Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə233/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   229   230   231   232   233   234   235   236   ...   243

431 

 

klassik şeirimizdə fələk məfumu altında haqsızlıqlarla dolu olan dövran nəzərdə tutulurdu. Zakir də bu 



vasitələrdən bacarıqla istifadə edərək şeirlərində fələk məftunundan istifadə etmişdir . 

Zalım fələk xub susayıb qanıma, 

Bir küsənə yoxdur gələ yanıma, 

Eşq atəşi bir od sarıb canıma, 

Yanmaqdan yetişməz səməndər mənə. (6, səh. 200) 

Şeirlərinin əksəriyyəti məhəbbət mövzusunda yazılsa da, ictimai-siyasi məzmunu və şikayət 

 

motivlərinin  özünü göstərir. Həm sevginin həmdə dövrü haqsızlıqlarını vəhdət halında göstərən şair “ Dur-



nalar” şeirində isə daha çox ictimai məzmuna söykənmişdir. Bu şeir Zakir yaradıcılığında xüsusi yer tutur. 

Şair onu Bakıda sürgündə olarkən yazmışdır. Doğma yurdundan ayrı düşmüş şair, nəzarət altında keçirdiyi 

üçün dərdini durnalara söyləyir, onlardan imdad gözləyir və yaşadığı ağır zəmanəni eyhamla tənqid edir. 

Azərbaycan şifahi xalq şeirindən eləcə də onun qüvvətli təsiri ilə yaranan şeirlərdə durnalarla 

müraciətlə yazılan qoşmalar çoxdur. Zakirin də əsəri daxil olmaqla durnalara müraciətlə yazılan şeirlər ayrı-

ayrı dövrlərdə yazılmasına baxmayaraq, onları birləşdirən bir xüsusiyyət vardır ki, o da kədər və həsrət 

hisslərinin tərənnümüdü. Vətənə, elinə, ailəsinə həsrət qalmaq motivi “ Durnalar „ mövzusunda yaradan 

bütün şeirlər üçün səviyyəsidir. Zakirin müəllif olduğu “ Durnalar „ şeirndə bütün bu cəhətləri özündə 

birləşdirir. 

Bir saat havada qanad saxlayan 

Nizami ilə gedən qoşa durnalar 

Qatarlaşıb nə diyardan gəlirsiz 

Qaqqıldaşa-qaqqıldaşa durnalar 

 

Diyari-qürbətdə müddəti varam 



Gecə-gündüz canan deyib ağlaram 

Məndə sizin kimi qəribü zaram 

Eyləməyin məndən haşa, durnalar! (6.səh 168) 

Şairin keçirdiyi dərin ruhi sarsıntılar, sürgündə keçirdiyi ağır iztirablar, ictimai mühitin qəddarlığı  

yüksək, təsirli bədii obrazlı durnalara müraciət edilir: 

Zakirəm, od tutub, alışdı cigər, 

Var isə canandan sizdə bir xəbər

Təğafül etməyin, Allahı sevər, 

Dönməsin bağrınız daşa, durnalar! (6.səh 169) 

Q.Zakir durnalar mövzusunda yazılan şeirə bir yenilik yetirmişdir. Belə ki, digər müəlliflərin 

durnalara yazdıqları şeirlərində müəlliflərin nə isə istəyi və təmannası var. Digər müəlliflər durnalardan nə 

isə xəbər alır, nəyi isə xəbər yollayır. Zakir isə durnalardan heç bir şey istəmir, sadəcə olaraq onlara öz 

qəlbini açır, dərdini  izah edən, zülm və iztirablara qarşı eyhamlarını söyləyir. Bu Zakirin böyük 

ustalığlarından irəli gələn bədii priyom vasitəsidir. 

Şair ictimai-motivli şeirlərinin əksəriyyətini dostlarına məktub formasında da yazmışdır. Həmin 

dostların  sırasında M.F.Axundova, B.Şakirə yazmış olduğu şeirlərdə vardır. Şair M.F.Axundova yazdığı 

məzmumədə “ çəxri-gəcrəftardan „ , “ dövrü zalımdan „ şikayət edərək yazır: 

Pirasənilikdə çərxi-xəcrəftar

Eylədi vətəndən dərbədər məni. 

Neyləmişəm, bilmədən dövri-zəmanə, 

İncidir düşəndə bu qədər məni. ( 1, səh.159 ) 

XIX əsrdə ictimai- siyasi vəziyyətin ağırlığı bu cür şeirlərin yazılmasına səbəb olurdu. Hakimiyyət 

başında olanların özbaşınalıqları, xalqın acınacaqlı vəziyyəti, rüşvətxor hakimlərin soyğunçuluğu ictimai 

məzmunlu şeirlərdə geniş şəkildə əks olunurdu. 

Qüdrətli söz ustadı olan Q.Zakir xalq şeiri üslubunda bir-birindən gözəl, fərqli mürəkkəb məna 

çalarları ilə zəngin olan on bir təcnis qələmə almışdır. Qasım bəy Zakirə qədər təcnis xalq şeiri üslubunda 

heç kim bu qədər hünərlə və geniş şəkildə müraciət etməmişdir. “ Bu təcnislər poetik cəhətdən mükəmməl 

şəkildə biçimlənmiş, leksik cəhətdən klassik poeziya ünsürləri ilə xalq poeması poetikasının qovuşuğunda 

yaranmışdır. " 

Qaş qaradı, xal həbəsi, gözələ, 

Yığ dərdini bu canıma gözələ, 

Zakir meyl eyləməz yetən gözələ, 

Bir büllur əndamlı yar aşiqidi (6.səh 227). 



432 

 

Şairin təcnisllərindən bəhs edərkən onuda qeyd etmək lazımdır ki, adən aşıq yaradıcılığında təcnislər 



üç bənddən ibarət olduqları halda Q.Zakirin yazdığı təcnislərin hər biri beş bənddən ibarətdir. 

Q.Zakirin təcnislərindən bəhs edərkən görkəmli ədəbiyyatşünas və folklarşünas olan F.Köçərli yazırdı: 

“Təcnislərdə məna ləfzən gözəl məthində tərtib olunmuş qafiyədirlər və lakin bəzi ləfzlərin tələffüzdə bir-

birinə şəbahəti və oxşayışı çox isə də, mənaları ayrıdır və bir parçası çox çətinlik ilə fəhm olunur. Bu cür 

kəlamlar şairin vətən dilini yaxşı bilməyinə şəhadət verir”. (4, səh 415). 

Q.Zakirin təcnisləri onun digər xalq şeiri üslublu şeirləri kimi zəngin həyat müşahidələrinin və dərin 

biliyinin, savadının bədii-məntiqi nəticələri kimi səslənir. 

Şairin yaradıcılığında xalq şeiri üslubda olan bayatı janrıda vardır. Zakirin bayatılarında yığcam 

şəkildə odlu bir qəlblə sevən  aşiqin iztirabları səmimi bir şəkildə ifadə olunmuşdur. Bayatılarda lirik 

qəhrəmanın sevgisindən şikayət motivləri, dərin məhəbbət, incə nəvaziş, hüzün və kədər içində çırpınmaq, 

vüsala çatmaq istəyi tərənnüm olunur. 

Bağımda bir gəzən var

Bürünmüş bürqə zəmar. 

Xəyalım dağınıqdır, 

Könlümdə bir gəzən var (6. səh 252). 

Şairin yazmaq olduğu bayatılardan bəziləri o qədər dillər əzbəri olmuş, aforizmə çevirmişdir. Bəzən 

həmin bayatıları şifahi xalq yaradıcılığı nümunəsi kimi qəbul edirlər. Lakin bu bayatılar  Q.Zakir qələminə 

məxsusdur. 

Aşiq Minayə dəyər, 

Xalın  minayə dəyər, 

İl var bir günə dəyməz 

Gün var min ayə dəyər. (6. səh 252) 

Gözəl bayatılar müəllifi olan Zakirin yaradıcılığında “ Əzizinəm ” xitabı ilə başlayan bayatısı yoxdur. 

Həmçinin “ Mən aşiq " xitabı ilə başlayan bayatılar Zakirin yaradıcılığında “ Aşiq ”, “ Aşiqəm ” xitabı 

şəklinə düşür və şairin üç belə bayatısı var. Qeyri-müəyyən xitabla başlanan bayatı modeli isə Zakirin 

qələmə aldığı bayatılar üstünlük təşkil edir. 

Ümumiyyətlə Zakirin qoşma, təcnis, bayatı və gəraylılar göstərir ki, bu əsərlərin müəllifi xalq 

poeziyası irsi ilə yaxından tanışdır. Bunu onun şeirləri ilə aşıq poeziyasındakı məzmun və forma, mövzu və 

üslub, ideya-estetik yaxınlığı təsdiq edir. Xalq şeiri üslublu şeirləri ilə Qasım bəy Zakir yeni poeik zirvə 

yarada bilmir. Azərbaycan poeziya dili xalq danışıq dili zəginləşdirilmişdir. Həmçinin heca vəznində sadə 

üslubda yazdığı şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni, realist meyllərin qüvvətlənməsində mühüm rol 

oynamışdır. 

Ədəbiyyat 

 

1.



  XIX əsr Azərbaycan şeiri antalogiyası. Bakı. Şərq-Qərb. 2005. 

2. Xəlilov N. Aşıq yaradıcılığı və yazılı poeziya. Bakı. Elm. 2012 

3. İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı. Elm. 1966 

4. Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı. Maarif. 1966 

5. Saləddin Ə. Azərbaycan şeiri və folklor XIX-XX ərslər. Bakı. Elm. 1982. 

6.

  Zakir Q. Seçilmiş əsərləri. Bakı. Avrasiya-Press. 2005. 



7.  Zakir Q. Seçilmiş əsərləri. Bakı. Yazıçı. 1984. 

 

 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   229   230   231   232   233   234   235   236   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə