Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə229/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   225   226   227   228   229   230   231   232   ...   243

423 

 

… «O girişin davamı olaraq Dədə Qorqudun müdrik kəlamları gəlir. Birincisi belədir: «Allah 



çağırmayınca işlər uğur qazanmaz». Bu kəlamlar mənim əlyazmalarım içərisində təxminən səhifə yarımdır. 

… Orijinal mətndə çoxlu səhvlər vardır ki, bu qədim kitablarda başqa cür ola bilməz, çünki onlar bir 

çox xəttatların əlindən çıxır. Mən onları məndəkində olan kimi çap etdirirəm…» (5, s.316-317). 

Tədqiqatçı arxivdə işləyərkən adı çəkilən mətnin iki səhifəsinin fotosurətini də çıxarmışdır. Təqdim 

edilən məlumatlar qorqudşünaslıqda yeni tapıntılardır. Onların dəqiqliyinə şübhə isə istisna edilməlidir. 

Çünki tədqiqatçı onların Ditsin əlyazma mətnindən götürmüşdür. Ditsin məlumatı göstərir ki, ikinci nüsxə 61 

saylı Berlin Kral Kitabxanasında saxlanır. Nüsxənin mövcudluğunu və özünəməxsusluğunu F.Dits özü 

açıqlayır. Bu isə ikinci əlyazmanın - Berlin nüsxəsinin Drezden əlyazmasından xeyli fərqli nüsxə olduğunu 

göstərir. 

F.Ditsin ikinci məlumatı da maraqlıdır. O, yazır ki, həmin nüsxə çox qüsurludur. Yəni yazılış etibarilə 

naşı xəttat tərəfindən üzü köçürülmüşdür. Bu isə Kilisli Rifətin nəşrə hazırladığı mətnin Drezden nüsxəsi 

əsasında yox, Berlin əlyazması - yəni Ditsin arxivində olan ikinci əlyazma  mətni əsasında nəşrə 

hazırlandığını irəli sürməyə imkan verir. Bu mətn qüsurlu olduğuna görə  Kilisli Rifət ona elə bir ciddi 

düzəlişlər etmədən mətni nəşrə hazırlamışdı. Digər tərəfdən K.Rifəti  Drezden nüsxəsini əsas götürərək 

tənqid etmişlər. Mövcud qüsurlu ikinci nüsxə elmə məlum olmamış, tənqidçilər isə Drezden mətnindən çıxış 

edərək Kilisli nəşrinə münasibət bildirmişlər.  

Əlyazmanın Drezden nüsxəsindən fərqli mətn olmasına, F.Əlimirzəyevanın həmin nüsxənin 

orijinallığı ilə bağlı fikirlərinə qorqudşünas Ş.Cəmşidovun mülahizələri də onun həqiqət olduğunu təsdiq 

etməkdədir (2). 

Drezden və Berlin əlyazma mətnlərində ayrı-ayrı söz, ifadə söz birləşməsi, eləcə də müxtəlif 

cümlələrin oxunuş müqayisəsini aparan Ş.Cəmşidov adı çəkilənlərin hər birinin müstəqil, özü də bir-birindən 

xeyli fərqli zamanda  qələmə alındığını göstərir. Hesab edirik ki, Berlin əlyazması Drezden mətnindən əvvəl 

yazıya alınmışdır. Mətnin Anadoluda üzü köçürüldüyünü də ehtimal etmək olar. Drezden nüsxəsinin isə daha 

səliqəli xəttatın mətnindən köçürüldüyü aydın görünür. Bu cəhət mətnlərdə bir sıra fərqli deyim, ifadə, mətn 

nümunəsi və s. kimi  xüsusiyyətlərin mövcud olduğunu da göstərir.  

Unutmaq olmaz ki, Drezden mətninin təhrifi hesab edilən Berlin nüsxəsi Türk dünyasında «Kitabi-

Dədə Qorqud»u tanıdan, qorqudşünaslığın binövrəsini  qoyan nəşrlərdən biri olmuşdur. 

Eposun məlum nüsxələrinin hər birinin yazıya alınma tarixi olduğu kimi, onları biri-birindən 

fərqləndirən,  fərdi xüsusiyyəti kimi üzə çıxaran cəhətlər də az deyildir. Eposun əlyazma nüsxələri üzərində 

aparılan müşahidələr göstərir ki, Drezden nüsxəsi özündən bir neçə yüz il əvvəlki əlyazma mətnindən 

köçürüldüyü kimi, sonrakı nüsxələr də müxtəlif dövrlərdə yazıya alınmış əlyazmalar əsasında meydana 

çıxmışdır. Həm Berlin, həm də Vatikan nüsxələrini Drezden əlyazmasından üzü köçürüldüyünün iddia 

edilməsinin bizcə elmi və tarixi əsası yoxdur. Çünki bu əlyazmaların Drezden mətni ilə əlaqəsini göstərən 

ümumiliklərini təsdiq edən faktlardan, onların hər birinin başqa əlyazmadan köçürüldüyünü, Drezden 

mətninin yazı xətti, üslubu, eləcə də bir çox sözlərin işlənmə və əvəzlənmə formalarına görə fərqləndirən  

arqumentlər daha inandırıcıdır. 

Nüsxələri birləşdirən başlıca ümumilik isə oğuz hekayətlərinin təqdim edilən eyni arxitektonik sistemə 

əsaslanması (Vatikan nüsxəsi istisna olmaqla) ilə əlaqədardır. Drezden nüsxəsi ilə Vatikan nüsxəsinin başqa 

əlyazma mətnləri əsasında üzə çıxdığını mətn içərisindəki bəzi hadisələrin təfərrüatında da görmək 

mümkündür. Berlin mətnindəki qüsurlu xətt onun oxunuşunu təbii ki, çətinləşdirmişdir. Bu isə müəyyən 

oxunuş qüsurlarını meydana çıxarmışdır.   

Bunlar göstərir ki, Berlin Kral Kitabxanasında F.Ditsin arxivində mühafizə edilən 61 saylı mətn 

«Kitabi-Dədə Qorqud»un müstəqil əlyazmalarından biridir. Onu abidənin ayrıca bir nüsxəsi kimi qəbul 

etmək və elmi tədqiqatlara cəlb etmək vacibdir.  

 Ədəbiyyat 

1. Бартольд.В.В. Турецкий эпос и Кавказ, сб. «Язык и литература», V т., Л., 1930, 217 с. 

2. Cəmşidov Ş. «Kitabi Dədə Qorqud»un Berlin əlyazma nüsxəsi. Elm qəzeti, 27 aprel, 2003 

3. Ergin Muharrem. Dede Korkut kitabı, Ankara, 1997, 387 s. 

4. Əlimirzəyeva F. «Kitabi Dədə Qorqud» alman tədqiqatında, Bakı, 1998, 150 s. 

5. Əlimirzəyeva F.  H. F. fon Ditsdə “Kitabi Dədə Qorud”un ayrıca əlyazması olubmu? AMEA-nın məruzələri,  cild VIII, 

№5-6, 2002, s.315-317 

6.Kilisli Rifət. Kitabi Korkut, Ankara, 1916, 127 s. 

7. Şaiq O. Dedem Korkut kitabı, Ankara, 1958, 671 s.                                          

                                                               

         

 



424 

 

ÜLKƏR NƏBİYEVA 



Filologiya üzrə elmlər doktoru 

Bakı Dövlət Universiteti  

 MOBİL ASLANLI HUNTÜRK 

Pedaqogika üzrə elmlər doktoru 

Bakı Dövlət Universiteti  

 

«KİTABİ-DƏDƏ QORQUD»-da İDARƏÇİLİK SİSTEMİ 



 

Açar sözlər: cəmiyyət tarixində idarəçilik, qəbilə-icma münasibətləri, “Kitabi Dede Qorqud” dastanı, 

oğuz-səlcuqlar, dövlətçilik mədəniyyəti. 

  

Management system in the "Book of Dede Korkut" 



 

In the epos "Kitabi Dede Korkut" widely publicized life Oguz tribes, simple life Oguz. All this allows us to 

identify those customs and traditions that have developed over decades. All these cultural values are reflected in the 

epic and reviewed in this article. 

Key words: history of social control, tribal relations, the epic "Dede Korkut", Oguz and the Seljuks, the culture 

of statehood. 

 

«Kitabi-Dədə Qorqud» bütövlükdə oğuz tayfa həyatı və mədəniyyətini geniş epik lövhələrlə əks 



etdirən, ilk növbədə şifahi şəkildə yaranan ən böyük ümumtürk abidələrindən biridir. Burada oğuzların 

həyatı çox qədimdən başlayaraq Bayandur xan dövrü də daxil olmaqla geniş bir tarixi kəsimi əhatə edir. 

«Kitabi-Dədə Qorqud» sübut edir ki, oğuz-səlcuqların orta əsrlər üçün  həqiqətən ideal dövlət 

quruculuğu təcrübəsi olmuşdur. Oğuz cəmiyyətində köçəriliyin əlamətlərinə də rast gəlinir, lakin mükəmməl  

(və elastik!)  idarəçilik iyerarxiyası dövlətin  dağılmasına qətiyyən imkan vermir . 

Ümumiyyətlə, Azərbaycanda aşağıdakı dövlətçilik mədəniyyətlərinin mövcud olması  göstərilir: 

1.

 Qədim (ümum) türk (hun-qıpçaq) dövlətçilik mədəniyyəti. 



2.

 Türk-müsəlman (oğuz-səlcuq) dövlətçilik mədəniyyəti [1, 96]. 

Tarixdən məlumdur ki, Bayandur xan Oğuz xan nəslindəndir. İlk qəbilə ittifaqına başçılıq etmişdi. 

Eposda oğuz qəbilə birləşmələri qrupu təsvir olunur. Onlar Üç-oq və Boz-oq kimi iki yerə ayrılır. Müvafiq 

olaraq İç və Daş oğuzlar kimi də təqdim edilir. Bayandur xan İç və Daş Oğuz arasında qarşılıqlı əlaqə 

quraraq Oğuzu birləşdirə bilir. Bu idarəçilik icma dövrünün ən demokratik idarə forması olub, dövrünə görə 

əhəmiyyətli mövqe nümayiş etdirmiş, bütövlükdə oğuz mədəniyyətinin inkişafına böyük tarixi kəsimdə 

mühüm kömək göstərmişdi. «Oğuzların qəhrəmanlığına həsr olunmuş eposun özündə, adamların şəxsində 

dövlətin hüquqi həyatı haqqında əlavə məlumatları ehtiva etməsi təbiidir. 12 dastandan ibarət olan epos 

oxucu gözü qarşısında tarixi keçmişin bütün qəbilədaxili və qəbilələrarası çoxşaxəli münasibətlərin 

mənzərəsini canlandırır ki, bu da tədqiqatlarda «Kitabi-Dədə Qorqud»un əsrlər ərzində xalq yaradıcılığının 

məhsulu olduğu haqqında deyilən faktı təsdiq edir» [2, 58-59]. 

Eposda iki oğuz qəbiləsinin birləşdiyini, bu birliyin başında isə Bayandur xanın dayandığını görürük. 

Bayandur xan vaxtaşırı məclis düzəldir, bəyləri dəvət edir, ölkə idarəçiliyinin müxtəlif məsələləri burada 

müzakirə olunur. Xanın idarəedicilik təşəbbüsləri burada bəyan edilir. Lakin bununla yanaşı, Qam Ğan oğlı 

xan, xanlar xanı və başqa titullarla şəxsləndirilən Bayandur xan eposda ümumilikdə az görünür. Başlıca 

idarəedici isə Bayandur xanın yaxın köməkçisi, xanlığın ikinci şəxsi «Ulaş oğlı Tüklü quşun yavrısı, bizə 

miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, Qonur atın iyəsi, xan Uruzın ağası, Bayındır xanın 

göygisi, Qalın Oğuzın dövlətı, qalmış yigit arxası» Qazan bəydir. Oğuz qəbilə və tayfa idarəçiliyi formasına 

fikir verdikdə görmək olur ki, bu xaqanlıq idarəçiliyi formasıdır. Həmin birlikdə 24 oğuz tayfası 

cəmləşmişdir. Bayandur xanın məclisində iştirak edən tayfalara daxil olan qəbilələrin başçıları var və hər bir 

qəbilə başçısı xanın məclisində iştirak edir. 

Qəbilə başçıları əslində müstəqildir. Lakin bu müstəqillik onların öz qəbiləsi daxilindədir. Onlar qonşu 

elə hücum etməkdə, ova çıxmaqda, kafirlərlə münasibətdə xanlığın mövqeyindən çıxış etməlidir. Əgər 

hansısa qəbilə bir qərar qəbul etmək istəyirsə, mütləq Bayandur xana müraciət etməlidir. Ən azı isə Qazan 

bəyi xəbərdar etməli, ondan icazə almalıdır. Qəbilələrarası və qəbilədaxili münasibətlər qarşılıqlı yardım 

prinsipi və Bayandur xanın ali hakimiyyətinə tabelik əsasında qurulmuşdur. Qarşılıqlı kömək və yardım 

münasibətləri boylarda qabarıq tərənnüm edilir. Buna «Salur Qazanın evi yağmalandığı boyı bəyan edər» 

misal ola bilər [3,  42-51]. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə