Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə234/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   230   231   232   233   234   235   236   237   ...   243

433 

 

ÜLVİYYƏ ƏHMƏDOVA 



Bakı Dövlət Universiteti  

 

ALMA-TÜRK XALQLARININ DASTANLARINDA MÖCÜZƏLİ DOĞULUŞ MOTİVİ KİMİ 



 

Açar sözlər: qızıl alma, türk xalqlarının mifologiyası, türk xalqlarının dastanları, dastanlardakı alma 

motivi 

 

APPLE- is a motive of the miroculous birth in the Turkic peoples` dastans 



 

As in all samples of the folklore, a motive of the apple has its peculiar place in dastans. An Apple that is used in 

all genres appears before us to carry out various missions. The apple used in dastans is a literary symbol. At the same 

time, the fruity motive of the apple is a means of the hero`s birth and presents them immortality and beaty. 

Key words: golden apple, mythology of the Turkic peoples, epics of Turkic peoples, a motive of the apple in the 

epics 


 

Əsrlər boyu köçəri həyat yaşayan Türk xalqları təbiətlə daim qarşılıqlı əlaqədə olmuş, buradakı 

müxtəlif ünsürləri mədəniyyətinin,  həyatının bir parçasına çevirmişdir. Dünya mifologiya sistemində, eləcə 

də türk düşüncə tərzində ağac kultunun özünəməxsus yeri vardır. Adətən şəfa qaynağı olan alma beşikdən 

məzara, həyatın, demək olar ki, hər mərhələsində; ölümsüzlüyün, törəmənin, gəncliyin, gözəlliyin, 

sağlamlığın, sevginin, hətta inancın simvolu olaraq istifadə edilir. Bəzi müəlliflər dini kitabda, eləcə də

mifologiyada yer alan ağacı sadəcə simvol olaraq qəbul edirlər: “Qadağan olan və ya olmayan meyvələr-

məsələn; alma tamamilə simvolikdir. Yaxşılıq və pisliyi bir-birindən fərqləndirib, iradəsini istifadə edərək 

seçmə haqqını insanın özünə buraxmaqdan başqa bir şey deyildi. Sadəcə vasitə rolunu oynayırdı, bir tənbeh 

idi” (5,475). 

Türk ədəbiyyatında İslam öncəsi Uyğur zamanına aid olan əsərlərdə də uyğurların  məskunlaşdıqları 

Tyan-Şanın şimalındakı mərkəzi Türfan şəhəri XIII yüzillikdən etibarən “ən çox alma yetişdirilən” yer kimi 

qələmə alınmış, hətta Alma-atanın adının da burdan götürdüyü göstərilmişdir. Alma-ata türk və Mərkəzi 

Asiya mifologiyasında, xüsusilə də, qazax əfsanələrində adı çəkilən əfsanəvi övliyadır. Rəvayətə görə, yer 

üzündə ilk alma ağacı onun tərəfindən əkilmişdir. Ümumiyyətlə, alma türk və Altay xalq inancında 

müqəddəs bir meyvədir. 

Bir çox folklor nümunələrində Hz. Xızır tərəfindən verilən almalar sehrli doğuluşa zəmin yaradır. 

Qızıl alma ifadəsinin tərkibini təşkil edən alma ilə həyat ağacı arasında müəyyən parelellər vardır. Əsasını 

Qurandan, yozumunu Tövratdan oxuduğumuz alma insanlıq üçün “qadağan edilmiş meyvə” olaraq bilinir. 

Türk inanc və düşüncə tərzinin öyrənilməsində önəmli yer tutan folklor nümunələrində türklərin 

müxtəlif meyvələr haqqındakı düşüncə, yozum və dəyərləndirmələri vardır. Yaradılış miflərindən başlayaraq 

nağıllarda, dastanlarda uşağı olmayan qadınlara övlad simvolu olan “alma” verilir, beləcə, qəhrəmanlar ahıl 

yaşlarında olsa belə, Tanrı tərəfindən mükafatlandırılırdı. 

Türk xalqlarında epik növün ən böyük və ən geniş yayılmış janrı dastanlardır. Dastanların sujeti qeyri-

adi doğulma motivləri, mövzu genişliyi ilə diqqət çəkir. Sujet xətti əksər hallarda macəra ünsürləri üzərində 

qurulur. Alma motivi, demək olar ki, bütün türk xalqlarının ədəbiyyatında öz əksini tapmışdır. 

Qırğızların əsas dastanı olan Manasda da alma motivi mövcuddur. Manasın atası Qara xanın oğlu 

Çakıb xan Heydər xanın qızı Çıyırdı ilə evlənir. On dörd il keçməsinə baxmayaraq, uşaqları olmur. Çakıb 

xan bunun günahını həyat yoldaşında görür və onu müqəddəs yerləri ziyarət etməməkdə və almalığa 

yuvarlanmamaqda günahlandırır. Xanın qadını yuxuda müqəddəs kişi tərəfindən alma aldıqdan sonra hamilə 

qalır və Manas doğulur. 

“Türk dastanlarından olan “Manas”da qadın sonsuzluğu ilə alma arasında münasibət xüsusi yer tutur. 

Bu münasibət Manasın doğulmasında özünü göstərir. Manas doğulmadan öncə Çakıb xan uşağı olmayan 

qadını-Çıyırdını müqəddəs almalı təpəlikdən yuvarlanmamaqda günahlandırır” (3,6).  

Türkiyə türklərinə məxsus olan “Seyyid Battal Qazi” dastanında da alma bir güc vermə, güc 

qazandırma simvolu olaraq qarşımıza çıxır.  Burada almanın qəhrəmana qazandırdığı güc onun bütün dilləri 

bilmə qabiliyyətidir. Dastanın əsas obrazı olan Seyid Battal Qazi qurd sürüsündən qaçarkən qarşılarına çıxan 

dağdan qaçış yolu axtarır və bir anlıq düşünərkən yuxuya gedir. Yuxusunda Hz. Mərdan ona bu səfərdə 

müxtəlif qəribəliklərlə rastlaşacağını, oyandığı zaman ətrafındakı suyun üstündə alma olacağını və əgər o 

almanı yeyərsə, bütün dilləri danışa biləcəyini bəyan edir. 

“Əsli və Kərəm” dastanının Azərbaycan türklərinə aid olan versiyasında almanın sujetdə motiv olaraq 

verilməməsinə baxmayaraq, Türkiyə türklərinin “Aslı ve Kerem” dastanı belə başlayır: “Şahın və vəzirin 




434 

 

uşaqları olmurdu. Taxtına özündən sonra çıxacaq vəliəhdi olmayan şah çox kədərli idi. Vəzir şaha dərdini 



unutdurmaq üçün İrəm bağına bənzər bağ saldırmağı təklif edir. Bağça hazırlanır. Günlərin birində ixtiyar bir 

kişi yolda şah və vəzirin qadınlarına toxum verir. Qadınların yuxusuna girən həmin ixtiyar onlara toxumun 

meyvə verəcəyini və o meyvəni yeyərlərsə, uşaqları olacağını bəyan edir. Həqiqətən də, xanımın əkdiyi 

həmin toxumdan ağac yetişir. Ağac yalnız bir alma bar verir. Qadınlar almanı iki bölüb yeyir, beləcə, hər 

ikisi hamilə qalır. Şah xanımının oğlu, keşiş xanımın isə qızı dünyaya gəlir”(4,6). “Tahir və Zöhrə”, “Lətif 

şah”, “Şah İsmayıl”, “Nəcəf və Pərzad”, “Şahzadə Bəhram” dastanlarında da alma qəhrəmanların doğulması 

üçün vasitə rolunu oynamışdır.  

“Tahir və Zöhrə” dastanının da müxtəlif versiyaları mövcuddur- Sonsuzluqdan əziyyət çəkən padşah 

və vəzirin xanımlarının qarşısına çıxan dərviş qoynundan onlara bir alma ənam verir. Saraya qayıdan 

qadınlar vədələşirlər. Almanı yeyən iki xanımın, eyni zamanda almanın qabığını yeyən qul qadının da övladı 

olur. Dastanın digər variantlarında alma qadınlara deyil, hökmdar və vəzirə verilir. Maraqlıdır ki, hər iki 

versiyada alma Hz. Xızır vasitəsi ilə səbəbkarlara çatdırılır. Bu motiv adı çəkilən digər dastanlarda da özünü 

göstərir: “Bir çox xalq hekayələrində qəhrəmanların doğulmasında alma motivi diqqət çəkir. Bu dastanlarda 

bir dərviş padşah və vəzirlərə almanı yarı bölüb verir, onlar da almanı öz qadınları ilə paylaşırlar. Nəticədə, 

hər iki ailənin övladları dünyaya gəlir. Doğulan uşaqlar qeyri-adi bacarıqlara sahib olur və qarşılaşdıqları 

əngəlləri rahatlıqla aşırlar”(2,183). Xatırladaq ki, qəhrəmanların bütün maneələri rahatlıqla keçmələrinə 

səbəb onların Tanrı tərəfindən qorunmasıdır. 

Alma eyni zamanda möcuzəli atların doğulması üçün də vasitədir. Məsələn; “Şah İsmayıl” dastanının 

həm Azərbaycan, həm də Türkiyə türklərinə aid versiyasında bu sujet öz əksini tapmışdır. Dastanda dərvişin 

dilindən belə verilmişdir: “Al, bu almanı soy, qabığını qulunluğundan doğmayan Qəmərnişan madyana ver. 

Özünü də iki qisim elə, bir qismini sən ye, bir qismini də ver arvadın yesin. Çox keçməz ki, bir oğlun olar” 

(1,127).  

Bundan əlavə sehrli almanı təqdim edən dərvişlər özlərini “Biz pay alan dərvişlərdən deyilik, pay 

verən dərvişlərdənik” –deyə təqdim edirlər. Bu bir daha almanın Tanrı tərəfindən seçilmiş meyvə olduğunu 

sübut edir. Beləcə, onu sahiblərinə çatdıran dərvişlər Tanrının yer üzərinə göndərilən elçisi kimi təsvir edilir. 

Eyni motivi “Nəcəf və Pərzad” dastanının Azərbaycan türklərinə aid versiyasında da görmək 

mümkündür. Tacir Əhməd və Tacir Məhəmmədin kədərli halını görən dərviş onlara yaxınlaşır. Bu 

dastanların digərlərindən fərqi ondan ibarətdir ki, hər iki tacir Tanrı tərəfindən ənamlarının gələcəyini 

bildiklərinə görə dərvişi özləri yol qırağında qarşılayırlar. Pay verən dərvişin verdiyi alma bizə Anadoluda 

“Zümrüt Anka kuşu” nağılının Azərbaycan versiyası olan “Məlik Məhəmməd”i xatırladır. Almanın bir üzü 

süddən ağ, bir üzü lalədən qırmızı olur. Yeyilən almanın bir tərəfini yeyənin qızının, digər hissəsini yeyənin 

də oğlunun olacağı deyilir. Dərviş tacirlər arasında mübahisə düşməməsi üçün onlara almanın hansı tərəfinin 

oğlan, hansı tərəfinin qız xəbərçisi olduğunu demir. Məhəmmədə hər iki rəngdən pay düşdüyünə görə 

ekizləri (Pünhanə və Nəcəf), Əhmədin də bir qızı (Pərzad) dünyaya gəlir. Dastanın sonu ənənəvi sonluqla

qəhrəmanların qovuşması ilə başa çatır. 

Başqa bir dastanımız olan “Lətif şah” dastanında padşah ona dərviş tərəfindən verilən almanı qızıl 

məcməyidə, qızıl bıçaqla kəsir. Ümumiyyətlə, dastanlarda almanın qırmızı rəngi qızıl olaraq da təsvir edilir. 

Rənglər öz simvolik mənaları ilə verilir. Qara rəngli dərvişlər ağ saqqalı, nurani üzlü bilgələr kimi qarşımıza 

çıxır. İnsanlar pay göndərilən almaya müqəddəs ənam olaraq yanaşır, qoxusunu cənnət ətri kimi qəbul 

edirlər. “Lətif şah” dastanında “Dədə Qorqud” eposundan bizə tanış olan ad qoyma motivi də özünü göstərir. 

Padşahın dünyaya gələn oğlu on yaşına qədər adsız böyüyür. Onun istedadlı, yaraşıqlı gənc olaraq 

formalaşması, adının məclisdə peyda olan dərviş tərəfindən Lətif qoyulması ilə nəticələnir. 

Alma vasitəsi ilə dünyaya gələn qəhrəmanlara qoyulan adlar təsadüfü seçilmir. Onların hər birinin adı 

ya qabiliyyətlərini, ya da talelərini özündə əks etdirir. Haqq aşığı olaraq xalq arasında tanınır, sevdiklərinə 

müxtəlif sınaqlardan keçərək qovuşurlar. 

Ümumiyyətlə, mifologiyada və dində “alma” qadağan edilmiş meyvə olaraq xatırlansa da, dastanlarda 

almaya “zurriyyət simvolu” olaraq rast gəlirik. Eyni zamanda, almanın tumu və ya qabığı döl verməyən 

heyvanların döl verməsi üçün vasitəyə çevrilir.  Bəzən xalq inanclarında bunun əksi də baş verə bilir. Bu da 

meyvə verməyən ağaca hamilə qadın tərəfindən daş bağlanmasıdır. Beləcə, “meyvə” verməyə hazırlaşan 

qadının bu müqəddəs missiyanı ağaca da ötürəcəyinə ümid edilir. Alma “cənnət meyvə”si hesab edildiyi 

kimi onun yer üzünə çatdıran dərvişlərdə Tanrının elçisi kimi qarşılanır. Seçilmiş olaraq dünyaya gələn 

qəhrəmanların alın yazısı, adı və sevəcəyi sevgilisi öncədən seçilir. Dərviş onların dünyaya gəlməsinə 

vasitəçi olduğu kimi həyat seçimlərində də rol oynayır, onları istiqamətləndirir. Folklor nümunələrinin , 

demək olar ki, kiçikdən-böyüyə bütün janrlarında istifadə olunan alma dastanlarımız üçün daha 

xarakterikdir. Maddi cəhətdən heç bir çətinliyi olmayan tacirlərin, padşahların dərdinin dərmanı yalnız Tanrı 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə