Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə219/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   215   216   217   218   219   220   221   222   ...   243

407 

 

də insan ömrüdür”, “Ömür keçdi, gün keçdi”, “Yer oğlu”, “Xalq həvamı”, “Son gecə”, “Min dörd yüz on 



səkkiz”, “Füzuli” və s. poemalarında ideya  fəlsəfi baxışları ümumiləşdirmişdir. Rəsul Rzanın poemaları 

yaddaş mövzusuna həsr olunmuş bir janr olaraq meydana çıxmışdır. R.Rza lirikasının əsas pafosu da, poetik 

fəlsəfi inamda idi. İnsana belə müraciətin gücündə və işığında idi. Şair sükut və tənhalıq içində də dünyadan 

ayrı deyildi. Bu illərə aid bir şeiri bu baxımdan çox xarakterikdir. Şeir “Dünyanın dərdi” adlanır! Ömrün belə 

təkrarsız anından şairin “Dördümüzün söhbəti” kimi klassik bir şeiri yaranır. Rəsul Rzanın 60-cı illər fəlsəfi 

lirikası bir silsilə təsiri bağışladı; bu şeirlər şairin kitablarında bir-birilə bağlı, əlaqədar olduğu kimi, həm də 

bir cəhət təşkil edirdi. Belə silsilələrə R.Rzanın bu dövr poeziyasında bir çox nümunələri göstərmək olar ki, 

bunların da arasında heç şübhəsiz, şairin məşhir “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə 

1962-ci ildə “Azərbaycan” jurnalında dərc olunmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə 

şairin “Duyğular....düşüncələr” kitabına (1964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tərəqqidə kəskin 

tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı, onun “Qırmızının 

ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı” 

poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Beləliklə, bütövlükdə silsilə 

33 şeirdən ibarətdir. “Rənglər” həm forması, janrı, poetik strukturu etibarilə, həm də lirik mündəricəsi 

cəhətdən yeni, son dərəcə novator silsilə idi. R.Rza bu silsilədə də yeni vasitə ilə – dünyanı, insanı dərk 

etmək istəyir və bu dərki poeziyada rəng vasitəsilə mənalandırırdı. Şeir adi rəngdə yalnız rəng görmür, yalnız 

rəng axtarmırdı, o, rəngdə insan həyatının, insan aləminin çalarlarını arayır və onu rənglə ifadə edirdi. Şairin 

silsilədə axtarıb tapdığı, kəşfinə nail ola bildiyi poetik metod belə idi. Silsilə “Uvertura”(opera,dram,balet 

kimi eserlereorkestr muqeddimesi, elece de sonata formasinda musteqil orkestr eseridir.) adlı xüsusi və 

müstəqil bir şeirlə başlanırdı. 

Ağ, qara, sarı, yaşıl, qırmızı, 

Hərəsi bir sınaqla bağlıdır. 

Bir həsrətimizi xatırladır, 

Bir dərdimizi, bir arzumuzu 

Hərəsində bir məna arayıb, 

Bir səbəb görən var, 

Kim bilir, kim sınamış.(4 s.227) 

Başqa sözlə, şair rənglərin insan hissləri, insan əhvali-ruhiyyəsi, insanın yaddaşı ilə bağlı olduğunu 

demək istəyir və yalnız fırça vasitəsi ilə yox, söz vasitəsilə rəngin insanda oyatdığı təəssüratı, fikri, hissi 

ifadə etmək olar və mümkündür-həqiqətini, poetik metodunu bəyan etmiş olurdu. Silsilədə dünyanı poetik 

görüm rənglər vasitəsi ilə öz həllini tapmışdır: 

Rənglər xatirələr oyadır, 

Duyğular oyadır. 

Gördüyümüzdən artıq görmək istəməsək 

Hər rəng adicə bir boyadır.(4, s.228) 

Bütövlükdə bu parçada, xüsusilə son iki misrada silsilənin poetik konsepsiyası ifadə olunmuşdur. Hər 

rəngdə şeir göründüyündən daha artıq, daha dərin bir keyfiyyət göstərmiş və silsilə şairin bu səyindən, hər 

rəngə dərin nüfuzundan yaranmışdır. Rəng şeirin qəlbində təzə duyğular oyadır, yaddaşı canlandırır və 

beləliklə, hər rəng sadəcə adi boya deyil, onların sevinc, kədər, ümid, inam, təsəlli, məhəbbət, nifrət çalarları 

vardır. Məhz rənglərə belə baxış və yanaşma nəticəsində, məsələn, həkimin dilindən “Sizdə xərçəng yoxdur” 

sözlərini eşidən insanın üzündə yaranan işıq mətndə ağ rəngin doğurduğu assosasiyadır, yaxud gümüşü rəng 

vasitəsilə şairin təsəvvüründə dumanlarda oyanan şəhər və Şeyx Şamilin qəbzəsi yazılı xəncəri canlanır. 

Deməli şairin fikrində rənglərin oyatdığı assosasiyalar, obrazlar, qətiyyən mücərrəd, dumanlı deyildir; bunlar 

dünyanın real cizgiləridir, obrazlardır; bunların mənbəyi insan yaddaşıdır, müsiqidi, rəsm sənətidir; insanın 

rənglərlə bağlı yaddaşı və inamlarıdır; ümid həsrət və idealdır. Silsilədə rənglərin poetik dərki və duyumu ilə 

təcəssüm etdirilən dünya – insan dünyasıdır; insanın məhəbbət və inam, mübarizə və özünüdərk dünyasıdır. 

Rəng ümumiyyətlə R.Rza poetikasında təsadüf olunan ünsürlərdəndir. Onun poeziyasında, məsələn, “Göy at”, 

“Ağ fil”, “Ağ yasəmən” və s. obrazlara təsadüf etmək olur. Yaxud belə bir beytini xatırlamaq da yerinə düşər: 

Qara matəm rəngidir, – deyirlər, – yox, yalandır, 

Qaldır kipriklərini gözlərinlə inandır.(3, s.227) 

Silsilədə isə bu rənglə yaddaşda canlanan obrazlar daha zəngin və əhatəlidir. Burada, məsələn, bu 

rənglə: 


Həsrətli gözlər, 

Pərişan saçlar, 




408 

 

Titrək dodaqlar – 



Dili ali məclislərdən qovulan 

qolları buxovlu olan 

qəbilələr, xalqlar.(4,s.240) 

“Rənglər” silsiləsinin əsas xüsusiyyəti – fikir lirikası olmasıdır. Lakin bu fikr emosional-hissi fikirdir; 

şairin bütün duyğu və həyəcanları ilə ifadə olunan fikirdir. Məsələn, sarı rəngə həsr olunan şeiri götürək. 

Silsilədə bu rənglə bağlı iki şeir vardır. Bunlar “Sarı” və “Saman sarısı” şeirləridir; İkinci şeirin adı 

N.Hikmətin bir şeirinin adıdır və bu rəngə bağlı şeirin mətnində N.Hikmət obrazı, onun ağrılı məhəbbəti və 

həsrəti əsas motivdir. 

Beləliklə, “Rənglər” silsiləsində şair ona proloq kimi yazdığı hissədə bəyan etdiyi əsas yaradıcılıq 

konsepsiyasını bütün dərinliyi və önəmi ilə gerçəkləşdirirdi. Silsiləni oxuyarkən hiss edirsən ki, həqiqətən də 

hər rəng adi boya deyildir; rənglərdə hissi və fikri, məhəbbəti və qəzəbi, iztirabı və sevinci, ümidi və inamı 

ifadə etmək imkanı vardır; rənglə tarixi və sənət aləmini ifadə və dərk etmək mümkündür. Bu və ya başqa 

rəngə şairin yanaşmasının bütün subyektizmi ilə birlikdə hər bir şeir tamamilə fərqli səslənir, heç bir şeir 

digərinə qətiyyən bənzəmir. Şeirləri birləşdirən rəsmdən fəlsəfəyə doğru hərəkətdir. Bununla belə qeyd 

etməliyik ki, silsilə çap olunduğu ilk vaxtlarda onun bu məziyyətlərini, prinsipial poetik yeniliyini tənqid 

görə və qiymətləndirə bilmədi. Ancaq o da fakrdır ki, silsilə haqqında tənqiddəki ifrat meyl uzun sürmədi

silsilə tərcümə olundu və o, respublika hüdudlarından kənarda dərhal yüksək qiymətini aldı. Məsələn hələ 

1964-cü ildə “Komsomolskaya pravda” qəzeti silsilədən bəzi nümunələrin tərcüməsini oxuculara təqdim 

edərək yazırdı: “Şərqin qədim, poetik ənənəsi – dünyəvi nə varsa hər şeydə dərin məna görmək, insanın 

əhatəsində yaşadığı şeirdə dünyəvi əşyaların gözəlliyini tərənnüm etmək ənənəsi bu şeirlərin əsasını təşkil 

edir. Misradan-misraya keçdikcə şairin assosiasuya da getdikcə mürəkkəbləşir. Bu mrəkkəblik Rəsul Rzanın 

təsvir etdiyi dünyanın coxcəhətliyindən irəli gəlir və tbiətin çələngi kimi bütün silsilənin leymotivi kimi bu 

şeirlərdə insanın obrazı – “yuxulu bir körpənin təbəssümü” (“Ağ işıq”, “bizə ilkin əlifba öyrədən müəllimin 

zaman axarında qalmış surəti” (“Gümüş”),, “şikəst bir övlad anasının bənizi” (“Sarı”), “poladlaşan dəmir” 

(“Al-qırmızı”) obrazı yüksəlir. “Rənglər” N.Hİkmət, İ.Taufer, E.Mejelyatis və b. şairlərin də yüksək 

qiymətini qazandı. Tənqidçi Y. Lukin yazırdı: “Azərbaycan sənətkarının ən səciyyəvi, özünnəməxsus 

əsərlərindən biri “Rənglər” silsiləsidir. Burada həm dərin fəlsəfi düşüncələr, həm də şeir forması sayəsində 

novator şair axtarışları öz əksini tapmışdır”. 

Beləliklə, bu nəticəyə gəlmək olr ki, Rəsul Rza poeziyası bütövlükdə zamanın, müasirliyin fəlsəfi-

poetik dərkidir; bu müasirliyin hiss və həyəcanları, ümid və düşüncələri ilə iztirab və təfəkkürü ilə aşılanmış 

bir sənətdir; bir poeziya simfoniyasıdır. 

 

Ədəbiyyat 



1.

  R. Rza,  Çinar, Bakı,  Azərnəşr,  1939, 181 səh 

2.

  R. Rza,  İntiqam!.. İntiqam!... Bakı,  Uşaqgəncnəşr,  1943, 34 səh 



3.

  R. Rza, Üvertura: Rənglər silsiləsindən “Yeni Azərbaycan” 2010.-24 aprel.- S.10. 

4.

  Rəsul Rza Seçilmiş əsərləri, 5 cilddə, III cild, Bakı, “Öndər nəşriyyat”, 2005, 256 səh 



5.

  Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Öndər nəşriyyat", 2005, 304 səh 

 

 

ŞƏMS BƏHRAMİ 



Bakı Dövlət Universiteti 

 

CORC ORUELL YARADICILIĞINDA MÜHARİBƏ  



(“Heyvanıstan” povesti əsasında) 

 

Açar sözlər:



 

Corc Oruell, “Heyvanıstan”, Dünya Müharibəsi, ingilis ədəbiyyatı

 

 

George Orwell, was an English novelist, essayist, journalist and critic. His work is marked by lucid prose, 



awareness of social injustice, opposition to totalitarianism and outspoken support of democratic socialism. Orwell is 

best known for two novels, Animal Farm and Nineteen Eighty-Four, both of which were published toward the end of his 

life. Animal Farm (1945) was an anti-Soviet satire in a pastoral setting featuring two pigs as its main protagonists. 

These pigs were said to represent Josef Stalin and Leon Trotsky. The novel brought Orwell great acclaim and financial 

rewards. 

Key words: George Orwell, Animal Farm, World War, British literature 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə