(11, S.76). Ə. Səidzadənin ilk dəfə olaraq bu çağırışına qoşulan alim,
biblioqraf A. Baqri olmuşdur.
A.Baqri «Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti»nin kitab-
xanasında biblioqrafiya bürosuna rəhbərlik etmişdir (9, S.102). Azər-
baycanın xalq təsərrüfatına, etnoqrafiyasına, tibb elminə, şifahi xalq
ədəbiyyatına, tarixinə, coğrafiyasına və eləcə də iqtisadiyyatına aid
ədəbiyyatın ilk dəfə olaraq toplanması və biblioqrafiyalaşdırılması A.
Baqrinin adı ilə bağlıdır. Professor A.Baqri Azərbaycan iqtisadiyyatına
aid ədəbiyyatın biblioqrafiyasını yaratmaq üçün keçən əsrin əvvəl-
lərində çap olunmuş qəzet və jurnalları araşdırmış, Azərbaycan
iqtisadiyyatına dair materialları toplayıb, həmin materiallar əsasında
«Biblioqrafiya: Azərbaycan iqtisadiyyatı üçün materiallar» mövzusunda
tərtib etdiyi elmi-köməkçi biblioqrafiyanı «Ali iqtisad şurasının əxbarı»
jurnalında 1924-cü il 8-9, 10-11 və 12-13-cü nömrələrində hissə-hissə
çap etdirmişdir. Materialların davamı jurnalın 1925-ci il 1-2-ci nömrə-
lərində çap edilmişdir.
Biblioqraf alim F.Bayramovun qeyd etdiyi kimi, biblioqrafik
göstəricinin əvvəlində verilmiş «Giriş»dən məlum olur ki, belə bir
biblioqrafiyanın yaradılmasına ehtiyac duyulmuşdur (8, S.28-29). Belə
ki, orada qeyd edilmişdir ki, Azərbaycana dair biblioqrafik əsərlər
olmadığından onun öyrənilməsi də çətinləşir. Jurnalda verilmiş qısa
izahatdan məlum olur ki, Azərbaycan haqqında olan materialların
toplanması işinə alimlər və ayrı-ayrı müvafiq təşkilatlar da cəlb
edilmişdir. Jurnalın giriş hissəsindən sonra Azərbaycan iqtisadiyyatına
dair 1134 ədəbiyyatın təsviri verilmişdir.
Burada birinci olaraq N.A.Belovun 1887-ci ildə Tiflis şəhərində
çap olunmuş «İssledovaniə gkonomiçeskoqo bıta qosudarstvennıx
krestğən v Qeoqçayskom i Şemaxinskom uezdax Bakinskoy qubernii»
adlı kitabın təsviri verilmişdir. Bu onu göstərir ki, hələ XIX əsrdə qeyri
millətdən olan mütəxəssislər, elm adamları Azərbaycan iqtisadiyyatı ilə
maraqlanmış və bu sahədə kitablar, məqalələr yazıb çap etdirmişlər.
A.Baqri materialların sistemləşdirilməsində əlifba qaydasına tam
əməl etsə də, mənbələrin təsvirində təsvir ünsürlərinin indiki qaydada
verilmədiyi müşahidə olunmuşdur (9, S.103.). Lakin bunu o dövr üçün
müqayisədə müəllifə əsas nöqsan kimi irad tutmaq düzgün olmaz. Ona
görə ki, kitabxana-biblioqrafiya təsnifatına aid vəsaitlər o zaman yox
dərəcəsində idi. Buna baxmayaraq, A.Baqrinin bu sahədə müəyyən
təcrübəyə malik olduğu, tərtib etdiyi «Biblioqrafiya»dan hiss olunur.
Biblioqrafik göstəricidə Səməd Ağamalıoğlunun 1919-1920-ci
illərdə çap etdirdiyi xeyli miqdarda məqalələr A.Baqri tərəfindən
toplanaraq buraya daxil edilmişdir. Bundan başqa burada «İskra»,
«Novoe obozrenie», «Kavkaz», «Jiznğ Kavkaza», «Russkiy vestnik»,
«Sın oteçestva» və digər adda müxtəlif istiqamətli qəzet və jurnallarda
Azərbaycan iqtisadiyyatına dair çap olunmuş çox zəngin materiallar
vardır.
Biblioqrafik mənbənin əhəmiyyətli cəhətlərindən biri də onunla
əlaqədardır ki, XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan
iqtisadiyyatına aid yaranan ədəbiyyatın mənbələrinin öyrənilməsi üçün
ikinci belə biblioqrafik göstərici yaradılmamışdır. Ona görə də
Azərbaycan iqtisadiyyatına həsr olunmuş biblioqrafik göstərici müasir
oxucular üçün çox əhəmiyyətli biblioqrafik mənbə hesab olunur. 474
adda ədəbiyyatın sıra nömrəsi ilə verilməsi oxucular üçün
əhəmiyyətlidir. Vaxt itirmədən ədəbiyyatın ümumi miqdarı haqqında
məlumatı oxuculara çatdırır, həm də mənbələrə sıra nömrələrinin
verilməsi ayrı-ayrı müəlliflərin məqalələrinin ümumi miqdarını daha tez
müəyyənləşdirilməsini asanlaşdırır. Bu cəhətdən A.Baqrinin çap
etdirdiyi «Biblioqrafiya» oxucuların informasiya təminatında mühüm
biblioqrafik mənbə hesab olunur. Bunu «Biblioqrafiya»dan istifadə edən
oxucuların qeyd etdikləri müxtəlif işarələrlə izah etmək olar (9, S.104).
Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın biblioqrafiyası 1970-ci
ildən sonra təşkil olunmağa başladı. Bu sahədə Azərbaycan Milli Elmlər
Akademiyası MEK-nın fəaliyyəti təqdirəlayiqdir. Kitabxana həmin
ildən sonra yerli nəşrlərin biblioqrafik göstəricisini hazırlayıb çap
etdirməyə başlamışdır. Göstərici Azərbaycan və rus dilində çap
edilmişdir: «Biblioqrafiçeskiy spisok novıx oteçestvennıx kniq», «Yeni
kitabların biblioqrafik siyahısı» adı ilə çap edilmişdir. Hər iki
göstəricinin nəşrlərində «İqtisadiyyat. İqtisadi elmlər» adlanan bölmə öz
əksini tapmışdır.
Azərbaycanda iqtisadiyyat üzrə ədəbiyyatın yeni nəşrləri haqqında
elmi işçilərə məlumat verilməsində Elmi-məlumat mərkəzinin fəaliyyəti
də çox olmuşdur. Mərkəz tərəfindən «Azərbaycanda ictimai elmlər üzrə
çap olunmuş ədəbiyyat» adlı göstərici 1990-cı ildən sonra nəşr edilməyə
başlamışdır. Göstəricidə iqtisadiyyat üzrə çap olunmuş kitablar xüsusi
bölmə üzrə sistemləşdirilib təsvir edilmişdir. Göstəricidə kitab və dövri
mətbuat materialları da əks etdirilmişdir. Göstəricinin daxilində
«Azərbaycan dilində», «Rus dilində» adlanan bölmələr informasiya
istifadəçiləri üçün çox əhəmiyyətlidir.
Göstəricidə iqtisadiyyat üzrə ədəbiyyat iqtisadiyyatın sahələri üzrə
qruplaşdırılıb təsvir edilmişdir. «İqtisadiyyat» adlanan bölmə, «Ümumi
məsələlər», «Xalq təsərrüfatının idarə olunması», «İqtisadi rayonlaşdır-
ma», «Sənaye iqtisadiyyatı», «Əmək» və s. kimi bölmələr verilmişdir.
Cari mənbələrlə yanaşı, keçmiş illərdə iqtisadiyyat üzrə ədəbiyyatı
özündə əks etdirən ümumi xarakterli biblioqrafik göstəricilər də vardır.
1920-ci ildən sonra respublikamızda iqtisadiyyata aid çap olunmuş
kitablar «Azərbaycan kitabı»nın ikinci cildinin birinci kitabında öz
əksini tapmışdır (4, S.140-150). Göstəricinin VII bölməsində «Siyasi-
iqtisadi nəzəriyyələr tarixi» adlanan bölmədə 28 ədəbiyyatın təsviri
verilmişdir. Göstəricidən istifadəni asanlaşdırmaq üçün «Fərdi müəl-
liflərin əlifba göstəricisi» və «Müəllifsiz kitabların əlifba göstəricisi»
kimi köməkçi aparat onun informasiya dəyərini daha da artırmış olur.
Azərbaycan dilində iqtisadiyyata aid çap olunmuş ədəbiyyatı
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının
ümumi xarakterli biblioqrafik nəşrlərindən də öyrənmək olar (5). 1960-
cı ildən sonra AMEA MEK Akademiya nəşrlərinin ümumi xarakterli
elmi-köməkçi biblioqrafik göstəricisini hazırlayıb çap etdirmişdir. 1923-
45-ci illəri əhatə edən «Azərbaycan EA nəşrlərinin biblioqrafiyası»
1984-cü ildə «Elm» nəşriyyatında çap olunmuşdur. Biblioqrafik
göstəricinin 236-cı səhifəsində «İqtisadiyyat» bölməsi verilmişdir.
Biblioqrafik göstəricinin ayrı-ayrı illərdə çap olunmuş nəşrlərinə
iqtisadiyyat üzrə də ədəbiyyat daxil edilmişdir. Göstəricinin 1945-1959-
cu illəri əhatə edən nəşrində «İqtisadiyyat, statistika, iqtisadi coğrafiya»
adlanan bölmə öz əksini tapmışdır. Göstəricinin əhatə etdiyi dövr
ərzində iqtisadiyyat üzrə çap edilmiş 161 kitab və jurnal məqalələri
toplanıb göstəriciyə daxil edilmişdir. Akademiyanın nəşrlərinin bib-
lioqrafiyası sonrakı illərdə «illik» formasında çap olunmuşdur. «İllik»
nəşrlərində iqtisadi ədəbiyyat «İqtisadiyyat İnstitutu» adı ilə verilmiş
bölmə daxilində düzülüb təsvir edilmişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Elmlər Akademiyasının
nəşrlərinin biblioqrafiyasında daha bir göstərici müvafiq sahəni əks
etdirir (6). Azərbaycan EA-nın nəşrlərinin biblioqrafiyasının 1960-
1965-ci illər arasındakı dövrü əhatə edən 3-cü cildin 6-cı kitabında
iqtisadiyyat üzrə AMEA-nın «Elm» nəşriyyatında Azərbaycan və rus
dillərində nəşr olunan monoqrafiyalar, məqalələr, dövri mətbuat
Dostları ilə paylaş: |