadsızlığın elliklə ləğv edilməsi işinə ölkənin bütün imkanları
səfərbərliyə alınmışdı. Bu sahədə təhsil müəssisələri ilə yanaşı
kitabxanalar və klublar da mühüm işlər görürdülər. 1930-cu illərdə bütün
cəbhə boyu yeni ideoloji əsaslar üzərində qurulan mədəni-maarif işləri
Sovet ideologiyasının böyük həssaslıqla yanaşdığı bir iş sahəsi idi. Ona
görə də bu istiqamətdəki quruculuq işləri ilə xüsusi peşə-ixtisas hazırlığı
olan adamların məşğul olmasına böyük siyasi əhəmiyyət verilirdi. Bakı
Mədəni-Maarif texnikumu da məhz bu zərurətdən yarandı. Azərbaycan
Xalq Komissarları Sovetinin 5 mart 1938-ci il tarixli qərarı ilə yaradılan
bu təhsil ocağı 1938-ci ilin sentyabr ayında Bakı şəhər sovetinin
kitabxanaçılıq məktəbi adı ilə fəaliyyətə başlayır (6, s.18).
Fəaliyyət göstərdiyi dövrdə onun adı bir neçə dəfə dəyişsə də,
uzun illər profili dəyişməmişdir. İstər sovet Azərbaycanında, istərsə də
müstəqillik əldə etmiş Azərbaycanımızda kitabxana və klub
şəbəkələrinin inkişaf edib formalaşmasında bu təhsil müəssisəsinin
hazırladığı orta ixtisas təhsilli kadrların əvəzsiz rolu olmuşdur.
Təkcə, 1920-1927-ci illərdə Respublikada 15 pedaqoji texnikum
açılır. Bakıda onların sayı xüsusilə sürətlə artır. Rəssamlıq texnikumu
(1920), Neft texnikumu, Sovet Ticarət texnikumu (1921), Bakı
Məktəbəqədər Pedaqoji texnikumu və s. tədris müəssisələri ixtisaslı
kadrlar hazırlayırlar. 1926-1927-ci tədris ilində respublikada artıq 39
pedaqoji, kənd təsərrüfatı, sənaye-texniki, sənaye-iqtisad, nəqliyyat, tibb,
bədii və s. sahələr üzrə orta ixtisas təhsil ocaqları var idi. Bu məktəblərdə
7,1 min nəfər təhsil alırdı. 1930-cu ildən başlayaraq ikinci dərəcəli
məktəblərin yuxarı siniflərinin (8-9-cu siniflərin) ixtisas texnikumlarına
çevrilməsi prosesinə başlanılır. Birinci beşilliyin sonu (1920-1925-ci
illər) üçün artıq respublikada 14,8 minə yaxın tələbə kontingentinə malik
olan 85 orta ixtisas məktəbi fəaliyyət göstərirdi. Orta pillə üçün ixtisaslı
kadrların hazırlanmasında əhəmiyyətli rol oynamış bu təhsil
ocaqlarından hər birinin özünəməxsus inkişaf yolu, ömür tarixçəsi vardır.
Onların inkişaf mərhələləri Azərbaycanın siyasi, sosial-iqtisadi, mədəni
və təsərrüfat həyatının inkişaf mərhələlərini əks etdirir.
Belə orta ixtisas məktəblərindən də biri 70 ilə yaxın fəaliyyət
göstərən Bakı Mədəni Maarif texnikumudur.
Mədəni quruculuğun kitab nəşri, mətbuat, kitabxanaçılıq və klub
işi kimi vacib ideoloji sahələrinə sovet hökuməti xüsusi həssaslıqla yana-
şır. 1920-ci ildən başlayaraq kağız ehtiyatı və mətbəələrin milliləş-
dirilməsinə başlanılır. Yeni dövlət nəşriyyatları yaranır.
Kitabların mövzu və mündəricəsi yeni quruluşun tələblərinə
uyğun olaraq dəyişdirilir. İlk sovet kitabları dövrün vacib ideoloji
məsələlərinə, partiya və dövlət sənədlərinə, siyasətə, xalq təsərrüfatına,
mədəni quruculuq məsələlərinə həsr olunmuş kütləvi nəşrlər idi. Eyni
zamanda kitab nəşrinin dinamik inkişafında nəzərə çarpacaq canlanma
yaranır. Əgər 1920-ci ildə Azərbaycanda vur-tut 3 adda 63 min nüsxədə
kitab nəşr olunmuşdursa, 1938-ci ildə artıq ümumi tiraj həcmi 9774,0
min nüsxəni təşkil edən 1030 adda kitab məhsulatı buraxılmışdı. (4, s.7).
1923-cü ildə Azərbaycan Dövlət kitabxanasının, 1925-ci ildə
Azərbaycan Dövlət Kitab Palatasının açılması Azərbaycanın mədəni
həyatında mühüm hadisə oldu.
Mədəni quruculuq işində mədəni-maarif müəssisələrinin təşkil
edilməsi dövrün vacib və təxirəsalınmaz vəzifələrindən idi. Kütləvi
savadsızlığın ləğvi, əhali arasında siyasi-maarif işinin gücləndirilməsi
üçün mədəni-maarif müəssisələri mühüm əhəmiyyətə malik idi. Bunun
üçün yerlərdə kitabxanalar, klublar, qırmızı çadrlar, qiraət komaları təşkil
edilir, mədəni-maarif müəssisələrinin geniş şəbəkəsi yaradılırdı. Bütün
bunlar isə bir tərəfdən sovet hökumətinin əhaliyə göstərdiyi qayğının
təbliği idisə, digər tərəfdən sovet quruluşunun prinsiplərini müdafiə edən
ideologiya bazarlarının yaradılması idi. Təkcə, 1921-ci ildə Bakıda və
onun ətrafında 40 klub açılmışdı. 1922-ci ilin sonuna yaxın isə onların
sayı artıq 90 idi. Azərbaycanın ərazisində olan bütün kitabxanalar
Respublika Xalq Maarif Komissarlığının tabeliyinə keçirilir, mövcud
kitabxanaların fondları əsasında ictimai kitabxanalar yaradılır. Yeni-yeni
kitabxanalar açılır. 1921-ci ildə respublikada ümumi kitab fondu 390 min
nüsxəni təşkil edən 69 kütləvi kitabxana fəaliyyət göstərdiyi halda, 1940-
cı ildə artıq 2 milyon 62 min nüsxə kitabı olan 1383 kütləvi kitabxana
oxuculara xidmət edirdi.
Bu kitabxanaların 1089-u kənd yerlərində idi. 1940-cı ildə
fəaliyyətdə olan 1633 klub müəssisəsindən 1399-u rayon və kənd
yerlərində iş aparırdı. Göründüyü kimi, mədəni quruculuq illərində
Azərbaycanda klub və kitabxanaların sayı sürətlə artır. Şəhər, rayon və
kəndlərdə onların geniş şəbəkəsi yaradılırdı. Təbiidir ki, iş təkcə mədəni
maarif müəssisələrinin sayını artırmaqla bitmirdi. Ən vacibi bu
müəssisələri səriştəli işçilərlə, ixtisaslı kadrlarla təmin etmək idi.
Lazımi kadrlar hazırlamaq üçün Bakıda Respublikanın digər iri
şəhərlərində qısa müddətli seminarlar, kurslar təşkil edilir. Lakin bunlar
günü-gündən artan və getdikcə daha vacib və məsul vəzifələri yerinə
yetirməli olan klub və kitabxanaçı kadrlarına olan ehtiyacı ödəyə
bilməzdi. 1930-cu illərin axırlarına yaxın Azərbaycanda klub işçisi və
kitabxanaçı hazırlayan bir dənə də olsun tədris müəssisəsi yox idi.
Azərbaycan höküməti 1934-cü ildən başlayaraq Moskvanın kitab-
xanaçılıq institutuna Leninqradın siyasi-maarif institutuna, habelə şəhər-
lərin siyasi-maarif məktəblərinə tələbələr göndərməyə başlayır. Sonralar
həmin tədris müəssisələrini bitirib Azərbaycana qayıdan məzunlar demək
olar ki, ilk milli kadrlar kimi mədəni-maarif işinin təşkilatçıları və
qurucularından oldular. Lakin onlar ümumən Respublikada aparılan
geniş mədəni-quruculuq işlərinin tələbatını yerinə yetirə bilmirdilər.
1938-ci ilin martında Azərbaycan hökuməti respublika kitabxa-
nalarını ixtisaslı kadrlarla təmin etmək məqsədilə Bakıda 1938-1939-cu
dərs ilində kitabxanaçılıq texnikumunun yaradılması ilə bağlı qərar qəbul
edir. Qərarda deyilirdi: “1938/39-cu dərs ilinin əvvəli üçün Bakıda 3
əsas şöbədən ibarət təhsil müddəti 3 il olan texnikum açılsın. Azər-
baycan, rus və erməni dillərində kadr hazırlamaq üçün 300 nəfərlik və
kitabxana işçilərinin ixtisasını artırmaq üçün təhsil müddəti 1 il olan 60
nəfərlik kurslar təşkil edilsin”.
Qərarda Azərbaycanın rayonlarından gələn tələbələr üçün 200
nəfərlik və ixtisasartırma kurslarına gələn işçilər üçün 40 nəfərlik – cəmi
240 yerlik yataqxana təşkil edilməsi, texnikumu ixtisaslı müəllimlərlə
Dostları ilə paylaş: |