Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə240/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   235   236   237   238   239   240   241   242   243

444 

 

«Kitabi-Dədə Qorqud» eposu XX əsrin birinci yarısında əvvəlcə elm aləminə olmuş, daha sonra nəşr 



edilərək xalq arasında yayılmışdır. Onun məşhurlaşmasında ədəbiyyat və sənət adamları çox böyük rol 

oynamışlar. Abidənin bədii gözəlliyi və estetik siqləti, onda daşınan milli-mənəvi ideyalar, ümumbəşəri 

insan sevgisi hər sahədə olduğu kimi bədii ədəbiyyat sahəsində də ziyalılarımızın diqqətini özünə cəlb etmiş, 

yaradıcı insanlar bu ideyalardan ilham alaraq gözəl bədii məzmuna malik əsərlər yaratmışlar.  

«Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan ədəbiyyatına təsiri geniş və hərtərəfli olmuş, milli 

ədəbi düşüncənin bütün növ və janrlarında bu mövzuda əsərlər yaranmışdır. M.Rzaquluzadə, Ə.Dəmirçizadə, 

S.Vurğun, B.Vahabzadə, N.Xəzri, Anar, B.Səhənd, K.Abdulla, A.Məmmədov, Ə.Muğanlı, A.Abdullazadə, 

V.Aslan, T.Elçin, R.Təhməzoğlu və başqalarının qələminin məhsulu olan nəsr, dram və nəzm əsərləri durur. 

Bundan başqa, ayrı-ayrı teatr yaradıcılıq qurumlarının, yaradıcı rejissorların eposla bağlı səhnələşdirdikləri 

müstəqil tamaşalar da vardır. 

«Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan ədəbiyyatına təsiri çox mürəkkəb, zəngin məzmuna 

malik problemdir. XX əsrdə «stalinizm epoxası» dövründə Azərbaycan mədəniyyəti səmasında «peyda» olan 

«Kitabi-Dədə Qorqud»a ictimai-siyasi həyatda olduğu kimi, ədəbiyyatda da münasibət birmənalı 

olmamışdır. «Stalinizm epoxasında» abidə, onun naşirləri, tədqiqatçıları və bu mövzuda bədii əsərlər 

yaratmış ədiblər təqib olunmuş, müxtəlif repressiyalara məruz qalmışdır. Daha sonra abidə «bəraət almış», 

yenidən elmi və ədəbi fikir dövriyyəsinə daxil olmuşdur. Bütün «sovet epoxası» dövründə «Kitabi-Dədə 

Qorqud» ideyaları yazıçı və şairlər üçün milli birlik, müstəqillik və dirçəliş mövzularını ədəbiyyata gətirmək 

üçün bir vasitə rolunu oynamış, ədiblər həmin ideyalarla bağlı bədii söz demək üçün eposun mövzu, motiv 

və obrazlarından geniş şəkildə istifadə etmişlər. Bu da öz növbəsində abidənin müasir Azərbaycan 

ədəbiyyatına təsirini məzmunca zəngin və mürəkkəb məsələyə çevirmişdir.  

 «Kitabi-Dədə Qorqud» dastanları Azərbaycan ədəbi-estetik düşüncəsinin ilkin qaynağıdır; «Dədə 

Qorqud» ideyalarının oğuz-türk ədəbi düşüncəsində yaratdığı ədəbi-bədii təzahürlərin tədqiqi və s. daim 

aktualdır. 

Eposun ədəbi düşüncə tarixindəki yeri və rolunun araşdırarkən qədim və orta əsrlər Azərbaycan 

ədəbiyyatına təsiri; 

«Dədə Qorqud» dastanlarının XX əsrin birinci yarısı stalinizm epoxası dövründə milli nəsr, poeziya və 

dramaturgiyaya təsiri; 

Eposun XX əsr Azərbaycan ədəbiyyatında milli özünüifadə, özünüyaşatma, birlik və dirçəliş 

ideyalarının təbliğindəki rolu danılmazdır. 

«Kitabi-Dədə Qorqud» dastanlarının milli ədəbiyyatımıza təsiri öz ifadəsini ədəbiyyatda tapdığı kimi, 

bu təsir eyni zamanda elmi şəkildə ədəbiyyatşünaslıqda və folklorşünaslıqda da tapmışdır. Yəni bu problem 

təbii olaraq təkcə ədəbiyyatşünasları deyil, həm də folklorşünasları çox ciddi şəkildə maraqlandırmışdır.  

Azərbaycan ədəbiyyatının ulu qaynağı olan «Kitabi-Dədə Qorqud» milli ədəbi düşüncənin başlanğıcı 

kimi şifahi ədəbiyyat nümunəsi, xalqımızın ilkin sənət və bədii yaradıcılığının əsas mənbəyi kimi folklor 

abidəsidir. Eposun Azərbaycan ədəbiyyatına təsiri elmi baxımdan «folklor və yazılı ədəbiyyat» 

problematikasına aid olduğu üçün o, həm folklorşünasların, həm də ədəbiyyatşünasların daim diqqətində 

olmuşdur. Bu cəhətdən Ə.Abid, ak. H.Araslı, ak. B.Nəbiyev, ak. K.Abdulla, prof. Y.Qarayev, prof. 

T.Hacıyev, prof. N.Cəfərov, prof. A.Nəbiyev, prof. P.Əfəndiyev, prof. C.Abdullayev, prof. Ş.Cəmşidov, 

prof. Q.Namazov, prof. K.V.Nərimanoğlu. və bu kimi dəyərli folklorşünas, ədəbiyyatşünas və dilşünas 

alimlər eposun müasir ədəbiyyata, onun məzmun və mündəricəsinə, obraz və motivlər sisteminə, poetik 

quruluşuna, kompozisiya sisteminə, bədii dilin semantik məna aləminə və s. təsiri haqqında qiymətli 

tədqiqatlar aparmış, dəyərli fikirlər söyləmiş, qiymətli ideya və mülahizələr irəli sürmüşlər.  

«Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan ədəbiyyatına təsirinin öyrənilməsində tarixi, 

müqayisəli və tipoloji yanaşmalar əsasdır.  

Tarixi yanaşma eposun tarixi abidə olması, eyni zamanda bütün orta əsrlər Azərbaycan ədəbiyyatının 

tarixinə təsir etməsi, daha sonra müasir ədəbiyyatımızın ideya-məzmun, poetik aləminə təsiri ilə bağlıdır. 

Problemin həllində tarixilik – tarixi ədəbi dövrlərin, «Kitabi-Dədə Qorqud»un nümunəsində ilkin ədəbi 

düşüncə dövrünün, müasir ədəbiyyatın nümunəsində müasir ədəbi düşüncə tariximizin diqqətdə saxlanılması 

əsas yanaşmalardan biridir. 

Problemə tarixi yanaşma paralel şəkildə müqayisəli üsula əsaslanır. Tarixən müxtəlif obraz, motiv və 

ideyaların «Dədə Qorqud» eposunda və müasir ədəbiyyatda öyrənilməsi onların müqayisəsini tələb edir. Burada 

tarixi yanaşma ilə müqayisəli yanaşma vəhdət təşkil edərək tarixi-müqayisəli metodun tətbiqini əsaslandırır. 

Problemə tarixi və müqayisəli yanaşma eyni zamanda tipoloji yanaşmanı zərurətə çevirir. Müqayisə 

bütün hallarda təsadüfi göstəricilərin yox, qanunauyğunluqlarda təzahür edən tipoloji dəyərlərin müqayisəsi 




445 

 

deməkdir. Bu cəhətdən «Kitabi-Dədə Qorqud» dastanlarının Azərbaycan ədəbiyyatına təsiri tipolojiləşdirmə 



üsuluna da əsaslanmaqla müqayisəli-tipoloji metodun tətbiqini zərurətə çevirir. 

1. «Kitabi-Dədə Qorqud» abidəsinin mövzu, məzmun, mündəricə, obraz, motivlər sistemini

bütövlükdə poetik məna və quruluş aləmini, tarixi-mədəni, milli-mənəvi dəyər və əhəmiyyətini və s. arayıb 

ortaya qoyan qorqudşünaslıq araşdırmaları.  

2. «Kitabi-Dədə Qorqud»un ümumən ədəbi-estetik təfəkkür, yazılı ədəbiyyat, xüsusən müasir 

ədəbiyyatla əlaqələrini araşdıran tədqiqatlar.  

3. «Folklor və ədəbiyyat» problematikası ilə bağlı ümumnəzəri ədəbiyyat.  

«Kitabi-Dədə Qorqud» dastanlarının müasir Azərbaycan ədəbiyyatına təsiri probleminin işlənməsi 

üçün ciddi və sanballı nəzəri-təcrübi bünövrə var. Bu nəzəri-metodoloji bazadan istifadə olunmaqla 

tədqiqatın probleminə sistemli monoqrafik yanaşma tələb olunur. 

«Kitabi-Dədə Qorqud» dastanları və müasir Azərbaycan ədəbiyyatı» probleminin həllinin həm nəzəri

həm də praktiki istiqamətdə özünəməxsus əhəmiyyəti türkologiyanın ən önəmli məsələsidir. 

 

Ədəbiyyat  



1. Əliyev H. Milli varlığımızın mötəbər qaynağı / Dədə Qorqud dünyası (məqalələr). Bakı: Öndər, 2004, s.6-11 

                                                                                                                                                                               

 

ZAUR MUSTAFAYEV 



Bakı Dövlət Universiteti  

 

MÜHACİRƏT ƏDƏBİYYATININ ƏDƏBİ İRSİMİZDƏ MÜHÜM ROLU 



 

Açar sözlər: mühacirət ədəbiyyatı, ədəbi irs 

 

The role of immigration literature in our literary legacy 



 

The presented article deals with 4 development stages of immigration literature  and it is the subject of various 

public and political and  literary aspects. 

Azerbaijan immigrationliterature with itsliteraryand historical variety brought richness to Azerbaijanliterary 

legacy. Its famous representatives incornated our national spirit and literature abroad. 

Key words: immigration literature, literary legacy

 

 

Ümumilikdə qədim tarixə malik, mühacirətdə yaranmış  bədii ədəbiyyat zənginliyi və öz rəngarəngliyi 



ilə mühüm yer tutmuşdur. 

Hələ orta əsrlərdə  Azərbaycanın görkəmli mütəfəkkirlərindən olan Xətib Təbrizi və İmamdəddin 

Nəsimi vətəndən kənarda yaşayıb-yaratmışlar. 

XX əsrin əvvəllərindən isə Azərbaycan Mühacirət ədəbiyyatı tam formalaşma mərhələsinə  qədəm 

qoymuşdur. Azərbaycan Mühacirət ədəbiyyatı müxtəlif ictimai-siyasi  və sosial səbəblərdən ölkəmizdən  

başqa-başqa xarici ölkələrə gedərək orada yaşamağa məcbur olan yaradıcı qüvvələr toplusu əmələ 

gətirmişlər. Bu səbəblər sırasında  çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı çıxmış, Azərbaycan Xalq 

Cümhuriyyətinin təşkilatçılarının bolşeviklər tərəfindən təqib edilmələri mühüm yer tutur. Eyni zamanda, 

İkinci Dünya müharibəsi zamanıəsirlik və sürgünlük həyatı da mühacirət ədəbiyyatının inkişafında mühüm 

rol oynamışdır. Mühacirət ədəbiyyatında vətən həsrəti, qürbət duyğuları, hadisələrə fərqli ədəbi psixoloji  

baxış meylləri səciyyəvi əhəmiyyət kəsb edir. 

Azərbaycan Mühacirət ədəbiyyatı dörd inkişaf mərhələsinə bölünür: 

I mərhələ. 1909-1910-cu illərdə çar höküməti Qafqazda bəzi islahatlar həyata keçirməyə başladı və bu 

islahatlarla əlaqədar hökumət Azərbaycanın  demokratik fikirliziyalıların fəaliyyətinə güclü nəzarətedirdi. 

Məhz  bu səbəbdən dəbir çox qələm sahibləri Azərbaycanı tərk etməyə məcbur oldular. I mərhələdə bununla 

Azərbaycan Mühacirət ədəbiyyatınınəsası qoyuldu və bu dövrün nümayəndələri mühacirət ədəbiyyatı 

ideologiyasının  formalaşmasına böyük təsir göstərdilər.  Bu mərhələnin görkəmli şəxsləri sırasında 

Məmməd Əmin Rəsulzadənin, Əlibəy Hüseynzadənin  və Əhməd  Ağaoğlunun  adlarını çəkmək olar. Qeyd 

etmək lazımdır ki, İranda yaşadığı müddətdə M.Rəsulzadə Şərqdə ilk Avropa standartlarına uyğun “İrani-

novin” qəzetinin nəşrinə başlamışdı. Sonralar Azərbaycanda  və Türkiyədə  nəşr olunmuş bir sıra əsərlərini 

də İranda olduğu dövrdə qələmə almışdır. Ə. Hüseynzadə  və Ə.Ağaoğlu  bu dövrdə İstanbulda yaşayırdılar. 

“Türk ocağı” və “İttihad və tərəqqi”  cəmiyyətlərində fəaliyyət göstərirdilər. 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə