409
Dünya ədəbiyyatı tarixinə Corc Oruell təxəllüsü ilə daxil olan Erix
Artur Bleyer XX əsr ingilis
ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. ABŞ-ın nüfuzlu “The Times” jurnalının 2008-ci ildə çap
olunan məqaləsində Corc Oruell 1945-ci ildən bəri 50 ən yaxşı ingilis yazıçıları sırasına daxil edilmişdir.(1)
Nəinki ədəbiyyatda, eləcə də, jurnalistika sahəsində də önəmli işlərə imza atmış yazıçı qısa həyat yolu
keçməsinə baxmayaraq, arxasında zəngin irs qoya bilmişdir. İctimai haqsızlıq və ədalətsizliyə, totalitarizmə
qarşı mübarizə onun əsərlərinin əsas leytmotivini təşkil edir.
Corc Oruell ədəbi yaradıcılığına İkinci Dünya müharibəsi illərində başlamışdır. Hər bir müharibə
dövrünün sonunda sənətdə və ədəbiyyatda böyük partlayışlar olur. Troya savaşlarından İliada doğdu.
Minlərlə ildir ki, yaşayır. Orta əsrlərin inkivizisiya təzyiq dövrü Don Kixotu və İlahi komediyanı yaratdı.
Servanteski uzun illər vuruşmuş və hətta Osmanlıda beş il əsir qalmış bir yazıçıdır. Dante bütün həyatını
müharibələrdə keçirmiş bir müşahidəçidir. İngilis müharibələri və inqilabı Şekspiri, fransız- Rus
müharibələrindən biri də Tolstoyu yaratdı. İkinci Dünya Müharibəsi də Corc Oruell kimi haqsızlıqlara qarşı
həssas qəlbi susa bilməyən mübariz ruhlu yazıçıları.
Böyük Britaniya ədəbiyyatında xüsusilə C.Oruel II Dünya müharibəsinin məlum olmayan tərəflərini,
əhəmiyyətsiz kimi görünən kiçik hadisələri, incə məqamları, bir filosof həssaslığı ilə izah edir. İnsani dərdlər
qarşısında həssas və səmimi bir yazıçı kimi hadisələrə yanaşır. “Corc Oruell həyatı ilə əsərləri, düşüncələri
ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardan idi (2,5). Yazıçı yalnız əsərləri ilə bəşəriyyətə
xidmət göstərməmiş, eləcə də İspaniyada dövlət çevrilişinə cəhd göstərən, Hitler ilə Mussolininin də dəstə-
yini alan Frankoya qarşı vuruşacaq könüllülərə qoşularaq İspaniyaya getmişdir. “Barselonada rastlaşdığı
köhnə tanışı, İngiltərə müstəqil Leyboristlər Partiyasının tanınmış nümayəndələrindən olan Con Mak Neirə
də açıq şəkildə: “Kitab yazmaq ikincidərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” – demişdi
(2,8). C.Oruell müharibəyə dair xatirələrindən daha sonra “Katalonyaya Salam” adlı əsərində bəhs edir.
Cəbhədə yazıçı boğazından güllə ilə vurulur və ölümdən son anda xilas ola bilir. Müharibə onun
dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir
və Londona qayıdır. Oruell 1943-cü ildə özünün məşhur “Heyvanıstan” əsərini yazır. Roman sovet
dövlətinin lideri İosif Stalin və onun tərəfindən bayağılaşdırılmış sosializm ideyalarının tənqidinə həsr
olunmuşdur. Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. İkinci Dünya
müharibəsindən sonra bütün daşların yerindən oynadığı, qeyri-müəyyənliyin hökm sürdüyü bir atmosferdə
qələmə aldığı romanı gələcəyə dair bir proqnoz idi.
Müəllif Stalinin rəhbərlik etdiyi Sovet İttifaqında baş verən vəziyyəti və Oktyabr inqilabının ilkin
prinsiplərindən necə döndüyünü və ya uzaqlaşdırıldığını, alleqorik şəkildə izah edir. Ferma sahibi Consun
haqsız davranışı altında səfalət içərisində yaşayan heyvanlar yaşlı və müdrik donuz Mayorun bərabərlik,
qardaşlıq haqqında təlimi ilə aydınlanmağa başlayırlar. Povestdə heyvanlar əmək qəhrəmanlarını, insanlar isə
burjuaziyanı təmsil edirlər. Beləliklə, heyvanlar arasında onun öyrətdiklərinin bir sistem halına salınması ilə
“Animalizm” yəni Kommunizm cərəyanı yayılır və yem saatlarının unudulduğu bir gün fermada üsyan
başlayır. İstehsalın qarşısında maneə hesab olunan Cons və adamları qovulur və yerinə bütün heyvanların
bərabərliyi üzərinə bir idarəetmə forması qurulur. “Mister Consun simasında yazıçı Rusiyanın sonuncu çarı
II Nikolayı göstərmişdir. 1914-cü ildə II Nikolay Rusiyanın I Dünya müharibəsinə qoşulmasına və sonra hər
şeyin daha da korlanmağına səbəb olur. Müharibə cəhdi və ərzaq təchizatı ilə bağlı problemlər aclığa səbəb
olur, eynilə Consun heyvanların qidasını verməyi unutduğu kimi”. (3)
Necə ki, 1917-ci ildə baş verən oktyabr inqilabından sonra sovet hakimiyyətinin ilk qərarı Sülh və
Torpaq haqqında qanun olmuşdu. Hansi ki, bütün mülkədarların torpaqları müsadirə edilib kəndlilərə
paylandı. Onun sosialistik idealarına əsasən fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı
mülkədarlara isə xalq düşməni imici verilmişdi. Povestdə mülkədarlara qarşı düşmənçilik münasibəti
heyvanların dilindən belə təsvir olunur. “Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o
zaman aclığı, ehtiyacı, kölə əməyini doğuran səbəblər də aradan qalxacaq! (2, 323)
Oktyabr Qələbəsi xüsusi mülkiyyətin aradan qaldırılması və ictimai özünəməxsusluğun əsasını
qoyaraq, iqtisadi asılılığın yaratdığı yüzillik istismara son qoymaq imkanları yaratdı. İstehsalatdakı anarxiya
öz yerini elmli, planlı təsərrüfata verdi. “Heyvanıstan”da təsvir olunan heyvanların işini yüngülləşdirmək
üçün yeni yeldəyirmanı layihəsi ilə yazıçı bu yeniliklərə işarə edirdi.
Lakin, işlər heç də bu başlanğıc ideallarına uyğun davam etmir. Qısa bir müddət sonra bəzi
heyvanların daha da “bərabər” olduğu ortaya çıxır. Napoleon adlı donuz, ətrafına topladığı başqa donuzlarla
birlikdə digər heyvan növlərinin zəif cəhətlərindən çox yaxşı istifadə edərək hakimiyyətə gəlir, rəqiblərini
aradan qaldırır və beləliklə yeni bir diktatorluq dövrü başlayır. Fermanın digər heyvanlarına düşən pay isə
eynilə keçmişdə olduğu kimi aclıq, güclü iş şəraitləri və şərtsiz itaətdir. Əsərin sonunda qonşu fermanın
sahibi olan insanlarla əlaqə quran donuzların üzlərinin dəyişdiyini, bir vaxtlar üsyan etdikləri insanlara