Solmaz SADIQOVA
Biblioqrafiyaşünaslıq kafedrasının baş müəllimi
İQTİSADİYYAT ELMİNƏ HƏSR OLUNMUŞ ÜMUMİ
XARAKTERLİ BİBLİOQRAFİK İNFORMASİYA MƏNBƏLƏRİ
İqtisadiyyat sosial-siyasi elmlərin mühüm tərkib hissələrindən biri
hesab olunur. İqtisadiyyat üzrə ədəbiyyatın yaranması ictimai biliklərin
öyrənilməsi və təbliği ilə əlaqədar olmuşdur. Ona görə də Azərbaycanda
iqtisadiyyat üzrə ədəbiyyatın nəşri və onun biblioqrafiyası XX əsrin
əvvəllərindən həyata keçirilməyə başlamışdır.
Müstəqil Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə
keçməsi şəraitində elmi iqtisadi biliklərə, elmi iqtisadi təfəkkürə kifayət
qədər malik olmaq mühüm əhəmiyyət kəsb edir. İqtisadi ədəbiyyatın
öyrənilməsində və bu sahədə yeni məlumatların operativ şəkildə
mütəxəssislərə çatdırılmasında Azərbaycan milli biblioqrafiyasının
mühüm qollarından biri olan iqtisadiyyat ədəbiyyatının biblioqrafiyası
mühüm əhəmiyyətə malikdir.
İqtisadiyyat keçmişdə də, indi də hər bir şəxsin, ailənin, cəmiyyətin
həyatında mühüm əhəmiyyət kəsb etmişdir. Bunun üçün də bu gün
müstəqil Azərbaycan Respublikasında yaşayan hər bir vətəndaş ölkə-
mizin iqtisadiyyatını, onun keçmişini, bu gününü bilməlidir.
İqtisadiyyat-istehsal münasibətlərinin məcmusu, cəmiyyətin
iqtisadi bazisidir. Tarixi mənbələrdə iqtisadiyyatın tərifi belə veril-
mişdir: «İstehsal münasibətlərinin məcmusu cəmiyyətin iqtisadi qurulu-
şunu, real bazisi təşkil edir, hüquqi və siyasi üstqurum və bazis üzərində
yüksəlir və müəyyən ictimai şüur formaları bu bazisə uyğun olur».
İqtisadiyyat bütün digər ictimai münasibətlərin əsasını təşkil edir və
cəmiyyətin inkişafında həlledici rol oynayır (10, S.379).
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev müvafiq sahəyə
dair 2004-cü il 11 fevralda fərman imzalamışdır. Fərmanda deyilir:
«Azərbaycan Respublikasında son on ildə həyata keçirilən iqtisadi
islahatlar qısa tarixi dövr ərzində ölkədə makroiqtisadi sabitliyin
bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan
vermiş və əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışdır» (1, S.1).
İdeoloji məhdudiyyət və qadağalar nəticəsində Azərbaycan
xalqının iqtisadi fikir tarixində çoxlu çətinliklər mövcud olmuşdur.
Müstəqillik qazanaraq hüquqi demokratik dövlət quruculuğunu həyata
keçirdiyimiz müasir dövrdə respublika iqtisadçıları üçün yeni olan bazar
təsərrüfatı problemləri ilə qarşılaşmışlar. Ona görə də cəmiyyətdəki
dəyişikliklərin bu mərhələsində iqtisadi fikirlər, iqtisadi publisistika
üstünlük təşkil edir. İqtisadi hadisə və proseslərin həm mütəxəssislər,
həm də geniş kütlə üçün izahı ön plana keçir. Bununla əlaqədar olaraq
kütləvi və iqtisadi mətbuat səhifələrində çoxlu yazılar dərc olunmuşdur.
Hazırda iqtisadi fikrin, həm də müəyyən mənada dövlətin də
başlıca vəzifələri iqtisadi inkişaf modelini seçmək və bu modelin
reallığa çevrilməsinə xidmət etməkdir. Bu istiqamətdə ilkin addımlar
atılmış və Azərbaycan tarixi təcrübəsində sınanmış bazar iqtisadiyyatı
əsasında inkişafa üstünlük verilmişdir. Respublika iqtisadçılarının və
digər mütəxəssislərin birgə iştirakı və yaxından köməkliyi ilə bazar
iqtisadiyyatı prinsipinə cavab verən qanunvericilik bazarı yaradılır.
1991-ci ildən sonrakı dövrdə iqtisadi mövzuda 70-dən çox qanun
hazırlanıb qəbul edilmişdir. Mülkiyyət, özəlləşdirmə, fermer təsərrüfatı,
sahibkarlıq fəaliyyəti, haqsız rəqabət, torpaq islahatı, banklar və bank
fəaliyyəti, maliyyə və sənaye qurumları, dövlət vergi xidməti, əmək
birjası, kooperasiya və s. haqqında qanunlarla münasibətlərin bazar
iqtisadiyyatı prinsipləri əsasında təşəkkül tapmasının hüquqi təməli
qoyulmuşdur. Bu qanunlar ilk növbədə mətbuat səhifələrində öz əksini
tapmışdır. İqtisadiyyatın biblioqrafik təminatı informasiya təminatının
əsas istiqamətlərindən biridir. Azərbaycan dövlətinin informasiya
təminatı həmişə böyük əhəmiyyət kəsb etmişdir.
Bu gün özünün sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhə-
ləyə qədəm qoymuş Azərbaycan Respublikasında həlli vacib məsələ-
lərdən biri regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə oradakı
əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə et-
məklə iqtisadiyyatın davamlı inkişafına, əhalinin məşğulluğunun artırıl-
masına və ölkədə yoxsulluğun səviyyəsinin azaldılmasına nail olmaqdan
ibarətdir.
Müasir dövrdə iqtisad elminə, iqtisadçı sözünə ehtiyac hər hansı
dövrdə olduğundan daha çoxdur. Bir tərəfdən dərin iqtisadi böhran,
digər tərəfdən yeni iqtisadi inkişaf modelinə keçidin çətin yolları iqtisad
elminin və onun nümayəndələrinin qarşısına mühüm vəzifələr qoyur.
İqtisadi biblioqrafiya sosial-siyasi elmlər kompleksinə daxildir. So-
sial-siyasi elmlər kompleksinin biblioqrafik informasiya sisteminə müx-
təlif məzmunlu biblioqrafik materiallar daxildir. Sosial-siyasi elmlər
kompleksinin biblioqrafik informasiya sistemi dinamikdir. Bu isə
bilavasitə biblioqrafik nəşrlərin mövzu dairəsinin genişlənməsi, onların
tiplərə, növlərə, oxucu və məqsəd istiqamətinə görə biblioqrafiyanın
daim təkmilləşdirilmiş metodikası əsasında formalaşmasıdır. Bu proses-
lərin inkişafına aşağıdakı əsas amillər təsir edir: 1. Elmi Texniki Tərəq-
qinin təsiri nəticəsində insan fəaliyyətinin bütün sahələrində dərin də-
yişikliklərin baş verməsi; 2. Sosial-iqtisadi elmlər kompleksinin sənəd
axını; 3. Sosial-iqtisadi fəaliyyət sahəsinin daha da formalaşması; 4.
İqtisadiyyatın informasiya istifadəçiləri; 5. İqtisadi biblioqrafiyanın
nəzəri və metodiki məsələləri ümumilikdə; 6. İqtisadiyyat, hüquq və
sosiologiya üzrə dövlət siyasəti; 7. Yeni informasiya texnologiyasının
tətbiqi; 8. İqtisadiyyat sahəsi üzrə ölkədə fəaliyyət göstərən idarə və
müəssisələr.
İqtisadi elmlər ictimai-siyasi xarakter daşımaqla öz növbəsində
təbii və texniki elmlərlə əlaqədardır. İqtisadi elmlərin bu qayda üzrə
öyrənilməsi kitabxanaçı-biblioqrafların işini mürəkkəbləşdirir. Ona görə
də iqtisadi ədəbiyyatın kitabxana-biblioqrafiya təsnifatına əsasən
təsnifləşdirilib qruplaşdırılması lazım gəlir. Beləliklə, iqtisadi ədəbiy-
yatın böyük əhəmiyyəti vardır.
Müstəqillik şəraitində iqtisadi ədəbiyyat başqa respublikalarda
olduğu kimi, Azərbaycanda da iqtisadi əlaqələrin yaranmasına və
əlaqələrin öyrənilməsinə kömək edir.
Məlumdur ki, 1925-ci ildə respublikamızda Dövlət Kitab Palatası
təşkil olunmuş və onun biblioqrafik nəşrləri olan «Salnamə»lər nəşr
olunmağa başlamışdır. «Azərbaycan mətbuat salnaməsi»ndə, «Birillik
Azərbaycan kitabiyyatı»nda başqa elmlərlə yanaşı, iqtisadiyyat üzrə
ədəbiyyatın cari biblioqrafik mənbələri verilmişdir.
Salnamələrin «İqtisadiyyat. İqtisadi elmlər» adlanan bölməsi
iqtisadiyyat üzrə ədəbiyyatın öyrənilməsində oxucular üçün istiqamət
verir. Daxildə bu əsas bölmə müxtəlif yarımbölmələrə ayrılmışdır.
Məsələn, «Siyasi iqtisad», «Maliyyə», «Pul dövriyyəsi», «Kredit»,
«İctimai sığorta» adlanan bölmələr verilmişdir. Bu dövrdə iqtisadiyyatın
biblioqrafiyasının yaradılmasına təşəbbüs göstərilmişdir.
İqtisadiyyat sahəsində elmi fikrin yaranması da keçən əsrin
əvvəllərində özünü göstərmişdir. Belə ki, kitabxana işinə dair bir neçə
kitabın müəllifi kimi tanınmış Əli Əjdər Səidzadə 1922-ci ildə çap
etdirdiyi məqalələrinin birində yazmışdı: «Azərbaycanda çıxmış bütün
ədəbiyyatın bir ümumi biblioqrafiyasını düzəltmək işinin tam vaxtıdır»
Dostları ilə paylaş: |