Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə222/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   218   219   220   221   222   223   224   225   ...   243

412 

 

nənəm”, “Nənələrin məhəbbəti”, “Nənə və nəvə”, “İki nəvəli nənə”, “Nənəmin ikinci nəvəsi, “İki nəvə bir 



nənə”, “Qocalar”, “Nənənin nəvələri”, “Nənələr qocaldılar” və s. kimi şeirlərində nənələr bir qayda olaraq 

müdrik, işbilən,  ağbirçək, cəfakeş nəvələrini dərin məhəbbətlə sevən, onların hər əzabına qatlaşan, ərköyün 

hərəkətlərinə dözən evin qayğıları elə yaşayan bədii surətlər kimi verilir. “Sözə baxmayanda” şeirində nənə 

nəvə münasibətlərinin çox həyatı, təbii təsviri ilə qarşılaşırıq. 

Nənə durur lao o başdan. 

İşləri görür yavaşdan. 

Süd bişirir çay dəmləyir. 

Ay uşaqlar ac getməyin. 

Bircə tikə yeyin-deyin. 

Cavab gəlir: 

- İstəmirik 

Səhər tezdən biz yemirik. 

Böyük Azərbaycan şairi S.Vurğun uşaqlar üçün yazmağın nə qədər məsuliyyətli və çətin bir iş 

olduğunu, uşaq qəlbini, uşaq təbiətini, ümumiyyətlə, uşaq həyatını tərənnüm etməyin nə qədər vacib 

olduğunu deyirdi. O, 1944-cü ildə yazdığı “Balalarımız üçün gözəl əsərlər yazaq” adlı elmi-nəzəri 

məqaləsində qəti şəkildə bildirdi ki, uşaqlarla sözün mənfi mənasında uşaq kimi deyil, insan kimi davranmaq 

lazımdır. O uşaq insandır ifadəsini söyləmişdir. Bəzən uşaqlar üçün yazan şairlər elə hesab edirlər ki, 

uşaqlara sadə olmayan bədii zövq və tərbiyə problemləri barədə söz açmaq lazım deyil. Ona görə də bəzi 

uşaq şeirlərini oxuyan zaman əməyə məhəbbət, dostluğa sədaqət, ata-anaya hörmət, ehtiram və s. barədə 

sadəlövh mülahizələrdən o tərəfə keçə bilməyən şeirlərlə qabaqlaşmalı oluruq. Lakin, A.Səhhət, M.Ə.Sabir, 

A.Şaiq, M.Dilbazi kimi söz ustadlarının yaardıcılıq təcrübəsi göstərir ki, Azərbaycan uşaqları mürəkkəb 

məsələlər barədə mükəmməl mülahizələr yürütməyə qadirdilər. Eyni zamanda həmin yaradıcılıq təcrübəsi 

göstərir ki, müasir Azərbaycan uşaq şeirinin müəllifləri üçün də zəngin bir məktəb olaraq geniş yaradıcılıq 

imkanları açır. Lakin bu heç də o demək deyil ki, müasir uşaq şairi cəmiyyətin qarşısında duran mürəkkəb 

problemlərin şərhi ilə məşğul olmalıdır. Söhbət ondan gedir ki, şair bugünkü uşaqları və gəncləri 

maraqlandıran, cəlb edən etik-mənəvi məsələlərdən yan keçməməli, həmin məsələləri poeziyada bütün 

dolğunluğu ilə şərh etməlidir. Yalnız ümumi didaktik mülahizələr, soyuq ritorik misralarla bu gün,, 

kompüterin, cürbəcür elektron oyunların, son xarakterli verilişlərin əhatəsində yaşayan uşağın mənəvi-

psixoloji aləminə yol tapmaq, onu bu baxımdan zənginləşdirmək, tərbiyə etmək mümkün deyildir. 

Artıq öz dövrünü keçmiş mənəvi-etik mülahizələrin çeynənmiş şəkildə heç bir bədii orijinallıq 

nümayiş etdirmədən təqdim olunması uşaq mənəviyyatının və təfəkkür tərzinin formalaşmasına müsbət heç 

nə vermir, əksinə uşaqları bu ifadələrdən  usandırır, nəticədə onlar bu ədəbi materiallara mənfi münasibətdə 

olurlar. 

Uşaqların bədii zövqlərinin formalaşmasında onların ilk eşitdikləri musiqi, ilk baxdıqları rəsm 

nümunələri və ilk oxuduqları bədii əsərlər böyük rol oynayır. Bunlar yeni bir aləmə-zövqlər aləminə açılan 

bəlkə də ilk pəncərə olur. Uşaqların zövq mənbələri müxtəlif və rənarəngdir. Valideynlərin qarşısında ilk 

duran vəzifələrdən ən başlıcası uşağın qavramasına və zövqünə, eyni zamanda onların yaşına və bilik 

səviyyəsinə uyğun əsərlərin seçilməsi daha düzgün olardı. 

Müasir Azərbaycan uşaq poeziyasının sayılıb-seçilən sənətkarlarından olan R.Yusifoğlunun uşaq 

şeirlərinə nəzər salsaq görərik ki, onun şeirlərinin mövzu dairəsi rəngarəngdir. O uşaq psixologiyasına daha 

yaxından bələd olduğundan və ədəbiyyatın nəzəri əsaslarını mükəmməl bildiyindən, qələmə aldığı şeirləri 

şirin yumoru, yığcamlığı, aydınlığı ilə diqqəti cəlb edir. 

Şairin şeirləri kiçik yaşlı oxucunu istər-istəməz düşünməyə vadar edir. Bu baxımdan, “Ağ yolların 

yolçusu”, “Bir kitab sətirləri” və s. uşaq şeirləri uğurlu təsir bağışlayır. “Daha uşaq deyiləm” adlı şeirlər 

kitabına daxil edilən şirin yumorlu, informasiya verici bədii nümunələr böyük maraq doğurur. Burada Rafiq 

Yusifoğlu hər bir həyat hadisələrində çoxlarının görə bilmədikləri bəzi həqiqətləri öz oxucusu ilə elə bölüşür 

ki, elə bil şeiri oxucu özü görüb Rafiq Yusifoğlu isə onu gözəl bir şeirə çeviribdir. Bax əsl uşaq şeirinin 

böyüklüyü, cazibədarlığı da ondadır ki, həmişə mövzu oxucu ürəyindən xəbər verir, onu həyat hadisələrinə 

maraq dolu gözləri ilə baxmağa sövq edir. Şairin “Bir ay bir də çay” şeirində Azərbaycan təbiətinin poetik 

təsvirinə rast gəlirik. Misraları beş hecadan ibarət olan bu şeirdə Azərbaycanın hər bir guşəsinin gözəlliyini 

görmək mümkündür. 

Gedib mürgüyə 

Dağlar, yamaclar. 

Yatıb meşədə 

Kollar, ağaclar. 



413 

 

Yuxuya dalıb 



Dərələr, düzlər. 

Tənha üşüyür 

Cığırlar, izlər. 

Uşaqların insani duyğulara münasibətlərini nizamlamaq, həyata olan inamını möhkəmləndirmək, 

onların sirli dünyanı, füsunkar təbiəti dərk edərək zərif və incə hisslərlə tərbiyə olunmasına nail olmaq, uşaq 

təxəyyülünü formalaşdırmaq üçün təbiət təsvirləri çox əhəmiyyətlidir. R.Yusifoğlunun əsərlərində uşağın 

zövqünü oxşayan təxəyyül və fantaziyasını gücləndirən bədii detallar çoxdur. 

Təbiətə təsvirləri xüsusi fərqləndirici intonasiya ilə oxunmalıdır. Şeiri oxuyarkən təsvirlərin bədii 

təsvirinə xüsusi fikir verilibsə, bu uşağa bədii zövq aşılayır. Valideynlə və tərbiyəçilər unutmamalıdırlar ki, 

təbiət hadisələrinin müşahidəsi bu təsvirlərin rolu üzərində işlətmək, onların zövqünün  inkişafı və 

formalaşmasına güclü təsir edən fasilələlərdən biridir. 

Alimlərin fikrincə bədii zövq eşitmək, görmək, dinləmək və mütaliə ilə də sıx bağlıdır. Onun əsası 

ailədə qoyulur. Sonrakı dövrlərdə ailə və məktəb arasında sıx bağlılıq yaranır. Bədii zövq müstəqil mütaliə 

yolu ilə inkişaf edir və formalaşır. Oxu vərdişinə və mütaliə mədəniyyətinə isə uşaq məktəbdə yiyələnir. 

Mütaliə isə mədəniyyət əlamətidir. O, uşaqlarda gözəlliyi duymaq, sənət əsərlərini qiymətləndirmək 

bacarığını tərbiyə edir. Mütaliənin köməyi ilə həyat haqqında bəsit təsəvvürünü olan uşağın biliyi genişlənir, 

lüğət ehtiyatı zənginləşir. Beləliklə həyat tərzini və insani münasibətlərini daha yaxşı başa düşür. Onun 

formalaşmasında isə estetik təsir doğur. Odur ki, uşaq bədii əsərləri ifadəli oxumağı bacarmalıdır. Buna görə 

də uşaq əsəri elə formada yazılmalıdır ki, uşaq onu oxuyarkən eyni zamanda əsərin mənasını da dərk etsin. 

Bu da öz növbəsində uşaqlarda bədii zövqün formalaşmasında böyük rol oynayır. 

Bu gün Azərbaycan uşaq yazıçıları qarşısında çox məsul vəzifələr durur. Bu vəzifələr tək şeir yazmaq 

deyil, eyni zamanda uşaq psixologiyasını geniş bilməyi və valıideynlərlə sıx təmasda olmağı təcrid 

etməlidirlər. Əgər belə olarsa yazdıqları əsərlər uşaq zövqünün düzgün formalaşmasına səbəb ola bilər. 

 

Ədəbiyyat 



1.Abdullayev C. Bədii ədəbiyyatın tərbiyəvi rolu. Filoloji araşdırmalar, 2004. 

2.Allahverdioğlu P. “Dəbistan” jurnalında tərbiyə məsələləri. “Azərbaycan məktəbi”, 1958, №7 

3.Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı antologiyası 3 cilddə. I,II-III cild, 2005. 

4. Budaqov B. Təbiət poeziya işığında. 

5. Əhmədov C. Uşaq ədəbiyyatında ideya və sənətkarlıq məsələləri. Azərbaycan, 1960, №2 

6. Məhərrəmova C. Azərbaycan uşaq ədəbiyyatında ənənə və novatorluq. 1970-80-ci illər. Bakı, ADPU, 1997. 

7. Tahirli Z. Böyük vətən müharibəsi illərində Azərbaycan sovet uşaq şeiri. Bakı, Azərnəşr 1991, 96 s. 

8. Məmmədov X. Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı. Bakı, Nasir, 2001. 

9. Məmmədova Ş. M.Dilbazinin uşaq yaradıcılığı. Bakı, ADPU, 2014. 

10. R.Yusifoğlu. Uşaq ədəbiyyatı. Bakı, təhsil, 2002, 268 s. 

 

TƏRANƏ AĞAMALIYEVA 



Bakı Dövlət Universiteti 

 

ƏHMƏD BƏY AĞAOĞLUNUN “SƏRBƏST FİRQƏ XATİRƏLƏRİ” ƏSƏRİNİN ƏSAS 



MOTİVLƏRİ 

 

Açar sözlər: partiya, Ağaoğlu, siyasi, milli, mühacirət 



 

The prominent national Azerbaijan ideologist AhmadbayAgaoglu’s work "Free sect Memories" is involved in the 

analysis in the article named by “The main motives of AhmadbayAgaoglu’s  "Free sect Memories" work”. Here, the 

main themes of emigration literature are investigated and taken into account at the same time. 

Keywords: party, Agaoglu, political, national, immigration 

 

Əhməd bəy Ağaoğlu Azərbaycanın və Türkiyənin bütünlükdə isə çağdaş türk islam dünyasının 



görkəmli şəxsiyyətlərindən biridir. XX əsrin əvvəlləri Əhməd bəy Ağaoğlunun elmi- bədii yaradıcılığının və 

ictimai-siyasi fəaliyyətinin zəngin dövrünü əhatə edir. Onun bu illərdə yazdığı “ Sərbəst insanlar ölkəsində”, 

“Üç mədəniyyət”, “Dövlət və fərd”, “Sərbəst firqə xatirələri” və s. kitabları nəşr olunmuşdur. 

Əhməd bəy Ağaoğlu çətin, ziddiyyətli və mürəkkəb həyat yolu keçmişdir. Bu böyük şəxsiyyətin ömür 

yolunun bir çox məqamları indiyədək qaranlıq qalmışdır. Təbii ki, milli mübarizənin vüsət aldığı həqiqi 

qələm sahiblərinə daha çox ehtiyac duyulduğu bir zamanda Əhməd bəy Ağaoğlu kimi qüdrətli şəxsiyyətin 

Azərbaycandan uzaqlaşdırılması həmin mübarizəyə və onun ideallarına zərbə idi. Onun milli şüur tariximizin 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə