Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə215/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   211   212   213   214   215   216   217   218   ...   243

399 

 

əsərlərini bu yazıçıların müraciət etdikləri mövzulardan ilhamlanaraq qələmə almışdır. Bununla da qeyd edə 



bilərik ki, Şekspirin məşhurlaşmağında onun seçdiyi mövzuların da böyük təsiri olmuşdur. Şairin dahiliyi 

hadisələrdəki dramatik nöqtələri ortaya çıxarmasında və söz sənətindəki ustalığında ortaya çıxır.  “Bütün bir 

dünya səhnədir” deyən Şekspir, zəkasını yazdığı səhnə əsərləri ilə sübut etmiş və insanın hər cür halını 

qələmə ala bildiyi üçün 400 ildən bəri öz əsrarəngliyini qoruyub saxlaya bilmişdir. Dramaturqun yazdığı və 

günümüzdə də hələ özündən bəhs ettirəbilən, müxtəlif teatr qrupları tərəfindən səhnəyə qoyulan tamaşaları, 

Şekspirin yaşadığı dövrə və günümüzə öz damğasının vurmuşdur. Tamaşalarının 17 – si yaşadığı dövrdə 

canlandırılmışdı.[5] 

Şekspir əsərlərinin böyük əksəriyyətini onun faciələri əhatə edir. Şair öz faciələrində özündən əvvəlki 

yazıçılardan təsirlənmiş, ancaq burada da qısa bir zamanda öz dahiliyini və şəxsiyyətini ortaya qoyaraq 

özündən əvvəlkiləri, hətta özündən sonra gələcəkləri də geri də qoymuşdur. Şekspir faciələrində ortaçağ 

əxlaq fəlsəfəsindən də izlər görünür. Dəhşətverici qanlı səhnələrin yer aldığı “Tit və Andronik”i yazdıqdan 

sonra o, “Romeo və Culyetta” əsərini yazmışdır. Bu əsər o dövr  üçün ondan gözlənilməyəcək şəkildə uğurlu 

bir əsər kimi ortaya çıxdı. Əsərin əsas mövzusu eşqdir. 

Şekspirin “Romeo və Culyetta” (“Romeo and Juliet”) əsəri böyük ingilis teatr yazıçısının gənclik 

illərində, sənətinin ilk dönəmində yazdığı əsərlərdəndir.  Əsərin içindəki bir sözə dayanaraq, əsərin 1591–ci 

ildə yazılmış ola biləcəyi düşünülürdü.  Mövzusu İtalyan hekayəçisi Bandellonun (təxminən 1485- 1553) bir 

hekayəsindən alınması fikirləri mövcuddur. Bandellonun bu hekayəni gerçək olan bir hekayədən yazdığı 

güman edilməkdədir. 

Əsərdə Kapulettilər və Montekkilər bir–birinə düşmən iki ailə kimi göstərilmişdir. Aralarındakı kin və 

nifrət bitmək bilməyən bir münaqişəyə çevrilmişdi ki, bunun nəticəsində də çox sayda qanlar tökülmüşdü. 

Montekkilərin oğlu Romeo Rozalinaya aşiq olmuşdur. Amma Rozalina rahibə olduğu onun sevgisinə 

qarşılıq verməmişdir. Romeyo buna çox kədərlənmiş və acı çəkmişdir. Romeonun dostu Benvolio onu 

unutmasını söyləsə də, Romeo bütün deyilənlərə əhəmiyyət verməmiş, heç kimi eşitməmişdir. 

Kapulettilər qohum və dostlar üçün bir şənlik təşkil edirlər. Benvolio Romeyonu bu şənliyə getməyə 

çox çətin olsa da razı salır. Şənlikdə bir çox Rozalinadan da gözəl qızlar olacağını və ondan da daha 

yaxşılarını tapa biləcəyini söyləyir.  Bütün bu deyilənlər isə Romeonun vecinə belə olmur. Sadəcə əylənmək 

üçün gedəcəyini söyləyir. 

Amma hər şey heç də düşündüyü kimi olmur. Şənlikdə Romeo Culyettanı rəqs edərkən görür və ilk 

baxışdan ona aşiq olur. Eyni zamanda Culyetta da Romeoya aşiq olur. Romeo və Culyetta öyrənirlər ki, 

ailələri bir–birilərinə düşməndir. Ancaq bu onların böyük sevgilərinə mane deyildir və onlar gizli də olsa 

sevgilərini yaşayırlar. Bir müddət keçdikdən sonra gizli münasibətə son verib, evlənmək qərarına gəlirlər. 

Kapulettilərin qohumu Tibalt bir gün Romeo və dostu Merkusi ilə qarşılaşır. Tibalt Romeoya 

sataşmağa və ona söz atmağa çalışır. Romeo qarşılıq verməməyə çalışsa da, ancaq dostu ondan fərqli olaraq 

Tibalta qarşılıq verir. Nəticədə, Tibalt və Merkusi duele çıxırlar. Tibalt Merkusini öldürür, Romeo da buna 

dözə bilməyib  Tibaltı öldürür. Sonunda hersoq hadisəni eşidir və əsgərlərinə Romeonun tapılması əmrini 

verir. 


Bu zaman ərzində də Kapulettilər Culyettanı Paris ilə evləndirməyi planlaşdırırlar və bu  xəbər az bir 

zamanda bütün əyalətə yayılır. Culyetta bu evliliyi rədd etsə də ailəsinə gücü çatmırdı. Romeo və 

Culyettanın ümidləri tükənmişdir. Hersoqun da Romeoya sürgün cəzası verməsi hər şeyi alt–üst edir. 

Culyetta Romeo haqqında xəbər ala biləcəyi tək insan olan rahib Lorensonun yanına gedir, ailəsinə isə 

günahlarını təmizləməyə getdiyini söyləyir. Rahib Lorenso Culyettaya qovuşmaqları üçün son bir ümid 

olduğunu söyləyir. Ona bir dərman verir, bu dərman sayəsində Culyetta iki gün ərzində ölü kimi qala 

biləcəkdir. Beləcə, Culyetta evlilikdən yaxasını qurtarmağa nail olacaqdı. Rahib bütün bunları bir məktuba 

yazır və Romeoya göndərir. Lakin məktub Romeoya çox gec çatır. 

Romeo Culyetta ilə Parisin evlənəcəkləri xəbərini eşidib Veronaya geri qayıdır və hadisə yerində 

Culyettanı ölü olaraq yerdə görüncə dəliyə dönür. Culyettanın yanına uzanaraq zəhəri içib özünü öldürür. 

Rahib Lorenso Culyettanı yuxudan oyadır. Culyetta yanı başında Romeonu ölü bir şəkildə görüncə 

Romeonun xəncərini götürüb ürəyinə sancaraq özünü öldürür. 

Bütün hadisələrin tək şahidi isə Rahib Lorenso olur. O bütün baş verənləri hər iki ailəyə danışır və 

ailələr arasında düşmanlıq sona çatır. [3] 

“Romeo və Culyetta” cəmiyyətdə var olan düşmanlıq duyğusunun ortadan qaldırılmasına səbəb olan 

acıqlı bir eşq hekayəsidir. Qeyd edə bilərik ki, eşq, məhəbbət ədəbiyyatın həmişə əsas aparıcı mövzularından 

biri sayılır.  Həm Şərq, həm də qərb ədəbiyyatında sevgi mövzusunda yazılmış çoxsaylı əsərlər mövcuddur. 

Şekspirin “Romeo və Culyetta”sı da bu əsərlər içərisində ilk sıralarda dayanır. Onun yaratmış olduğu aşiqlər 

dünyanın ən məşhur aşiqlərindən sayılırlar. 



400 

 

Sirrli bir anlayış olan eşq, insana verilən ən güclü duyğuların başında gəlməkdədir. Eşqin dünyanın hər 



yerində fərqli şəkillərdə təzahürü vardır. Ədəbiyyatın təməlində insan olduğu üçün hansı fərqli mədəniyyətə 

aid olursa olsun bu mövzuda ortaq nöqtələrlə qarşılaşmaq mümkündür.  “Romeo və Culyetta” əsəri də 

yaddaşlardan silinməyən,  dəfələrcə filmə çəkilən və tamaşa olaraq dünyanın müxtəlif ölkələrində səhnələrdə 

oynanılan bütün dünyaya əks–səda salmış bir eşq əsəridir. Romeo və Culyetta köhnə dünya ilə mübarizədə 

məğlub olsalar da, bu məğlubiyyət köhnə düşmənləri barışdırır. Beləliklə, insanın təbii arzu və istəkləri, pak 

məhəbbəti, ülvi eşqi feodal, adət-ənənələrinə  feodal əxlaqi prinsiplərinə qalib gəlir.[2] 

İllər keçdikcə Şekspir əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan xarakterinin dərinliyinə vara 

bilmək bacarığı tədqiqatçıların dərin maraq obyektinə çevrilməkdə davam etməkdədir. 

 

Ədəbiyyat 



1. Бадалбейли Ульфат. Шекспир в Азербайджане. Баку:  “Маариф”, 1993 

2.Николаев В.Д. Шекспир:энсиклопедия. Москва: Алгоритм, Эксмо, Око, 2007. 

3.Vilyam Şekspir. Seçilmiş əsərləri. 2 cilddə. c.1. Bakı: “Öndər” nəşriyyatı, 2004 

4.http://www.edebiyatvesanatakademisi.com/yabanci-roman-ozetleri/romeo-ve-juliet-ve-ozeti-william-shakespeare-

4482.aspx 

5.http://www.focusdergisi.com.tr/bilim_insanlari/1000_yilin_dahileri/00217/ 

 

 

SƏMƏNİ ABBASOVA 



Bakı Dövlət Universiteti 

 

SƏİD FAİQ ABASIYANIĞIN HEKAYƏLƏRİNDƏ İNSAN 



( “Semaver” kitabı əsasında) 

 

Açar sözlər: Səid Faiq Abasıyanıq, hekayə, insan, kiçik insan 



 

Sait Faik Abasiyanik is also thought to be one of the leading figure in Turkish  storytelling. His first story was 

published in "Varlik" journal on 15 April 1934. Also, his first storybook, "

 The Tea Urn", was published in 1936. He 

portrayed nature and people as kind and simple with both positive and negative sides. Moreover, "Little person" topic 

was important line in his work. 

Key words: Sait Faik Abasiyanik, “The tea urn”, story, human, “little person” 

 

Səid Faiq Abasıyanıq modern türk hekayəçiliyinin öncüllərindən biri hesab olunur. Yaradıcılığa şeirlə 



başlamasına baxmayaraq, S.F.Abasıyanıq yaddaşlarda hekayə ustası kimi qalmışdır. Yazdığı hekayələrlə 

Türkiyə ədəbiyyatında yeni bir cığır açan S.F.Abasıyanıq özünə qədər olan hekayə texnikasını sanki 

dağıtmış, təbiəti, insanları sadə,səmimi, həm mənfi, həm müsbət cəhətləriylə birlikdə, lakin şeirsəl bir dillə 

əks etdirmişdir. Onun hekayəçiliyini  üç dövrə bölmək olar: 1) 1936-1940-cı illərdə yazdığı ilk dövr 

hekayələri, 2) 1948-ci ildə “Lüzumsuz adam” kitabıyla başlayıb 1952-ci ildə nəşr olunan “Son quşlar” 

kitabına qədər olan orta dövr hekayələri və 3) Və bu tarixdən vəfatına qədər olan son dövr hekayələri. Tahir 

Alangu Səid Faiqin üç dəfə hekayə yazmağa fasilə verdiyini, yazmaqdan soyuduğunu göstərir. 1) 1939-cu 

ildə atasının ölümü; 2) 1944-cü ildə “Medar-ı Maişet Motoru”nun qadağan edilməsi; 3) 1946-cı ildə 

həkimlər ona serroz diaqnozu qoyarkən.  

Yazıçının “İpək dəsmal” adlı ilk hekayəsi 15aprel 1934-cü ildə “Varlıq” jurnalında çap olunmuşdur. 

Yazarın ilk kitabı isə 1936-ci ildə nəşr olunan “Samavar” adlı kitabıdır. 

Yazıçının ilk kitablarında  hadisələrin üçüncü bir şəxs tərəfindən təhkiyəsi üstünlük təşkil edir. Yəqin 

ki bu yazıçının özüdür. Yazıçı özünü bu hadisələrin  və insanların həyatının mərkəzinə qoyur.  Bu cəhətdən 

“İpək dəsmal” hekayəsi səciyyəvidir. Hekayədə sevdiyi qız ipək dəsmal istədiyi üçün fabrikə oğurluğa gələn 

15yaşında bir uşaq təsvir olunur. O, oğurluq edərkən gözətçini əvəz edən şəxs tərəfindən tutulur.  

Emalatxananın yerini bilməyən bu uşağın nə üçün oğurluğa gəldiyini biləndən sonra onu müdir gəlməmiş 

buraxır. Uşaq dəsmalsız qalır və oradan qaçıb uzaqlaşır.  Çünki müdir bu yaşda oğurluq edən bir uşaq görsə, 

həmişə ağıllansın deyərək polisə verilməsini söylərdi. Emalatxananın yerini biləndən sonra bu uşaq təkrar 

oğurluğa gəlir.  Bu dəfə ağaca çıxaraq pəncərədən içəri keçən uşaq dəsmalı oğurlaya bilir. Lakin dəsmalı 

götürdükdən sonra qaçmaq istərkən ağacın budağı qırılır və uşaq düşərək ölür. İpək dəsmalı isə rüzgar alıb 

götürür. Yazıçı sevdiyi qız üçün iki dəfə oğurluğa gedən uşağın cəsarətini göstərir. Birinci dəfə oğurluq edən 

uşaq üçüncü şəxs tərəfindən tutulsa da qaça bilir. Yazıçı eyni zamanda sevdiyi qız üçün ikinci dəfə oğurluğa 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə