Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə216/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   212   213   214   215   216   217   218   219   ...   243

401 

 

gələn 15 yaşlı uşağın cəsarətinə heyran qalsa da eyni zamanda bir ipək dəsmal üçün oğurluğa məcbur olan 



uşağın olduğu bir cəmiyyəti təsvir edir və uşağın ölümü ilə bu cəmiyyətə sanki üsyan edir. Eyni zamanda 

dəsmalı rüzgarın alıb götürməsi isə onu göstərir ki, oğurluq olan heç nə qalıcı deyil. 

 

 

 



İlk hekayələrini Mopassan tərzində yazan yazıçının hekayələrində Ömər Seyfəddin, Rəfiq Xalid 

Karay və Reşat Nuri Güntəkin kimi yazarlardan təsirlənmişdir.  Nurullah Ataç Abasıyanığın hekayəçiliyi  

haqqında bunları deyirdi: “Səid Faik Abasıyanığın əsərlərində ilk gözə çarpan şey onun yeniliyidir. O, 

zamanını anlayan, qavrayan, zamanını yaşayan bir adam idi.Sənətinə onun qədər bağlı olan az yazar 

tanıdım.” (3,15) 

Kiçik insanların gündəlik yaşamını təsvir etdiyi hekayələrində insana, onun   yalnızlığına, eyni 

zamanda cəmiyyətdəki qarşıdurmaları ön plana çəkmişdir. Hekayələrində kiçik insanların obrazını yaradan 

yazıçı türk hekayəçiliyinə yeni bir nəfəs vermişdir.  O, kiçik insanların bir araya gələrək yaratdığı insan 

toplusunu, həyata qarşı rəftarını, mübarizələrini sevgi və ümidlə yoğuraraq bizə təqdim edir.(5) Samavar 

kitabındakı “Bir sıra insanlar” hekayəsində yazıçı bu məsələyə toxunmuşdur. Hekayənin əvvəlində qış 

aylarında saat on ikidə tramvayın gəlməsini gözləyən, öz evinə gedib yatmağı düşünən, isti yatağını xəyal 

edən bir insanın düşüncələrinin şahidi oluruq. “Yatak şimdi bütün insanlar için, bir ekmek kadar azizdir. 

Yatak bir sevgili, yatak hatıra, yatak çocukluk, güzel rüya, yatak bir bahar, bir deniz kenarı, bir egzotik 

memleket, bu saniyede dostlarım yatak insana dostlarım ne değildir ki...”-deyə düşünən insanın fikirləri bir 

neçə dəqiqədən sonra dəyişir.(1,83-84) Buna səbəb isə onun bir sıra insanlardan biriylə qarşılaşmasıdır. 

“Burdan mənim kimi insanların keçdiyini gördünmü”-deyə soruşan adam öz geyiminə işarət edir. Bu 

insanlar belə şaxtalı gündə papaqları, paltoları və geyinməyə ayaqqabıları olmayan insanlardır. Onlar gecə 

evə getməyi və isti yataqlarında yatacaqlarını düşünərək xəyal qurmurlar. Çünki bu bir sıra insanların 

getməyə evləri yoxdur. Çünki onların xəyal edəcəyi isti bir otaqları, yataqları yoxdur. Hər gecə kafelərin 

birinə iki quruş ödəməklə orda gecələyən bu zəhmətkeş, namusuyla çörək pulu qazanan bu insanların oteldə 

qalmaq üçün otuz quruşları belə yoxdur. Polislər də bu insanların kafelərdə gecələməsini qadağan etdikdən 

sonra onlar çıxış yolunu valiyə şikayət etməkdə görürlər. 

Bu cür insanların varlığını görəndən sonra  artıq yatağı tramvay gözlədiyi andakı o munis halını 

itirmişdi. 

Yazıçı hekayədə iki qrup insanı qarşılaşdırır. Onlardan bir qismi tezliklə evlərinə gedib, isti yataqlarında 

yatmaq xəyalı quran, digər qismi isə hər gecə soyuqdan donmamaq, kafedə yatmaq üçün iki quruş ödəyən 

insanlardır. Polislər onların kafedə gecələməsini qadağan etdikdən sonra yığışıb valiyə şikayətə gedən bu 

insanlar arasında həm də bir birlik olduğu görünür.  Bu mühitdə bu cür problemlərlə üzləşən bir sıra insanların 

ruhdan düşməyərək mübarizə istəklərinin və düşdükləri vəziyyətlə barışmadıqlarının şahidi oluruq. 

Yazıçının kiçik insan obrazını yaratdığı hekayələrindən  biri də “Samavar” adlı hekayəsidir. Veysel 

Şahin “Ötekileşen küçük adam” adlı məqaləsində hekayənin süjet xəttini bu ardıcıllıqla verir: 1)Kiçik insanın 

bir həftə öncə işə başlaması və işə getməsi üçün anası tərəfindən oyandırılması; 2) Kiçik insanın anası ilə 

birlikdə mənəvi dəyərlərini yaşaması; 3) Özgələşən  cəmiyyətdə  kiçik insanın öz kimliyini qazanma 

mübarizəsi; 4) Anasının ölümü və mənəvi dəyərlərinin itirilməyə başlaması; 5) Ananın ölümündən sonra 

samavarın götürülməsiylə mənəvi dəyərlərini itirən kiçik insanın ortaya çıxması.(5) Əli fabrikada  təzə işə 

başlayan və hər səhər anası tərəfindən yuxudan oyadılaraq işə göndərilən kiçik insan surətidir. Anası hər 

səhər samavarı qaynadır və oğlunu yuxudan oyadırdı. Əlinin  bu günlərdəki xoşbəxtliyini yazıçı belə təsvir 

edir: “ Ali semaveri, içinde ne ıstırap, ne grev, ne de patron olan bir fabrikaya benzetirdi. Onda yalnız koku, 

buhar ve sabahın saadeti istihsal edilirdi.”(1,2)  Hər günə belə başlayan Əlini bir gün yuxudan anasının 

ölümü oyadır. O nə qədər istəsə də ağlaya bilmir. Alışdığı bu xoşbəxt günlərin anidən bitməsi onun həyatını 

və təbii olaraq duyğularını dəyişdirir. Anasının ölümüylə barışa bilməyən Əli onun xatirəsi olan “samavarı” 

ortadan qaldırır və  ağlamağa başlayır. Əli bütün mənəvi dəyərlərini anası ilə yaşayır. Hər gün anasının onu 

yuxudan oyatması, samavar çayı dəmləməsi Əlinin yaşadığı mənəvi duyğuların göstəricisidir. Anasının 

ölümü ilə yaşadığı bu mənəvi dəyərlər də yox olur.  Bu günləri simvolizə edən “samavar”ın götürülməsi isə 

artıq o günlərin bitdiyinə və Əlinin bu mənəvi dəyərləri bir daha yaşamayacağına işarədir. Onu da qeyd edək 

ki, “Samavar” hekayəsi haqqında müxtəlif tənqidi yazılar yazılmışdır. Onlardan biri də Nazim Hikmət 

olmuşdur. Nazım Hikmət “Bir tövsiyə” adlı məqaləsində bunları söyləmişdir: “İyi bir yazıcı olmak için biraz 

da memleketi bilmek, edebiyatı ciddiye almak icap ettiğini söylemek istiyorum” (2,52) Nazim Hikmət Səid 

Faiqi məmləkəti yaxşı tanımadığı üçün gerçəyi düzgün şəkildə əks etdirməyini qeyd edərkən, Yaşar Nebi 

Nayır onun əksinə olaraq yazıçını uğurlu bir müşahidəçi olduğunu dilə gətirir.(2,92) Fethi Naci isə “Səid 

Faiqin hekayəçiliyi” kitabında başqa bir cəhətdən yazıçını tənqid edir. Onun tətilin gerçək anlamını və 

özgələşməni 

bilmədiyi 

üçün 


tənqid 

edir. 


       


402 

 

Səid Faiq  öz hekayələrində yaşadığı çətinliklərə, sıxıntılara rəğmən yenə də gündəlik həyatlarında 



xoşbəxt olan, sevincli görünən insanları müşahidə edir və hekayələrinin mərkəzinə həmin insanları gətirirdi. 

“Qarson” adlı hekayəsində həftəlik az qazanc əldə etsə də şəhərdən kənarda yerləşən bir kafedə işləyən 

qarson obrazı yaradır. Yazıçı Əhmədi zəhmətkeş, işdən qorxmayan biri kimi təsvir edir. O pəltək olsa da hər 

zaman müştərilərlə xoş rəftar edir, onlarla ünsiyyət qura bilir və nə qədər əsəbləşsə belə onları hər zaman 

güldürə bilirdi. Əhməd hər dəfə yay aylarında  İstanbulun ən yaxşı kafelərindən birində qarson işləmək 

əvəzinə, şəhərdən uzaqda yerləşən və müştərisi az olan bir kafeni icarəyə götürər və orada işləyərdi. Öz işini 

yaxşı bildiyi üçün ona hər zaman niyə burda işləməsiylə bağlı suallar verilən zaman  o düşünürdü. Səbəbini 

özü də bilmirdi. Burada işləməsinin səbəbi nə idi? Yazıçı onu işləməkdən qorxmayan , hətta iş olmasa belə 

boş qalmağı sevməyən biri kimi təsvir edir. Onun burada işləməsinin səbəbi həmişə özünün bir kafesinin 

olması istəyidir. Çünki burada heç kim onun işinə qarışa bilməzdi. 

Səid Faiqin hekayələrində insanların  duyğuları, arzuları ön planda olur. O insanların yaşadığı maddi 

çətinliklərin təsvirindən daha çox onların arzularını, istəklərini və onların daxili dünyasını çox ustalıqla təsvir 

edə bilir. Bu baxımdan Əhməd obrazı da səciyyəvidir. Hər zaman öz kafesinin olmasını arzulayan Əhməd bir 

müddət sonra bu fikrindən uzaqlaşır.  O, dünyada nəyəsə sahib olmağın   faydasız olduğu qənaətinə gəlir və 

keçmişi xatırlayaraq gülür. Bunun səbəbi isə  Əhmədin qışda həyat yoldaşını vərəm xəstəliyindən itirməsidir. 

Əhmədin duyğu və düşüncələrinin dəyişməsini yazıçı bu şəkildə təsvir edir: “Bu ölümle Ahmet, dünya 

yüzünde sahibi olunacak şeyin yalnız bir kadın olabileceğini, ötesininse yalan, haksız olduğunu ve kendisine 

kadından gayrı bir şeyə sahip olup olmamanın vız gelip tırıs gittiğinin farkına varmıştı.” (1, 80-81) 

İnsan, onun duyğularının təsviri Səid Faiqin hər zaman diqqət mərkəzində olmuşdur. Yazıçı 

hekayələrinin bir qismində uşaqların da duyğularının təsvirini ön plana çəkir. “Boxça” adlı hekayəsində 

xidmətçi qızla evin kiçik oğlunun duyğularını təsvir edir. Qızın xətrinə dəyəcək sözlər deməsinə 

baxmayaraq, ona qarşı qəlbində hisslər bəsləyir. Yazıçı bunu çox gözəl bir şəkildə təsvir edir: “-Kız gene mi 

çantamı karıştırdın?- Kitabınızın resimlerine baktımdı küçük bey!-Ne diye bakıyorsun?-Hoşuma gidiyor.” 

Ona şu cümleyi hoşuma gidiyor cevabını aldıktan sonra söylemek istemişdim: “ Kız sen de benim hoşuma 

gidiyorsun. Hem de her gün yiyip sana vermediğim, çok sevdiğim şamfıstıklarından daha çok.”  Oğlanın 

anası bu iki uşağın duyğularını biləndən sonra qızı evdən uzaqlaşdırır. Oğlan qızın getdiyini sandıq otağının 

hər zaman küncündə olan boxçasının yoxluğundan anlayır. (1,50) 

“Meserret oteli” adlı hekayədə xəstə olan rəssam dostunun xatirəsinə və onların otelində  qalmağa söz 

verdiyi üçün İsveçrədən gələn qadın təsvir olunur. Bu oteldə dostunun son rəsm əsərinin, öz rəsmini çəkdiyi 

tablonu görür və bu rəsmi çəkərkən danışdıqları söhbəti xatırlayır. Yazıçı burada maraqlı bir təhkiyə tərzi 

seçir. Hekayənin sonunda olan hadisələrin, hekayə boyu yaşandığının şahidi oluruq. 

“Bir gəmi” hekayəsində isə hər dəfə gəmiylə səyahət edən insanın fikirlərini, gəmidə rastlaşdığı 

insanlarla söhbətlərini, düşüncələrini təsvir edib. 

Səid Faiqin ilk üç hekayə kitabı haqqında Vedat Günyol bu sözləri deyir:“ Sait Faik güçlü bir 

gözlemci olmakla birlikte, daha çok öznel bir sanatçıdır. Gördüklerini kendine indirgemektedir. Bu yüzden, 

olaylar onda ancak bir takım izlenimlerle önem kazanır. Hikayecide güçlü olan yan işte bu izlenimler, 

duyğular ve onların uyandırdığı çağırışımlardır.” (4,161) 

 

Ədəbiyyat 



1.Abasıyanık S.F. Semaver. İstanbul: Türkiye İş Bankası Kültür Yayınları,2016 

2. Abasıyanık S.F.  Ankara: Kültür ve Turizm Bakanlığı Yayınları,2013 

3. İşık İ. Türkiye edebiyyatçılar ve kültür adamları ansiklopedisi. cilt:1.  Elvan Yayınları, 2009. 

4.Oktay A. Cumhuriyet dönemi edebiyatı. Kültür Bakanlığı Yayınları, 1993 

5. Şahin V. Ötekileşen küçük adam. www.turkoloji.cu.edu.tr 

 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə