Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə230/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   226   227   228   229   230   231   232   233   ...   243

425 

 

Bu boyda Qazan elinə hücum edən tayfaya, düşmən elinə münasibət birmənalı deyildir. Azərbaycan, 



eləcə də bəzi türk tədqiqatçıları bunu qonşuluqda yaşayan və oğuzlarla düşmənçilik münasibətində olan 

kafirlərin adı ilə bağlayırlar. Əbülqaziyə görə bu yağmalanmanın səbəbkarı qonşu kafir tayfalar yox, 

peçeneqlərdir. Bu mülahizə isə eposun tanınmış tədqiqatçısı V.M.Jirmunski tərəfindən təsdiqlənir və 

müdafiə edilir. Amma bizə belə gəlir ki, həmin dövrdə peçeneqlər oğuzlardan xeyli uzaqda idi və bizə gəlib 

çatan bir sıra məlumatlara görə, onların oğuzlarla düşmənçilik münasibətləri hələ kəskinləşməmişdi [4, 47]. 

V.M.Jirmunski, görünür, Əbulqazinin türklərin tarixi yerləşməsi və işğalları ilə bağlı faktlara əsaslanıb bu 

yağmalanmada peçeneq izini irəli çəkir [5, 528-529]. 

Bütün bu mülahizələrə onu da əlavə etmək lazımdır ki, Qazan bəyin evinin düşmən tərəfindən 

yağmalanması oğuz idarəçiliyinə son qoymaq, yaxud onu əsaslı şəkildə sarsıtmaq məqsədi daşıyırdı. Hücüm 

edən düşmənin adı da aydın idi. Bu, Oğuz elinin başlıca düşmənlərindən olan Şöklü Məlik idi. Qazan – 

Şöklü Məlik qarşıdurması oğuz xaqanlıq idarəçiliyinin sınağı idi. Qazan xan bu sınaqdan yaxşı çıxsa da, bu 

döyüş Oğuz eli üçün tarixi bir məqam idi. Hücuma məruz qalan xanlıq idarəçiliyin baş sərkərdələrindən biri 

idi və düşmən onun üzərində müvəqqəti qələbə qazanmışdı. Nəhayət, boyun sonunda ədalət bərpa olunur, 

xeyir-şər mübarizəsi sona çatır. Qazan düşmən üzərində qələbə qazanır, bu da öz mahiyyətinə görə Oğuz 

elinin qələbəsi idi, sonrakı bölmələrdə bu barədə ətraflı danışacağıq [3, 49-51]. Qazan bəyə qəbilə başçısı 

olan bəylər köməyə  gedir.  Qazanın qələbəsi xanlıq bəylərinin birgə köməyi ilə mümkün olur. 

Eposdan görünür ki, Daş Oğuzun başçısı Qazan xanın dayısı Aruz qocadır. İç Oğuzla Daş Oğuz nəsil 

şəcərəsinə görə yaxın oğduğu kimi, gündəlik məişət həyatındakı qohumluq əlaqələrinə görə də bu 

qohumluğu möhkəmlətməkdə idilər. Məsələn, Bamsı Beyrək Daş oğuzlardan evlənmişdir, o, İç Oğuzdan 

olan bəylərbəyinin qaynı idi. Belə qohumluq əlaqələri iki el arasındakı münasibətlərin tənzimlənməsində 

mühüm rol oynayır. Hətta onlar arasında münasibətlər kəskinləşdikdə tənzimlənmə imkanı saxlanılır. 

Müxtəlif qəbilələrin başçısı olan bəylərin hər birinin 40 cəngavəri vardır. 

Oğul övladı olduqdan sonra bəylik alıb özünə yeni taxt quran cavan igidlərin də qırx nəfərlik dəstəsi 

vardır. Dastan mətninə görə, divana üz tutub «aqın» (hücum) üçün icazə istəyənlərə, düşmən qalasından 

çıxıb vətənə dönmüş igidlərə, atasını dustaqlıqdan qurtarmağa gedən döyüşçülərə silahlı dəstə verilir. 

Məsələn, Uşun Qoca oğlu Əgrəg «üç yüz say cidalu yigit» götürüb yola çıxır [3, 110]. Belə xahişlər, icazələr 

olanda car çəkilir, könüllülər yığılır, «sancaq bəylərini Bayandır xan özü müəyyənləşdirir, “Yigirmi dörd 

sancaq bəgi gəlsün” – dedi  [3, 95]. 

Bu könüllülər hünər göstərmək üçün, ərənlik, alplıq iftixarı ilə səfərə çıxırlar. Dastanın iki boyunda 

Oğuz elinin geniş kütləsi silaha sarılır. Qazan oğlunu xilas etməyə gedəndə, oğlanın anası duymadan buyurur 

ki, «Toqsan tümən gənc oğuz ardımca gəlsün! Oğlan tutsaqdır, bəglər bilsün, - dedi»  [3, 74]. Burada doxsan 

igidin mütəşəkkil yürüşü görünmür, Qazana köməyə gedən bu qüvvənin başçısı da bilinmir, lakin boyun 

sonunda oğuz bəyləri isə igidləri ilə düşməni məhv edirlər [3,  77]. 

Xan Bayındırın özünü müdafiə edən nizami ordusu yoxdur. Ancaq bəylərin igidləri peşəkar 

döyüşçülərdir. Onlar lazım gələndə eli, ayrı-ayrı qəhrəmanları müdafiə edirlər. Ancaq döyüşlərdə hər iki 

tərəfdən təlafat çox olur. 

İç Oğuz və Daş Oğuz tayfalarının Bayandır xana tabeliyində dövlətçiliyin zəif də olsa formalaşma 

prinsipləri vardır. Belə ki, tayfa hakimiyyətinə daxil olan 24 oğuz tayfasından hər birinə yalnız xanlar xanı 

Bayandır xanın fərman verməsi, əmr etmək hüququ təsdiq edilməmişdir. Daha doğrusu, 24 tayfa başçısı 

razılığa gəlmişlər ki, xanlıqda yalnız Bayandır xan fərman verə bilər, xanlığa daxil olan bütün tayfaların 

başçıları isə ona tabedirlər. 

Lakin bununla belə, tayfa başçıları olan bəylər tam sərbəstdir, xanın qadağa çərçivəsindən çıxmamaqla 

onlar öz qəbilə və ya tayfalarında müstəqildir. Lakin bütün bunlarla yanaşı, onlar xanlar xanı Bayandır xanın 

və ya Salur Qazanın iradəsinə tabe idilər.  Qam Qan oğlu Bayandır xanın buyruqları oğuzda mütləq qayda-

qanunlar sistemini təşkil edir. İstər onun ildə bir dəfə şadlıq edib oğuz bəylərini qonaq etməsi, atdan, ayğır, 

dəvədən buğra, qoyundan qoç qırdırıb bir yerdə ağ otaq, bir yerdə qırmızı otaq, bir yerdə qara otaq 

qurdurması, bununla da oğuzun övladsız şəxslərinin həm Tanrı, həm də onun özü tərəfindən bir növ 

cəzalandırılması, övladlılara isə diqqət və ehtiramını  bildirməsi, Bayandır xanın bir yazda, bir də payızda 

buğa ilə buğrasını savaşdırması (Dirsə xan oğlu Buğac boyu), tamaşa təşkil edib gəncləri sınağa çəkməsi, 

bəylərin ondan qoşun istəməsi və xanın iyirmi dörd vilayətin pəhləvan bəylərindən ibarət kömək – qoşun 

dəstəsi göndərməsi (Qazılıq qoca oğlu Yeynək boyu), qonşu ellərdən xərac gələrkən onu bəylərə – cavanlara 

paylaması Bayandır xanın oğuzda böyük nüfuz sahibi olmasını bir daha təsdiqləyir. 

Oğuz elində idarəçilikdə zorakılıq yoxdur. Bayandır xana, eləcə də öz tayfasına, qəbiləsinə məhəbbət 

oğuzlar içərisində genişdir. Burada oturaq həyata keçid əlamətləri güclüdür. Tayfanın güzəranının 

yaxşılaşması, əkin-biçin işlərinin genişləndirilməsi üçün mərkəzi idarəçilikdən tədbirlərin görülməsi nəzərə 



426 

 

çarpmır. Ayrı-ayrı igidlərin söyləmələrində ilxı, sürü, dəvələr, çöl-çayırın vəsfindən görünür ki, oğuz eli 



maldar görüşlərinə daha çox tabedir. 

Xanlıqda idarəçilik və dövlətçilik tələblərinin möhkəmləndirilməsinə elə meyl göstərildiyi nəzərə 

çarpmır. Əksinə, xanlığı möhkəmləndirmək tədbirləri əvəzinə, eposda ayrı-ayrı qəhrəmanlar, onların taleyi, 

qalada dustaq olmaları, yaxud doğmaları tərəfindən xilas olması üçün xan Bayandırın razılığı ilə görülən 

tədbirlər üstünlük təşkil edir. Yaxud eposda düşmən tayfaların hücumu, tayfalararası münasibətlər, onların 

kəskinləşməsi və tənzimlənməsi daha çox görüntü yaradır. Amma bütün bunlara baxmayaraq, «Kitabi-Dədə 

Qorqud»da oğuz dövləti və onun idarəçilik nümunəsi bütün görünən və görünməyən cəhətləri ilə özünü 

göstərir ki, bunun da ayrıca tədqiqinə ehtiyac vardır. 

Epik yaddaşda yaşayan oğuz dövlətçiliyi və idarəciliyinin müxtəlif ənənələri türk eposunda sonralar da 

ayrı-ayrı şəkillərdə, formalarda yaşamışdır. Bu isə ümumilikdə türkün qədim dövlət idarəçilik ənənələrini 

öyrənmək baxımından xüsusi əhəmiyyətə malikdir. İlk, ibtidai dövlət tipi kimi, Bayandır xan dövlətçiliyi 

türkün qədim idarəçilik formalarından biri kimi qəbul edilməlidir. 

Xan Bayındırın başçılıq etdiyi xanlıq İç və Daş Oğuz qəbilə birləşməsi əsasında yaranan idarəçiliyə 

əsaslansa da bütövlükdə qədim xaqan dövlətçiliyi tiplərindən biri idi. 

İdarəçiliyin özündə də bu tayfa və dövlətlərin başçıları bu və ya digər şəkildə təmsil olunurdu. Əgər 

Bayandır xan oğuzların baş xaqanı idisə, Salur Qazan onun bəylərbəyisi – İç Oğuzu təmsil edən 

qəhrəmanlardandı. Aruz Qoca isə Daş Oğuzun başçısı idi. Oğuz elində tayfalararası münasibətlərin 

qoruyucusu Qazan xan idisə, hər tayfanın, xüsusən Daş Oğuza daxil qəbilələrlə münasibət tənzimləyicisi 

Aruz qoca idi. O, həm də Qazan bəyin dayısı idi. 

«Kitabi-Dədə Qorqud» eposunda oğuz tayfası ilə bağlı iki tip ziddiyyət mövcuddur. Təbii ki, onların 

birincisi tayfaxarici ziddiyyətlər idi. Yəni oğuzun düşmənləri hesab edilən kafirlər hücum edib eli talamağa, 

onun varidatını ələ keçirməyə, qız-gəlinini aparmağa, igidlərini əsir etməyə fürsət axtarırdı. Bunu biz ikinci 

boyda («Salur Qazanın evi yağmalandığı boyı bəyan edər»), dördüncü boyda («Qazan bəg oğlı Uruz bəgin 

tutsaq oldığı boyını bəyan edər, xanım, hey!..») və on birinci boyda («Salur Qazan tutsaq olub oğlı Uruz 

çıqardığı boyı bəyan edər»də) görə bilirik. Bu boylarda – kafir talanlarına məruz qalan oğuz elinin qonşuları 

ilə xarici ziddiyyətlərdə olduğu diqqəti çəkir. 

«… Kafərin casusı casusladı. Vardı kafərlər arğunı Şökli Məlikə xəbər verdi. Yedi bin qaftanının ardı 

yırtıxlu, yarımından qara saçlu, sası dinlü, din düşməni alaca atlu kafər bindi yılğadı, dün burcuğında Qazan 

bəgin ordısına gəldi. Altun ban evlərin kafərlər çapdılar, qaza bənzər qızı-gəlini çığırışdırdılar. Tölə-tölə 

şahbaz atlarını bindilər. Qatar-qatar qızıl dəvələrini yetdilər. Ağır xəzinəsini, bol aqçasını yağmaladılar. Qırq 

incə bellü qız ilə Boyı uzun Burla xatun  yesir getdi. Qazan bəgün qarıcıq olmış anası qara dəvə boynında 

asılu getdi» [3,  42-43]. 

«Kitabi-Dədə Qorqud» oğuzları bütün ziddiyyət və təzadları, xarici və daxili düşmənləri ilə mübarizə 

şəraitindəki həyatı, gerçəkliyə, əsaslanan dünyagörüşü, idarəçilik sistemi ilə eposda canlandıra bildi. Yunan 

eposundan bir az irəli gedərək ziddiyyət və qarşıdurmaları Allahlar, hökmdarlar arasından yox, real insanlar, 

qəbilə və tayfa halında yaşayan, dövlət yaradan, cəmiyyət quran insanlar arasından götürüb eposa gətirdi. 

Oğuz eposunda rast gəldiyimiz ölkə idarəçiliyi sistemi, dövlət tipi dünyanın ən qədim ibtidai idarəedicilik 

formalarından biridir. Bu idarəçilik sistemi nə qıpçaq eposunda, nə də dünya xalqlarına məxsus başqa epik 

bədii nümunələrdə təkrarlanır. 

Xan-xaqan idarəçiliyinə əsaslanan bu dövlətçilik sistemi dövrü üçün öz demokratikliyi ilə seçildiyi 

kimi, müstəqil idarəçiliyinə görə də indiyədək məlum bütün dövlətçilik formalarından fərqlənir. «Kitabi-

Dədə Qorqud» indiyədək türklər, o cümlədən oğuz mədəniyyəti, tarixi, coğrafiyası, dövlətçilik ənənələri və 

s. ilə bağlı deyilmiş bütün neqativ mülahizələri alt-üst edir. O, oğuzların tarixən zəngin mədəniyyəti olduğu 

kimi, bu mədəniyyətə söykənən milli-mənəvi və əxlaqi ənənələrinin mövcudluğunu da təsdiqləyir. 

Dünya eposundan fərqli olaraq «Kitabi-Dədə Qorqud»un  baş qəhrəmanı tək bir cəngavər, tənha bir 

qəhrəman yox, bütün oğuz elidir. Oğuz eli eposda mənəvi-əxlaqi dəyərlərin, milli özünəməxsusluğun, 

cəngavərlik, vətənsevərlik simvoludur. Ozanlar oğuz elinin toyu, busati, cəngavərlik həyatını tək bir 

qəhrəmanın adı ilə bağlamır. Hər fərdi qəhrəmanlıq son nəticədə bütün oğuz qəhrəmanlarının, yaxud oğuzu 

təmsil edən qəhrəmanların iştirakı ilə tamamlanır. Bu isə oğuzların qəbilə və tayfa birliyi, onların yekdilliyi 

və qüdrəti ilə bilavasitə əlaqədardır. Məsələn, «Qazılıq qoca oğlı Yegnək boyını bəyan edər, xanım, hey!» 

boyuna diqqət yetirək: «İç Oğuz (Taş Oğuz) bəgləri söhbətə dərilmişdi. Yemə-içmə idi. 

Qazılıq qoca, deərlərdi bir kişi var idi. Bayındır xanın vəziri idi. Şərabın itisi başına çıqdı. Qaba dizin 

üzərinə çökdi, Bayındır xandan aqın dilədi. Bayındır xan dəstur verdi: «Nerəyə dilərsən, var!» - dedi. 

Qazılıq qoca iş görmüş, iş yarar adam idi... Günlərdə bir gün Düzmürd qələsınə gəldi... 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə