Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə225/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   221   222   223   224   225   226   227   228   ...   243

417 

 

1960-70-ci illərdə dövrün tənqidinin sovet dövrü ədəbi meyarlarından irəli gələn “işıqlı həyat idealı 



olan” bədii qəhrəman tələbi ilə yazıçının stereotipləri qıran, məhz sosial mühitin “zülmətinə qərq olmuş” 

obrazlar yaratmaq məqsədi uyğun gəlmirdi. Lakin bununla yanaşı, tənqid Anarın Təhminə, Zaur, Kəbirlinski, 

Muxtar və s. obrazlarındakı yeniliyə və mükəmməlliyə laqeyd deyildi, əksinə ədəbi-nəzəri fikir bu 

qəhrəmanların yazıçının yaradıcılıq fərdiliyinin müəyyənləşməsində əhəmiyyətini dərk edir və təsdiqləyirdi.  

Elçin povestlərini qəhrəman konsepsiyası da milli ədəbi tənqidi ciddi düşündürmüşdür. Elçin 

povestlərində cəmiyyətimizi narahat edən problemlərə qəhrəmanların münasibəti fonunda fərqli insan 

mənəviyyatı, psixologiyası, daxili dünyası ilə qarşılaşırıq. Bu əsərlərdə təsvir olunan obrazlar əsasən 

cəmiyyətin alt təbəqəsini, aşağı zümrəni təmsil edirlər, müəllif diqqəti zahirən adi görünən həyatların qeyri-

adi mənzərəsinə, qapalı aləminə yönəlir. Elçinin povestlərində bədii məzmunun əsasına bir qayda olaraq 

Bakıətrafı kəndlərin insanlarının taleyi qoyulmuşdur. Məmmədağa, Mirzoppa, Məsməxanım (“Bir görüşün 

tarixçəsi”), Ağababa və ailəsi, Zibeydə obrazları vasitəsilə (həm “Toyuğun diri qalması”, həm də “Dolça”da) 

bu bədii məkanda yaşayan insanların mənəvi-ruhi dünyasını, həyata baxış tərzini, dünyagörüşlərini, məişət 

tərzlərinə, əxlaq kodekslərinini təhlil və analiz predmetinə çevirdi.  

Abşeron kəndi Elçinin əsərlərində ancaq bədii məkanı şərtilik çərçivəsində, hadisələrin cərəyan etdiyi 

məkan kimi ifadə etmir, həm də bu nəsrin mövzu və problematikası, qəhrəmanları da bilavasitə həmin bədii 

məkanla bağlı bədii təhlil predmetinə çevrilir. Elçin psixologizmi Bakıətrafı kəndlərin sakinlərinin 

xarakterində genetik yaddaşından gələn öznəməxsusluqları xüsusi həssaslıqla duyub izləyə bilir, yazıçı 

müşahidələrini müdrikcəsinə bədii sənətdə ehtiva edir. Ədəbiyyatımızda daha əvvəllər yaradılan bu tip 

obrazlara ironik münasibətin əksinə olaraq bu qəhrəmanların daxili aləmləri onların mənəvi duyğularına 

güclü bədii nüfuzetmə ilə açılır.  

Ədəbi tənqid Elçinin “Açıq pəncərə”, “Sos”, “Bir görüşün tarixcəsi”, “Toyuğun diri qalması” 

povestlərinin qəhrəmanlarında yazıçının insan konsepsiyasını müəyyənləşdirən bu cəhətə xüsusilə əhəmiyyət 

verirdi. “Bir görüşün tarixçəsi”ndə Məsməxanım, Məmmədağa surətləri, “Toyuğun diri qalması”nda Zibeydə 

obrazı nəzəri təhlillərdə bu cəhətdən daha mükəmməl görünür. Tənqid Elçin qəhrəmanlarının azadlığını, 

onların zamanın fövqündən yüksəkdə dayanan istəklər, xəyallar aləmini yazıçının öz obrazlarını sosial 

gerçəkliyin ağır məngənəsindən qurtarmaq cəhdi ilə izah edir.  

Tənqidçi T.Əlişanoğlu yazır: “Bir görüşün tarixçəsi” əsərində Elçin problemə (emansipasion – qadın 

azadlığı probleminə) sanki təzə nəfəs gətirməyə, onu sosial gerçəklərin ağır məngənəsindən qurtarmağa 

çalışır. Emansipasion azadlıq deməkdir: asılılıqdan, tabeçilikdən, hər cür yanlış və yıpranmış təsəvvür və 

adətlərdən... Elçin məramın dramatizmdən, ağrılı, təzadlı, münaqişəli kataklizmlərdən uzaq, sırf poeziyasına 

dalmağı, “azadlıq” deyilən insan hissinin təmiz, buxovsuz, məhz asılılıqdan, tabeçilikdən, cəmiyyətlə bağlı 

hər cür ilgilərdən kənar varlığını duymağı “qərara alır”. Bunun üçün cəmiyyətdən kənarlıq illuziyası yaradan 

şərti məkan və zaman, aydındır ki, təbiətin özüdür – dəniz, dəniz sahilinin səhra genişliyi, qayalar, gecə... 

bütün bunların insan təbiətinin “azadlığı” – təklik, tənhalıqla qafiyələnməsi” (4, 55). 

Azərbaycan ədəbiyyatında «altmışıncılar»ın nəsrə gətirdiyi yeniliklərin əsasında duran insan 

konsepsiyası və ona ədəbi tənqidin münasibətini araşdırarkən sözügedən ədəbi nəslin nümayəndəsi Sabir 

Əhmədli yaradıclığı ilə bağlı nəzəri təhlillər xüsusilə diqqəti çəkir. Sözügedən ədəbi nəslin digər 

nümayəndələri kimi Sabir Əhmədli yaradıcılığında da bədii maraq əsasən şəxsiyyətə, fərdə, ən sadə, sıravi 

cəmiyyət üzvlərinə yönəlir, onların mənəvi-psixoloji aləminin bədii tədqiqi, könül dünyasının dərinliklərinin, 

ən mübhəm duyğularının izahı məqsədinə xidmət edirdi. Bu əsərlərdəki qəhrəman tipinin düşüncə və 

təsəvvürləri ədəbiyyatdakı «sovet adamı» anlayışı və ehkamı ilə heç cür uyğun gəlmirdi, ilk növbədə  bu cə-

hət 60-cı illər qəhrəmanının əvvəlki onulliklərin nəsr qəhrəmanlarından ciddi şəkildə fərqləndiyini müşahidə 

etməyə imkan verirdi. Ümumiyyətlə, qəribəlikləri bəzən çılğınlıq kimi qəbul edilən həmin xarakterlər, saf-

ürəkli «həqiqət divanələri», «həyatda yerini tapmayan», bunun üçün də bəzən avara gəzən, buna baxmayaraq 

əsil insan və bəşəri hisslər qarşısında heyrətə gələn qeyri-adi adamlar 60-70-ci illər ədəbiyyatının ən 

populyar qəhrəmanları idilər. Sabir Əhmədli yaradıcılığında da belə qəhrəmanlar kifayət qədərdir.  

Ədəbi tənqid Sabir Əhmədlini həyatın ən dərin qatlarının təsvirini yaradıcılığında məharətlə verən 

səriştəli yazıçı hesab edir, onun qəhrəmanlarını tamamilə təbii, həyatın özündən gələn qəhrəmanlar olduğunu 

vurğulayır. Tənqidçi B.Nəbiyev yazıçı barədə fikirlərini belə ümumiləşdirir: «...Uzun illər bundan əvvəl 

yaşamış olduğu, hardasa qəlbin dərin qatlarında mürgü döyən hisslərin fəallaşması üçün real varlıqla, ətraf 

mühitlə, insanlarla, adi bir təbiət hadisəsi ilə xırdaca təmas kifayət edir ki, bütün bunlar təcrübəli qələm 

sahibinin təsvirində həyat haqqında retrospektiv bədii təhkiyyənin materialına çevrilsin» (6, 47). Əlbəttə, bu 

təhkiyəni  Sabir Əhmədlinin «Dünyanın arşını»‚ «Yaşıl teatr», «Qan köçürmə stansiyası»‚ «Yasamal 

gölündə qayıqlar üzür», «Toğana» və başqa əsərlərində müşahidə etmək mümkündür. Yazıçının həmin 

əsərlərində Arif («Dünyanın arşını»), Adil («Toğana»), Kainat («Yaşıl teatr»), Hikmət («Yasamal gölündə 

qayıqlar üzür») daha çox «əməl» qəhrəmanları kimi deyil‚ «düşünən» qəhrəmanlar kimi yadda qalır. Bu 

«düşünən» qəhrəmanların daxili nitqləri isə nəsrdə psixologizmi yaradır. «Düşünən» qəhrəmanlarının 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə