Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə213/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   209   210   211   212   213   214   215   216   ...   243

395 

 

Bu dövrün yazıçılarından olan Paul Lorens Dunbar (1872-1906), Ceyms Veldon Conson (1871-1938) 



kimi yazıçıların çoxlu sayda hekayə və romanları kifayət qədər uğurlu olmuşdur. 

Paul Lorens Dunbar (1872-1906) ən yaxşı tanınmış, məşhur erkən afro-amerikan ədəbiyyatı şairi 

olmuşdur. Məhsuldar bir yazıçı kimi o, bir neçə iri həcmli şerlər toplusu, qısa hekayələr kolleksiyası və 4 

roman yazmışdır. Dunbarın ilk şer kitabı 1893-cü ildə dərc olunmuş “Palıd və sarmaşıq” (“Oak and 

bindweed”) olmuşdur. Polemik poemalar xalq yumoru və stereotiplərə əsaslanmışdır. Qeyri polemik 

poemalara daha çox irqi nüanslara toxunmayan poemalar daxildir. Maraqlı polemik poemalar silsiləsinə 

aşağıdakılar daxildir: “Balaca Braun” (“Little Brown Baby”), “Avara” (“Scamp”). Digər yumoristik polemic 

poemalara “Kəşf olunmuş” (“Discovered”), “Rəqiblər” (“Rivals”), “Hüquqşünasların yolları” (“The lawyers’ 

ways”) və s. daxildir. Qeyri polemik poemalara isə “Duqlas” (“Douglas”), “Buker T.Vaşinqton və Linkolin” 

(“Booker T.Washington and Lincoln”) daxildir. Dunbar daha çox poeziya üzrə məşhur olmuşdur. 

Ceym Veldon Conson (1871-1938). Görkəmli şair, diplomat və jurnalist olan Consonun “Keçmiş 

qaradərilinin tərcümeyi-halı” (“The autobiography of ex-coloured man”) adlı romanı erkən Aafro-amerikan 

ədəbi dövrünün ən yaxşı romanıdır. Əsər baş qəhrəmanın ikili şüurunu Afro-amerikan ədəbiyyatı tarixində 

ilk dəfə olaraq qərəzsiz obyektivliklə tədqiq edən psixoloji bir romandır. Romanın ədəbi keyfiyyəti yüksək 

və asan dildədir. Bu əsərdə xəyalların məhv olması, maddi-sosial nailiyyətlərlə digər məqsədlər arasındakı 

konfliktlər, cəsarət və qorxaqlıq arasında olan mübarizə kimi fikirlər öz əksini tapmışdır. Onun “Yaradılış” 

(“The Creation”) adlı poeması demək olar ki, afro-amerikan yazarlar tərəfindən yazılmış bütün poemaların 

ən məşhurudur. Onun digər poemalarına “Bədxərc oğlan” (“The Prodigal Son”), “Çarmıxaçəkmə” (“The 

Crucifixion”), “Hökm günü” (“The Day of Judgement”) kimi əsərlər daxildir. 

Afro-amerikan ədəbiyyatı tarixində 1920-ci ildən 1940-cı ilə qədər olan və Harlem İntibahı kimi 

yadda qalan dövr afro-amerikan ədəbiyyatının çiçəklənmə dövrü oldu. Bu mühüm bir dövrdə gözlənilmədən 

məşhur afro-amerikan yazıçılar peyda olmağa başladılar və onlar afro-amerikan ədəbiyyatının dəyərlərini 

müdafiə etmək şövqündə idilər. Eyni zamanda bu dövr ağ dərili yazıçıların afro-amerikalılarla intriqaya 

başlaması dövrü oldu və afro-amerikalıların daha çox məskunlaşmış olduğu Harlem, Nyu Yorkun 

əhəmiyyətli fəaliyyət mərkəzinə çevrildi. 

Bu dövrdə afro-amerikan ədəbiyyatı intibahının çiçəklənməsində bir neçə amilin rolu oldu. 1920-ci 

illərə təsadüf edən dövrdə afro-amerikalılar üçün təhsilin hələ də çətin olmasına baxmayaraq, bu onlar üçün 

qeyri adi bir şey deyildi və cəmiyyətin kifayət qədər geniş orta təbəqəsi və az saylı ali təhsilli insanları 

inkişaf edə bilmişdilər. Nyu York şəhəri ərazisində yerləşən Harlem, afro-amerikan yazıçılarının öz yazıçılıq 

problemlərini bölüşüb və müəyyən işlərini təhlil edə biləcəkləri bir afro-amerikan mədəniyyəti mərkəzinə 

çevrilmişdi. 1920-ci illərdə afro-amerikan yazarı ağların mədəniyyətinə qarşı daha yetkin (kamil) bir 

münasibət bəsləyirdi və özünü individual bir fərd kimi təsdiq etmək baxımından kifayət qədər azadlıq 

(sərbəstlik) qazanmışdır və eyni zamanda özü-özlüyündə iki məsələni müəyyənləşdirə bilmişdir. İlk olaraq 

özününküləşdirmək, mənimsəmək fikri onun üçün mümkünsüz idi. Bu səbəbdən o, başqa bir istiqamətə 

yönəlmiş oldu. Bu istiqamətin adı özünə inam və özünü təsdiq etmə idi.  

Afro-amerikan intibahı iddia edirdi ki, ağların mədəniyyəti zəifdir və hətta afro-amerikan 

mədəniyyətindən də aşağı səviyyədədir. Buna görə də onlar belə bir mədəniyyəti başa düşməyi birmənalı 

şəkildə rədd edirdilər. 

İntibah dövründə ədəbi əsərlər daha da çiçəklənməyə başladı. Bu dövrün yazıçıları Amerika yazıçıları 

ilə müqayisədə öz həqiqətlərinin üzərində durmağı bacaran bacarıqlı sənətkarlar idilər. 

İntibah dövrünün məşhur yazıçıları Lanqston Hyuc (1902-1967), Zora Nil Hurston (1903-1960), 

Klaudi Miki (1891-1948), Cin Tumer (1894-1967), Kaunti Kulin (1903-1946) kimi yazıçılar olmuşdular. 

İntibah dövrünə təsadüf edən yeni nəslin Afro-amerikan yazarları özlərini keçmiş dövrün yaradıcı 

insanlarından “özünü təsdiq” və “özünə inam” cəhətləri ilə fərqlənirdilər. Bu xüsusiyyətlər onları dar düşün-

cə və təbliğat ənənələrindən çəkindirdi, onlarda özünü ifadə, irqi iftixar keyfiyyətləri yaratdı və onların 

yaradıcılıqlarında ədəbi inkişaf prosesini sürətləndirdi. 

 

Ədəbiyyat 



1.

  Гиленсон А.И. Американская литература 30-х годов ХХ века. 

2.

  Староверова Е.В. Американская литература, 2005. 



3.

  Z.Reuben. History of American Literature, 2009. 

4.

  Richard Gray. A History of American Literature, 2011. 



5.

  M.E.Burtis, P.S.Wood. Recent American Literature, 1961. 




396 

 

SƏHƏR ORUCOVA 



Filologiya üzrə elmlər doktoru, professor

 

Bakı Dövlət Universitieti 



 

 

AZƏRBAYCAN FOLKLORUNDA VƏSFİ-HAL JANRI VƏ TƏRCÜMƏ PROBLEMİ 



 

Açar sözlər: vəsfi-hal, folklor, SMOMPK, tərcümə  

 

              Genre of vesfi-hal (praising) in Azerbaijan folklore and problem of translation 



 

Praisingone of theoriginal genre inAzerbaijan folklore. Praising  the specimen of lyrical genre, has multisided 

literary-define of Fortune and fate of people. This genre translated into Russian and published by A.Kalaşevin 

SMOMPK. 


Key words: praising, folklore, SMOMPK, translate 

 

Bayatının bir forması da el arasında məsmi-hal (vəsfi-hal) adlanan oğlanlarla-qızlar arasında duet 



şəklində olan deyişmə-oxumalardır. Adından göründüyü kimi, bu bayatılarda insanın halının, vəziyyətinin 

tərənnümü, tərifi, vəsfi, öyküsü əsas olurdu. Vəsfi-halda lirik qəhrəmanın müxtəlif vəziyyətlərdəki hissləri, 

coşğusu, yaxud kədəri, həyəcan və emosiyası əksini tapır. Vəsfi-hallarda aşiqlə məşuqun qabaqqənşər 

deyişməsi, düşdükləri halın, vəziyyətin, arzunun, istəyin tərənnümü üstünlük təşkil edir. 

“Məsmi-hallar (vəsfi-hallar) adətən, ən çox Novruz bayramında, il axır çərşənbələrdə gənclərin 

keçirdikləri şənlik məclislərində icra edilir. Bu barədə görkəmli Azərbaycan yazıçısı və folklor nəzəriyyəçisi 

Y.V.Çəmənzəminli “Xalq ədəbiyyatının təhlili – vəsfi-hal” məqaləsində yazır: “Xalqımız arasında Novruz 

bayramına bir ay qalmış vəsfi-hal salmaq kimi bir adət var idi. Qadın və qızlar toplaşar, bir badya su qoyar 

və hərədən bir nişan alıb suya salardılar. Badya başında oturan qadın təsadüfən əlinə keçən nişanı sudan 

çıxarıb bir vəsfi-hal söylər, bu qayda ilə fala baxardılar. Deməli, nişan verənin ürəyində bir niyyət olar və 

niyyətin baş tutacağını və ya tutmayacağını söylənən vəsf-haldan duyardı” (1). 

Y.V.Çəmənzəminli vəsfi-halların məzmunca mahiyyətini fərqləndirərək, həmçinin bu adətin digər 

qonşu xalqlarda olduğunu (Görünür türklərdən mənimsənilmişdir – S. O.) yazır: “Vəsfi-hal adəti ruslarda da 

var. Afanasyеv “Pоеtiçеskiyеvоzzrеniya slavyan naprirоdu” adlı əsərində bu adəti bеlə təsvir еdir: “Bir qab 

çеşmə suyu gətirirlər, içinəbir parça çörək, bir çimdik duz, kömür və bir az kül töküb, qabı ağ örtüklə 

örtürlər.Sоnra qısa оlaraq gələcəyi xəbər vеrən mahnılar оxuyurlar. Оxuduqdansоnra suyasalınmış şеylərdən 

ilk ələ gələnini çıxarırlar. Şеy sahibi mahnının sözləriniqədərlənmiş hökm kimi qəbul еdər” (c. II, səh. 194). 

Ruslar bu mahnılara“pоdоlyudnıyеpеsni” dеyirlər.Məsələ ilə məşğul оlmuş alimlər falaçma adətini ikiyə 

ayırırlar: biri sırffalaçma (klеrоmantiya), ikincisi su ilə falabaxma (hidrоmantiya). Bu adətlərin bəsitşəklinə 

ibtidai xalqlar arasında rast gəlirik, mürəkkəb şəkli isə qədim Yunanıstandavə Bizansda оlmuşdur. 

Bizim vəsfi-hal da hidrоmantiya qismindən оlaraq, Azərbaycanın bəzinöqtələrində icra оlunur. Badya 

başında söylənilən mahnıya gəldikdə, bu, bayatıdеyə tanıdığımız dördmisralı xalq şеiridir. Halbuki bayatı, 

ağı və vəsfi-halın bir-birinəbənzəyişi zahiridir. Ağı daima kədərli olduğu halda vəsfi-hal ümid vеrən,nəşə 

dоğuran və mətanət bağışlayandır. Bunlar bir-birindən yalnız məzmuncaayrılır. Quruluş еtibarilə bir-birindən 

ayrılmaz: üçü də dördmisralıdır, üçündə dəbirinci iki misradakı fikir sоn iki misradakı məqsədi 

qüvvətləndirmək üçündür. (Seçmələr bizə məxsusdur –S. O.).Buna paralеlizmdеyilir” (2,302). 

Deməli, əslində bu mətnlər gənclərin tale və arzularını bilmək üçün “su falı” zamanı oxunan 

bayatılardır. 

Bu cür məclislərin biri A.Kalaşev tərəfindən Gəncənin Çaykəndindən yazıya alınmış və SMOMPK-un 

1894-cü il, 18-ci buraxılışında dərc edilmişdir. A.Kalaşevin yazdığı kimi də və tarixdən də məlumdur ki, 

Gəncə yaxınlığında, Göygöl səmtində, Hacıkəndlə qonşuluqda yerləşən azərbaycanlılar yaşayan bu kəndə 

XIX əsrin əvvəllərində İran Azərbaycanından xeyli erməni ailəsi köçürülüb məskunlaşdırılmışdı və çay 

yatağında yerləşdiyinə görə bu kənd ta qədimdən, dədə-baba Çaykənd adlandırılmışdır. 

Bu kənddə məskunlaşdırılan ermənilərin hər il, avqustun 6-da təntənə ilə keçirdikləri və “Vardavar” 

adlandırdıqları bir dini bayramları var, tərcümədə bu “Gül bayramı” mənasını verir. “Vardavar”ın bütün icra 

quruluşu, gedişatı və orada oxunan mahnılar, bayatılar azərbaycanlılardan götürülmüşdür ki, bunu toplayıcı 

müəllif A. Kalaşev də yazısında dönə-dönə qeyd edir. Mərasim boyu, əsasən də mərasimin başlanğıcında 

erməni gəncləri deyişmə şəklində, azərbaycanca “Haxışda”, “Gülüm – hey”, “Can, gülüm, can, can!” 

mahnıları tərzində azərbaycanca bayatılar oxuyar, fal açar, şənlik edər, qız bəyənərmişlər. 

Azərbaycanlılara məxsus və azərbaycanlılardan götürülmüş bütün bu şənlik-bayram mərasimini geniş 

və müfəssəl təsvir edən A.Kalaşev 1891-ci ili nəzərdə tutaraq yazır: «Въ настоящемъ году я 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə