Microsoft Word kitab konfrans son



Yüklə 5,31 Mb.
Pdf görüntüsü
səhifə220/243
tarix17.10.2017
ölçüsü5,31 Mb.
#5271
1   ...   216   217   218   219   220   221   222   223   ...   243

409 

 

 



Dünya ədəbiyyatı tarixinə Corc Oruell təxəllüsü ilə daxil olan Erix Artur Bleyer XX əsr ingilis 

ədəbiyyatının tanınmış nümayəndələrindən biridir. ABŞ-ın nüfuzlu “The Times” jurnalının 2008-ci ildə çap 

olunan məqaləsində Corc Oruell 1945-ci ildən bəri 50 ən yaxşı ingilis yazıçıları sırasına daxil edilmişdir.(1) 

Nəinki ədəbiyyatda,  eləcə də, jurnalistika sahəsində də önəmli işlərə imza atmış yazıçı qısa həyat yolu 

keçməsinə baxmayaraq, arxasında zəngin irs qoya bilmişdir. İctimai haqsızlıq və ədalətsizliyə, totalitarizmə 

qarşı mübarizə onun əsərlərinin əsas leytmotivini təşkil edir. 

Corc Oruell ədəbi yaradıcılığına İkinci Dünya müharibəsi illərində başlamışdır. Hər bir müharibə 

dövrünün sonunda sənətdə və ədəbiyyatda böyük partlayışlar olur. Troya savaşlarından İliada doğdu. 

Minlərlə ildir ki, yaşayır. Orta əsrlərin inkivizisiya təzyiq dövrü Don Kixotu və İlahi komediyanı yaratdı. 

Servanteski uzun illər vuruşmuş və hətta Osmanlıda beş il əsir qalmış bir yazıçıdır. Dante bütün həyatını 

müharibələrdə keçirmiş bir müşahidəçidir. İngilis müharibələri və inqilabı Şekspiri, fransız- Rus 

müharibələrindən biri də Tolstoyu yaratdı. İkinci Dünya Müharibəsi də Corc Oruell kimi haqsızlıqlara qarşı 

həssas qəlbi susa bilməyən mübariz ruhlu yazıçıları. 

Böyük Britaniya ədəbiyyatında xüsusilə C.Oruel II Dünya müharibəsinin məlum olmayan tərəflərini

əhəmiyyətsiz kimi görünən kiçik hadisələri, incə məqamları, bir filosof həssaslığı ilə izah edir. İnsani dərdlər 

qarşısında həssas və səmimi bir yazıçı kimi hadisələrə yanaşır. “Corc Oruell həyatı ilə əsərləri, düşüncələri 

ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardan idi (2,5). Yazıçı yalnız əsərləri ilə bəşəriyyətə 

xidmət göstərməmiş, eləcə də İspaniyada dövlət çevrilişinə cəhd göstərən, Hitler ilə Mussolininin də dəstə-

yini alan Frankoya qarşı vuruşacaq könüllülərə qoşularaq İspaniyaya getmişdir. “Barselonada rastlaşdığı 

köhnə tanışı, İngiltərə müstəqil Leyboristlər Partiyasının tanınmış nümayəndələrindən olan Con Mak Neirə 

də açıq şəkildə: “Kitab yazmaq ikincidərəcəli işdir. Mən faşizmə qarşı vuruşmağa gəlmişəm!” – demişdi 

(2,8). C.Oruell müharibəyə dair xatirələrindən daha sonra “Katalonyaya Salam” adlı əsərində bəhs edir. 

Cəbhədə yazıçı boğazından güllə ilə vurulur və ölümdən son anda xilas ola bilir.  Müharibə onun 

dünyagörüşünə böyük təsir göstərir. Sağaldıqdan sonra o, İspaniya gizli polisi tərəfindən axtarıldığını öyrənir 

və Londona qayıdır. Oruell 1943-cü ildə özünün məşhur “Heyvanıstan” əsərini yazır. Roman sovet 

dövlətinin lideri İosif Stalin və onun tərəfindən bayağılaşdırılmış sosializm ideyalarının tənqidinə həsr 

olunmuşdur.  Əsər 1945-ci ildə çap olunur və yazıçıya böyük şöhrət qazandırır. İkinci Dünya 

müharibəsindən sonra bütün daşların yerindən oynadığı, qeyri-müəyyənliyin hökm sürdüyü bir atmosferdə 

qələmə aldığı romanı gələcəyə dair bir proqnoz idi. 

Müəllif Stalinin rəhbərlik etdiyi Sovet İttifaqında baş verən vəziyyəti və Oktyabr inqilabının ilkin 

prinsiplərindən necə döndüyünü və ya uzaqlaşdırıldığını, alleqorik şəkildə izah edir. Ferma sahibi Consun 

haqsız davranışı altında səfalət içərisində yaşayan heyvanlar  yaşlı və müdrik donuz Mayorun bərabərlik

qardaşlıq haqqında təlimi ilə aydınlanmağa başlayırlar. Povestdə heyvanlar əmək qəhrəmanlarını, insanlar isə 

burjuaziyanı təmsil edirlər. Beləliklə, heyvanlar arasında onun öyrətdiklərinin bir sistem halına salınması ilə 

“Animalizm”  yəni Kommunizm cərəyanı yayılır və yem saatlarının unudulduğu bir gün fermada üsyan 

başlayır. İstehsalın qarşısında maneə hesab olunan Cons və adamları qovulur və yerinə bütün heyvanların 

bərabərliyi üzərinə bir idarəetmə forması qurulur. “Mister Consun simasında yazıçı  Rusiyanın sonuncu çarı 

II Nikolayı göstərmişdir. 1914-cü ildə  II Nikolay Rusiyanın I Dünya müharibəsinə qoşulmasına və sonra hər 

şeyin daha da korlanmağına səbəb olur. Müharibə cəhdi və ərzaq təchizatı ilə bağlı problemlər aclığa səbəb 

olur, eynilə Consun heyvanların qidasını verməyi unutduğu kimi”. (3) 

Necə ki, 1917-ci ildə baş verən oktyabr inqilabından sonra sovet hakimiyyətinin ilk qərarı Sülh və 

Torpaq haqqında qanun olmuşdu. Hansi ki, bütün mülkədarların torpaqları müsadirə edilib kəndlilərə 

paylandı. Onun sosialistik idealarına əsasən fəhlə və kəndli cəmiyyətin əsas təbəqəsini təşkil edirdi. Varlı 

mülkədarlara isə xalq düşməni imici verilmişdi. Povestdə mülkədarlara qarşı düşmənçilik münasibəti 

heyvanların dilindən belə təsvir olunur. “Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o 

zaman aclığı,  ehtiyacı, kölə əməyini doğuran səbəblər də aradan qalxacaq! (2, 323) 

Oktyabr Qələbəsi xüsusi mülkiyyətin aradan qaldırılması və ictimai özünəməxsusluğun əsasını 

qoyaraq, iqtisadi asılılığın yaratdığı yüzillik istismara son qoymaq imkanları yaratdı. İstehsalatdakı anarxiya 

öz yerini elmli, planlı təsərrüfata verdi. “Heyvanıstan”da təsvir olunan heyvanların işini yüngülləşdirmək 

üçün yeni yeldəyirmanı layihəsi ilə yazıçı bu yeniliklərə işarə edirdi. 

Lakin, işlər heç də bu başlanğıc ideallarına uyğun davam etmir. Qısa bir müddət sonra bəzi 

heyvanların daha da “bərabər” olduğu ortaya çıxır. Napoleon adlı donuz, ətrafına topladığı başqa donuzlarla 

birlikdə digər heyvan növlərinin zəif cəhətlərindən çox yaxşı istifadə edərək hakimiyyətə gəlir, rəqiblərini 

aradan qaldırır və beləliklə yeni bir diktatorluq dövrü başlayır. Fermanın digər heyvanlarına düşən pay isə 

eynilə keçmişdə olduğu kimi aclıq, güclü iş şəraitləri və şərtsiz itaətdir. Əsərin sonunda qonşu fermanın 

sahibi olan insanlarla əlaqə quran donuzların üzlərinin dəyişdiyini, bir vaxtlar üsyan etdikləri insanlara 




Yüklə 5,31 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə