Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə226/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   222   223   224   225   226   227   228   229   ...   243

418 

 

sayəsində gerçəkliyin əsasına enən yazıçı müsahibələrinin birində deyir:  «Həyatın bəsit, mürəkkəb, fəlsəfi 



tərəfləri var. Ona necə baxmaq, hansı prizmadan yanaşmaq idrakının səviyyəsindən asılıdır. Kimi hadisələrə 

üzdən baxır, kimi baş qoşmur, kimi də boş buraxır... Mən isə həmişə çalışıram ki, mahiyyətə varam». Bu cür 

yazı manerası ilə «müasir Qərb romançılarının - «psixoloji məktəbin» əsasını qoyan M.Prustun, C.Coysun, 

F.Kafkanın və b. aparıcı təsvir üsulu olan «şüur axının»dan S.Əhmədovun faydalandığını» (7, 434 ) 

göstərirdi. Çağdaş ədəbi tənqidin də müşahidə etdiyi kimi, Sabir Əhmədli yaradıcılığı boyu sovet siyasətinin 

insanda yaratdığı mənəvi qüsurları, milli kökdən uzaqlaşmağın faciələrini göstərir, onun qəhrəmanlarının 

zəngin xarakterlər aləmi də bu ali məqsədə xidmət edir. Ədib «Yaşıl teatr», «Dünyanın arşını», «Yasamal 

gölündə qayıqlar üzürdü», «Toğana», «Azığa doğru», «Yasaq edilmiş oyun», «Gülmalı kişinin axırı» kimi 

əsərlərində mənəvi-əxlaqi problemlər bədii həllini verməyə çalışmışdı. Yaradıcılığının 60-70-ci illər 

mərhələsində yazdığı əsərlər isə bu baxımdan xüsusilə diqqəti çəkir.  

Milli ədəbi-nəzəri fikir daha çox yazıçının əsərlərinin mürəkkəb mənəvi-əxlaqi, sosial problemləri ilə, 

dövrün insanın mövcud ictimai mühitlə çoxtərəfli əlaqələri və münasibətlərinin məzmununa, mahiyyətinə, 

eləcə də, həmin əlaqələrin, münasibətlərin doğurduğu çoxçeşidli, çoxmənalı emosiyalara həssas sənətkar 

müdaxiləsi ilə yadda qaldığını vurğulayır. S.Əhmədlinin bu fonda izlənən və təhlil mərkəzinə çəkilən qadın 

obrazları da milli-mənəvi əxlaqi keyfiyyətləri ilə maraq doğurur. Yazıçının əsərlərində qadın qəhrəmanlarını 

birləşdirən ən yüksək meyar insanlıqdır. Yazıçı qadınlara həssas münasibət bəsləmiş, qadın mənəviyyatı 

məsələsinə, onun yaşantəlarına böyük həssaslıq və ehtiramla yanaşmışdır. Onun «Yaşıl teatr»da yaratdığı 

Kainat obrazı Azərbaycan qadınına məxsus keyfiyyətləri ilə seçilən qəhrəmandır. Milli ədəbiyyatşünaslıq və 

tənqid bu qəhrəman haqqında belə bir qənaətdədir ki, Kainat nə qədər savadsız, avam olsa belə, ruhən 

qüvvətlidir, namusu, isməti, zəhmətkeşliyi, qayğıkeşliyi ilə ailəsinə bağlılığı, övladlarına sonsuz məhəbəti

sevgisi, onların əminamanlığı, xoşbəxtliyi naminə hər cür fədakarlığa hazır olması ilə mənəvi paklıq, saflıq 

mücəssiməsidir.  Kainat namuslu‚ gözütox‚ əxlaqlı‚ düşüncəli qadındır. Mənəvi-əxlaqi cəhətləri ilə yadda 

qalan sürətlərdəndir. Kainat müdrik və eyni zamanda bi qədər sadəlövh, fiziki cəhətdən güclü və xasiyyətcə 

həlim, ürəyi yumuşaq insandır. Cavan olmasına baxmayaraq bir neçə ailənin ağbirçəyidir. O çox yüksək  

dərəcədə ali insani keyfiyyətləri ilə diqqəti cəlb edir. Beş uşaq anası olmasına baxmayaraq başqa ailələrin də 

qayğısını çəkir. Tələtlə Şərqinin ailə münasibətlərindəki kəskinlik, Gülbəstinin taleyi, qardaşı Seyfəlin həyatı 

onu çox narahat edir. Kainat öz övladlarını halal zəhmət hesabına böyütmək istəyir. Bunun üçün də  

″Xeyirxah əmək″ sexindən iş götürüb evdə işləyir. Ona bu işdə qonşuları da kömək olur. Qadınlar, uşaqlar 

böyük həvəslə birgə əmək fəaliyyətinə qoşulurlar. Haramdan uzaq qaçan bu qadın insanpəvərliyi ilə seçilir. 

Bunu sözlərində və əməlində təsdiqləyir: “Azuqəni insafla bölüşdürsələr‚ yer üzündə bir insan korluq 

çəkməz.” (9, s. ;218) Kainat səxavətli və tədbirli insandı.  

Bu əzəmətli qadın obrazı nəinki doğmalarına, eləcə də ətrafında olan hər kəsə bu cür insani münasibət 

bəsləyir. Kainata xas olan bu ali keyfiyyətləri ədibin nəsrindəki  qadın obrazların əksəriyyətində görmək 

mümkündür. Sabir Əhmədli qadın problemini milli adət-ənənələr, milli psixologiya, əxlaq və tərbiyə 

məsələləri aspektində bədii tədqiq obyektinə çevirir, onun qəhrəmanları üçün bütün hallarda əxlaq və 

mənəviyyat müstəsna əhəmiyyət kəsb edir. Yazıçı qadın azadlığı və xoşbəxtliyini, qadınların cəmiyyət 

həyatında fəal iştirakını ürəkdən təbliğ etsə də, bunun naminə belə milli dəyərlərimizdən, 

mənəviyyatımızdan, bir sözlə mentalitetimizdən kənara çıxmağı düzgün hesab etmir. S.Əhmədli üçün 

qadının mənəvi paklığı, təmizliyi eyni zamanda millətin əxlaqının,  mənəviyyatının meyarıdır. Sənətkarın 

əxlaq fəlsəfəsi mənsub olduğu millətin mənəvi dəyərlərinə, onun çoxəsrlik adət-ənənələrinə əsaslanır ki, bu 

cəhəti qadın qəhrəmanlarına münasibətində də aydın müşahidə edirik.  

Ədəbi tənqid İsi Məlikzadənin qəhrəmanlarını tipoloji cəhətdən Elçinin qəhrəmanlarından köklü 

şəkildə fərqləndirir. İsi Məlikzadə nəsrinin məkannıın da Elçin nəsrindəkidən fərqli olduğunu göstərir. Bu 

məkanın “konkret ünvanı var – rayon mərkəzi. Yazıçının qəhrəmanları kənd əməkçilərindən çox, rayon 

mərkəzinin xidmət müəəssilərində işləyən dərzilər, dəlləklər, aşpazlar, şoferlər, ya da qayda qanun 

gözətçiləri, milis nəfərləri, qoruq xidmətçiləri və sairdir.” (6, 55) 

İsi Məlikzadə nəsrində adi adamların mənəvi dünyasına güclü nüfuzetmə, onların mənəviyyatının 

dərin qatlarının bədii izahı, insan və cəmiyyət, insan və təbiət münasibətləri kontekstində qəhrəmanıarın 

mənəvi-əxlaqi dünyalarının gizli guşələrinə enə bilmək, qarşıya çıxan pproblemlərə vətəndaş münasibəti 

nöqteyi-nəzərindən onların hər birini tədqiq-təhlil süzgəcindən keçirmək ədəbi tənqid materialllarında geniş 

yer alan məsələlərdəndir.. Beləliklə, milli ədəbi tənqid 60-70-ci illər nəsrinin yaradıcılıq problemləri 

içərisində daha çox bədii qəhrəman konsepsiyasının geniş təhlilinə yer verir, nəsrin keyfiyyət yeniliyini 

əsasən, onun “yenilənən” qəhrəmanlar, xarakterlər aləmi ilə izah edirdi.  

 

Ədəbiyyat 



1.

  Hüseynov A. Nəsr və zaman. Bakı, Yazıçı, 1980. 

2.

  Arif M. Sənətkar qocalmır. Bax: “Ağ limanlar və qırmızı gəmilər” Bakı, 1980. 



3.

   Yusifli V. Nəsr: konfliktlər, xarakterlər, Bakı: Yazıçı, 1986. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə