Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə227/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   223   224   225   226   227   228   229   230   ...   243

419 

 

4.



  Əlişanoğlu T. Azərbaycan “yeni nəsr”i. Bak: Elm, 1999. 

5.

  Seyidov Y. Axtarış yollarında. Bakı: Yazıçı‚ 1983. 



6.

  Nəbiyev B. Roman və müasir qəhrəman. Bakı: Yazıçı, 1987. 

7.

  Əliyeva N. Müstəqilliyimiz. Mənəviyyatımız. (Məqalələr toplusu). Bakı, «Araz» nəşriyyatı, 2003 



8.

  Göyüşov Z. Daxilə pəncərə. Bakı, Azərnəşr, 1978. 

9.

  Əhmədov S. Seçilmiş əsərləri. 2 cilddə II cild B.: Azərnəşr‚1990. 



 

 

 



TÜRKAN ƏLİYEVA 

Azərbaycan Dillər Universiteti 

                                    

MODERNİST TÜRK NƏSRİ 

 

   


   Açar sözlər: Modernizm, postmodernizm, təhkiyə,ənənə 

 

The stage of new traditionalists in modernist turkish prose 



 

İn Turkey under the infuluence Western Europa particularly French literature the first exapmles of modersnist 

prose emerged second half of nineteeth centure/ But it is not mean that there were no literary types and genres in 

Turkish word art in medival. Turkish literary is based on the tradition of classical poets or popular legends and stories, 

fairy tales, legends, epic, jokes and stories . qisse and storiteller were riched with examples of prose fiction and 

documentary. Although interest in heritage in Turkey for a long time, since last time 80s of the last centure was 

changed the traditional narrative approach. A tribute to the creativity of writers called traditionalists especially in the 

east of narrative , its underlying philosophy of mysticism and wesstern modernism and post-modernizm esthetic 

character of synthesis.   

Key words: Modernism, postmodernism,narration, tradition 

   

Dini-tarixi kitablar, xüsusən müqəddəs Quran, islam fəlsəfəsi və  islami elmlər, təsəvvüf və ürfani 



hikmətlər, eləcə də zəngin ümumtürk ədəbi fondu bütövlükdə Orta əsrlər Türkiyə ədəbiyyatının ən mühüm 

mənbələrindən sayılır. Bu zəngin ədəbi irsə daxil olan əsərlərin anlatma, nəql etmə və ifadə tərzinin 

qaynağını klassik Şərq (ərəb və fars) təhkiyə mədəniyyəti (təhkiyə, təsvir, təcəssüm, tərənnüm və s.) təşkil 

edir. Türk söz sənətinin sonrakı inkişaf mərhələlərində də ənənəvi təhkiyə və onun formalarına müraciət 

olunmuşdur. Belə ki, XV-XVIII əsrlərin türk ədəbiyyatı bəlağət və onun bölmələrinin (fəsahət, məani, bəyan 

və bədii)  kanonlarına  və ənənəvi  milli  təhkiyəyə  söykəndiyi  kimi

Avropa ədəbiyyatının təsiri ilə yeni tipli türk nəsri nümunələrinin ortaya çıxdığı XIX əsrin II yarısında 

da yazıçılar yeni ifadə üsullarına yönəlməklə yanaşı, ənənəvi təhkiyəni də unutmur, əsərlərində ona müraciət 

edir, türk bədii düşüncəsində hələ ədəbi təmayül kimi formalaşmamış modernist Qərb təhkiyəsi ilə sintezini 

yaratmağa çalışırdılar. Məsələn, “Tənzimat” ədəbi məktəbinin (1860-1895) görkəmli nasiri, naşiri və 

publisisti Əhməd Midhədin (1844-1912) yaradıcılığında ənənəvi Şərq təhkiyəsi ilə Avropa modernist nəsr 

təhkiyəsinin qovuşdurulması təşəbbüsünü müşahidə etmək mümkündür. Onun “Kıssadan hisse”, “Let ifi-

rivayat”, “Hasan Mell h”, “Hüseyin Fellah” kimi nəsr əsərlərində tarixin fraqmental təqdimatı ilə məddah 

və xalq hekayəsi ənənələrinin geniş yer verildiyini görürük.  (1.s.68 ) 

Ədibin ənənəvi hekayədən istifadəsi, ilk növbədə, özünü əsərin təhkiyə üsulunda və yazıçı üslubunda 

göstərir. O, hadisəni ənənəvi hekayəyə xas şəkildə nəql edərkən, vaxtaşırı araya girib, oxucuya müəyyən 

məlumat verir, onunla fikir və düşüncələrini öyrənmək istərcəsinə söhbətləşir. Bu ünsiyyətlə oxucunun 

diqqətini əsərin məqsəd və məramına yönəltməyə çalışır. Bütün bunlar yazıçının ənənəvi məddah 

hekayələrinə xas təhkiyə metodunu yeni tipli nəsr əsərlərinə tranformasiya etməsinə imkan verirdi. Əhməd 

Midhət bir tərəfdən mövzusunu Türkiyə həyatından, formasını – süjet xətti, kompozisiya quruluşu və s. kimi 

ədəbi atributları Qərb nəsrindən götürdüyü hekayə və romanlarını o dövrün Qərb təhkiyəsi ilə qələmə alır, 

digər tərəfdən, tamamən yeni olan bu üsulla ənənəvi məddah janrını unudulmaqdan qurtarmaq, zamanın 

tələbinə uyğun inkişaf etdirmək arzusu daşıyırdı. Bununla da o, ənənəvi türk nəsr təhkiyəsini 

modernləşdirməyi, onun Qərb təhkiyəsi ilə sintezini yaratmağa səy göstərirdi. 

Təəssüf ki, zəmanəsi üçün novator və cəsarətli addım olan bu cəhd onun müasirləri və “ədəbiyyati-

cədidəçilər” tərəfindən davam etdirilmir. “Sərvəti-fünun” ədəbi məktəbi (1896-1901) nümayəndələrinin 

yaradıcılığında təhkiyənin ənənəvi üsulları  nisbətən  arxa  plana  keçir.  Bu  məktəbin ən  böyük nasiri və 

modern türk hekayəsinin ilk yetkin nümunələrini verən Xalid Ziyanın (1866-1945) əsərlərində ənənəvi 

təhkiyənin yerini Qərbdən əxz edilən nəsr komponentləri tutmağa başlayır (“Aşkı-memnu”, “Mai ve Siyah”, 

“Ferdi ve Şürekası” və s.). 




420 

 

“Fəcri-ati” ədəbi cərəyanının (1908-1912) məşhur nümayəndəsi Mehmet Raufun (1875-1931) “Eylül” 



romanında isə ənənəvi təhkiyə öz yerini lirik-psixoloji təhkiyəyə tərk edir. Əsərdə Qərb  ədəbiyyatının o 

dövr üçün rəvacda olan anlatma tərzi və ifadə şəkilləri üstünlük təşkil edir. Romanda daxili dialoq və 

monoloqların bolluğu, mənəvi təbəddülat və psixoloji təfərrüatlar, hadisə və mükalimələrə uyğun zaman və 

məkan seçimi, romantik ecaz, obrazların alafranqa – avropalısayaq və alaturka – milli (türksayaq) danışığı, 

hərəkəti, geyimi və davranışları diqqətdən yayınmır. 

XX əsrin I rübü Türkiyənin ictimai-siyasi həyatında ciddi dəyişikliklərə yol açmış “Gənc türklər” 

inqilabı və Sultan II Əbdülhəmidin taxtdan endirilməsi (1908-1909), “İttihad və Tərəqqi”çilərin hakimiyyətə 

gəlməsi (qısa fasilələlə 1908-1918-ci illər), Balkan müharibələri (1912-1913), Birinci Dünya müharibəsi 

(1914-1918) kimi təlatümlü hadisələrə şahid olmuşdur. Əsrin ilk iki onilliyində həm klassik Şərq təhkiyə 

ənənəsi, həm də  XIX əsin 60-cı illərindən etibarən aparıcı mövqedə olan maarifçilik və Qərbçilik kimi fikir 

ədəbi-ideoloji cərəyanlarının təsir gücü tədricən zəifləyir, islamçılıq,  qismən də osmanlıçılıq ideyaları ilə 

yanaşı, millətçilik-türkçülük məfkurəsi nüfuzlu fikir cərəyanlarına çevrilməyə və Milli ədəbiyyat 

formalaşmağa başlayır (Mehmet Akif, Yəhya Kamal, Mehmet Emin, Ahmet Haşim, Ömər Seyfəddin, Refik 

Xalid və s.). (2.79s.)

 

Türkiyə Milli-azadlıq hərəkatı (1919-1922) və qazanılan qələbədən sonra Türkiyə Cümhuriyyətinin 



qurulması (1923) kimi cahanşümul tarixi hadisələrin meydana çıxardığı ictimai-siyasi mühit türk 

ədəbiyyatının sonrakı inkişaf istiqamətlərini müəyyənləşdirir, dövrün yazıçı və şairlərində yeni dünyagörüşü 

və sənət anlayışı formalaşdırır, ilk iki onillikdə poeziyada “Beş hecaçılar”, “Yeddi məşaləçilər” kimi 

tanınmış şairlər, nəsrdə  Xalidə Ədib, Rəşad Nuri, Yaqub Qədri və s. kimi görkəmli nasirlər yetişir. 

XX yüzilin 30-cu illərindən etibarən formalaşmağa başlayan “toplumçu gerçəkçilik” (“ictimai 

realizm”) hərəkatı türk nəsri və poeziyasında ən uzun ömürlü ədəbi-ideoloji cərəyana çevrilir, sonrakı 

onilliklərdə çox sayda mütərəqqi-demokratik yazıçılar bu cərəyana qoşulur və əsrin 80-ci illərinə qədər sosial 

realistlər ədəbi prosesdə öz aparıcı mövqelərini qoruyub saxlayırlar (Nazim Hikmət, Sadri Ertem, Sabahattin 

Ali, Orxan Kamal, Kamal Tahir, Əziz Nesin, Fahri Erdinç, Samim Kocagöz, Yaşar Kamal, Çətin Altan, 

Bekir Yıldız və s.). 

40-cı illərin sonu – 50-ci illərin əvvəllərində realist türk nəsrində yeni  bir cığır açan, Türkiyə kənd və 

kəndlilərinin həyatını ilk dəfə geniş və obyektiv şəkildə ədəbiyyata gətirən nasirlər qrupu – Mahmut Makal, 

Dursun Akçam, Fakir Baykurt, Talip Apaydın, Mehmet Başaran və s. kimi “kənd ədəbiyyatçıları” 

yetişir.(3.4s.) 

50-ci illərin ortalarından etibarən ədəbi prosesdə fərdiyyətçilik keyfiyyət dəyişikliyi keçirərək yeni bir 

təmayülün doğmasına səbəbiyyət vermişdir. Qərb ədəbiyyatının təsiri ilə formalaşan modernizmin estetik 

prinsipləri ilə yerli  milli-idealist fəsəfi düşüncələrin, eləcə də yazıçıların fərdi psixoloji motivlərin sintezi 

nəticəsində yeni bir ədəbi təmayül –  “bunalım ədəbiyyatı” ( “böhran ədəbiyyatı) cərəyanı ortaya çıxmış, bu 

ədəbiyyatın Leyla Erbil, Lətifə Tekin, Fərid Edgü, Necati Tosuner kimi hekayəçiləri bir-birinin ardınca 

maraqlı əsrlər nəşr etdirməyə başlamışdırlar.(4. c.5) 

60-70-ci illərdə yuxarıda sözügedən son iki qrupun nümayəndələri, eləcə də hər hansı bir ədəbi-

ideoloji qrupa qoşulmadan bədii yaradıcılıqla məşğul olan Memduh Şevket, Sait Faik, Ahmet Hamdi, 

Peyami Safa, Haldun Taner və s. kimi sənətkarlar müasir türk nəsrinin inkişafında çox mühüm rol 

oynayırlar. Onların bir qismi  tənqidi-realist,  digər  bir  qismi  sosial-realist  zəmində  həyat həqiqətlərinin 

inikasına, ən mühüm bəşəri problemlərin ədəbiyyata gətirilməsinə, ölkənin kənd-şəhər, ağa - muzdur, 

maarifçi - cəhalətpərəst, dünyəvilik - din istismarçılığı, ifrat sağçılıq - ifrat solçuluq kimi dilemmalardan 

qaynaqlanan məsələlərinin, kənddən şəhərə köç, xarici ölkələrə, xüsusən Almaniyaya işçi axını, siyasi 

partiyaların seçkiqabağı boş vədlərinə qarşı demokratik hüquq və azadlıqlar uğrunda mübarizə kimi 

mövzuların bədii-estetik dərkinə və mənalandırılmasına səy göstərirlər. Ənənəvi təhkiyəyə münasibət 

baxımından müasir türk nəsri üçün fenomenal ədəbi hadisələr isə ötən əsrin 80-ci illərində – Türkiyədə yeni 

tipli modern Qərb nəsri nümunələrinin ortaya çıxmasından təxminən yüz il sonra baş verir. 

 Bir tərəfdən Orxan Pamuk, Lətifə Tekin, Hasan Ali Toptaş, Mətin Kaçan və başqa postmodernist 

sənətkarların müasir və tarixi mövzuların işləndiyi hekayə və romanları işıq üzü görür. 

Digər tərəfdən klassik Şərq təhkiyə ənənəsinə və bu ənənənin əsasını təşkil edən təsəvvüf fəlsəfəsinə 

müraciət edən “yeni ənənəçilər” – Rasim Özdənörən (1940), Mustafa Kutlu (1947), Hüseyn Su (1952), 

Ramazan Dikmen (1956-1997), Nazan Bəkiroğlu (1957), İskəndər Pala (1958), Elif Şafak (1971) və s. kimi 

çoxsaylı yazıçılar dəstəsi yetişir. 

Bu  yazıçılar özlərindən əvvəlki ədəbi nəsillərdən fərqli olaraq, ədəbiyyatın yalnız ağa-kəndli 

münasibətlərini, sinfi-ideoloji mübarizələri, torpaqlı-torpaqsız insanların məişət qayğılarını, yolsuz, 



Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   223   224   225   226   227   228   229   230   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə