Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə217/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   213   214   215   216   217   218   219   220   ...   243

403 

 

SOFİYA MİRZƏYEVA 



Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Azərbaycan Dillər Universiteti 

 

RƏSUL RZA YARADICILIĞINDA MÖVZU MÜXTƏLİFLİYİ 



 

R.Rza creative varietry of topics 

 

R.Rza holda a special place in development of Azerbaijani literature poets. The content and rich form. The 



improntant part of his creative theme of Motherland this country in the World for her. There for when we get this 

coutry,all over the world, government securities. Other poetry, art seach engine-as the struggle for acceptance and 

understanding of innovation. R.Rza was not only the Azerbaijani poet. He was Turkish world and reached the rank of 

cowrites. 

Key words: overture, repression, poetry  

 

Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəsti-xətti olan görkəmli sənətkarlardan biridir. 



Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, yüksək sənətkarlıqla yazılmış əsərləri vardır. Rəsul Rza 

xalqımızın ən böyük mənəvi sərvəti olan söz xəzinəmizin incəliklərindən yararlanmaqla qiymətli sənət 

əsərləri yaratmışdır. Rəsul Rzanın yaradıcılığı həm məzmun, həm də bədii forma cəhətdən zəngindir. Bir 

zamanlar Rəsul Rza sənətinə dərindən bələd olan azadlıq aşiqi, alovlu sənətkar Xəlil Rza Ulutürk “Zamanın 

adından danışan sənətkar” əsərində yazırdı: “R.Rzanın poeziyası – təfəkkür poeziyasıdır. Onun şeirləri 

oxucunu düşünməyə, həm də dərindən düşünməyə, fəal idraka təhrik edir. Şairin bəzən aşkar demədiyini

açıb-ağartmadığmı anlamağı, duymağı arif oxucunun öz öhdəsinə buraxır. Ona görə bu şeirlər oxucudan 

mədəni səviyyə, müasir poetik üslubu qavrayan bədii zövq, hətta adi milli şüurdan doğan bir sıra başqa 

keyfiyyətlər tələb edir. Bu şeirlər yalnız bədii zövq üçün meydanagəlməmiş, birinci növbədə, yeni insan 

tərbiyə etmək, vətənə, xalqa, insana bağlı könülsahibləri yetişdirmək üçün yazılmışdır”. 

Sərbəst şeirin bədii imkanlarından sənətkarlıqla yararlanan Rəsul Rzanın hansı mövzuda yazmasından 

asılı olmayaraq bu mövzudakı təmkin, sərbəstlik, fıkrin ifadəsi diqqətdən yayınmır. 

Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini, 

qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı (“Vətən” (1942), “İntiqam! İntiqam...” (1943) şeir 

kitabları, “Ölməz qəhrəmanlar” (1942), “Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, “Vəfa” 

(1943) pyesi və s). 

Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin 

şeir və poemalarını, Nekrasovun “Rus elində kimin günü xoş keçir” poemasını, H.Lonqfellonun “Hayavata 

haqqında mahnı” poemasını, C.Q.Bayron,A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfı, 

A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin 

əsərlərini Azərbaycan dilinə çevirmişdir. Şairin əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox 

şeirlərinə musiqi bəstələnmişdir. 

R.Rzanm “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda 

yazılmış ən dəyərli əsərlərdən biridir. Represiya latin sozu olub, (latica – repression) sozunden olub, ceza 

tedbirleri, dovlet terefinden heyata kecirilen tezyiq menasindadir. Poemanın əsas mövzusu Müşfıqin həyatı 

və taleyidir. Bununla belə, R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin 

faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır. 

Əsər müəllifm nakam şairimiz Müşfıqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza 

təhkiyənin bu formasmı əsərin sonuna qədər davam etdirir. 

Vətəninə, torpağına, onun tarixinə, keçmişinə hörmət edən, onun bu günü, gələcək qayğılarıyla 

yüklənən şair (“Mənim arzum” şeirində) “könüldolusu sevinc”, təmiz hava, qəlbi açıq, yaxşı dost arzulayır. 

Dost istədikdə də elə dost arzulayır ki, yaman gündə ilqarında sınaqdan üzüağ çıxsın. Dostluğu, düşmənçiliyi 

bilinməyən, ikiüzlü “insandan həzər” deyən şair gül gülü, çiçək çiçəyi çağıran bahar fəslini arzulayır, bolluq 

arzulayır, dünyasına aydın gündüzlər diləyir. 

Şair bu şeirində sovet ədəbiyyatındakı senzuraya toxunur, açıq şəkildə bu senzuraya qarşı çıxır, şeir, 

sənət aləmində azadlıq istəyir: 

Mən nə istəyirəm? 

Çinar ağacları 

qarğasız olsun, 

Bu mümkün deyilsə əgər, 

heç olmazsa, 

Şe'r, sənət darğasız olsun!(5, s. 44) 




404 

 

Rəsul Rza yaradıcılığında vətən mövzusu mühüm yer tutur. Onun üçün vətən geniş məfhumdur. Bu 



vətən onun üçün dünyanm bütün varından, dövlətindən qiymətlidir. O, bu vətəndən yetərincə yararlanmışdır. 

Çünki onun baharında bənövşəni, nərgizi dərib, buz bulaqlarından doyunca içib, hər qarışını addım-addım 

gəzib, gözəlliyinə məftun olub, bu gözəlliklərdən aldığı mənəvi zövqü dünyanın hər nemətindən əziz, qiymətli 

bilib. Onun gözəlliklərini tərənnüm edən, doğma Bakısının xoş güzəranını, gəncliyini keçirtdiyi, yazıb-

yaratdığı doğma küçəsini də əzizləməyi bacaran şair həm də onun qayğılarını yaşamağı, bu qayğılara məlhəm 

olmağı bacaran vətəndaşdır. Şair üçünAzərbaycanın hər bir guşəsi əzizdir. Vətən deyib müraciət etdiyi Bakı da, 

Təbriz də onundur. Vətən dedikdə şair torpağında bitən hər ağacı, hər çiçəyi, hər gülü, hər dağı, qayanı, hər 

şəhəri, hər eli-elatı nəzərdə tutur. Şair doğulub boya-başa çatdığı vətəninin tarixini dərindən bilən bir insandır. 

Onun hər gününün acısını, sevincini, kədərini ürəyində yaşadan vətənpərvər şairdir. Bakıda yaşayıb-yaradan 

şair sinəsində Təbriz həsrətini yaşadır. Ürəkdolusu tamaşasına həsrət qaldığı Təbrizi yuxularında görür, onun 

nigarançılığını çəkir, yuxularında qəmli gördüyü üçün, Təbriz taleyinə həsrət, ayrılıq düşdüyü üçün şairin qəlbi 

də narahatdır. Bağlı yollar, tikanlı məftillər araya elə bir ayrılıq salmışdır ki, şair kimi neçə-neçə qüzeyli 

azərbaycanlı güneyli azərbaycanlılardan – doğmalarından ayrı düşüb, bir-birindən nigaran, həsrət girdabında 

çabalayır. Təbriz dərdi Bakının ən böyük dərdidir. Şair bu dərdi içində yaşadır. Narahatdır, ona görə ki, Təbriz 

yuxusuna hər gecə qəmli girir. Şair körpə bir uşağı dilə tutub, ovundurmaq istəyən, könlünü almağa çalışan, 

sinəsindən keçənləri bilmək istəyən bir ata kimi Təbrizini dindirir: 

Tez-tez yuxuma girirsən, 

Təbrizim. 

Yoxsa incimisən Uzun həsrət yorub səni?! 

Yoxsa dözüb-dözüb 

indi yaman qəribsəmisən. 

İnanmıram. 

Hələ ümidin var böyüyəsi, 

arzun var boy atası.(5,s.65) 

Təbriz dərdli, Təbriz həsrətli şair ondan ayrılmaq istəməzdi. Onu da zülümlə ayırıblar. Bir zaman 

Təbrizdə olmaq onun qismətində imiş. O zaman Təbrizin bağ- bağçaları gül-çiçəklə dolu idi. O zaman 

qəhrəman Təbriz azadlıq uğrunda mübarizəyə qalxaraq öz sözünü deyirdi. Dodaqlarda “ey torpağı ləl, 

mərcan Azərbaycan” mahnısı səslənirdi. Lakin şair bu bəxtiyar günlərin uzun sürmədiyindən azadlıq 

carçılarının faciəsindən, fəlakətindən ürəyi göynəyərək xoş günlərin qara günlərlə əvəz olunduğunu, Təbrizin 

bu görkəmlə viranəyə çevrildiyini ürək ağrısıyla bildirir. 

Yaraların ağırdır. 

Təbrizim! 

Nigaranlıq qəlbimi 

ağrıdır. 

Təbrizim! 

Qışqırdım! Ana, ana! 

Bu necə layladır! 

Bu nədir? 

Qulaqlarımı didir, 

Qəlbimi göynədir. 

Nə bəstəsi doğmadır mənə 

Nə tanışdır sözləri.(5, s.65) 

Bu misralarda şairin doğma ana laylası kimi ümumiləşdirdiyi Azərbaycan anasının beşik başında öz 

azəri balasına söylədiyi laylaya olan məhəbbətinin tərənnümü ön plandadır. Çünki şair öz anansının laylasını 

unutmamışdır. Burada hər bir xalqın öz milli varlığını, ulularından ona miras qalan zənginliyi qoruyub 

saxlamaq fıkri, ideyası əsasdır. Bəlkə də bir zamanlar vahid sovet ailəsi prinsiplərindən uzaqlaşma 

qorxusudur ki, bir azərbaycanlı vətəndaş şair kimi Rəsul Rzanı narahat edirdi. Hər sahədə olduğu kimi milli-

mənəvi dəyərlərimizi qoruyub saxlamaq sahəsində də ayıq olmağımızı məsləhət bilir. 

Rəsu Rza yaradıcılığında məhəbbət, əhd, vəfa, ləyaqət, dönüklük lirik bir dillə tərənnüm olunur. Bu 

məhəbbətin tərənnümündə Rəsul Rza sənətinə, lirik duyğularma uyğun tərənnüm var. O, məhəbbətin 

doğurduğu kədər, qüssə dəryasına baş vurub hüzn içərisində boğulmur, acı-acı göz yaşı tökmür, çəkdiyi 

cövr-cəfadan şikayətlənmir. Burada məhəbbət, sədaqət, vəfa, könül duyğuları tərənnüm olunur, əsas mövzu 

məhəbbətdir, sədaqətdir. Rəsul Rza yaradıcılığında məhəbbət poetikasının özünəməxsus gözəlliyi var: 

Məhəbbət elə bir ismət evidir, 

Onun qapıları bağlı gərəkdir. 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə