Osman Türkayın poetik irsi
190
şırken, sanatçılar da iç uzaya yönelmişler, insan ruhunun geçenekle-
rine parıltılı yollar açmışlardır”. (Türkay, 1993: 200)
“Tənqidə qarşı göstərilən müqavimət” (“Eleştiriye Karşı Beliren
Tepki”) məqaləsi tənqid, yazıçı və tənqidi münasibətlər barəsində-
dir. Sağlam tənqidin həm yazıçı, həm də oxucu üçün faydalı oldu-
ğunu qeyd edən Türkay XX əsrdə onun bir çox elmlərlə - estetika,
psixologiya, sosiologiya, fəlsəfə, fizika, antropologiya və s. ilə əla-
qələnərək daha da inkişaf etdiyini və xüsusilə də çağdaş ingilis ədə-
biyyatını çağdaş ingilis tənqidinin yaratdığını yazır. T.S.Eliot,
E.Pound kimi yazıçıların tənqidə dair məqalələrini xüsusi qiymət-
ləndirsə də, Nobel mükafatını qazanmış Con Steynbekin: “Yol mə-
muru kimi istiqamət göstərməyə çalışan tənqidi xoşlamıram”,- fik-
rini də verməklə yazıçıların tənqidə mövqeyini əks etdirir.
O.Türkayın ədəbi-tənqidi görüşlərinin geniş şəkildə əks olundu-
ğu məqalələrindən biri “Tənqid haqqında düşüncələr” (“Eleştiri Üs-
tüne Düşünceler”) adlanır. Burada eyni zamanda Aristoteldən baş-
layaraq tənqid tarixi də xronoloji ardıcıllıqla verilmişdir. Türkay
tənqid məfhumunun daha çox şerə aid olduğunu vurğulayır.
Məqalədə ədəbiyyat, sənət, tənqid və elmlə bağlı məsələlərə də
yer verilir. O, tənqidin birinci məqsədini ədəbiyyat nəzəriyyəsi ya-
ratmaqda görür. “Ədəbiyyat nədir?” - sualına cavab verərək yazır
ki, ədəbiyyat dildən vasitə kimi istifadə ilə bir şeyi əks etdirən,
bunu da gözəl şəkildə etməyi bacaran sənətdir. Təbii ki, elm adam-
ları da deyəcəkləri fikirləri dillə, həm də istəsələr, gözəl şəkildə ifa-
də edirlər. Amma onlar əsərlərinə forma vermək məcburiyyətində
deyillər. Halbuki ədəbiyyatçı daima forma qurmaq, üslub yaratmaq
cəhdi içindədir. Söylədiklərinin də mütləq doğru olması gərəkli de-
yildir.
Ümumiyyətlə, Türkay bir sıra məqalələrində elm və sənətin qar-
şılıqlı münasibətləri və sərhədləri barəsində bəhs etmişdir. O, elm
və sənət arasında sərhəd çəkməyə qarşı çıxarkən ingilis yazarı Al-
dous Huksleydən sitat gətirərək öz fikrini əsaslandırmağa çalışır:
“Eğer Yeats, Einştein’in teorisini anlamış, içine sindirmiş olsaydı,
Elmira Fikrətqızı
191
bunun çok önemli, heyecan verici, olağanüstü bir doğru olduğunu
kabul etmek cesaretini gösterseydi, İrlanda akşamlarını dile getiren
şiirlerinde, kendi rölavitesinin en güzel liriklerini yazabilerdi.”
(Türkay, 1993: 73) Nəzərə alaq ki, O.Türkay öz poeziyasında bu si-
tata kifayət qədər əməl etmişdir.
Ümumiyyətlə, o, tənqidi iki növə ayırır: nəzəri və tənqidi. Birin-
ci növdə tənqidçi əsasən ədəbiyyatla bağlı bir sıra problemləri diq-
qət mərkəzinə çəkir və məntiqi cavablar tapır. Nəticədə müəyyən
prinsiplər formalaşmış olur. İkinci növdə isə xüsusi, konkret ədəbi
nümunələr tədqiq edilir; üslub, mövzu, dil, forma və s. ilə bağlı
məsələlər araşdırılır.
Türkay tənqid tarixini qaydalar tarixi adlandırır. Məsələn, Aris-
totelin faciə janrı üçün qoyduğu qaydalar klassik fransız drama-
turqları üçün tragediya yaradıcılığında bir əsas oldu. Lakin bu qay-
dalar özünü doğrultmaya bilər. Bununla belə, Bualonun “Poetika”
və Horatsinin “Ars poetika” əsərləri uzun müddət Qərb dünyasında
sənət adamlarına böyük təsir göstərmişdir. O.Türkay Ben Conson,
Dreyden, Aleksandr Pop, Hegel kimi mütəfəkkirlərin də tənqid haq-
qında görüşlərini verdikdən sonra Dekartla tənqidə daxil olan rasio-
nal fəlsəfədən bəhs edir. Tənqidin bu istiqamətində təbiət və insan
münasibətləri meydana çıxır. Lakin şerin rasional bir sənət olması
düşüncəsi onu çərçivəyə saldığı üçün XIX əsrin əvvəlində Vord-
sfut: “Ən uyğun şeir dili insanların gündəlik danışıqlarda istifadə
etdikləri dildir ki, bu dil ancaq istifadə forması ilə şeirləşir”,- söylə-
yərək şeirdə üslubların inkişafına yol açmışdır. Getdikcə ədəbiyyat-
da gözəllik anlayışı da öz məzmununu itirməyə başlamışdır. Tarixi-
lik prinsipi yazıçının ədəbi mühitini araşdırmağı mütləq saysa da,
T.S.Eliot daha çox əsərin özü üzərində tədqiqat aparmağı irəli sür-
müşdür. Nəticədə Türkay Aristoteldən müasir dövrə qədər mövcud
olan bir çox tənqidi istiqamətləri uğursuzluqlar tarixi olaraq təqdim
etsə də, analitik təhlildə onların hamısının rolunu dəyərləndirir.
“Yazıçının sərbəstliyi” (“Yazarın Özgürlüğü”) rus ədəbiyyatı-
nın sovet dövrü haqqında yazılmış bir məqalədir. Daha doğrusu,
Osman Türkayın poetik irsi
192
Andrey Sinyavski və Yuri Daniley kimi rus yazarlarının gizli yol-
larla Qərb ölkələrinə əsərlərini göndərərək nəşr etdirmələrinə görə
həbs olunmaları hadisəsini fon almaqla Türkay ədəbiyyatın Sovet
İttifaqında boğulması barədə dünya arenasında qalxan səs-küydən,
bunun siyasi səbəbləri və ədəbiyyata təsirlərindən bəhs edir: “Yazar
her bakımdan özgür olmalı mıdır? Ya da olabilir mi? Andre Gide:
“Sanat baskıdan doğar, özgürlükten ölür”, - demişti. Öte yandan,
Nietzsshe’ye göre, kültür için tutsaklık gereklidir. Çünkü: “Kültür
işçisi Prometheus’un ciğerini yiyen akbabadır”. (Türkay, 1993:
143) Lakin bu məsələdə Türkayın fikirləri tamamilə fərqlidir. Ədibə
görə, ədəbiyyat və azadlıq sinonim sözlərdir.
Osman Türkay bir çox məqalələrində fəlsəfə, onun obyekti,
müxtəlif elmlər arasında yeri (fərqli və oxşar cəhətləri) və s. kimi
problemlərə də diqqət yetirmişdir. Məsələn, “Rassellə bir günəş
batdı” (“Russell’le Bir Güneş Battı”) adlı məqaləsində həmin mə-
sələlərlə əlaqədar olaraq yazır: “Filozof soru sorar, ama yanıt ver-
mez. Yanıtlandırılmayan sorular arttıkça, filozof görevini daha iyi
yerine getirir. Felsefe fizik biliminden daha ileride olmakla birlikte,
filozof olmasaydı, fen adamı, ya da fizikçi olmayacaktı, belki de.
Bilimin yanıtlayacağı soruları ilkin filozoflar sormuşlardı.” (Tür-
kay, 1993: 221)
Sonuncu cümlədən aydın olur ki, mütəfəkkir fəlsəfəni digər elm-
lərdən ayırır, dolayısı ilə fəlsəfənin təbiət, cəmiyyət və təfəkkürün
ən ümumi qanunauyğunluqları haqqında elm olmasını təsdiqləyir.
Məqalənin davamını izləsək, irəli sürülən fikrin aydınlaşdığını gö-
rərik: “Filozoflar atom üstüne çoktan kafa yormaya başlamışlardı.
Ama fizikçiler onu buldu, aydınlığa çıkardı. Filozoflar, aynı zaman-
da, maddeye değğin görüş ve sağduyuyu araştırdı. En sonunda, bil-
ginler ve fizikçiler de görülen her şeyin, görüldüğü gibi olmadığına
inandılar.” (Türkay, 1993: 222)
Yuxarıda söylənilən fikirlərdə O. Türkay elmlə fəlsəfəni ayıran
cizgiləri müəyyənləşdirir və bir çoxlarının qəbul etdiyi kimi, fəlsəfi
baxışın əsasında şübhənin durduğu qənaətinə gəlir.
Dostları ilə paylaş: |