Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə223/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   219   220   221   222   223   224   225   226   ...   243

414 

 

xüsusi inkişaf mərhələsində böyük yeri vardır. Azərbaycan xalqının uzun müddət bu böyük mütəfəkkirin 



düşüncələrindən, biliyindən bixəbər qalması bizim milli mənlik şüurumuzun faciələrindən biridir. 

 

Əhməd bəy Ağaoğlu özü də istəmədən 1930-cu ildə böyük bir siyasi eksperimentin iştirakçısına 



çevrilir. Başlanmasına Atatürk tərəfindən qərar verilən, lakin sonradan qaydasız oyuna çevrilən bu ciddi 

siyasi aksiyanın əsaında əslində Əhməd bəyin ürəkdən tərəfdar çixdiği, Cümhuriyyətin siyasi gələcəyi 

baxımından çox böyük dəyər verdiyi bir ideya- ölkəni həqiqətən demokratikləşdirmək, fikir və əməllərin 

sözdə yox, işdə rəqabətinə yol açmaq niyyəti dayanırdı. Türkiyənin qanun və demokratik dəyərlərin üstün 

olduğu Avropa dövləti kimi görmək istəyən Atatürk həmin il hakim Cümhuriyyət xalq partiyası ilə siyasi 

rəqabət şəraitində siyasi hakimiyyət uğrunda mübarizə aparan müxalifət partiyasının qurulmasına qərar verir. 

Həmin müxalifət izinli fəaliyyət göstərəcəkdir. Lakin bununla belə, Atatürkün niyyətinin səmimiliyi heç 

kimdə şübhə doğurmurdu. 

Atatürk təkpartiyalı sistemi hətta respublika şəraitində də Avtoqratiyaya çevrildiyini hamıdan daha 

yaxşı başa düşürdü. Ona görə də Amerika və yaxud qərb modeled əsasında rejimin mahiyyətini qorumaq 

şərti ilə biri- birinə müxalifətdə olan və bu yolla da , biri digərinin fəaliyyətini nəzarətdə saxlayan, 

hakimiyyətdən sui-istifadənin qarşısını alan iki aparıcı partiyanın mövcudluğuna tərəfdar idi. 

O, ürəyinin dərinliyində bu siyasi eksperimentin uğuruna inanmasa da yeni firqənin qurucuları 

sırasında yer aldı. Görkəmli ideoloq istəmədən cəlb olunduğu bu uğursuz oyundan ləyaqətlə çıxmasına 

imkan yaradılmasını istəmişdir.  Sərbəst firqənin 1930-cu ildə keçirilən ilk çoxpartiyalı seçkilərdə uğuru, 

həm də uğursuzluğa çevrildi. Xilaskarı olduğu ölkənin və xalqın onun rəhbərlik etdiyi partiyanı deyil, 

müxalif sərbəst firqəni seçməsini Atatürk siyasi həyatının ciddi sarsıntısı kimi yaşadı. Sərbəst firqənin 

fəaliyyətini dayandırması ərəfəsində Əhməd Ağaoğlu özünün xilaskarı, ailəsinin rifah və xoşbəxtliyinin 

səbəbkarı saydığı Atatürkdən istəmədən cəlb olunduğu bu uğursuz oyundan ləyaqətlə çixmasına imkan 

yaradılmasını istəmişdir. Atatürkün “ nə edəcəksən?” -sualı qarşısında  “əmrinizlə girdiyim partiyadan 

çixmayacağam.” O, sözünün ağası olmağı bacardı. Sərbəst firqə eksperimentinə qoşuldu, partiyadan istefa 

etməsilə bağlı heç bir bəyanat vermədi.  Sərbəst firqə cəmi yüz gün ömür sürmüşdür. Bu partiyanın 

yaradılmasında əsasən ölkəni həqiqətən demokratikləşdirmə, fikir və ənənələri sözdə yox, işdə rəqabətinə yol 

açmaq niyyəti dayanırdı. “Ölkəni təkpartiyalı idarəçilik sistemindən qurtarmaq üçün ikinci partiya sərbəst 

firqə yaratmaq təşəbbüsündə əqidə dostları ilə birlikdə Əhməd bəy Ağaoğlu da yer alır. Siyasi fəaliyyətində 

təkpartiyalı idarəçilik rejiminin demokratiya ilə uyuşmadığı tezisini müdafiə edir” (2;41-42). 

Yeri gəlmişkən qeyd edək ki, milli istiqlal mücahidlərindən Əziz Alpoudun “Həyatımın hekayətləri” 

memuar xarakterli əsərində bununla bağlı bir qeydə rast gəlirik. O, bu əsərin səhifələrində Əhməd bəy 

Ağaoğlunun firqə quruculuğundakı fəaliyyətindən və oradakı çıxışlarından bəhs edir. 

Əhməd bəy Ağaoğlu yeni firqəyə Qazinin göstərişi ilə gəlsə də o özü də bu işə razılığı vermişdir. 

Lakin bu partiya Əhməd Ağaoğlunu dərindən sarsıtmışdır. Bu, tragikomediya çox zərbələr yemiş, 

mənəviyyatı üçün ağır zərbə olmuşdur. Sərbəst firqənin yüzgünlük  ömrü başa çatandan sonra Ankaradan 

İstanbula köçmüşdür. Bütün həyatını böyük ideallar uğrunda mübarizəyə sərf edən şəxsiyyətlərin çoxu kimi 

Əhməd Ağaoğlu da ömrünün sonlarında unutqanlıq və laqeydliyin ağrı acılarını dadmalı olmuşdur. 

Azərbaycan mühacirəti içərisində puplisistika ilə ən çox Əhməd bəy Ağaoğlu məşğul olmuşdur. Onun 

“Üç mədəniyyət”, “İxtilalmı, İnqilabmı?”,  “Sərbəst firqə xatirələri”, “İngiltərə və Hindistan” kitabları və 

çoxlu sayda məqalələri müəllifin bu sahədəki axtarışlarının ümumi mənzərəsini əks etdirir. Əhməd bəy 

Ağaoğlu o dövrdə Türkiyə, Rusiya və dünyada cərəyan edən siyasi hadisələrə biganə qalmamış, rus 

müstəmləkəçiliyinin kəskin tənqid olunduğu yazılarla çıxış etmişdir. Onun publisistikası Türkiyə 

mətbuatında da dərin iz qoymuşdur. 

Əhməd Agaoğlunun publisistik yaradicılıgında əhəmiyyətli yer tutan bir növ memuar səpkisində 

yazilmis ” Sərbəst firqə xatirələri” əsərində ədib 1930-cu ildə Atatürkün göstərişi ilə Sərbəst Cumhuriyyət 

firqəsi qalmaqalı ilə bağlı əhvalatları qələmə almışdır. 

İlk növbədə mühacirət mətbuatı sovet Azərbaycanında baş verən ədəbi hadisələrə ciddi şəkildə 

münasibət bildirməyə basladı. Mühacirətdəki bütün ziyalılar vətəndə təzyiqlər altında baş verən təhriflərə 

qarsi son çarəni yalnız milli istiqlala qoşulmaqda görərək hər kəsi bu yolda yürüməyə səsləmişlər. 

“Əhməd bəy Agaoğlu heç bir cətinliklərdən qorxmur həmisə mubariz olur. O həyatıni bitib-

tükənməyən mubarizələrdə kecirir. Xatirələrdə bir tərəfdən Əhməd bəy Agaoğlunun keşməkeşli ömur yolu 

vərəqlənir, onun yaddaşından səhifələri qabardılır digər tərəfdən ədibin həyatının ədəbiyyat və siyasətlə bağlı 

məqamlarına diqqət yetirilir onun əlaqə və ünsiyyətdə olduğu şəxsiyyətlərdən bəhs edilir. 

Azərbaycanın, eləcə də, bütün türk aləminin intellektual tarixində özünəməxsus yer tutmuş Əhməd 

bəy Ağaoğlunun dünyagörüşü qərbçilik və vətənpərvərlik mövqelərinin sintezi, maarifçilik metodologiyası 

ilə birləşdirilmiş və orijinal liberal-demokratik məzmun kəsb etmişdir. O, özünün qərbçilik mövqeyini və 



415 

 

onun şərq aləminə, o cümlədən Azərbaycana tətbiqi təmayüllü fikirlərini müxtəlif mətbuat orqanlarında izah 



etməyə başlamışdır. O, böyük fransa inqilabının elan etdiyi və dünya liberal demokratik fikrinin əsas 

leytmotivinə çevrilmiş “azadlıq, bərabərlik, ədalət” prinsiplərinin qızğın təbliğatçısı olmuşdur. “Əhməd 

Ağaoğlunun qərbpərəst olması təsadüfi deyildir. Bəziləri ola bilsin ki, bu mövqeyi onun Parisdə, Sarbonna 

universitetində təhsil alması ilə bağlaya bilərlər. Ancaq bu, ilk baxışda çoxları tərəfindən qəbul edilən 

arqument kimi irəli sürülsə də çox bəsit xarakter daşıyır. Çünki, tarixdə bəzi ölkələrin ziyalıları Avropada 

təhsil almışdırlar, lakin kosmopolit qərbçi mövqedən çixiş etməmiş, əksinə, milli mənafeyi  ön plana çəkmək 

yolu ilə hərəkət etmişdirlər.” (2; s. 14) Qərbçilər təkcə qərbdə təhsil alanlar deyillər. Qərbçilik mənəvi və 

maddi sərvətləri ümumbəşəri baxımdan qiymətləndirməklə dərk olunmuş intellektual bir mövqedir. 

Dünyanın inkişaf etmiş ölkələrinin çoxunda baş verən tərəqqinin mahiyyətini düzgün başa düşən hər hansı 

milli mənafeli intellektual bir mövqeyə gələ bilər. Əhməd Ağaoğlu da bu cür intellektuallardan idi. Əhməd 

Ağaoğlunun qərb və islam aləmini sivilizasiya prinsipi əsasında səciyyələndirib mədəniyyət prinsipi 

müstəvisinə gəlməsinin bir mühüm səbəbini də onda görmək lazımdı ki, onun fikir və düstürlarının yalnız 

mütəfəkkirin əsərlərinin mətni əsasında deyil, daha çox həmin konsepsiya və qənaətləri doğuran dövrün 

sosial-siyasi və mənəvi mübarizə məntiqi çərçivəsində qiymətləndirmək zəruridir. 

Əhməd bəy Ağaoğlu çağdaş türk siyasi memuar ədəbiyyatının diqqətəlayiq cəsarətli və obyektiv 

nümunələrindən biri olan “Sərbəst firqə xatirələrinin” bu siyasi eksperiment uğursuzluqla başa çatandan az 

sonra, hadisələrin isti izi ilə 1931-1932- ci illərdə yazıb tamamlamışdır. Lakin 20-30-cu illər Türkiyəsi ilə, 

türk siyasi elitası ilə bağlı bir sıra acı, sərt həqiqətlərin özünə yer aldığı ”Sərbəst firqə xatirələri”nin müəllifin 

sağlığında və Əhməd bəyə qarşı həmişə ədalətsiz münasibəti ilə seçilən İsmət İnönünün hakimiyyəti 

dövründə (1938-1950) çapı qeyri-mümkün idi. Səməd Ağaoğlunun da bir sıra zəruri qeydlərlə nəşrə 

hazırladığı “Xatirələr” ilk dəfə Əhməd bəyin ölümündən 11 il sonra, demokratik partiyanın Türkiyədə 

hakimiyyətə gəldiyi 1950-ci ildə işıq üzü görmüşdür. 

1969- cu ildə İstanbulda “Sərbəst firqə xatirələri”nin ikinci, 1995-ci ildə isə Ufuk Özcanın ön sözü ilə 

üçüncü dəfə nər olunmuşdur. Əhməd bəy Ağaoğlunun “Seçilmiş əsərləri”nə daxil edilən mətn müəyyən 

ixtisarlarla və qismən Azərbaycan dilinə uyğunlaşdırılmaqla həmin nəşrdən götürülmüşdür. 

 

Ədəbiyyat 



1.Ağaoğlu Ə. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2007, 392 səh.  

2. Quliyev V. Serbest fırka hatıraları. İstanbul, Nebioğlu, 1942 

3. Hüseynov Ş. Əhmədbəy Ağaoğlunun dünyagörüşü.Azərnəşr, 1998, 107  s.  

4.Məmmədli S. Azərbaycan Cümhiyyəti bədii nəsrdə. Elm və təhsil, Bakı,   2009,  180 səh. 

5 . Sultanlı V. Azərbaycan mühacirət ədəbiyyatı. Bakı, Şirvannəşr,1998, 160 səh. 

 

 



TƏRANƏ RƏHİMLİ 

Filologiya üzrə fəlsəfə doktoru, dosent, 

Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

1960-1970-ci İLLƏR AZƏRBAYCAN NƏSRİNDƏ İNSAN KONSEPSİYASI VƏ ƏDƏBİ TƏNQİD 



 

Açar sözlər: nəsr, tənqid, insan, konsepsiya, roman, qəhrəman 

  

Сonseption of man of prose 1960-1970-s years in the literary criticism 



 

In the article it is narrated about the factor of men of contemporary Azerbaijan prose in national literary 

criticism, is determined theoretical relation to the novels of Anar, Elchin,  Sabir Ahmedli and others relative to the fluid 

national literary process 1960-1970- s of years. In the center studies are located problems the artistic hero “new 

prose”. Contemporary Azerbaijan prose is evaluated in the context of basic trends in development of criticism and 

important creative tendencies of that period. Article has applicable value at the scientific seminars of the philological 

departments of the higher schools, dedicated to questions of special courses and special seminars. 

Key words:  prose, literary criticism, konseptions, novels, literary heroes 

 

1960-70-ci illər Azərbaycan nəsrinin özünəməxsusluğunu şərtləndirən, onun keyfiyyət yeniliyini təmin 



edən cəhətlərdən başlıcası insan konsepsiyasının fərqli tərzdə bədii həlliidir. Ədəbi tənqid sözügedən dövrün 

nəsrinin təhlilində sadə, sıravi insanları təmsil edən yeni tipli qəhrəmanın daha geniş izahına yer verir, onun 

spesifikasını açmağa səy göstərirdi. “Altmışıncılar” “insan” mövzusunu sözügedən dövrün ədəbiyyatına yeni 

mövzu, təzə problem olaraq əsaslı şəkildə yenidən daxil etdilər. Onların əsərlərində bədii maraq şəxsiyyətə, 

fərdə, ən sadə, sıravi cəmiyyət üzvlərinin mənəvi-psixoloji aləminin dərinliyə, iç qatlarına yönəldiyindən 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə