405
Onun sığındığı etibarlı yer
İnsan sinəsində adi ürəkdir(5,s.176)
Rəsul Rza dünyanın müxtəlif nöqtələrində gördüyü, eşitdiyi, rast gəldiyi hadisələrə biganə qalmamış,
poetikasında onları yaşatmışdır. Bu şeirlərdəki mütərəqqilik ondadır ki, o nə dərdli Hindistanı, nə azadlığı
uğrunda mübarizəyə qalxan Yaxın Şərq xalqlarını, nə gördüyü gözəlliklər içərisində bütün varlığını çuğlayan
vətənə dönmək istəyini, nə də gördüyü aləmdə insan üçün, canlı üçün ən əziz, ən müqəddəs, ən qiymətli
nemət olan azadlığa, ona olan sevgisini unudur. Raqurada qəfəsdə gördüyü ağ fılin qəfəsə sığmayan
arzularını, dustaq filin tökdüyü acı göz yaşlarını, “qəfəssiz qardaşlarını haraya çağır”masını fillərin
uzunömürlülüyünü poetik bir şəkildə oxucuya xatırladır və birdən-birə azadlığın, bir gün də olsa azad
yaşamağın nə qədər böyük bir nemət olduğunu yada salır:
Deyirlər fillər uzun yaşayır,
Ağ fil, ağ fil!
Neyləyirsən uzun ömrü
Yerin qəfəs olacaqsa yüz ili,
Ağ fil, ağ fıl!(5, s.270)
“Əfcəzaif meydanında” şeirində şair bir əlcəzairli meydanında öldürülən insanın faciəsini qələmə alır.
Ölən afrikalı – bu ölkənin övladı, öldürən onün torpağının varma göz dikən “avropalı-gəlmə”dir. Şair burada
öldürülən bir müsəlmanın – dinində, imanında bir olduğu, özü kimi vətəninin azadlığını, müstəqilliyini
istəyən bir müsəlman oğlunun arzularınnı tərənnüm edir. Xalqları istismar, əsarət altında saxlamaq istəyən
qolu zorlu dövlətlərin çirkin siyasətinə qarşı çıxır. Əlcəzairli gənc kimi müsəlman olmasıyla fəxr edir. Onun
fıkirlərinə, arzu və istəklərinə həmdəm olduğunu bildirir:
Eşitsin yer kürəsi-
Böyük Anam!
Mən müsəlmanam!
Cənazəni sükutla
İzdihamlı küçələrdən keçirib aparan,
Min-min ürəkdən
Qəzəb qığılcımı qoparan,
İnsanlar sırasındayam.
Ömrümün vərəqlərində
Neçə əsrin dərdi,
Hər yəhudini,
Xaçpərəstin,
Bütpərəstin,
Müsəlmanın
Qardaşıyam.
Azadlıq uğrunda
Mübarizə döyüşçüsünün cəbhədaşıyam(5, s.282)
Rəsul Rza yaradıcılığında təbiətin fəsilləri, onların hər birinin özünəməxsus gözəlliyi tərənnüm olunur.
Şairin hər ötüb keçən qışdan, bahardan yaddaşında bir xatirə qalır, bu xatirələrin təbii lövhələrini şeirlərində
yaşadır. Şairin şeirlərində qış fəsli, onun təbii görkəmi lirik bir dillə tərənnüm olunur. “Bakıda qar” əsərində
yaş küçələrə, eyvanlara, damlara yağan qarı, əynində isti paltar, ayağında çəkmə olan insanları,qartopu
oynayan uşaqları, şimal ölkəsinə bənzəyən bu qışın yaratdığı abı-havanı tərənnüm edir və bu zaman bir şair
qəlbinin incəliklərinin yaratdığı kədəri də, bir qüssəni də şeirə əlavə etməklə həm onun məzmunu gözəlliyini,
həm də bədii gözəlliyini artırmış olur. Həyətdə hay-küylə oynayan isti geyimli, qarnıtox uşaqların yadına
təbiətin ən zərif, aciz varlıqlarını salır, onları unutmamağa çağırır
“Şeir, vəzn və məhəbbət haqqında dastan” şeirində şair Azərbaycan şeirinin ana vəzni olan heca vəzni
və onun bölgüləri haqqında öz fıkirlərini oxucuyla bölüşdürür. Şeirin ikinci hissəsində isə sərbəst vəzndə
yazdığı lirik bir şeirini verir. Bu vəzndə yazılan şeirdəki sözlərin, fıkirlərin axıcılığı, düzümü, sərbəstliyi,
lirizmi, ahəngi, intonasiyasmı görürük və deməli, şair bu vəzndə yazılan şeirlərin də qüvvətli olduğunu
bildirir
O, yaradıcılığında biz Sabir şeirinə, sənətinə, yaradıcılığına yüksək qiymət verildiyini görürük. Sabir
şeirlərinə yazdığı nəzirələrdə Rəsul Rza yaşadığı çəmiyyətin eybəcərliklərini, öz şəxsi mənafeyini hər şeydən
üstün tutan eqoist insanları, xalq-dövlət malına tamah salıb onu əyri yollarla mənimsəyən rüşvətxorları ifşa
edir. Şair asan yolla pul qazanmaq üçün yollar axtaran müftəxorları, yerlipərəstliyin doğurduğu
eybəcərlikləri tənqid edir. Çünki daydayıların hesabına ağıllı, qabiliyyətli insanların layiq olduqları
406
vəzifələrdən kənarda qalması, yerlipərəstlik nəticəsində səriştəsiz, qabiliyyətsiz insanların vəzifəyə
çəkilməsi, onların bacarıqsızlığından cəmiyyətin, dövlətin ziyan çəkməsi, arxalı köpəklərin mikrob kimi
günbəgün artması bir ziyalı kimi şairi narahat edir.
Rəsul Rza yaradıcılığında Qarabağ mövzusu özünə məxsus lirizmi ilə fərqlənir. Qarabağ – onun adıyla
bağlı əfsanə və motivlər, rəvayətlər, fikirlər şairin şeirlərində lirik don geyinir. Burada Qarabağ torpağına,
adına məhəbbət yaşayır. İgid vətən oğullarının, qızlarının qeyrətindən, igidliyindən danışılır. Burada Qarabağ
torpağına şairin məhəbbəti ümumiləşdirilmişdir:
Qəlbimdəsən, gözümdəsən
Hara gedim, hara baxım,
Mənim doğma Qarabağım.
Qarabağım!(4, s.7)
Rəsul Rza yaradıcılığında xalq ədəbiyyatının bayatı şəkilli formalarında olan laylaylarından,
oxşamalarından, əzizləmələrindən də yararlanmışdır. Laylalar, oxşamalar, nazlamalar ən qədim folklor
nümunələridir.
Rəsul Rza yaradıcılığında Yer obrazı mühüm yer tutur. Yaşadığı aləmə, Yer kürəsinə olan
məhəbbətini ifadə etdiyi əsərlərdə poetika, emosionallıq güclüdür. Yer oğlu yaşadığı dünyanı, torpağını
sevir. Yer Yer oğlunun nəzərində “qoynu həyatla isinmiş məskən”dir. Şair etiraf (“Etiraf” şeirində) edir ki,
onun qucağında dünyaya gəlib, ana südünü əmib, suyundan içib, dadlı meyvələrindən yeyib, nemətlərindən
bəhrələnib, sevincində də, kədərində də onunla birgə olub. “Yer oğlu” silsilə şeirlərində məhz bu dünyanın,
bu torpağın övladı olan Yer oğlu yaşadığı bu yeri öz “planetim mənim” deyərək əzizləyir:
Nə gözəlsən anam Yer.
Ayrıldığım bir saat deyil.
Həsrətinlə ürəyim yanır.
Burnumun ucu göynəyir.(4, s.180)
Ümumiyyətlə, Rəsul Rzanın əsərlərinin dili, üslubu, folklorla, xalq ədəbiyyatıyla bağlı məsələləri özü
ayrıca bir mövzudur. Bu mövzunu geniş şəkildə işləməklə biz Rəsul Rza yaradıcılığı, onun əsərlərinin
sənətkarlıq xüsusiyyətləri, bu əsərlərdəki folklor motivləri haqqında dəyərli sözlər deyə bilərik. İnanıram ki,
bu mövzular üzərinə də qayıdacığıq. Hər bir xalq sənətkarının əsərlərinin sənətkarlıq məsələlərini təhlil
etmək özü bir elmi axtarışdır. Bu da onu göstərir ki, Rəsul Rza dövrünün ən böyük sənətkarları kimi
əsərlərində xəlqiliyi, realizmi əsas götürməklə dərin məzmunlu yüksək ideyaları özündə yaşadan sənət
əsərləri yaratmışdır.
Müasir poeziyanın novatorluq yolu və prinsiplərinin müdafiəsində şairin mövqeyi kifayət qədər
barışmaz və prinsipial bir xarakter daşıyırdı. R.Rzanın bütün sonrakı poeziyasından, daha mürəkkəb və çətin
yaradıcılıq vəzifələrinin həllinə yönəlmiş sənətindən çıxış edərək onun görüşlərində bu mövqeyin dəyişməz
olduğunu, lakin bununla belə həm də mərhələdən-mərhələyə inkişaf edib, daha da dərinləşdiyini və
büllurlaşdığını təsdiq etməliyik. Rəsul Rza bütün sonrakı yaradıcılığı ilə, eləcə də 30-cu illərdəki şeirləri ilə,
məsələn, “Çinar” kitabındakı ən yaxşı şeirləri ilə poeziyasının dərin milli və ümumbəşəri köklərlə,
mənbələrlə bağlı olduğunu, onun poeziya çinarının köklərinin dərinliklərinə də gedib çıxdığını sübut edirdi.
“Çinar” kitabı da məhz bu şeirlə açılmışdır, kim bilir, bəlkə elə şairin bu hissinin ifadəsidir?! Niyə onu heç
nə yıxa bilmir, qar, çovğun ona təsir edə bilmir? Bütün zərbələrə qarşı Xan Çinar məğrur və əyilməzdir!
Rəsul Rzanın başqa bir şeirinə elə həmin illərdə qələmə aldığı “Firdovsi” şeirində müraciət etmək kifayətdir.
1934-cü ildə yazılmış şeir R.Rzanın hansı poeziya uğrunda mübarizə apardığını təsəvvür və dərk etmək üçün
çox mühüm və əhəmiyyətli bir əsərdir. Firdovsiyə həsr etdiyi şeirdə isə R.Rza bu şairin simasında zaman və
poeziya problemini qoyur, həqiqi poeziyanın bütün zamanlara məxsus olması fikrini əsaslandırırdı.
R.Rza poeziyasının yeni meyllərini onun bu dövrdə nəşr olunan kitabları – “Pəncərəmə düşən işıq”
(1962), “Duyğular”, “Düşüncələr” (1964), “Dözüm” (1965) kitabları ən xarakter tərəfləri və cizgiləri ilə əks
etdirirdi. Rus dilində nəşr olunan kitablarından biri “Vesno vo mne” adlanırdı. Moskvada nəşr olunan başqa
bir kitabı isə “Mən insanam” adlanırdı. Sonrakı on illikdə çıxan kitablarında “Vaxt var ikən” (1970), “Hava
haqqında” (1972), “Üzü küləyə” (1978) kitablarında R.Rza nəinki 60-cı illər poeziyasının meyllərini davam
etdirir, eyni zamanda bunları əhəmiyyətli miqrasiyada inkişaf etdirmişdi. “vaxt var ikən” kitabının “Mən
işığam, qaranlığın qənimi” adlanan ilk bölümündəki birinci şeir 1935-ci ildə qələmə alınmış “Çinar” idi.
kitabın “Yazıq sənə Rəsul Rza” bölməsinə şairin 1933-1934-cü illərə aid “İlk səfər” və “Adsız şeir” lirik
mətnləri daxildir. Məlumdur ki, 60-cı illərdə bir çox şeirlərinə görə, daha çox isə məşhur olan “Rənglər”
silsiləsinə görə tənqid olunurdu. Rəsul Rza isə “İnsan şəkli” şeiri ilə bu tənqidə cavab vermişdir. Onu da
mütləq qeyd etməliyik ki, bu poema proqram xarakterli şeiridir. Şair özünün “Qızılgül olmayayı”, “Bir gün