Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə214/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   210   211   212   213   214   215   216   217   ...   243

397 

 

присуствовалъ на описанномъ празднестве и записалъ ниже приведенныя песни подъ самое пение 



девушекъ и юношей. Большая часть песенъ импровизируется поющими. Поются стихи 

четверостиший (bayatı nəzərdə tutulur – S. O.) на татарскомъ языке. 

После каждого стиха песни обязательно поется одинъ изъ следющихъ припевовъ: 

1)

  Can, qülüm, can, can! 



Душа, роза моя, душа, душа! 

2)

  Özün şirvanni, Sultanın kızi (двараза); 



Yerin çiçəqi, qöqünulduzi. 

Сама ты ширванская, Султана дочь; 

Земли цветокъ, неба звезда. 

Пение начинають юноши на татарскомь языке: 

1.

 Vırtivorı (Vardavar) qalacakdı, 



Can, qülüm, can, can! 

Süprəni salacakdı; 

Can, qülüm, can, can! 

Hər kəsin yarı yoxtı, 

Bəyənup, alacakdı. 

Tərcüməsi: 

Вардаваръ придетъ, 

Скатерть постелитъ; 

У кого возлюбленной нетъ, 

Полюбивъ, возьметъ. 

Девушки отвечаютъ: 

2. Çardaxta otımanam, 

Yaman söz qötimənəm

İlan vırsa, dattas, (dialekt sözüdür – S.O.). 

Sənnən əl qötimənəm. 

Tərcüməsi: 

Въ сарайе не сяду (нестанужить), 

Дурного слова не приму; 

Змея если укуситъ, сгниешь, 

Отъ тебя руки не сниму (тебя не оставлю). (3, 3-6). 

A. Kalaşevin Gəncə quberniyasının Çaykəndindən topladığı bu folklor materialı təəssüf ki, bu günə 

qədər heç bir kəsin diqqətini cəlb etməmişdir. Burada iki mühüm fakt həm tarixi baxımdan, həm də 

folklorşünaslıq baxımından hamı üçün qiymətlidir. Bu fakt onu sübut edir ki, Azərbaycan ərazisində 

köçürmə yolu ilə məskunlaşan ermənilərin müstəqil folkloru belə olmamış, onlar bütün məişət qaydalarını, 

hətta dini-mərasim nəğmələrini də, azərbaycanlılardan mənimsəmişlər. Bu azmış kimi, ermənilər 

mərasimlərinin quruluşunu da, orada oxunan bayatıları da bizdən götürmüş, azərbaycanca ifa etmişlər. 

A.Kalaşev azərbaycanca altı bayatı mətnini verəndən sonra erməni dilində oxunan 116 bayatı mətni 

yazıya almışdır. Bu mətnlərdə külli miqdarda Azərbaycan sözləri işlədilmiş və mətnlərin hamısı 

azərbaycancadan erməni dilinə tərcümələrdən ibarətdir. Həmin mətnlərdə işlədilmiş azərbaycanca sözlərdən 

və ruscadakı mətnin mənalarından həmin bayatıların orijinal variantını bərpa etmək mümkündür. 

Məsələn, 16-cı mətn: 

Budaqda nar qalıpdı, 

Allahdan bar qalıpdı, 

Gözəl bir oğlan gördüm, 

Boynum buruq (yar) qalıpdı. (3, 6-35). 

22-ci mətn: 

Bağda bülbül oleydim, 

Boyu sümbüloleydim, 

Evdə qızıl şamdanım, 

Yarıma gül oleydim. 

31-ci mətn: 

Sazın qolu sazana, 

Səsin düşdü mizana

Təzə bir yar tapmışam – 

Çinardan boy qazana. 



398 

 

Bu deyişmələr, bu vəsfi-hallar, bu gülüm-heylər, bu can-gülümlərin hamısı bayatıların nə qədər geniş 



təsvir imkanlarına, nə qədər rəngarəng məna və məzmun çalarlarına malik olmasını dolğun bir şəkildə 

göstərir... 

SMOMPK-da, təəssüf ki, A.Kalaşein bu təsvirindən və toplama materialından başqa bayatı-

haxıştalara, bayatı vəsfi-hallara, bayatı gülüm-heylərə rast gəlmirik. İlk dəfə bu materialda həm oyunun-

deyişmələrin gedişatı, nə məqsədlə icra olunması geniş səpgidə təsvir edilibdir, həmçinin də bayatıların geniş 

spektrdə mətnləri təqdim olunubdur. Bu mətnlərdə Azərbaycan xalqının milli kulturoloji təfəkkürünün 

genişliyi və dərinliyi, obrazlar sistemi, təsir sferası, bir daha aşkarlanır. 

 

Ədəbiyyat 



1.

  Çəmənzəminli Y.Xalq ədəbiyyatının təhlili-vəsfi-hal. «Ədəbiyyat» qəz., Bakı 1935, №23 

2.

  Çəmənzəminli Y. Əsərləri. 3 cilddə, III c., Bakı: Avrasiya Press, 2005, 440 s. 



3.

  Сборник материалов для описания местностей и племен Кавказа. В 46-ти вып. Вып. XVIII., Тифлис: 1894      

 

 

SƏLİQƏ İBRAHİMOVA 



Bakı Dövlət Universiteti 

 

UİLYAM ŞEKSPİRİN “ROMEO VƏ CULYETTA” ƏSƏRİNDƏ EŞQ MÖVZUSU 



 

Açar sözlər: Şekspir, teatr, faciə, sevgi 

 

The theme of love in William Shakespeare’s work “Romeo and Juliette” is analyzed in this article. In the end



through the death of the two young lovers, their parents are able to make peace. But this peace comes at a tragic price. 

At the root, all the deaths in this play are the results of the ancient conflict between the Capulets and Montagues. 

Key words: Shakespeare, theatre, tragedy, love 

 

Uilyam Şekspir – məşhur ingilis şairi, böyük dramaturq və aktyordur. Şekspir 1564 – cü ilin aprel 



ayında Uorik qraflığının kiçik bir şəhəri olan Stratfordda dünyaya gəlib. Onun memuar və gündəlik tipli 

əlyazmaları olmadığına görə əfsanəvi həyatı haqqında çox az məlumat əldə olunmuşdur. Yazılı qeydlər 

Şekspirin artistliyi ilə qəliblənmiş sənət həyatı haqqında da çox az məlumat verir. Şekspir həyatında 20 illik 

bir dövr vardır ki, bu dövrdə Şekspir elə əsərlər yazmışdır ki, bu əsərlərdə dramaturq insan emosiya və 

münaqişəsinin hər cür formasını əks etdirməyə çalışmışdır. 400 ildən çoxdur ki, Şekspir əsərləri saysız 

şəhərlərdə, kəndlərdə, ölkələrdə səhnələşdirilir və dünyada tanınır. Lakin buna baxmayaraq hələ də, 

Şekspirin şəxsi həyatı sirr dairəsində olaraq qalır. Onun həyatı haqqında iki əsas mənbə vardır ki, bunlardan 

birincisi onun əsərləri – şerləri, sonnetləri və digər kilsə və məhkəmə qeydləri kimi rəsmi sənədlərdir. Lakin 

bu mənbələr onun şəxsi həyatı haqqında olan məlumatları az təmin edir. Alimlərin araşdırmalarına görə heç 

bir mənbədə şairin doğum tarixi haqqında məlumat olmasa da, kilsə qeydlərində Şekspirin 1564 – cü il 26 

apreldə xaç suyuna çəkildiyi qeydləri vardır. 

Dediyimiz kimi, Şekspirin  tərcümeyi – halı bizə çox az məlumdur. Burada təəcüblü heç bir şey 

yoxdur, çünki öz müasirləri arasında Şekspir məşhurluğu ən əsası dramaturgiyasında, lirik əsərlərində və ya 

şerlərində qazanmışdır. 

Şekspir həyatına maraq ancaq XVIII əsrin əvvəlində artmağa başlandı. Ümumiyyətlə, Şekspir bilinən 

əsərlərin çoxunu 1589 – 1613-cü illər arasında yazmışdır. Şekspirin yaradıcılığı çox genişdir. O, yaşadığı 

müddətdə 154 sonet yazmışdır ki, bu sonetlərin də mövzu əhatəsi çox genişdir. Belə ki, Şekspir sonetləri 

böyük bir yaradıcı fikir özəllikləri daşıyaraq, insan duyğularının, şübhələrinin dərk edilməsində açar 

xüsusiyyətini daşıyır. [2] 

Şekspir istər öz dövrünün, istərsə də müasir dövrün ən böyük teatr yazıçılarından sayılır. O, bədii 

yaradıcılığa da teatrda başlamışdır. Şekspir yaradıcılığı məsumluq və vəhşiliyi, komik hadisələri gözlər 

önünə sərməyi, gündəlik hadisələrdən savayı qeyri – adi hadisələrə rahat geçə bilməyi, eləcə də, bütün insan 

tiplərini gözlər önünə sərməyi bacarmış, həm xalq, həm fərdi əxlaq məsələləri ilə maraqlanmışdır. Bəzən 

insan dünyasını daha qaranlıq, acımasız və ya gülünc tərəfləri ilə anlatmağa çalışsa da, əslində, həyatı hər 

üzü ilə yüksəltməyə çalışmışdır. 

Şekspir yaradıcılığı 3 hissəyə bölünə bilər: tarixi dramları, komediyaları, faciələri. Şairin ədəbi irsi iki 

poema, 154 sonet və 37 pyesdən ibarətdir. 

Şekspirin yaşadığı dövr renessans dövrünə təsadüf edir. Bu tarixlərdə klassik dövr mədəniyyətinə 

maraq artmış, bir çox yunan və latın yazıçıların əsərləri ingilis dilinə tərcümə olunmuşdur. Şekspir də 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə