401
gələn 15 yaşlı uşağın cəsarətinə heyran qalsa da eyni zamanda bir ipək dəsmal üçün oğurluğa məcbur olan
uşağın olduğu bir cəmiyyəti təsvir edir və uşağın ölümü ilə bu cəmiyyətə sanki üsyan edir. Eyni zamanda
dəsmalı rüzgarın alıb götürməsi isə onu göstərir ki, oğurluq olan heç nə qalıcı deyil.
İlk hekayələrini Mopassan tərzində yazan yazıçının hekayələrində Ömər Seyfəddin, Rəfiq Xalid
Karay və Reşat Nuri Güntəkin kimi yazarlardan təsirlənmişdir. Nurullah Ataç Abasıyanığın hekayəçiliyi
haqqında bunları deyirdi: “Səid Faik Abasıyanığın əsərlərində ilk gözə çarpan şey onun yeniliyidir. O,
zamanını anlayan, qavrayan, zamanını yaşayan bir adam idi.Sənətinə onun qədər bağlı olan az yazar
tanıdım.” (3,15)
Kiçik insanların gündəlik yaşamını təsvir etdiyi hekayələrində insana, onun yalnızlığına, eyni
zamanda cəmiyyətdəki qarşıdurmaları ön plana çəkmişdir. Hekayələrində kiçik insanların obrazını yaradan
yazıçı türk hekayəçiliyinə yeni bir nəfəs vermişdir. O, kiçik insanların bir araya gələrək yaratdığı insan
toplusunu, həyata qarşı rəftarını, mübarizələrini sevgi və ümidlə yoğuraraq bizə təqdim edir.(5) Samavar
kitabındakı “Bir sıra insanlar” hekayəsində yazıçı bu məsələyə toxunmuşdur. Hekayənin əvvəlində qış
aylarında saat on ikidə tramvayın gəlməsini gözləyən, öz evinə gedib yatmağı düşünən, isti yatağını xəyal
edən bir insanın düşüncələrinin şahidi oluruq. “Yatak şimdi bütün insanlar için, bir ekmek kadar azizdir.
Yatak bir sevgili, yatak hatıra, yatak çocukluk, güzel rüya, yatak bir bahar, bir deniz kenarı, bir egzotik
memleket, bu saniyede dostlarım yatak insana dostlarım ne değildir ki...”-deyə düşünən insanın fikirləri bir
neçə dəqiqədən sonra dəyişir.(1,83-84) Buna səbəb isə onun bir sıra insanlardan biriylə qarşılaşmasıdır.
“Burdan mənim kimi insanların keçdiyini gördünmü”-deyə soruşan adam öz geyiminə işarət edir. Bu
insanlar belə şaxtalı gündə papaqları, paltoları və geyinməyə ayaqqabıları olmayan insanlardır. Onlar gecə
evə getməyi və isti yataqlarında yatacaqlarını düşünərək xəyal qurmurlar. Çünki bu bir sıra insanların
getməyə evləri yoxdur. Çünki onların xəyal edəcəyi isti bir otaqları, yataqları yoxdur. Hər gecə kafelərin
birinə iki quruş ödəməklə orda gecələyən bu zəhmətkeş, namusuyla çörək pulu qazanan bu insanların oteldə
qalmaq üçün otuz quruşları belə yoxdur. Polislər də bu insanların kafelərdə gecələməsini qadağan etdikdən
sonra onlar çıxış yolunu valiyə şikayət etməkdə görürlər.
Bu cür insanların varlığını görəndən sonra artıq yatağı tramvay gözlədiyi andakı o munis halını
itirmişdi.
Yazıçı hekayədə iki qrup insanı qarşılaşdırır. Onlardan bir qismi tezliklə evlərinə gedib, isti yataqlarında
yatmaq xəyalı quran, digər qismi isə hər gecə soyuqdan donmamaq, kafedə yatmaq üçün iki quruş ödəyən
insanlardır. Polislər onların kafedə gecələməsini qadağan etdikdən sonra yığışıb valiyə şikayətə gedən bu
insanlar arasında həm də bir birlik olduğu görünür. Bu mühitdə bu cür problemlərlə üzləşən bir sıra insanların
ruhdan düşməyərək mübarizə istəklərinin və düşdükləri vəziyyətlə barışmadıqlarının şahidi oluruq.
Yazıçının kiçik insan obrazını yaratdığı hekayələrindən biri də “Samavar” adlı hekayəsidir. Veysel
Şahin “Ötekileşen küçük adam” adlı məqaləsində hekayənin süjet xəttini bu ardıcıllıqla verir: 1)Kiçik insanın
bir həftə öncə işə başlaması və işə getməsi üçün anası tərəfindən oyandırılması; 2) Kiçik insanın anası ilə
birlikdə mənəvi dəyərlərini yaşaması; 3) Özgələşən cəmiyyətdə kiçik insanın öz kimliyini qazanma
mübarizəsi; 4) Anasının ölümü və mənəvi dəyərlərinin itirilməyə başlaması; 5) Ananın ölümündən sonra
samavarın götürülməsiylə mənəvi dəyərlərini itirən kiçik insanın ortaya çıxması.(5) Əli fabrikada təzə işə
başlayan və hər səhər anası tərəfindən yuxudan oyadılaraq işə göndərilən kiçik insan surətidir. Anası hər
səhər samavarı qaynadır və oğlunu yuxudan oyadırdı. Əlinin bu günlərdəki xoşbəxtliyini yazıçı belə təsvir
edir: “ Ali semaveri, içinde ne ıstırap, ne grev, ne de patron olan bir fabrikaya benzetirdi. Onda yalnız koku,
buhar ve sabahın saadeti istihsal edilirdi.”(1,2) Hər günə belə başlayan Əlini bir gün yuxudan anasının
ölümü oyadır. O nə qədər istəsə də ağlaya bilmir. Alışdığı bu xoşbəxt günlərin anidən bitməsi onun həyatını
və təbii olaraq duyğularını dəyişdirir. Anasının ölümüylə barışa bilməyən Əli onun xatirəsi olan “samavarı”
ortadan qaldırır və ağlamağa başlayır. Əli bütün mənəvi dəyərlərini anası ilə yaşayır. Hər gün anasının onu
yuxudan oyatması, samavar çayı dəmləməsi Əlinin yaşadığı mənəvi duyğuların göstəricisidir. Anasının
ölümü ilə yaşadığı bu mənəvi dəyərlər də yox olur. Bu günləri simvolizə edən “samavar”ın götürülməsi isə
artıq o günlərin bitdiyinə və Əlinin bu mənəvi dəyərləri bir daha yaşamayacağına işarədir. Onu da qeyd edək
ki, “Samavar” hekayəsi haqqında müxtəlif tənqidi yazılar yazılmışdır. Onlardan biri də Nazim Hikmət
olmuşdur. Nazım Hikmət “Bir tövsiyə” adlı məqaləsində bunları söyləmişdir: “İyi bir yazıcı olmak için biraz
da memleketi bilmek, edebiyatı ciddiye almak icap ettiğini söylemek istiyorum” (2,52) Nazim Hikmət Səid
Faiqi məmləkəti yaxşı tanımadığı üçün gerçəyi düzgün şəkildə əks etdirməyini qeyd edərkən, Yaşar Nebi
Nayır onun əksinə olaraq yazıçını uğurlu bir müşahidəçi olduğunu dilə gətirir.(2,92) Fethi Naci isə “Səid
Faiqin hekayəçiliyi” kitabında başqa bir cəhətdən yazıçını tənqid edir. Onun tətilin gerçək anlamını və
özgələşməni
bilmədiyi
üçün
tənqid
edir.
402
Səid Faiq öz hekayələrində yaşadığı çətinliklərə, sıxıntılara rəğmən yenə də gündəlik həyatlarında
xoşbəxt olan, sevincli görünən insanları müşahidə edir və hekayələrinin mərkəzinə həmin insanları gətirirdi.
“Qarson” adlı hekayəsində həftəlik az qazanc əldə etsə də şəhərdən kənarda yerləşən bir kafedə işləyən
qarson obrazı yaradır. Yazıçı Əhmədi zəhmətkeş, işdən qorxmayan biri kimi təsvir edir. O pəltək olsa da hər
zaman müştərilərlə xoş rəftar edir, onlarla ünsiyyət qura bilir və nə qədər əsəbləşsə belə onları hər zaman
güldürə bilirdi. Əhməd hər dəfə yay aylarında İstanbulun ən yaxşı kafelərindən birində qarson işləmək
əvəzinə, şəhərdən uzaqda yerləşən və müştərisi az olan bir kafeni icarəyə götürər və orada işləyərdi. Öz işini
yaxşı bildiyi üçün ona hər zaman niyə burda işləməsiylə bağlı suallar verilən zaman o düşünürdü. Səbəbini
özü də bilmirdi. Burada işləməsinin səbəbi nə idi? Yazıçı onu işləməkdən qorxmayan , hətta iş olmasa belə
boş qalmağı sevməyən biri kimi təsvir edir. Onun burada işləməsinin səbəbi həmişə özünün bir kafesinin
olması istəyidir. Çünki burada heç kim onun işinə qarışa bilməzdi.
Səid Faiqin hekayələrində insanların duyğuları, arzuları ön planda olur. O insanların yaşadığı maddi
çətinliklərin təsvirindən daha çox onların arzularını, istəklərini və onların daxili dünyasını çox ustalıqla təsvir
edə bilir. Bu baxımdan Əhməd obrazı da səciyyəvidir. Hər zaman öz kafesinin olmasını arzulayan Əhməd bir
müddət sonra bu fikrindən uzaqlaşır. O, dünyada nəyəsə sahib olmağın faydasız olduğu qənaətinə gəlir və
keçmişi xatırlayaraq gülür. Bunun səbəbi isə Əhmədin qışda həyat yoldaşını vərəm xəstəliyindən itirməsidir.
Əhmədin duyğu və düşüncələrinin dəyişməsini yazıçı bu şəkildə təsvir edir: “Bu ölümle Ahmet, dünya
yüzünde sahibi olunacak şeyin yalnız bir kadın olabileceğini, ötesininse yalan, haksız olduğunu ve kendisine
kadından gayrı bir şeyə sahip olup olmamanın vız gelip tırıs gittiğinin farkına varmıştı.” (1, 80-81)
İnsan, onun duyğularının təsviri Səid Faiqin hər zaman diqqət mərkəzində olmuşdur. Yazıçı
hekayələrinin bir qismində uşaqların da duyğularının təsvirini ön plana çəkir. “Boxça” adlı hekayəsində
xidmətçi qızla evin kiçik oğlunun duyğularını təsvir edir. Qızın xətrinə dəyəcək sözlər deməsinə
baxmayaraq, ona qarşı qəlbində hisslər bəsləyir. Yazıçı bunu çox gözəl bir şəkildə təsvir edir: “-Kız gene mi
çantamı karıştırdın?- Kitabınızın resimlerine baktımdı küçük bey!-Ne diye bakıyorsun?-Hoşuma gidiyor.”
Ona şu cümleyi hoşuma gidiyor cevabını aldıktan sonra söylemek istemişdim: “ Kız sen de benim hoşuma
gidiyorsun. Hem de her gün yiyip sana vermediğim, çok sevdiğim şamfıstıklarından daha çok.” Oğlanın
anası bu iki uşağın duyğularını biləndən sonra qızı evdən uzaqlaşdırır. Oğlan qızın getdiyini sandıq otağının
hər zaman küncündə olan boxçasının yoxluğundan anlayır. (1,50)
“Meserret oteli” adlı hekayədə xəstə olan rəssam dostunun xatirəsinə və onların otelində qalmağa söz
verdiyi üçün İsveçrədən gələn qadın təsvir olunur. Bu oteldə dostunun son rəsm əsərinin, öz rəsmini çəkdiyi
tablonu görür və bu rəsmi çəkərkən danışdıqları söhbəti xatırlayır. Yazıçı burada maraqlı bir təhkiyə tərzi
seçir. Hekayənin sonunda olan hadisələrin, hekayə boyu yaşandığının şahidi oluruq.
“Bir gəmi” hekayəsində isə hər dəfə gəmiylə səyahət edən insanın fikirlərini, gəmidə rastlaşdığı
insanlarla söhbətlərini, düşüncələrini təsvir edib.
Səid Faiqin ilk üç hekayə kitabı haqqında Vedat Günyol bu sözləri deyir:“ Sait Faik güçlü bir
gözlemci olmakla birlikte, daha çok öznel bir sanatçıdır. Gördüklerini kendine indirgemektedir. Bu yüzden,
olaylar onda ancak bir takım izlenimlerle önem kazanır. Hikayecide güçlü olan yan işte bu izlenimler,
duyğular ve onların uyandırdığı çağırışımlardır.” (4,161)
Ədəbiyyat
1.Abasıyanık S.F. Semaver. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları,2016
2. Abasıyanık S.F. Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları,2013
3. İşık İ. Türkiye edebiyyatçılar ve kültür adamları ansiklopedisi. cilt:1. Elvan Yayınları, 2009.
4.Oktay A. Cumhuriyet dönemi edebiyatı. Kültür Bakanlığı Yayınları, 1993
5. Şahin V. Ötekileşen küçük adam. www.turkoloji.cu.edu.tr