Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə224/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   220   221   222   223   224   225   226   227   ...   243

416 

 

Aərbaycan nəsri məhz 1960-70-ci illərdə yeni tipli bədii qəhrəman konsepsiyası ilə fərqlənməyə başladı.. 



Xüsusilə, həmin ədəbi nəslin yaratdıqları bədii örnəklərdə, povest və hekayələrdə, romanlarda dövr, sosial 

gerçəklik “ictimai sistem və quruluş” kimi deyil, hər şeydən əvvəl mənəvi, etik səltənət kimi, əxlaq və vicdan 

meyarı kimi qavranılır və bədii təhlilin predmetinə çevrilirdi.  

Həmin əsərlərdəki qəhrəman tipinin düşüncə və təsəvvürləri ədəbiyyatdakı “sovet adamı” ehkamı, 

qəlibləşmiş modeli ilə heç cür uyğun gəlmirdi. Bədii nəsrin dəyişən problematikası, təzə mövzu çalarları, 

fərqli ideyaları, yeni sənətkarlıq xüsusiyyətləri və s. yaradıcılıq məsələləri ilə müqayisədə ədəbi tənqidin 

bədii qəhrəman konsepsiyasına sonsuz diqqət və marağı da buradan irəli gəlirdi. Ədəbiyyatşünas Yəhya 

Seyidov bu cəhətin “altmışıncılar”ın bədii qəhrəman konsepsiyasının əsas xüsusiyyəti kimi qabarıq 

göründüyünü, milli nasirlərimizdə insan mənəviyyatına marağın gücləndiyini müşahidə edərək tədqiqatında 

vurğulayır: «50-illərin sonlarından Azərbaycan nəsrində insanın daxili aləmini əks etdirmək meyli güclənib. 

Müasir Azərbaycan nəsrinə həsr olunan araşdırmalar içərisində az nümunə tapmaq olar ki, həmin meylə bu 

və ya digər dərəcədə toxunmasın» (5, 3). 

Tənqid “altmışıncılar” ədəbi nəslinin yaradıcılıq örnəklərinə həssaslıqla yanaşır, “nəsrə dəstə ilə gələn” 

və hər biri böyük bədii potensiala malik nasirlərin hekayə və povestlərini diqqətlə tədqiq edirdi. Anar, Elçin, 

Çingiz Hüseynov, Maqsud və Rüstəm İbrahimbəyov qardaşları, Sabir Əhmədli, İsi Məlikzadə və başqa 

nasirlərin yaradıcılığında diqqəti çəkən sadə insan obrazları tənqid-təhlil materiallarında daha geniş yer alır, 

onların psixologiyası, sosial mühit və zamanla əlaqəsi, dünyagörüş müxtəlifliyi, müəllif qayəsinin ifadəsində 

bu qəhrəmanların rolu və s. məsələlər aydın elmi izahını tapırdı.  

Tənqid Elçinin, Anarın povestlərinin bədii qəhrəmanlarının izahı zamanı hər iki yazıçının mənəvi-

əxlaqi axtarışları ilə seçildiyini, sənətkar mövqeyinin dürüst ifadəsi, əsərlərinin estetik nəsihət motivi ilə 

yadda qaldığını vurğulayır. Anarın “Dantenin yubileyi”, “Gecə yarısında hadisə”, “Ağ liman”, “Əlaqə”, 

“Macal” povestləri müasir Azərbaycan gerçəkliyinin dolğun bədii ifadəsi baxımından mükəmməl örnəklər 

kimi dəyərləndirilir, bu əsərlərdəki qəhrəmanların yazıçı məqsədinin kifayət qədər dəqiq ifadəsində əhəmiy-

yəti qeyd olunur. Bakı və Bakıətrafı kəndlərdə baş verən hadisələr fonunda sadə insanların yaşantılarını, 

mürəkkəb psixologiyasını, daxili yaşantılarını, ruhu-mənəvi aləmlərini əks etdirən Anarın qəhrəmanları hər 

zaman ədəbi-nəzəri fikrimizdə böyük maraqla qarşılanmış, ədəbi diskussiya və polemikaların mövzusu 

olmuşdur. Bu əsərlərin başlıca problematikası sosial-siyasi və mənəvi-əxlaqi problemlərdir.  

Anarın qəhrəmanları da bu problemlərin məngənəsində sıxıldıqları üçün çözüm yolu axtaran, mübarizə 

aparan, bəzən də taleyi ilə barışıb açıq mübarizədən uzaq olan, lakin ruhi-mənəvi yaşantıları ilə cəmiyyətlə 

daxili çəkişməsini davam etdirən obrazlardır. Bu mərhələdə yazılan povestlərdə ”hadisələrin əhatə dairəsi 

xeyli daralıb, cəmi bir neçə adamın ətrafında cərəyan etsə də, məhdudluq təəssüratı yaranmır, çünki mənəvi-

psixoloji konfliktin ictimai konkretliyi aydın göstərilir, bədii fikir həyatın səciyyəvi cəhətlərini, dövrün 

sosial-əxlaqi mənzərəsini şərh etməyə doğru yönəlir və mündəricə dolğunluğu, əsərin zamanın ruhunu ifadə 

etməsi də bununla şərtlənir” (1, 96). Tənqidçi Akif Hüseynovun İsa Hüseynov nəsri haqqında söylədiyi bu 

fikri Anar yaradıcılığına, eləcə də bütövlükdə 1960-1970-ci illər nəsrinə şamil etmək mümkündür: 

Ədəbi tənqid Anarın “Ağ liman” povestinin çağdaş ədəbiyyatımıza gətirdiyi yeniliyi, müasirliyi əsasən 

əsərin dövr, zaman haqqında dolğun təəssürat yarada bilən bədii qəhrəmanları ilə izah edirdi. İlk olaraq 

böyük tənqidçi Məmməd Arif Anar qəhrəmanlarının nəsrimizin ənənəvi qəhrəmanlarından fərqli olduğunu 

göstərirdi: “Anarın mövzusu da yenidir, amma dediyimiz təravət təkcə mövzuya, yazıçının təsvir etdiyi 

aləmə, hadicə və insanlara aid deyildir. Anarın hekayələrində fövqəladə hadisələrə, igidlik, şücaət, 

qəhrəmanlıq göstərmək iddiasında olan adamlara rast gəlmirik.” (2, s.286)  

Anarın digər povestlərində də bu cəhət aydın müşahidə olunurdu. Anar “Dantenin yubileyi” povestində 

qəhrəmanın daxili aləmini onun zahiri hərəkət və davranışlarının təsvirində oxucuya çatdırır. Bu povestdə 

müəllif  həyatını teatra həsr etmiş, canı-qanıyla peşəsinə bağlı olan, lakin istedadı olmadığı üçün daim gülüş 

hədəfinə çevrilən aktyor Feyzulla Kəbirlinskinin obrazı fonunda  cəmiyyətdə və sənətdə yerini tapa bilməyən 

insanların yaşadığı faciənin, ağrı və əzabların mənəvi-psixoloji qatlarını açmağa çalışmışdır. Daim gülüş 

hədəfinə çevrilən Feyzulla Kəbirlinskini müəllif gülünc vəziyyətlərə salmaqla onun timsalında istedadsız 

aktyorları ifşa edir. Eyni zamanda, Anar Feyzullanın daxili yaşantılarına da xüsusi diqqət yetirir. 

Kəbirlinskini Dantenin yubieyinə göndərdikləri zaman o, ilk dəfə burada aldadıldığını, ələ salındığını 

anlayır. Müəllif bu anda əhrəmanın ruhi vəziyyətini belə ifadə edir: “ Feyzulla gözünü qaldırıb Həcərə baxa 

bilmirdi. Bilirdi ki, Həcər bu saat açılacaq: “yerə soxum sənin fərsiz boyunu. Mən də deyirəm axı... Kimdir 

səni adam yerinə qoyan?” Kəbirlinskinin bu vəziyyəti onun mənəvi oyanışına yol aça bilərdi. Lakin Anar 

təhkiyəni burdaca kəsir və hadisələrin davamını  oxucu mühakiməsinə, oxucu təxəyyülünün ixtiyarına 

buraxır.  Muxtar İmanov Rahid Ulusel əsərin təhlilində qəhrəmanın ruhi-mənəvi vəziyyətinə fərqli yazıçı 

münasibətini önə çəkirlər.  



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə