Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə218/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   214   215   216   217   218   219   220   221   ...   243

405 

 

Onun sığındığı etibarlı yer 



İnsan sinəsində adi ürəkdir(5,s.176) 

Rəsul Rza dünyanın müxtəlif nöqtələrində gördüyü, eşitdiyi, rast gəldiyi hadisələrə biganə qalmamış, 

poetikasında onları yaşatmışdır. Bu şeirlərdəki mütərəqqilik ondadır ki, o nə dərdli Hindistanı, nə azadlığı 

uğrunda mübarizəyə qalxan Yaxın Şərq xalqlarını, nə gördüyü gözəlliklər içərisində bütün varlığını çuğlayan 

vətənə dönmək istəyini, nə də gördüyü aləmdə insan üçün, canlı üçün ən əziz, ən müqəddəs, ən qiymətli 

nemət olan azadlığa, ona olan sevgisini unudur. Raqurada qəfəsdə gördüyü ağ fılin qəfəsə sığmayan 

arzularını, dustaq filin tökdüyü acı göz yaşlarını, “qəfəssiz qardaşlarını haraya çağır”masını fillərin 

uzunömürlülüyünü poetik bir şəkildə oxucuya xatırladır və birdən-birə azadlığın, bir gün də olsa azad 

yaşamağın nə qədər böyük bir nemət olduğunu yada salır: 

Deyirlər fillər uzun yaşayır, 

Ağ fil, ağ fil! 

Neyləyirsən uzun ömrü 

Yerin qəfəs olacaqsa yüz ili

Ağ fil, ağ fıl!(5, s.270) 

“Əfcəzaif meydanında” şeirində şair bir əlcəzairli meydanında öldürülən insanın faciəsini qələmə alır. 

Ölən afrikalı – bu ölkənin övladı, öldürən onün torpağının varma göz dikən “avropalı-gəlmə”dir. Şair burada 

öldürülən bir müsəlmanın – dinində, imanında bir olduğu, özü kimi vətəninin azadlığını, müstəqilliyini 

istəyən bir müsəlman oğlunun arzularınnı tərənnüm edir. Xalqları istismar, əsarət altında saxlamaq istəyən 

qolu zorlu dövlətlərin çirkin siyasətinə qarşı çıxır. Əlcəzairli gənc kimi müsəlman olmasıyla fəxr edir. Onun 

fıkirlərinə, arzu və istəklərinə həmdəm olduğunu bildirir: 

Eşitsin yer kürəsi- 

Böyük Anam! 

Mən müsəlmanam! 

Cənazəni sükutla 

İzdihamlı küçələrdən keçirib aparan, 

Min-min ürəkdən 

Qəzəb qığılcımı qoparan, 

İnsanlar sırasındayam. 

Ömrümün vərəqlərində 

Neçə əsrin dərdi

Hər yəhudini, 

Xaçpərəstin, 

Bütpərəstin, 

Müsəlmanın 

Qardaşıyam. 

Azadlıq uğrunda 

Mübarizə döyüşçüsünün cəbhədaşıyam(5, s.282) 

Rəsul Rza yaradıcılığında təbiətin fəsilləri, onların hər birinin özünəməxsus gözəlliyi tərənnüm olunur. 

Şairin hər ötüb keçən qışdan, bahardan yaddaşında bir xatirə qalır, bu xatirələrin təbii lövhələrini şeirlərində 

yaşadır. Şairin şeirlərində qış fəsli, onun təbii görkəmi lirik bir dillə tərənnüm olunur. “Bakıda qar” əsərində 

yaş küçələrə, eyvanlara, damlara yağan qarı, əynində isti paltar, ayağında çəkmə olan insanları,qartopu 

oynayan uşaqları, şimal ölkəsinə bənzəyən bu qışın yaratdığı abı-havanı tərənnüm edir və bu zaman bir şair 

qəlbinin incəliklərinin yaratdığı kədəri də, bir qüssəni də şeirə əlavə etməklə həm onun məzmunu gözəlliyini

həm də bədii gözəlliyini artırmış olur. Həyətdə hay-küylə oynayan isti geyimli, qarnıtox uşaqların yadına 

təbiətin ən zərif, aciz varlıqlarını salır, onları unutmamağa çağırır 

“Şeir, vəzn və məhəbbət haqqında dastan” şeirində şair Azərbaycan şeirinin ana vəzni olan heca vəzni 

və onun bölgüləri haqqında öz fıkirlərini oxucuyla bölüşdürür. Şeirin ikinci hissəsində isə sərbəst vəzndə 

yazdığı lirik bir şeirini verir. Bu vəzndə yazılan şeirdəki sözlərin, fıkirlərin axıcılığı, düzümü, sərbəstliyi, 

lirizmi, ahəngi, intonasiyasmı görürük və deməli, şair bu vəzndə yazılan şeirlərin də qüvvətli olduğunu 

bildirir 

O, yaradıcılığında biz Sabir şeirinə, sənətinə, yaradıcılığına yüksək qiymət verildiyini görürük. Sabir 

şeirlərinə yazdığı nəzirələrdə Rəsul Rza yaşadığı çəmiyyətin eybəcərliklərini, öz şəxsi mənafeyini hər şeydən 

üstün tutan eqoist insanları, xalq-dövlət malına tamah salıb onu əyri yollarla mənimsəyən rüşvətxorları ifşa 

edir. Şair asan yolla pul qazanmaq üçün yollar axtaran müftəxorları, yerlipərəstliyin doğurduğu 

eybəcərlikləri tənqid edir. Çünki daydayıların hesabına ağıllı, qabiliyyətli insanların layiq olduqları 



406 

 

vəzifələrdən kənarda qalması, yerlipərəstlik nəticəsində səriştəsiz, qabiliyyətsiz insanların vəzifəyə 



çəkilməsi, onların bacarıqsızlığından cəmiyyətin, dövlətin ziyan çəkməsi, arxalı köpəklərin mikrob kimi 

günbəgün artması bir ziyalı kimi şairi narahat edir. 

Rəsul Rza yaradıcılığında Qarabağ mövzusu özünə məxsus lirizmi ilə fərqlənir. Qarabağ – onun adıyla 

bağlı əfsanə və motivlər, rəvayətlər, fikirlər şairin şeirlərində lirik don geyinir. Burada Qarabağ torpağına, 

adına məhəbbət yaşayır. İgid vətən oğullarının, qızlarının qeyrətindən, igidliyindən danışılır. Burada Qarabağ 

torpağına şairin məhəbbəti ümumiləşdirilmişdir: 

Qəlbimdəsən, gözümdəsən 

Hara gedim, hara baxım, 

Mənim doğma Qarabağım. 

Qarabağım!(4, s.7) 

Rəsul Rza yaradıcılığında xalq ədəbiyyatının bayatı şəkilli formalarında olan laylaylarından, 

oxşamalarından, əzizləmələrindən də yararlanmışdır. Laylalar, oxşamalar, nazlamalar ən qədim folklor 

nümunələridir. 

Rəsul Rza yaradıcılığında Yer obrazı mühüm yer tutur. Yaşadığı aləmə, Yer kürəsinə olan 

məhəbbətini ifadə etdiyi əsərlərdə poetika, emosionallıq güclüdür. Yer oğlu yaşadığı dünyanı, torpağını 

sevir. Yer Yer oğlunun nəzərində “qoynu həyatla isinmiş məskən”dir. Şair etiraf (“Etiraf” şeirində) edir ki, 

onun qucağında dünyaya gəlib, ana südünü əmib, suyundan içib, dadlı meyvələrindən yeyib, nemətlərindən 

bəhrələnib, sevincində də, kədərində də onunla birgə olub. “Yer oğlu” silsilə şeirlərində məhz bu dünyanın, 

bu torpağın övladı olan Yer oğlu yaşadığı bu yeri öz “planetim mənim” deyərək əzizləyir: 

Nə gözəlsən anam Yer. 

Ayrıldığım bir saat deyil. 

Həsrətinlə ürəyim yanır. 

Burnumun ucu göynəyir.(4, s.180) 

Ümumiyyətlə, Rəsul Rzanın əsərlərinin dili, üslubu, folklorla, xalq ədəbiyyatıyla bağlı məsələləri özü 

ayrıca bir mövzudur. Bu mövzunu geniş şəkildə işləməklə biz Rəsul Rza yaradıcılığı, onun əsərlərinin 

sənətkarlıq xüsusiyyətləri, bu əsərlərdəki folklor motivləri haqqında dəyərli sözlər deyə bilərik. İnanıram ki, 

bu mövzular üzərinə də qayıdacığıq. Hər bir xalq sənətkarının əsərlərinin sənətkarlıq məsələlərini təhlil 

etmək özü bir elmi axtarışdır. Bu da onu göstərir ki, Rəsul Rza dövrünün ən böyük sənətkarları kimi 

əsərlərində xəlqiliyi, realizmi əsas götürməklə dərin məzmunlu yüksək ideyaları özündə yaşadan sənət 

əsərləri yaratmışdır. 

Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər 

barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daha mürəkkəb və çətin 

yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindən çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz 

olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və 

büllurlaşdığını təsdiq etməliyik. Rəsul Rza bütün sonrakı yaradıcılığı ilə, eləcə də 30-cu illərdəki şeirləri ilə

məsələn, “Çinar” kitabındakı ən yaxşı şeirləri ilə poeziyasının dərin milli və ümumbəşəri köklərlə, 

mənbələrlə bağlı olduğunu, onun poeziya çinarının köklərinin dərinliklərinə də gedib çıxdığını sübut edirdi. 

“Çinar” kitabı da məhz bu şeirlə açılmışdır, kim bilir, bəlkə elə şairin bu hissinin ifadəsidir?! Niyə onu heç 

nə yıxa bilmir, qar, çovğun ona təsir edə bilmir? Bütün zərbələrə qarşı Xan Çinar məğrur və əyilməzdir! 

Rəsul Rzanın başqa bir şeirinə elə həmin illərdə qələmə aldığı “Firdovsi” şeirində müraciət etmək kifayətdir. 

1934-cü ildə yazılmış şeir R.Rzanın hansı poeziya uğrunda mübarizə apardığını təsəvvür və dərk etmək üçün 

çox mühüm və əhəmiyyətli bir əsərdir. Firdovsiyə həsr etdiyi şeirdə isə R.Rza bu şairin simasında zaman və 

poeziya problemini qoyur, həqiqi poeziyanın bütün zamanlara məxsus olması fikrini əsaslandırırdı. 

R.Rza poeziyasının yeni meyllərini onun bu dövrdə nəşr olunan kitabları – “Pəncərəmə düşən işıq” 

(1962), “Duyğular”, “Düşüncələr” (1964), “Dözüm” (1965) kitabları ən xarakter tərəfləri və cizgiləri ilə əks 

etdirirdi. Rus dilində nəşr olunan kitablarından biri “Vesno vo mne” adlanırdı. Moskvada nəşr olunan başqa 

bir kitabı isə “Mən insanam” adlanırdı. Sonrakı on illikdə çıxan kitablarında “Vaxt var ikən” (1970), “Hava 

haqqında” (1972), “Üzü küləyə” (1978) kitablarında R.Rza nəinki 60-cı illər poeziyasının meyllərini davam 

etdirir, eyni zamanda bunları əhəmiyyətli miqrasiyada inkişaf etdirmişdi. “vaxt var ikən” kitabının “Mən 

işığam, qaranlığın qənimi” adlanan ilk bölümündəki birinci şeir 1935-ci ildə qələmə alınmış “Çinar” idi. 

kitabın “Yazıq sənə Rəsul Rza” bölməsinə şairin 1933-1934-cü illərə aid “İlk səfər” və “Adsız şeir” lirik 

mətnləri daxildir. Məlumdur ki, 60-cı illərdə bir çox şeirlərinə görə, daha çox isə məşhur olan “Rənglər” 

silsiləsinə görə tənqid olunurdu. Rəsul Rza isə “İnsan şəkli” şeiri ilə bu tənqidə cavab vermişdir. Onu da 

mütləq qeyd etməliyik ki, bu poema proqram xarakterli şeiridir. Şair özünün “Qızılgül olmayayı”, “Bir gün 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə