403
SOFİYA MİRZƏYEVA
Filologiya üzrə
fəlsəfə doktoru, dosent
Azərbaycan Dillər Universiteti
RƏSUL RZA YARADICILIĞINDA MÖVZU MÜXTƏLİFLİYİ
R.Rza creative varietry of topics
R.Rza holda a special place in development of Azerbaijani literature poets. The content and rich form. The
improntant part of his creative theme of Motherland this country in the World for her. There for when we get this
coutry,all over the world, government securities. Other poetry, art seach engine-as the struggle for acceptance and
understanding of innovation. R.Rza was not only the Azerbaijani poet. He was Turkish world and reached the rank of
cowrites.
Key words: overture, repression, poetry
Rəsul Rza Azərbaycan ədəbiyyatının inkişafında öz dəsti-xətti olan görkəmli sənətkarlardan biridir.
Onun bir-birindən maraqlı, bədii cəhətdən qüvvətli, yüksək sənətkarlıqla yazılmış əsərləri vardır. Rəsul Rza
xalqımızın ən böyük mənəvi sərvəti olan söz xəzinəmizin incəliklərindən yararlanmaqla qiymətli sənət
əsərləri yaratmışdır. Rəsul Rzanın yaradıcılığı həm məzmun, həm də bədii forma cəhətdən zəngindir. Bir
zamanlar Rəsul Rza sənətinə dərindən bələd olan azadlıq aşiqi, alovlu sənətkar Xəlil Rza Ulutürk “Zamanın
adından danışan sənətkar” əsərində yazırdı: “R.Rzanın poeziyası – təfəkkür poeziyasıdır. Onun şeirləri
oxucunu düşünməyə, həm də dərindən düşünməyə, fəal idraka təhrik edir. Şairin bəzən aşkar demədiyini,
açıb-ağartmadığmı anlamağı, duymağı arif oxucunun öz öhdəsinə buraxır. Ona görə bu şeirlər oxucudan
mədəni səviyyə, müasir poetik üslubu qavrayan bədii zövq, hətta adi milli şüurdan doğan bir sıra başqa
keyfiyyətlər tələb edir. Bu şeirlər yalnız bədii zövq üçün meydanagəlməmiş, birinci növbədə, yeni insan
tərbiyə etmək, vətənə, xalqa, insana bağlı könülsahibləri yetişdirmək üçün yazılmışdır”.
Sərbəst şeirin bədii imkanlarından sənətkarlıqla yararlanan Rəsul Rzanın hansı mövzuda yazmasından
asılı olmayaraq bu mövzudakı təmkin, sərbəstlik, fıkrin ifadəsi diqqətdən yayınmır.
Böyük Vətən müharibəsi illərində hərbi müxbir olan Rəsul Rza, xalqın qəhrəmanlıq mübarizəsini,
qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaratdı (“Vətən” (1942), “İntiqam! İntiqam...” (1943) şeir
kitabları, “Ölməz qəhrəmanlar” (1942), “Qəzəb və məhəbbət” (1943) hekayə və oçerk topluları, “Vəfa”
(1943) pyesi və s).
Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin
şeir və poemalarını, Nekrasovun “Rus elində kimin günü xoş keçir” poemasını, H.Lonqfellonun “Hayavata
haqqında mahnı” poemasını, C.Q.Bayron,A.S,Puşkin, H.Heyne, M.Y.Lermontov, T.Q.Şevçenko, Ş.Petöfı,
A.Blok, Nazim Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə müasir Asiya və Afrika şairlərinin
əsərlərini Azərbaycan dilinə çevirmişdir. Şairin əsərləri bir sıra xarici dilə tərcümə edilmişdir. Bir çox
şeirlərinə musiqi bəstələnmişdir.
R.Rzanm “Qızılgül olmayaydı” poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda
yazılmış ən dəyərli əsərlərdən biridir. Represiya latin sozu olub, (latica – repression) sozunden olub, ceza
tedbirleri, dovlet terefinden heyata kecirilen tezyiq menasindadir. Poemanın əsas mövzusu Müşfıqin həyatı
və taleyidir. Bununla belə, R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin
faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Poema lirik-epik səpkidə yazılmışdır.
Əsər müəllifm nakam şairimiz Müşfıqin həyat yoldaşı Dilbər xanımla söhbəti şəklində başlanır. R.Rza
təhkiyənin bu formasmı əsərin sonuna qədər davam etdirir.
Vətəninə, torpağına, onun tarixinə, keçmişinə hörmət edən, onun bu günü, gələcək qayğılarıyla
yüklənən şair (“Mənim arzum” şeirində) “könüldolusu sevinc”, təmiz hava, qəlbi açıq, yaxşı dost arzulayır.
Dost istədikdə də elə dost arzulayır ki, yaman gündə ilqarında sınaqdan üzüağ çıxsın. Dostluğu, düşmənçiliyi
bilinməyən, ikiüzlü “insandan həzər” deyən şair gül gülü, çiçək çiçəyi çağıran bahar fəslini arzulayır, bolluq
arzulayır, dünyasına aydın gündüzlər diləyir.
Şair bu şeirində sovet ədəbiyyatındakı senzuraya toxunur, açıq şəkildə bu senzuraya qarşı çıxır, şeir,
sənət aləmində azadlıq istəyir:
Mən nə istəyirəm?
Çinar ağacları
qarğasız olsun,
Bu mümkün deyilsə əgər,
heç olmazsa,
Şe'r, sənət darğasız olsun!(5, s. 44)
404
Rəsul Rza yaradıcılığında vətən mövzusu mühüm yer tutur. Onun üçün vətən geniş məfhumdur. Bu
vətən onun üçün dünyanm bütün varından, dövlətindən qiymətlidir. O, bu vətəndən yetərincə yararlanmışdır.
Çünki onun baharında bənövşəni, nərgizi dərib, buz bulaqlarından doyunca içib, hər qarışını addım-addım
gəzib, gözəlliyinə məftun olub, bu gözəlliklərdən aldığı mənəvi zövqü dünyanın hər nemətindən əziz, qiymətli
bilib. Onun gözəlliklərini tərənnüm edən, doğma Bakısının xoş güzəranını, gəncliyini keçirtdiyi, yazıb-
yaratdığı doğma küçəsini də əzizləməyi bacaran şair həm də onun qayğılarını yaşamağı, bu qayğılara məlhəm
olmağı bacaran vətəndaşdır. Şair üçünAzərbaycanın hər bir guşəsi əzizdir. Vətən deyib müraciət etdiyi Bakı da,
Təbriz də onundur. Vətən dedikdə şair torpağında bitən hər ağacı, hər çiçəyi, hər gülü, hər dağı, qayanı, hər
şəhəri, hər eli-elatı nəzərdə tutur. Şair doğulub boya-başa çatdığı vətəninin tarixini dərindən bilən bir insandır.
Onun hər gününün acısını, sevincini, kədərini ürəyində yaşadan vətənpərvər şairdir. Bakıda yaşayıb-yaradan
şair sinəsində Təbriz həsrətini yaşadır. Ürəkdolusu tamaşasına həsrət qaldığı Təbrizi yuxularında görür, onun
nigarançılığını çəkir, yuxularında qəmli gördüyü üçün, Təbriz taleyinə həsrət, ayrılıq düşdüyü üçün şairin qəlbi
də narahatdır. Bağlı yollar, tikanlı məftillər araya elə bir ayrılıq salmışdır ki, şair kimi neçə-neçə qüzeyli
azərbaycanlı güneyli azərbaycanlılardan – doğmalarından ayrı düşüb, bir-birindən nigaran, həsrət girdabında
çabalayır. Təbriz dərdi Bakının ən böyük dərdidir. Şair bu dərdi içində yaşadır. Narahatdır, ona görə ki, Təbriz
yuxusuna hər gecə qəmli girir. Şair körpə bir uşağı dilə tutub, ovundurmaq istəyən, könlünü almağa çalışan,
sinəsindən keçənləri bilmək istəyən bir ata kimi Təbrizini dindirir:
Tez-tez yuxuma girirsən,
Təbrizim.
Yoxsa incimisən Uzun həsrət yorub səni?!
Yoxsa dözüb-dözüb
indi yaman qəribsəmisən.
İnanmıram.
Hələ ümidin var böyüyəsi,
arzun var boy atası.(5,s.65)
Təbriz dərdli, Təbriz həsrətli şair ondan ayrılmaq istəməzdi. Onu da zülümlə ayırıblar. Bir zaman
Təbrizdə olmaq onun qismətində imiş. O zaman Təbrizin bağ- bağçaları gül-çiçəklə dolu idi. O zaman
qəhrəman Təbriz azadlıq uğrunda mübarizəyə qalxaraq öz sözünü deyirdi. Dodaqlarda “ey torpağı ləl,
mərcan Azərbaycan” mahnısı səslənirdi. Lakin şair bu bəxtiyar günlərin uzun sürmədiyindən azadlıq
carçılarının faciəsindən, fəlakətindən ürəyi göynəyərək xoş günlərin qara günlərlə əvəz olunduğunu, Təbrizin
bu görkəmlə viranəyə çevrildiyini ürək ağrısıyla bildirir.
Yaraların ağırdır.
Təbrizim!
Nigaranlıq qəlbimi
ağrıdır.
Təbrizim!
Qışqırdım! Ana, ana!
Bu necə layladır!
Bu nədir?
Qulaqlarımı didir,
Qəlbimi göynədir.
Nə bəstəsi doğmadır mənə
Nə tanışdır sözləri.(5, s.65)
Bu misralarda şairin doğma ana laylası kimi ümumiləşdirdiyi Azərbaycan anasının beşik başında öz
azəri balasına söylədiyi laylaya olan məhəbbətinin tərənnümü ön plandadır. Çünki şair öz anansının laylasını
unutmamışdır. Burada hər bir xalqın öz milli varlığını, ulularından ona miras qalan zənginliyi qoruyub
saxlamaq fıkri, ideyası əsasdır. Bəlkə də bir zamanlar vahid sovet ailəsi prinsiplərindən uzaqlaşma
qorxusudur ki, bir azərbaycanlı vətəndaş şair kimi Rəsul Rzanı narahat edirdi. Hər sahədə olduğu kimi milli-
mənəvi dəyərlərimizi qoruyub saxlamaq sahəsində də ayıq olmağımızı məsləhət bilir.
Rəsu Rza yaradıcılığında məhəbbət, əhd, vəfa, ləyaqət, dönüklük lirik bir dillə tərənnüm olunur. Bu
məhəbbətin tərənnümündə Rəsul Rza sənətinə, lirik duyğularma uyğun tərənnüm var. O, məhəbbətin
doğurduğu kədər, qüssə dəryasına baş vurub hüzn içərisində boğulmur, acı-acı göz yaşı tökmür, çəkdiyi
cövr-cəfadan şikayətlənmir. Burada məhəbbət, sədaqət, vəfa, könül duyğuları tərənnüm olunur, əsas mövzu
məhəbbətdir, sədaqətdir. Rəsul Rza yaradıcılığında məhəbbət poetikasının özünəməxsus gözəlliyi var:
Məhəbbət elə bir ismət evidir,
Onun qapıları bağlı gərəkdir.