Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə221/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   217   218   219   220   221   222   223   224   ...   243

410 

 

bənzəməyə başladıqlarını görürük. Heyvanıstanın əvvəl yazılmış qanunnaməsində dəyişikliklər etməyə 



başlayırlar. “İki ayaq pisdir, dörd ayaq yaxşıdır” prinsipini yazdıqları kimi pozan donuzlar artıq insanlar kimi 

iki ayaq üstə gəzməyə ,onlar kimi boşqablarda yemək yeyib, onlar kimi geyinməyə başlayırlar. 

Oruell Stalinist düşüncəyə qarşı durarkən, gənclik illərində könül verdiyi sosializmdən uzaqlaşmış 

olmadığını, lakin sosializmin açdığı kommunizm, ya da “animalizm”in necə irəlilədiyini bizlərə göstərir və 

baş vermiş hadisələri metaforik bir ifadə tərziylə oxucuya təqdim etməyə nail olur. “Oruell özünü 

“demokratik sosialist saydığından marksizm-leninizmin hər iki banisinə müəyyən hörmətlə yanaşırdı. O da 

müasirlərinin çoxu kimi belə bir fikir bölüşürdü ki, sosializmin qüsurları üçün banilərdən daha çox, Marks və 

Lenin təlimini təhrif edən bolşeviklər, ilk növbədə isə Stalin məsuliyyət daşıyır.” (2,26) 

Yazıçının ustalıqla qurduğu metaforaların içində tarixi həqiqətlərin yer almışdır.  Məsələn, Stalinin 

Hitlerin bir oyunu səbəbi ilə özünə sui-qəsd hazırlığında olduğu paranoyası ilə bir çox generalını edam 

etdirməsi kitabda Napoleonun Snoubolun agenti olduğunu iddia etdiyi və özünü öldürmək istədiyindən 

şübhələndiyi bəzi heyvanları öldürməsi bu məqamda mühüm bir nümunə ola bilər. 

Corc Oruell əsərində Sovet inqilabı tarixinə yad olmayan oxucuların dərhal anlayacağı 

tipləştirmələrdən və bənzətmələrdən istifadə edir. Stalinin tərəfdarları və müxalifləri, eləcə də müxtəlif sinif 

və təbəqələr heyvanlar aləmində bir-bir öz yerini taparkən sosializmin ideoloji və nəzəri yönləri də gözlər 

önünə sərilərək ifşa olunur. 

“Oruell “Heyvanıstan” povestində (1945) Rusiyadakı kommunist idealogiyasının uğursuzluğunu göstərdiyi 

üçün onun nəşri Sovetlər Birliyində 1980-ci il inqilabından sonraya qədər qadağan edilmişdir.  (4, 570). 

Soyuq müharibə dövründə sosializmə bir xəyanət olaraq qəbul edilən Oruell romanlarını yalnız 

sosializmə yönəlmiş tənqid kimi qəbul etmirik. Bu tənqid eləcə də antidemokratik hakimiyyətlərə 

yönəlmişdir. Oruellin tənqidinin yalnız Stalin dövrü ilə məhdudlaşmadığını söyləyə bilərik. Formal mənada 

hücum real sosializmə qarşı olsa da, amma heyvanlar və insanlar arasında dəyişməyən hakimiyyət hərisliyi 

və qonşu ferma rəhbərlikləri arasındakı oxşarlıqlar Oruellin tənqidini ümumiləşdirir. 

“Bütün heyvanlar bərabərdir, lakin bəzi heyvanlar daha bərabərdir” fikri ilə Politbüronun və Stalinin 

tiranca rəhbərliyinin tənqid olunduğu kimi, ölümü də işləmək kimi qəbul edən çalışqan at Bokserin bir at 

qəssabına  satılışı ilə də bütün bir bəşəri və insani ambisiyaların nələrə səbəb ola biləcəyini də nümayiş 

etdirir. Bir sözlə Oruell bu əsərdə İspaniyada Respublikaçılar ilə çiyin-çiyinə faşizmə müqavimət göstərdiyi 

zaman hiss etdiklərindən fərqli  fikirlər səsləndirmir. Əksinə, o zamankı ideyalarını daha da genişləndirərək, 

insanın ən bərabərhüquqlu sistemdə belə “heyvanlaşacağını” vurğulayır. 

Oruell həyata çox tez, qırx altı yaşında gözlərini yummuşdur. Heyvanıstandan sonra geniş miqyaslı bir 

şöhrət qazansa və maddi çətinlikləri başa çatsa də yoxsulluq günlərində tutulduğu vərəm xəstəliyi, həyatının 

son dövrünün böyük hissəsini xəstəxanalarda keçirməsinə səbəb olmuşdur. 

II. Dünya Müharibəsi illərində "Observer" qəzetində çalışmış yazıçı 21 yanvar 1950-ci ildə Londonda 

həyata vida etmiş, ardında on ədəd kitab və saysız-hesabsız məqalə buraxmışdır. 

 

Ədəbiyyat 



1.

 

 



"The 50 greatest British writers since 1945". The Times. 5 January 2008. Retrieved 7 January 2014. 

2.

  Vilayət Quliyev. Ön söz. Corc Oruelin seçilmiş əsərləri, Şərq-Qərb ,nəşriyyatı Bakı-2010 



3.

   "The Fall of Mister Jones and the Russian Revolution of 1917". Shmoop University. Retrieved 13 May 2013. 

4.

  The Short Oxford History of English Literature. Revised Edition. Andrew Sanders. Oxford University Press,1996 



 

ŞÖHRƏT MƏMMƏDOVA 

Filologiya üzrə fəlsəfə doktoru 

 

UŞAQ POEZİYASINDA ESTETİK TƏRBİYƏ PROBLEMİ 



 

Açar sözlər: bədii zövq, poeziya, təxəyyül, mənəviyyat, tərbiyə, etika, estetika, mövzu, poetik, dostluq, 

əxlaqi, mütaliə, əsər 

Art esthetic education problems in child poetry 

 

Art education is an important area of Aesthetic education. Artistic taste are created by the impact works of art 



and formed. Respect to father and mother, esteem grandfather and grandmother, love to brother, mother and 

motherland are an important subject of child poetry. The article deals with the artistic taste and education problems 

forming the basis of aesthetic education. The factors are reseached to influence the formation of chid imagination. 

Development of child morality are shown with artistic taste.  The samples are given from the poems which axised 

childrens taste, enlarged morality and fantacy. 

Key words: Artistic taste, poetry, imagination, morality, nurture, ethucs, aesthetics, subject, poetic, friendly, 

ethical, reading, work 



411 

 

 



Azərbaycan uşaq poeziyası özünəməxsus inkişaf yolu keçmişdir. Müxtəlif dövrlərdə yazıb-yaratmış 

şairlərimiz uşaqa şeirlərinin yaranmasında və zənginləşməsində böyük rol oynamışlar. S.Ə.Şirvani, 

M.Ə.Sabir, A.Səhhət, R.Əfəndizadə, A.Şaiq və başqaları uşaqların təlim tərbiyəasinə müsbət təsir bağışlayan 

rəngarəng mövzularda əsərlər yazmaqla onların bədii zövqlərini formalaşdırmağa, dünyagörüşlərini artmağa 

nail olmuşlar. Bu missiyanı öz üzərinə götürən sonrakı nəsil – M.Dilbazi, T.Elçin, R.Rza, Z.Cabbarzadə, 

X.Əlibəyli, T.Mahmud, H.Ziya, Z.Xəlil, İ.Tapdıq və bir sıra digər sənətkarlarımız uşaqlar üçün müxtəlif 

mövzulu şeirlər yazaraq bu ənənəni davam etdirmişlər. 

Azərbaycan poeziyasında ümumiyyətlə ədəbiyyatında bütün növ janrlarda bədii zövq, tərbiyə 

mövzusu həmişə aparıcı olmuşdur. Bu xüsusiyyəti eyni ilə Azərbaycan uşaq poeziyasına da aid etmək olar. 

Bədii zövq və tərbiyə mövzusu adından da göründüyü kimi, kifayət qədər mürəkkəb tərkibə malikdir. 

Estetik tərbiyənin mühüm bir hissəsini bədii zövq tərbiyəsi təşkil edir. Bədii zövq isə incəsənət 

əsərlərinin təsiri ilə yaranır və formalaşır. Mütaliə mədəniyyəti güclü olan, rəssamlıq, musiq, teatr, bəstə-

karlıq, heykəltaraşlıq nümunələrindən baş çıxaran adamın zövqü kamil, estetik mədəniyyəti yüksək olur. 

Görkəmli uşaq sənətkarı M.Dilbazi milli uşaq ədəbiyyatının təsir qüvvəsini dəyərləndirərək belə bir 

fikir söyləmişdir. “Uşaq ədəbiyyatı bir növ əlifbaya bənzəyir. Elmin, mədəniyyətin, müxtəlif biliklərin 

əlifbasına. Uşaqlar bu əlifba vasitəsilə bəşəriyyətin uzun əsrlər boyu yaratdığı bir dünyaya – sənət aləminə 

ayaq açır. Həmin sehirli “hərflərin” hikmətli açarlarının köməyi ilə bu böyük xəzinəyə sahib olmağa 

başlayırlar. Müasir Azərbaycan poeziyasında bədii zövq və tərbiyə mövzusu digər mövzulardan fərqli olaraq 

daha çox dəyişikliyə məruz qalmışdır. 50-70-ci illərdə kommunist ideologiyasının təsiri altında Azərbaycan 

uşaq şairləri uşaq və gənclərin bədii zövq və tərbiyə məsələlərini möker, komsomol əxlaq kodeksi 

çərçivəsində göstərdilərsə, 90-ci illərdən başlayaraq bu ədəbiyyat aradan çıxdı. Azərbaycan uşaq sənətkarları 

xalqımızın əsrlər boyu uca tutduğu etik-tərbiyəvi prinsiplərə yenidən istinaq etdilər. Lakin az bir zaman 

keşiyində çox mürəkkəb əsaslı bir mövzunun bu və ya digər dərəcədə mükəmməl bir şəkildə işləməsi 

olduqca çətin məsələdir. Ona görə də bədii zövq və tərbiyə mövzusunda sənət əsərlərinin birdən 

yaranmasının güman etmək də düzgün olmazdı. Bununla belə biz müasir uşaq poeziyası nümunələri 

içərisində bədii zövq və tərbiyə problemlərin uğurlu poetik həllini tapan şeirlərə də rast gəlirik. Şübhəsiz son 

illərdə bu mövzuda bir-birindən geri qalmayan gözəl uşaq əsərləri yaranmışdır. T.Elçin, H.Ziya, Z.Xəlil, 

İ.Tapdıq, M.Aslan, R.Yusifoğlu kimi Azərbaycan uşaq  şairlərinin yaratdıqları əvəzsiz inciləri belə poeziya 

nümunələrindən saymaq olar. Çox zaman düşünürlər ki, zövqlər müxtəlif olur, onları eyniləşdirmək mümkün 

deyildir. Lakin onu da bilməliyik ki, zövqlərin müxtəlifliyi heç də onun sağlam əsaslar üzərində inkişafına 

mane olmur. Çünki insana estetik zövq anadangəlmə verilmir. Estetik zövq, eləcə də onun tərkib hissəsi olan 

bədii zövqə insan həyatda, fəaliyyətdə, yaradıcı əməkdə yiyələnir. Buna görə də uşaqların lap kiçik 

yaşlarından bədii-estetik zövqlərinin düzgün formalaşması vacib problemlərdəndir. Hələ XIX əsrdə 

Azərbaycan mədəniyyəti və ictimai fikrinin inkişafında müstəsna xidmətləri olan, ensiklopedik biliyə malik 

şəxsiyyət A.Bakıxanov bir tərbiyəçi, pedaqoq kimi çıxış edərək “Təhzibul-əxlaq” (Nəsihətlər) əsərininin 

əvvəlində yazırdı: “Uşaqlıqda öyrənilən elm başda qazılmış nəqslər kimidir”. Məsələni nəzərə alaarq uşaqları 

lap kiçik yaşlarından mənəvi-əxlaqi gözəlliyə öyrətmək lazımdır ki, bu gözəl xasiyyətlər onlarda adət və 

vərdiş şəkli alıb təbiətlərinə daxil olsunlar. Valideyn və onun bədii zövqün, uşağa verdiyi tərbiyə üsulu 

mühüm əhəmiyyət kəsb edir. Uşağın göz açıb gördüyü dünya, ailə dünyasıdır. Bu dünyada ilk dəfə ata və 

ananın şəxsi nümunəsini görür. Ona valideynin səliqə-səlimanı, bəzən bizə çox sadə və adi gələn hərəkətləri, 

davranışı çox maraqlı olur. Ümumiyyətlə uşaq tərbiyəsini valideynsiz təsəvvür etmək çox çətindir. Valideyn 

uşağın sadəcə ata-anasını deyil, onun ilk müəllimi, ilk tərbiyəçisidir. Uşağa onun ata, anası, nənə və babası 

hamıdan daha yaxın, doğma əzizdir. O təbiət və cəmiyyət haqqında ilk anlayışları adamlarımızdakı nəcib 

münasibəti və s. ilk dəfə öz valideynlərindən öyrənir. Ata-anaya hörmət, nənə-babaya ehtiram, qardaş  

bacıya məhəbbət əvvəlki onilliklərdə olduğu kimi son illərdə də Azərbaycan uşaq poeziyasının mühüm 

mövzularından olmuşdur. Xüsusilə bizi dünyaya gətirən, gecələr yatmayıb qayğımızı çəkən, beşiyimizin 

başında gecə-gündüz min bir zəhmətə qatlaşan analara dərin məhəbbət uşaq şairlərinin yaradıcılığında 

əhəmiyyətli yer tutur. Ananın bala üçün hər cəhətdən arxa-dayaq olması balasını firavan böyütmək arzusu 

uşaq poeziyasında orijinal mövzularla yanaşı ənənəvi tarixi motivlərin də bədii ifadəsinə diqqət yetirilmişdir. 

Bütün yaradıcılığı boyu valideyn övlad münasibətlərini ön plana çəkən M.Dilbazi uşaq əsərlərində 

valideynlərin rəngarəng obrazlarını canlandıraraq bu məsələni həmişə diqqət mərkəzində saxlamışdır. 

Dilbazi şeirlərində tez-tez ananın maraqlı xarakterik xüsusiyyətlərini açır. “Böyük qadın, böyük ana”, “Ana”, 

“Ana və qız”, “Beşiyimin başında”, “Mənim anam” kimi şeirlərini buna misal çəkə bilərik. 

Dilbazi “Nənənlər və nəvələr” mövzusunda da silsilə şeirlərlə çıxış etmişdir.  Nənələri təsvir və 

tərənnüm edərkən həyatı detalları çox bacarıqla işlədir. Sənətkarın müxtəlif illərdə yazılmış “Mənim 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə