Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə237/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   233   234   235   236   237   238   239   240   ...   243

439 

 

Göründüyü kimi, “bayatılarda həyat eşqi, mübarizə və qələbə meyli son dərəcədə güclüdür. Bu onların 



əsas, istiqamətverici xüsusiyyətidir. Aydındır ki, bayatının tərənnüm etdiyi əhvali-ruhiyyə, bayatının 

yaranmasına səbəb olan hadisənin mahiyyətindən və şairin dünyagörüşündən asılıdır. Xüsusən daha bariz 

ictimai motivlərə həsr olunmuş bayatıların yarandığı dövr, şairin həyata baxışını müəyyən etməkdə daha 

böyük rol oynayır” [5, 69]. Başqa bir bayatıda isə namərd adamın törətdiklərinə qarşı açıq-aşkar ciddi bir 

etiraz vardır: 

Əzizim, bağçasına, 

Bağına, bağçasına. 

Namərd bir od vurubdu, 

Qəlbimin bağçasına [6, 31]. 

Əlbəttə “bu ədəbiyyat əsas istiqaməti etibarilə əzilən siniflərin, məzlum təbəqələrin əhvali-ruhiyyəsini 

ifadə etmişdir... Yüzlərlə, minlərlə ağız ədəbiyyatı nümunələri vardır ki, bunlarda əzilən siniflərin göz yaş-

ları, yoxsulların varlılara qarşı olan kini, bəzən də üsyanı, azların hakimiyyəti, çoxların  məhkumiyyəti ifadə 

olunur” [1, 205]. Haqlı-haqsız, namərd-mərd məsələsində də bunlar bir çoxluqla ifadəsini tapır. Naxçıvan 

bayatılarında bəzən namərdlərin insanı ayaqlayıb keçməsi də yana-yana və təəssüf hissi ilə bildirilir: 

Mən aşiq keçdi məndən, 

Od yandı, keçdi məndən. 

Mərdlərə körpü idim, 

Namərdlər keçdi məndən [6, 33]. 

Bütün ədəbiyyat nümunələrində hansısa zamanın və mühitin işarələnməsi hadisəsi var. Bayatılarda da 

belədir. Burada reallığın ifadəsi bayatı strukturda semantikləşir. Gerçəkliyin adekvatı olmadan çox estetik 

işarə funksiyası nəzərə çarpır. Misralararası, cərgələrarası semantika bütünlükdə mətn modelinə xidmət edir. 

Bu isə özlüyündə fikrin ifadəsinə, “mərdlərə körpü saldığı halda, ondan namərdlərin keçdiyini” təəssüflə 

deməyə gətirib çıxarır. Assosiativ əlaqədə mərd-namərd özlüyündə həyatı, onun əksliklərini işarələyir. Ona 

görə də bayatılarda ah-vay eləməmək üçün namərddən həmişə uzaq olmaq tövsiyə edilir: 

Mən olmuşam nəvayə

Gəl qulaq as nəvayə. 

Nə namərdə yoldaş ol, 

Nə ahə düş, nə vayə [7, 106]. 

Naxçıvan regionundan toplanan bayatılarda cəmiyyətdəki tarazlığın pozulması, namərd adamların 

xəyanəti, şər və böhtan gəzdirənlərin simasızlığı sərt şəkildə tənqid edilməklə yanaşı, insanların qürur və 

mübarizə əhvali-ruhiyyəsi də tez-tez nəzərə çarpır. Birincisi, bu, onunla bağlıdır ki, xalq öz övladlarını 

həmişə möhkəm iradəli, qürurlu və dözümlü görmək istəyir, eyni zamanda bu istəyi maraqlı bədii formalarda 

oxuculara çatdırır. İkincisi, o da təbiidir ki, Naxçıvan müxtəlif ölkələrlə həmsərhədd olduğuna görə həmin 

ərazidə yaşayan insanlarda özünə inam və etibar daha güclü formada meydana çıxır və beləliklə, bu amillər 

də folklor nümunələrində, o cümlədən bayatılarda öz ifadəsini tapır. Naxçıvan regionundan əldə edilmiş bir 

bayatı nümunəsinə diqqət yetirək: 

Əzizim Araz məni, 

Öldürdü Araz məni. 

Çıxarın qəbirimdən 

Ovudun bir az məni [4, 141]. 

Naxçıvan bayatılarında sosial mühitə olan sərt münasibət isə əbədi olaraq orada məskunlaşmış 

türkdilli əhalinin milli dövlətçilik ənənələrinin, demokratik düşüncə tərzinin göstəricisidir.Naxçıvan 

ərazisindən toplanan bayatılarda Vətən hissi və Vətən duyğusu, Vətən həsrəti və Vətən nisgili, insanın öz 

Vətəni uğrunda mübarizəsi və onu qorumaq istəyi yüksək poetik dillə ifadə olunmuşdur. Bu bayatılar heç 

şübhəsiz, həmişə yaddaşlarda yaşamış və bundan sonra da yaşayacaqdır. 

 

Ədəbiyyat 



1.

  Əfəndiyev P. Ş. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Maarif, 1992 

2.

  Xalq yaddaşının izləri. (toplayan və nəşrə hazırlayan Məhsəti İsmayıl) Bakı: Elm, 2005 



3.

  Naxçıvanın hikmət xəzinəsindən. (tərtib edənlər A. Bağırov, K. Bağırova, B. Məmmədov) Bakı: Nurlan, 2005 

4.

  Naxçıvan bayatıları. (tərtib edənlər M. Cəfərli və V. Fətullayeva) Bakı: Nurlan, 2009, 356 s. 



5.

  Həkimov M. İ. Bayatılar, Bakı: ADPU, 1991 

6.

  Söz karvanı (tərtib edənlər M. A. Cəfərli, F. İbrahimqızı) NDU-nun “Qeyrət” nəşriyyatı, 2007 



7.

 

Naxçıvan folkloru. (tərtib edənlər M. A. Cəfərli, R.T.Babayev) Bakı: Nurlan, 2007



 

 

 




440 

 

VÜSALƏ NƏSİBOVA 



Bakı Dövlət Universiteti 

 

GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS MİRZƏ İBRAHİMOV KLASSİK İRSİMİZ HAQQINDA 



 

Açar sözlər: Mirzə İbrahimov, ədəbiyyat, milli xarakter 

 

Mirza Ibrahimov was  the prominent writer, playwright, scholar, publicist Azerbaijani literature history. Some of 



the scientist's articles purely scientific in nature, some of the classic literature, to promote the spread of literature 

aimed prominent members. Well-known writer articles classic literature, modern literature, art samples of his passes 

while talking of the formation of national character, modernity, ideological approach to the point. Mirza Ibrahimov 

wrote articles about Nizami, Izzaddin Hasanoglu, Nasimi, Fizuli, Vagif, Vidadi, Bakikhanov, Vazeh, Mirza Fatali 

Akhundov, Zakir, Nariman Narimanov, J.Mammadguluzadeh, Sabir Najaf bey Vezirov creative. Mirza Ibrahimov is the 

author of great scientific works - "Leyla and Majnun", "Great Nizami", "Khosrov and Shirin", "To the progress of the 

people of Azerbaijan Literature", "Azerbaijani people's poet", "The eternal poetry of the sun", "Poetry honor and 

pride", "Fuzuli valuable research on "," Muhammad Fizuli "," Life and love poetry "," Beloved by the people "," Vagif 

period and the poem "," Poet-struck lady "," Revolutionary-writer "," Love and humanity "," Satire master "," Immortal 

poet Sabir ","Advanced ideas herald "and others. 

Key words: Mirza Ibrahimov, literature, national character 

 

Mirzə İbrahimov ədəbiyyat tariximizdə görkəmli yazıçı, dramaturq, alim, publisist olaraq daim elmi-



ədəbi fəaliyyətində Azərbaycan ədəbiyyatına və onun inkişaf mərhələlərinə biganə qala bilməmişdir. Alimin 

məqalələrinin bir qismi sırf elmi səciyyə, digər bir qismi isə klassik ədəbiyyatı, bu ədəbiyyatın görkəmli 

nümayəndələrini yayıb təbliğ etmək məqsədi daşımışdır. Görkəmli ədib məqalələrində klassik ədəbiyyatdan, 

onun keçdiyi təşəkkül yolundan bəhs edərkən bu ədəbiyyatın bədii nümunələrinə xəlqilik, müasirlik, 

ideyalılıq baxımından yanaşmışdır. Mirzə İbrahimov Nizami, Xaqani, İzzəddin Həsənoğlu, Nəsimi, Füzuli, 

Heyran xanım, Vaqif, Vidadi, Bakıxanov, Vazeh, Mirzə Fətəli Axundov, Zakir, Nəriman Nərimanov, Cəlil 

Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov kimi sənətkarlar haqqında məqalələr yazmış və 

onların yaradıcılıq məziyyətlərini işıqlandırmışdır. Alim “Leyli və Məcnun”, “Böyük Nizami”, “Xosrov və 

Şirin”, “Azərbaycan ədəbiyyatı xalqın tərəqqisi yolunda”, “Azərbaycan xalqının dahi şairi”, “Azərbaycan 

şeirinin sönməz günəşi”, “Şeirimizin şərəf və iftixarı”, “Füzuli haqqında qiymətli tədqiqat”, “Məhəmməd 

Füzuli”, “Həyat və məhəbbət poeziyası”, “Xalqın sevimlisi”, “Vaqifin dövrü və şeiri”, “Şairə-Heyran 

xanım”, “İnqilabçı-yazıçı”, “Məhəbbət və insaniyyət”, “Satira ustası”, “Ölməz şairimiz Sabir”, “Qabaqcıl 

fikirlərin carçısı”, “Nəcəfbəy Vəzirovun yaradıcılığında humanizm və azadlıq ideyaları” kimi publisistik 

yazılarında görkəmli klassiklərimizin əsərlərini təhlil etməklə kifayətlənmir, eyni zamanda onların 

yaradıcılığına xas olan bədii qanunauyğunluğun mahiyyətini açır. 

Mirzə İbrahimov ədəbi-bədii publisistik fəaliyyətində müxtəlif dövrlərdə yaşayıb-yaratmış 

klassiklərimiz haqqında maraqlı, dolğun, elmi tutarlı mülahizələr irəli sürmüşdür. Məlumdur ki, zaman 

keçdikcə hər bir söz ustası, sənət adamı öz dövrünün klassikinə çevrilir. Mütərəqqi Azərbaycan sənətkarları 

ölməz, əbədiyaşar əsərlər yazmaqla xalqa xidmət etmiş və ədəbiyyat tariximizdə özünəməxsus cığır 

açmışdır. Bu cığırın keçdiyi təşəkkül yolunu araşdırmaq isə alimlərin, tədqiqatçıların öhdəliyinə düşür. Mirzə 

İbrahimov bu öhdəliyi məharətlə, peşəkar səviyyədə yerinə yetirmiş alimlərdəndir. O, ədəbi-nəzəri, elm-

publisistik məqalələrində klassiklərimizi təbliğ etməklə öz müasirlərinə bir növ yol göstərmişdir. Görkəmli 

publisist “Azərbaycan ədəbiyyatı xalqın tərəqqisi yolunda” adlı məqaləsində Nizami, Xaqani, Məhsəti, Saib 

Təbrizi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif , Molla Vəli Vidadi kimi ölməz sənət adamlarını elm 

və biliyin, ağıl və kamalın yorulmaz təbliğatçıları hesab etmişdir. “Əsl qüdrət də ağıl və elmdədir” – deyən 

müəllif burada Nizamidən bir nümunə verməklə elm və biliyi qəti qələbəyə aparan vasitə hesab edir: 

“Qüvvət elmdədir başqa cür heç kəs 

Heç kəsə üstünlük eyləyə bilməz. . .” (2, 220). 

Mirzə İbrahimov bu məqalədə dahi sənətkar Nizami dühasını yüksək qiymətləndirmiş və bunun 

ardınca onun haqqında “Şeirimizin şərəf və iftixarı”, “Leyli və Məcnun”, “Xosrov və Şirin”, “Böyük 

Nizami”, “Azərbaycan şeirinin sönməz günəşi”, “Xalqın sevimlisi” bu və digər publisist əsərlərini yazmışdır. 

Görkəmli ədib “Şeirimizin şərəf və iftixarı” adlı məqaləsində Nizami Gəncəvini bütün bəşər tarixində 

yetişmiş olan əzəmətli və ölməz söz ustalarından biri hesab etmişdir. Müəllif Nizami yaradıcılığının bədii 

kamilliyi, ictimai-fəlsəfi mənasının dərinliyi və dolğunluğu etibarı ilə dünya ədəbiyyatının inkişafında 

Homer, Dante, Şekspir, Puşkin kimi müstəsna rol oynadığını qeyd edərək yazır: “O, bütün dünyanı orta 

əsrlərin müdhiş qaranlığı və dini fanatizmi bürüdüyü bir zamanda yaşamış və yaratmışdır. Nizami əsərlərinin 

canını təşkil edən dərin humanizm, ədalət və xalq səadəti ideyaları həmin əsrlərin qatı qaranlığı, amansız 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   233   234   235   236   237   238   239   240   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə