Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə228/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   224   225   226   227   228   229   230   231   ...   243

421 

 

məktəbsiz, işıqsız və səhiyyəsiz kənd gerçəkliklərini inikas etdirməkdən ibarət olmadığını diqqətə 



çatdırırdılar. Onlar nəsri nağılçılıq və rəvayətçilik, dastan estetikası və rasionallıq kimi kanonlardan 

ayırmağın zərurətini önə sürməklə yanaşı, bütün bunları irrasionallığa, metafizik qata keçirməyə, ənənəvi 

təhkiyə metodları ilə müasir çevik düşüncə formalarını qovuşdurmağa səy göstərirdilər. Tarixi mövzulara 

tez-tez müraciət etmələri millətin keçmişini bugünün diliylə, yeni ədəbi üsul və estetik yazı texnikasyla  

danışdırmaq istəyindən irəli gəlirdi. Başqa sözlə, bu, köhnə tipli nəsri, ənənəvi təhkiyəni yıxmaq yox, 

zamanın tələbinə, sosial sifarişə yeni  mövzu və bədii-estetik formalarla cavab vermək cəhdi idi. Bu, 

dünənin, ənənəvi dəyərlərin inkarı yox, modern düşüncəyə, müasir fəlsəfi-humanitar təfəkkürə söykənən 

üsullarla təsdiqi idi. 

 

Ədəbiyyat 



1.

  Akyüz K. Modern türk edebiyatının ana çizgileri. İstanbul: İnkilap, 1994, 270 s. 

2.

  Rəsulov Ə.Türk sənədli-bədii nəsri. Bakı: “Elm”, Nurlan NPM, 2004, s. 



3.

  Bayrak Mehmet. Köy Enstitülü Yazarlar Ozanlar. Ankara: TÖB-DER Yayınları, 1978, 630 s. 

4.

  Утургаури С.Н. Турецкая проза 60-70-х годов. М.: Наука, 1982, 215 cтр. 



5.

  Məmmədova H. Yaşar Kamal yaradıcılığında folklor motivləri. Filol. üzrə fəl. dok. dis... avtoref. Bakı, 2010, 

AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 29 s 

6.

  Rəsulov Ə. İskəndər Palanın tarixi romanları. // Şərq filologiyası məsələləri (7-ci buraxılış), Bakı: MA Kompani, 



2013. s.433-455 

7.

  Qasımova L. “XX əsrin II yarısında Türkiyə hekayəçiliyində ənənə və  novatorluq (Mustafa Kutlunun hekayələri 



əsasında). Filol. üzrə fəl. dok. dis...avtoref.  Bakı, 2014, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 26 s. 

8.

  Aktaş Şerif. Hikayeciliğimizde yeni bir tarz: “Yoksulluk içimizde” // Türk Edebiyatı dergisi, 1984, № 124, s.75-76 



 

 

  ÜLKƏR NƏBİYEVA 



Filologiya üzrə elmlər doktoru 

Bakı Dövlət Universiteti  

 

   TÜRK DÜNYASINDA «KİTABİ-DƏDƏ QORQUD»u TANIDAN  ƏLYAZMA 



     

Açar sözlər:  nüsxə, epos, mülahizə, tədqiqatçı, Drezden əlyazması, Berlin əlyazması, abidə, mətn, 

nöqsan, mübahisəli məsələ.  

 

Manuscript acquainted with the Turkic world "Kitabi-Dede Gorgud” 



 

To the scientific world is became known one more manuscript of epic “Kitabi-Dede Gorgud”. In the beginning 

many assumed, that this manuscript is a copied from the Dresden text. The question on originality the Berlin 

manuscript, or it only a copy from the Dresden list, has poured out in one of discussion problems. Though this edition 

also has played the important role in acquaintance of the Turkic world with the epos, nevertheless it has undergone to 

the serious criticism from the epic theoretics. In last researches based on actual materials, on the foreground judgments 

about originality, independence of the Berlin manuscript has put forward. 

Keywords: the manuscript, the epos, opinions, the researcher, the Dresden manuscript, the Berlin manuscript, a 

monument, discrepancies, a question at issue. 

 

«Kitabi-Dədə Qorqud»un elm aləminə daha bir nüsxəsi də məlumdur. Berlin nüsxəsi adı ilə tanınan 



həmin əlyazma Berlin Kral Kitabxanasında F.Ditsin arxivində saxlanılır. Məlum olduğu kimi, həmin nüsxə 

əsasında Kilisli Rüfət 1916-cı ildə ilk dəfə olaraq abidəni türk oxucusuna təqdim etmişdir (6, 11-127). Bu 

nəşr eposun türk dünyasında tanınmasında nə qədər mühüm əhəmiyyətli rol oynasa da qorqudşünaslar 

tərəfindən kəskin tənqid edilmiş və bir sıra mübahisələrə səbəb olmuşdur. Göstərilən tənqidi qeydlərə görə, 

Berlin nüsxəsi ümumilikdə böyük təhriflərlə nəşr edilmişdir. Kilisli Rüfət mətni çox yerdə təhrif etmiş, hətta 

O.Şaiqə görə «onu yararsız hala salmışdır» (7, s.17). Bu mülahizə sonralar M.Ergin, H.Araslı, F.Zeynalov,  

S.Əlizadə, Ş.Cəmşidov və başqaları tərəfindən də təsdiqlənmişdir. Amma bir çox hallarda «yararsız nəşr» 

hesab edilən Berlin nüsxəsi, onun əsasında hazırlanmış Kilisli nəşri barədə üzə çıxmış başqa faktlar həmin 

mülahizənin ədalətli olmasına şübhə doğurur. Aydınlaşmasına ehtiyac olan ən vacib məsələ Berlin 

nüsxəsinin orijinallığı, yaxud Drezden nüsxəsinin surəti olması ilə bağlıdır. 1922-ci ildə «Kitabi-Dədə 

Qorqud»u rus dilinə tərcümə edib ona geniş ön söz yazan V.V.Bartold Berlin nüsxəsi barədə yazırdı ki, o, 

1814-cü ildə eposun yeni bir əlyazmasını əldə etmişdir. Həm də bu nüsxə onun kolleksiyasında 61 saylı  




422 

 

kataloqda saxlanılır. Bu əlyazma elə həmin saylı nömrə ilə Ditsin arxivi ilə birgə sonralar Berlin Kral 



Kitabxanasına düşmüşdür (1, s. 480). 

Qorqudşünasları maraqlandıran  məsələ budur  ki, Berlin nüsxəsi orijinal nüsxədir, yaxud Drezden 

mətnindən üzü köçürülmüş variantdır. Bu barədə mülahizələrin tarixi xeyli əvvələ gedib çıxır. V.V.Bartold 

yazır ki, «Reyskiyə görə, bu variant F.Dits üçün xüsusi olaraq hazırlanmışdır və onun özü tərəfindən üzü 

köçürülmüşdür. Drezden kopiyası adlandırılan həmin nüsxə Ditsə məxsusdur» (1, s.480). Yenə V.V.Bartold 

göstərir ki, Drezden kataloqunun başqa bir texniki işçisi Perçin sözlərinə görə isə Drezden nüsxəsinin 

əlyazması onun xidməti sayəsində yaranmışdır. F.Əlimirzəyevanın məlumatına görə, F.Dits isə 1814-cü ildə 

yazırdı ki, «Kitabi-Dədə Qorqud»un yeni bir əlyazması da vardır və onu F.Dits İstanbul bazarından bir 

naməlum bukinistdən satın almışdır. Həmin əlyazmanı özünəməxsus əlyazma mətni ilə tutuşdurduqda 

məlum olmuşdur ki, onların hər ikisi eyni nüsxələrdir. Çünki Drezden nüsxəsindəki bütün təhriflər həmin 

nüsxədə də nəzərə çarpır (4, s.59). 

Berlin nüsxəsi ilə bağlı M.Ergin yazırdı ki, «Dits, aynı zamanda nushanın bir kopiyasını çikardaraq 

Berlin Kitabxanasına bırakmışdır». Dits metni iyi anlayamadığı və bir çox yerlerini yanlış okuduğu için 

gerek Berline getirdiyi kopiya, gerekse de «Denk wurdikeiten»deki Tepegöz» metni və tercümesi 

yanlışlıqlarla doludur» (3). O.Şaiq də bu əlyazma mətninin Drezden nüsxəsi əsasında yarandığını, onun 

surəti olduğunu göstərir, mətnin ölçülərini verir: 25,5x17 ölçülü, 37 yapraqdır. Nesihilə yazılmış olub, 

sayfada Dits terefindən kopiya edildiyi  söylenir (7,s315-317).  

Berlin nüsxəsini Drezden mətninin üzü köçürülmüş variantı olması barədə mülahizələri qəti şəkildə 

qəbul olduğu, K.Rüfət nəşrinin isə qüsur və nöqsanlarla dolu olmasının irəli sürüldüyü bir zamanda daha 

yeni bir mülahizə meydana çıxdı. Qorqudşünas  F.Əlimirzəyeva aşkar etdi ki, Berlin nüsxəsi heç də Drezden 

mətnindən üzü köçürülmüş əlyazma mətni deyildir. Bu, yeni fərqli əlyazmadır (5, s.315-317). F.Dits 

arxivində araşdırma aparan tədqiqatçı burada «Kitabi-Dədə Qorqud» əlyazmaları üzərində ardıcıl çalışmış və 

Drezden nüsxəsindən fərqli bir əlyazmanı öyrənərkən onun Berlin nüsxəsinin əsli olduğunu 

müəyyənləşdirmişdir. O, Ditsin həm özünün əlyazma mətnləri ilə bağlı məlumatlarında, həm də 

nüsxələrarası fərqlərin müəyyənləşdirilməsi ilə bağlı tədqiqatlarında yeni əlyazma barədə dəqiqləşdirmə 

apara bilmişdir. F.Əlimirzəyeva F.Ditsə əsaslanaraq Berlin nüsxəsi mətnini təkcə İstanbul bazarından 

tapılma faktını aşkarlamaqla kifayətlənməmişdir. O, eyni zamanda əldə etdiyi mətni Drezden nüsxəsi ilə 

müqayisə etmişdir. Nəticədə Hər iki əlyazmadan, alman aliminin əlyazma mətnləri barədə məlumatlardan və 

«Kitabi-Dədə Qorqud»un Berlin nüsxəsi üzərindəki iki səhifəlik məlumatdan belə nəticəyə gəlmişdir ki, 

Ditsdə Drezden nüsxəsindən  başqa abidənin ayrıca bir əlyazması da olmuşdur» (5, s.316). Bu fakt bir 

tərəfdən uzun müddət qüsurlu sayılan K.Rifət nəşrinə yeni baxış tələb edir. Digər tərəfdən elm aləminə 

Drezden mətninin təxminən həmyaşıdı olan Vatikan mətnindən tamamilə fərqli, yeni əlyazmanın 

mövcudluğunu təsdiqləyir. O, F.Ditsin arxivinə daxil olan, onun kataloqlarını və «Kitabi-Dədə Qorqud»la 

bağlı əlyazmalarını ilk mənbədən, alman dilində oxuyan azərbaycanlı qorqudşünasdır.Tədqiqtçı çətinliklə 

Drezden kitabxanasının arxivinə düşmüş, buradakı arxiv materialları ilə tanış olduqdan sonra «Kitabi-Dədə 

Qorqud» boylarını   əks etdirən ikinci əlyazmanın mövcudluğunu aşkarlamışdır. 

F.Əlimirzəyeva F.Dits arxivinin Drezden Kral Kitabxanasında saxlanan materiallara, eləcə F.Ditsin 

indiyədək açıqlanmayan əlyazma mətninə istinad etməklə qorqudşünaslığı yeni faktlarla zənginləşdirə 

bilmişdir. 

F.Əlimirzəyevanın əsaslandığı ilk mənbə F.Ditsin öz dəsti-xətti ilə yazdığı materiallardır. 

F.Əlimirzəyeva qorqudşünaslıq üçün tapıntı kimi dəyərləndirilə bilən həmin mülahizələri belə açıqlayır:  

… «F.Dits yazır: «Əgər yazılış xüsusiyyətləri (söhbət «Oğuz kitabı» adı ilə tanınan atalar sözlərinin 

əlyazmasından gedir – F.Ə.) tatar dəsti-xəttini tam əks etdirməsəydi, mən özüm də əlyazmanı köçürənin 

osmanlı olduğunu zənn edərdim» (5, s.316). 

… «Oğuz kitabı»nın davamı kimi verdiyim bu kitabda onun müəllifinə və toplayanına bir daha 

qayıtmalıyam. «Denkwüdiqkeiten von Asien» kitabının I hissəsində 159, 160-cı səhifələrdə onu oğuz 

nəslinin davamçısı kimi qələmə verməkdən, onun hansısa bir ölkənin knyazı olmasından və islamın ilk 

əsrində yaşamasından artıq bir şey deyə bilməmişdim. Bu məlumatların kitabın özündən götürüldüyü üçün 

onlara heç bir şübhə yoxdur. Lakin mən bu il (1814) əlyazmasına sahib olduqdan sonra bu barədə «Oğuz 

Siklopu» başlıqlı məqalədə söhbət açacam, orada mən müəllifin adı və dövrünə aid yeni bir işıq ucuna rast 

gəldim» (5, s. 316). 

… Bu (ərəb əlifbası ilə yazı verir – F.Ə.) oğuz xalqının dilində Dədə Qorqud kitabı deməkdir. O, 

mənim Şərqə aid əlyazmalarım içərisində xırda formatda 61 saylıdır. Hətta səhifələrinə  qədər məndəki 

əlyazmasına tam uyğun olan eyni bir əsər Drezden Kral Kitabxanasında da vardır. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə