Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə231/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   227   228   229   230   231   232   233   234   ...   243

427 

 

Ol qələnin bir Təkuru var idi. Adına Arşun oğlı Dirək təkur deərlərdi. Ol kafərin altmış arşun qaməti 



vardı. Altmış batman gürz salardı. Qatı möhkəm yay çəkərdi...» (3, 94). 

Qazılıq qoca onunla döyüşə girir, məğlub olur və 16 il Düzmürd qalasında dustaq qalır. Bu 

məğlubiyyət tək Qazılıq qocanın deyildi. Bütün Oğuz elinin idi. İlk öncə Qazılıq qoca Bayındır xanın vəziri 

idi. Əsir düşdükdən sonra oğuz elindən düz on altı il onun arxasınca gələn olmamışdı. 

«Kitabi-Dədə Qorqud»da əsir qəhrəman ya özü xilas olub gəlməli idi, ya da oğuz epik ənənəsinə görə 

qardaşı, yaxud oğlu, eləcə də doğmaları tərəfindən arxasınca gəlib kimsə onu azad etməli idi. Qazan xan öz 

oğlunun, doğmalarının arxasınca özü getmək istəyir. Ancaq Qaraca Çoban əl çəkmir, o da bəyə qoşulub 

döyüş zamanı itirdiyi qardaşlarının intiqamını almağa gedir. Beyrəyin də dustaq olarkən arxasınca gedən 

olmur. Onu düşmən təkurunun qızı xilas edir. Daha bir neçə epizodda da qəhrəmanın düşmən əlindən azad 

olması oğuz eli qəhrəmanlarının adı ilə yox, ya özünün fədakarlığı, ya da onun doğmalarının sonrakı dövr 

qəhrəmanlığı ilə əlaqələndirilir. 

Bu, hər şeydən əvvəl oğuzların tayfa düşüncəsi ilə bağlı normativ aktdır. O.Şaiq yazır ki, «türk 

məğrurluğu türkün qanından, kökündən gəlmə ənənədir. Türk o qədər məğrurdur ki, döyüşdə əsir düşmüş ən 

önəmli qəhrəmanının da arxasınca getmir, o, ya özü Beyrək kimi fədakarlıq göstərib dustaqlıqdan azad 

olmalı, gəlib yenidən oğuza qovuşmalı, ya da özünün doğmaları, babası, qardaşı, oğlu, daha başqa bir yaxını 

onu gedib xilas etməlidir» [6, 127]. O.Şaiqin bu mənada oğuz eli barədə mülahizəsi çox dəqiqdir. Həqiqətən 

«Kitabi-Dədə Qorqud»da əsir düşən, dustaq olanın düşmənlərdən xilas olması barədə tayfa psixologiyası var, 

bütün epizodlarda eyni psixoloji ənənə özünü göstərir. Lakin 

O.Şaiqin Beyrəyin dustaqlıqdan cəngavərlik, qəhrəmanlıqla xilas olması barədəki fikri 

düşündürücüdür. Çünki əldə olan əlyazma nüsxələrinin heç birində düşmən eldə dustaqlıqda qalan Beyrək 

qılınc gücünə xilas olmur. Təkurun qızı onu şərtlə dustaqlıqdan azad edir. Yeri gəlmişkən türk eposunda, 

dustaqlıqdan şərtlə azad edilmənin müxtəlif formaları vardır – pul-girov qoyub dustaqlıqdan azad olma, 

övladlarından birini girov qoymaq (qızını düşmənə ərə vermək) və ən nəhayət düşmən qızına aşıq olma və 

azad edildikdən sonra onu gəlib öz elinə aparma şərti ilə azad olma vardır. 

Beyrək sonuncu qayda əsasında xilas olur, ancaq şərtini yerinə yetirmir. Şərtin yerinə yetirilmədiyi 

bütün süjetlərdə qəhrəmanın sonradan həyatı faciə ilə yekunlaşır. Beyrəyin Vatikan nüsxəsində təkur qızını 

oğuz elinə gətirməsinə təsadüf edilir (epizodik şəkildə olsa da), ancaq onun cəngavərlik yolu ilə azad olma 

faktına eposda rast gəlinmir. O.Şaiqin bu məsələnin şərhində, adını göstərmədiyi hansısa başqa bir mənbəyə 

əsaslandığını guman etməli olursan. Əldə olan süjetlərin yalnız birində, eposun əvvəllərində Beyrək döyüş 

yolu ilə tacirlərin malını xilas edir [3, 53]. 

Sonrakı epizodlarda isə Beyrəyin döyüş qəhrəmanlığı diqqəti çəkmir. Amma bununla belə, eposda 

Beyrək oğuzun «üzü niqablı» cəngavərlərindən biri kimi təqdim edilir. Guman ki, oğuz eposunun Beyrəyin 

qəhrəmanlıqlarından bəhs edən başqa hekayətləri də olmuşdur. O.Şaiq Beyrəyin düşmən elindən 

qəhrəmanlıqla xilas olması faktını qeyd etsə də hansı mənbəyə əsaslandığını təəssüf ki, göstərmir. 

Eposda oğuz elinin tayfa həyatı, onun fərdilikləri, oğuzun sadə məişəti və ənənələri geniş əks olunur. 

Bu isə oğuzlar barədə ən qədim adət-ənənlərin etnik yaddaşda uzun illərdən bəri yaranıb-yaşadığını, bütün 

bu kulturoloji dəyərlərin ozan improvizatorluğu vasitəsilə eposda əks olunduğunu bir daha təsdiqləyir. 

 

Ədəbiyyat 



1. Cəfərov N. Azərbaycanlılar: Etnokultoroloji birliyin siyasi-ideoloji üfüqləri. Bakı, 2001 

2. Məlikova M. «Kitabi-Dədə Qorqud»da dövlət və hüquq haqqında ideyalar. «Dədə-Qorqud» dünyası. Bakı, 2004, s. 

57-65.  

3. «Kitabi-Dədə Qorqud» (Tərtib, transkripsiya, sadələş. variant və müqəddimə F.Zeynalov və S. Əlizadənindir), 

Bakı, 1988. 

4. Koroğlu X.H. Oğuz qəhrəmanlıq eposu. Bakı, 1999. 

5. Жирмунский Б.М. Тюркский героический эпос. Л., 1974. 

6. Orhan Şaik Gökyay. Dedem Korkutun kitabı. İstanbul, 1938.  

 

 



428 

 

ÜLKƏR SƏLİMOVA 



Bakı Dövlət Universiteti 

 

QASIM BƏY ZAKİR YARADICILIĞI XALQ ŞEİRİ ÜSLUBU KONTEKSTİNDƏ 



 

Açar sözlər: xalq, şeir, üslub, qoşma, bayatı, gəraylı, janr, obraz, məhəbbət, gözəl 

 

Kasim bek Zakir’s creativity in the context of style of the national poem 



 

In article  has been  considered creativity of one of the most visible representatives of the Azerbaijan poetry of 

the 19th century Kasum Beck Zakir. The main subjects and sources of poems of the poet, in style of the national poem 

are revealed. In article the poem "Cranes" is in detail analyzed and compared by the poem "Cranes" written by other 

authors. 

Key words: people, poem, style, bayati genre, image, love, beautiful 

 

Yaradıcılığı XIX əsrin əvvəllərinə təsadüf edən, şifahi xalq yaradıcılığından məharətlə istifadə edərək 



xalq şeiri üslubunda mövzu rəngarəngliyi ilə seçilən Qasım bəy Zakir zəngin ədəbi irsə malikdir. Zakir 

yaradıcılığı özünün məzmunu ilə, dili ilə, yaradıcılıq üslubu ilə xalq yaradıcılığını yazılı ədəbiyyatdakı əsas 

təzahürüdür. Onun yaradıcılığındakı bu xüsusiyyətləri nəzərdən qaçırmayan tədqiqatçı Süleyman Hüseynov 

yazır: “ Zakirin əsərlərində folklordan gələn xalq ifadələrinin üslubi imkanları çox, işlənmə formaları 

müxtəlifdir. Xalqın bədii təfəkkürünün məhsulu olan atalar sözləri, məsəllər, idiomatik ifadələr əsrlərdən bəri 

xalq içərisində yaşayıb möhkəmlənən və həmin xalqın milli xüsusiyyətlərin özündə cəmləşdirən zəngin dil 

materialıdır. Bu tip ifadələr  Q.Zakirin şeir dilinin əsasını, fəqərə sütununu təşkil edir. Şeir texnikasına 

uyaraq heca vəzni, qafiyə və bölgü xatirinə bəzən sözlərin yerinin dəyişdirilməsi, tərkib hissələrinin arasına, 

ifadənin daha da qüvvətləndirilməsi üçün yeni sözlərin artırılması, fikri münasibəti bildirən ara sözlərin 

işlədilməsini nəzərə almasaq, ümumi xalq dilində mövcud olan bu ifadələr əsasən öz formasına şeirlərdə 

saxlaya bilib. " ( 38, s.187) 

Zakir öz aşiqanə şeirlərini, xüsusilə qoşma, gəraylı, təncis və baytılarını yazarkən şifahi xalq poeziya 

ənənələrindən lazımınca istifadə etməyi bacarmışdır. Onun şeirləri həyata, yaşayışa, eşq və məhəbbətə 

münasibəti baxımından da xalqla çox səsləşir. Məhəbbət şeirlərində Zakir həyəcan və iztirabları təsvir 

edərkən lirik qəhrəmanın duyğularına hörmətlə yanaşır. Bu mövzulu şeirlərinin bir qismində Zakirin lirik 

qəhrəmanı yarından şikayət edir, bir qismində onun yolunu gözləyir, bir qismində əsil aşiqlik dərsi verərək 

sevgisinin nə qədər böyük olduğunu birdirir. 

Düşmüşəm çöllərə, ey Leylicəmal, 

Məcnun kimi sənu görəndən bəri. 

Cəm olmaz sərinə əqlü kəmalım, 

Könlümü xülfünə verəndən bəri. ( 7. səh.128) 

Özünü Məcnunun sevgisi ilə müqayisə edən qəhrəman yarından ümidini üzməyərək, yarınını onun 

halına acımasını gözləyərək sevgisindən əl çəkmir : 

Badi-səba mənim dərdi-dilimi 

Ol büti-zibayə dedim, nə dedi? 

Ahım naləm asimana yetdiyini 

Gərdəni münayə dedim, nə dedi? 

 

Düşüb ayağına zən o zalımın 



Söylədinmi necəliyin halını 

Onun həsrətindən rəngi-alının 

Döndüyün heyvaya dedin, nə dedi? 

Məhəbbət şeirlərində Q.Zakir vəfa, sədaqət, hünər, fədakarlıq haqqında fikir və duyğularını da verir. 

Bunun üçün münasib boyları isə şifahi xalq yaradıcılığına xas olan sadəlik və təbiilikdə tapır: 

Məhəbbət damını yırtıb çıxmağı, 

Ovçuların xanimanı yıxmağı 

Yeriyib –yeriyib durub baxmağı, 

Ahunun balası səndən öyrənib. (7.səh 170) 

Onun şeirlərindəki dil, daxili vəhdət, təsvir və tənnümü vasitələrinin yaxınlığındakı şifahi xalq 

yaradıcılığında ruhu açıq-aydın şəkildə özünü göstərir. Bütün bu hərəkətləri nəzərə alaraq Zakirin qoşma və 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə