399
əsərlərini bu yazıçıların müraciət etdikləri mövzulardan ilhamlanaraq qələmə almışdır. Bununla da qeyd edə
bilərik ki, Şekspirin məşhurlaşmağında onun seçdiyi mövzuların da böyük təsiri olmuşdur. Şairin dahiliyi
hadisələrdəki dramatik nöqtələri ortaya çıxarmasında və söz sənətindəki ustalığında ortaya çıxır. “Bütün bir
dünya səhnədir” deyən Şekspir, zəkasını yazdığı səhnə əsərləri ilə sübut etmiş və insanın hər cür halını
qələmə ala bildiyi üçün 400 ildən bəri öz əsrarəngliyini qoruyub saxlaya bilmişdir. Dramaturqun yazdığı və
günümüzdə də hələ özündən bəhs ettirəbilən, müxtəlif teatr qrupları tərəfindən səhnəyə qoyulan tamaşaları,
Şekspirin yaşadığı dövrə və günümüzə öz damğasının vurmuşdur. Tamaşalarının 17 – si yaşadığı dövrdə
canlandırılmışdı.[5]
Şekspir əsərlərinin böyük əksəriyyətini onun faciələri əhatə edir. Şair öz faciələrində özündən əvvəlki
yazıçılardan təsirlənmiş, ancaq burada da qısa bir zamanda öz dahiliyini və şəxsiyyətini ortaya qoyaraq
özündən əvvəlkiləri, hətta özündən sonra gələcəkləri də geri də qoymuşdur. Şekspir faciələrində ortaçağ
əxlaq fəlsəfəsindən də izlər görünür. Dəhşətverici qanlı səhnələrin yer aldığı “Tit və Andronik”i yazdıqdan
sonra o, “Romeo və Culyetta” əsərini yazmışdır. Bu əsər o dövr üçün ondan gözlənilməyəcək şəkildə uğurlu
bir əsər kimi ortaya çıxdı. Əsərin əsas mövzusu eşqdir.
Şekspirin “Romeo və Culyetta” (“Romeo and Juliet”) əsəri böyük ingilis teatr yazıçısının gənclik
illərində, sənətinin ilk dönəmində yazdığı əsərlərdəndir. Əsərin içindəki bir sözə dayanaraq, əsərin 1591–ci
ildə yazılmış ola biləcəyi düşünülürdü. Mövzusu İtalyan hekayəçisi Bandellonun (təxminən 1485- 1553) bir
hekayəsindən alınması fikirləri mövcuddur. Bandellonun bu hekayəni gerçək olan bir hekayədən yazdığı
güman edilməkdədir.
Əsərdə Kapulettilər və Montekkilər bir–birinə düşmən iki ailə kimi göstərilmişdir. Aralarındakı kin və
nifrət bitmək bilməyən bir münaqişəyə çevrilmişdi ki, bunun nəticəsində də çox sayda qanlar tökülmüşdü.
Montekkilərin oğlu Romeo Rozalinaya aşiq olmuşdur. Amma Rozalina rahibə olduğu onun sevgisinə
qarşılıq verməmişdir. Romeyo buna çox kədərlənmiş və acı çəkmişdir. Romeonun dostu Benvolio onu
unutmasını söyləsə də, Romeo bütün deyilənlərə əhəmiyyət verməmiş, heç kimi eşitməmişdir.
Kapulettilər qohum və dostlar üçün bir şənlik təşkil edirlər. Benvolio Romeyonu bu şənliyə getməyə
çox çətin olsa da razı salır. Şənlikdə bir çox Rozalinadan da gözəl qızlar olacağını və ondan da daha
yaxşılarını tapa biləcəyini söyləyir. Bütün bu deyilənlər isə Romeonun vecinə belə olmur. Sadəcə əylənmək
üçün gedəcəyini söyləyir.
Amma hər şey heç də düşündüyü kimi olmur. Şənlikdə Romeo Culyettanı rəqs edərkən görür və ilk
baxışdan ona aşiq olur. Eyni zamanda Culyetta da Romeoya aşiq olur. Romeo və Culyetta öyrənirlər ki,
ailələri bir–birilərinə düşməndir. Ancaq bu onların böyük sevgilərinə mane deyildir və onlar gizli də olsa
sevgilərini yaşayırlar. Bir müddət keçdikdən sonra gizli münasibətə son verib, evlənmək qərarına gəlirlər.
Kapulettilərin qohumu Tibalt bir gün Romeo və dostu Merkusi ilə qarşılaşır. Tibalt Romeoya
sataşmağa və ona söz atmağa çalışır. Romeo qarşılıq verməməyə çalışsa da, ancaq dostu ondan fərqli olaraq
Tibalta qarşılıq verir. Nəticədə, Tibalt və Merkusi duele çıxırlar. Tibalt Merkusini öldürür, Romeo da buna
dözə bilməyib Tibaltı öldürür. Sonunda hersoq hadisəni eşidir və əsgərlərinə Romeonun tapılması əmrini
verir.
Bu zaman ərzində də Kapulettilər Culyettanı Paris ilə evləndirməyi planlaşdırırlar və bu xəbər az bir
zamanda bütün əyalətə yayılır. Culyetta bu evliliyi rədd etsə də ailəsinə gücü çatmırdı. Romeo və
Culyettanın ümidləri tükənmişdir. Hersoqun da Romeoya sürgün cəzası verməsi hər şeyi alt–üst edir.
Culyetta Romeo haqqında xəbər ala biləcəyi tək insan olan rahib Lorensonun yanına gedir, ailəsinə isə
günahlarını təmizləməyə getdiyini söyləyir. Rahib Lorenso Culyettaya qovuşmaqları üçün son bir ümid
olduğunu söyləyir. Ona bir dərman verir, bu dərman sayəsində Culyetta iki gün ərzində ölü kimi qala
biləcəkdir. Beləcə, Culyetta evlilikdən yaxasını qurtarmağa nail olacaqdı. Rahib bütün bunları bir məktuba
yazır və Romeoya göndərir. Lakin məktub Romeoya çox gec çatır.
Romeo Culyetta ilə Parisin evlənəcəkləri xəbərini eşidib Veronaya geri qayıdır və hadisə yerində
Culyettanı ölü olaraq yerdə görüncə dəliyə dönür. Culyettanın yanına uzanaraq zəhəri içib özünü öldürür.
Rahib Lorenso Culyettanı yuxudan oyadır. Culyetta yanı başında Romeonu ölü bir şəkildə görüncə
Romeonun xəncərini götürüb ürəyinə sancaraq özünü öldürür.
Bütün hadisələrin tək şahidi isə Rahib Lorenso olur. O bütün baş verənləri hər iki ailəyə danışır və
ailələr arasında düşmanlıq sona çatır. [3]
“Romeo və Culyetta” cəmiyyətdə var olan düşmanlıq duyğusunun ortadan qaldırılmasına səbəb olan
acıqlı bir eşq hekayəsidir. Qeyd edə bilərik ki, eşq, məhəbbət ədəbiyyatın həmişə əsas aparıcı mövzularından
biri sayılır. Həm Şərq, həm də qərb ədəbiyyatında sevgi mövzusunda yazılmış çoxsaylı əsərlər mövcuddur.
Şekspirin “Romeo və Culyetta”sı da bu əsərlər içərisində ilk sıralarda dayanır. Onun yaratmış olduğu aşiqlər
dünyanın ən məşhur aşiqlərindən sayılırlar.
400
Sirrli bir anlayış olan eşq, insana verilən ən güclü duyğuların başında gəlməkdədir. Eşqin dünyanın hər
yerində fərqli şəkillərdə təzahürü vardır. Ədəbiyyatın təməlində insan olduğu üçün hansı fərqli mədəniyyətə
aid olursa olsun bu mövzuda ortaq nöqtələrlə qarşılaşmaq mümkündür. “Romeo və Culyetta” əsəri də
yaddaşlardan silinməyən, dəfələrcə filmə çəkilən və tamaşa olaraq dünyanın müxtəlif ölkələrində səhnələrdə
oynanılan bütün dünyaya əks–səda salmış bir eşq əsəridir. Romeo və Culyetta köhnə dünya ilə mübarizədə
məğlub olsalar da, bu məğlubiyyət köhnə düşmənləri barışdırır. Beləliklə, insanın təbii arzu və istəkləri, pak
məhəbbəti, ülvi eşqi feodal, adət-ənənələrinə feodal əxlaqi prinsiplərinə qalib gəlir.[2]
İllər keçdikcə Şekspir əsərlərindəki hadisələrin ümumbəşəri olması, insan xarakterinin dərinliyinə vara
bilmək bacarığı tədqiqatçıların dərin maraq obyektinə çevrilməkdə davam etməkdədir.
Ədəbiyyat
1. Бадалбейли Ульфат. Шекспир в Азербайджане. Баку: “Маариф”, 1993
2.Николаев В.Д. Шекспир:энсиклопедия. Москва: Алгоритм, Эксмо, Око, 2007.
3.Vilyam Şekspir. Seçilmiş əsərləri. 2 cilddə. c.1. Bakı: “Öndər” nəşriyyatı, 2004
4.http://www.edebiyatvesanatakademisi.com/yabanci-roman-ozetleri/romeo-ve-juliet-ve-ozeti-william-shakespeare-
4482.aspx
5.http://www.focusdergisi.com.tr/bilim_insanlari/1000_yilin_dahileri/00217/
SƏMƏNİ ABBASOVA
Bakı Dövlət Universiteti
SƏİD FAİQ ABASIYANIĞIN HEKAYƏLƏRİNDƏ İNSAN
( “Semaver” kitabı əsasında)
Açar sözlər: Səid Faiq Abasıyanıq, hekayə, insan, kiçik insan
Sait Faik Abasiyanik is also thought to be one of the leading figure in Turkish storytelling. His first story was
published in "Varlik" journal on 15 April 1934. Also, his first storybook, "
The Tea Urn", was published in 1936. He
portrayed nature and people as kind and simple with both positive and negative sides. Moreover, "Little person" topic
was important line in his work.
Key words: Sait Faik Abasiyanik, “The tea urn”, story, human, “little person”
Səid Faiq Abasıyanıq modern türk hekayəçiliyinin öncüllərindən biri hesab olunur. Yaradıcılığa şeirlə
başlamasına
baxmayaraq, S.F.Abasıyanıq yaddaşlarda hekayə ustası kimi qalmışdır. Yazdığı hekayələrlə
Türkiyə ədəbiyyatında yeni bir cığır açan S.F.Abasıyanıq özünə qədər olan hekayə texnikasını sanki
dağıtmış, təbiəti, insanları sadə,səmimi, həm mənfi, həm müsbət cəhətləriylə birlikdə, lakin şeirsəl bir dillə
əks etdirmişdir. Onun hekayəçiliyini üç dövrə bölmək olar: 1) 1936-1940-cı illərdə yazdığı ilk dövr
hekayələri, 2) 1948-ci ildə “Lüzumsuz adam” kitabıyla başlayıb 1952-ci ildə nəşr olunan “Son quşlar”
kitabına qədər olan orta dövr hekayələri və 3) Və bu tarixdən vəfatına qədər olan son dövr hekayələri. Tahir
Alangu Səid Faiqin üç dəfə hekayə yazmağa fasilə verdiyini, yazmaqdan soyuduğunu göstərir. 1) 1939-cu
ildə atasının ölümü; 2) 1944-cü ildə “Medar-ı Maişet Motoru”nun qadağan edilməsi; 3) 1946-cı ildə
həkimlər ona serroz diaqnozu qoyarkən.
Yazıçının “İpək dəsmal” adlı ilk hekayəsi 15aprel 1934-cü ildə “Varlıq” jurnalında çap olunmuşdur.
Yazarın ilk kitabı isə 1936-ci ildə nəşr olunan “Samavar” adlı kitabıdır.
Yazıçının ilk kitablarında hadisələrin üçüncü bir şəxs tərəfindən təhkiyəsi üstünlük təşkil edir. Yəqin
ki bu yazıçının özüdür. Yazıçı özünü bu hadisələrin və insanların həyatının mərkəzinə qoyur. Bu cəhətdən
“İpək dəsmal” hekayəsi səciyyəvidir. Hekayədə sevdiyi qız ipək dəsmal istədiyi üçün fabrikə oğurluğa gələn
15yaşında bir uşaq təsvir olunur. O, oğurluq edərkən gözətçini əvəz edən şəxs tərəfindən tutulur.
Emalatxananın yerini bilməyən bu uşağın nə üçün oğurluğa gəldiyini biləndən sonra onu müdir gəlməmiş
buraxır. Uşaq dəsmalsız qalır və oradan qaçıb uzaqlaşır. Çünki müdir bu yaşda oğurluq edən bir uşaq görsə,
həmişə ağıllansın deyərək polisə verilməsini söylərdi. Emalatxananın yerini biləndən sonra bu uşaq təkrar
oğurluğa gəlir. Bu dəfə ağaca çıxaraq pəncərədən içəri keçən uşaq dəsmalı oğurlaya bilir. Lakin dəsmalı
götürdükdən sonra qaçmaq istərkən ağacın budağı qırılır və uşaq düşərək ölür. İpək dəsmalı isə rüzgar alıb
götürür. Yazıçı sevdiyi qız üçün iki dəfə oğurluğa gedən uşağın cəsarətini göstərir. Birinci dəfə oğurluq edən
uşaq üçüncü şəxs tərəfindən tutulsa da qaça bilir. Yazıçı eyni zamanda sevdiyi qız üçün ikinci dəfə oğurluğa