407
də insan ömrüdür”, “Ömür keçdi, gün keçdi”, “Yer oğlu”, “Xalq həvamı”, “Son gecə”, “Min dörd yüz on
səkkiz”, “Füzuli” və s. poemalarında ideya fəlsəfi baxışları ümumiləşdirmişdir. Rəsul Rzanın poemaları
yaddaş mövzusuna həsr olunmuş bir janr olaraq meydana çıxmışdır. R.Rza lirikasının əsas pafosu da, poetik
fəlsəfi inamda idi. İnsana belə müraciətin gücündə və işığında idi. Şair sükut və tənhalıq içində də dünyadan
ayrı deyildi. Bu illərə aid bir şeiri bu baxımdan çox xarakterikdir. Şeir “Dünyanın dərdi” adlanır! Ömrün belə
təkrarsız anından şairin “Dördümüzün söhbəti” kimi klassik bir şeiri yaranır. Rəsul Rzanın 60-cı illər fəlsəfi
lirikası bir silsilə təsiri bağışladı; bu şeirlər şairin kitablarında bir-birilə bağlı, əlaqədar olduğu kimi, həm də
bir cəhət təşkil edirdi. Belə silsilələrə R.Rzanın bu dövr poeziyasında bir çox nümunələri göstərmək olar ki,
bunların da arasında heç şübhəsiz, şairin məşhir “Rənglər” silsiləsinin ayrıca yeri vardır. Silsilə ilk dəfə
1962-ci ildə “Azərbaycan” jurnalında dərc olunmuşdur. Silsilənin bu nəşri 27 şeirdən ibarət idi və bu həcmdə
şairin “Duyğular....düşüncələr” kitabına (1964) daxil edilmişdir. Silsilə dərhal ədəbi tərəqqidə kəskin
tənqidlə qarşılandı. Lakin şair bu tənqidlərdən geri çəkilmədi; bir daha silsiləyə qayıtdı, onun “Qırmızının
ümid çaları”, “Firuzəyi”, “Qırmızının inam çaları”, “Mavinin təsəlli çaları”, “Sürməyi”, “Saman sarısı”
poetik mətnlərini yazdı və bu yeni şeirlər “Dözüm” kitabına (1965) daxil edildi. Beləliklə, bütövlükdə silsilə
33 şeirdən ibarətdir. “Rənglər” həm forması, janrı, poetik strukturu etibarilə, həm də lirik mündəricəsi
cəhətdən yeni, son dərəcə novator silsilə idi. R.Rza bu silsilədə də yeni vasitə ilə – dünyanı, insanı dərk
etmək istəyir və bu dərki poeziyada rəng vasitəsilə mənalandırırdı. Şeir adi rəngdə yalnız rəng görmür, yalnız
rəng axtarmırdı, o, rəngdə insan həyatının, insan aləminin çalarlarını arayır və onu rənglə ifadə edirdi. Şairin
silsilədə axtarıb tapdığı, kəşfinə nail ola bildiyi poetik metod belə idi. Silsilə “Uvertura”(opera,dram,balet
kimi eserlereorkestr muqeddimesi, elece de sonata formasinda musteqil orkestr eseridir.) adlı xüsusi və
müstəqil bir şeirlə başlanırdı.
Ağ, qara, sarı, yaşıl, qırmızı,
Hərəsi bir sınaqla bağlıdır.
Bir həsrətimizi xatırladır,
Bir dərdimizi, bir arzumuzu
Hərəsində bir məna arayıb,
Bir səbəb görən var,
Kim bilir, kim sınamış.(4 s.227)
Başqa sözlə, şair rənglərin insan hissləri, insan əhvali-ruhiyyəsi, insanın yaddaşı ilə bağlı olduğunu
demək istəyir və yalnız fırça vasitəsi ilə yox, söz vasitəsilə rəngin insanda oyatdığı təəssüratı, fikri, hissi
ifadə etmək olar və mümkündür-həqiqətini, poetik metodunu bəyan etmiş olurdu. Silsilədə dünyanı poetik
görüm rənglər vasitəsi ilə öz həllini tapmışdır:
Rənglər xatirələr oyadır,
Duyğular oyadır.
Gördüyümüzdən artıq görmək istəməsək
Hər rəng adicə bir boyadır.(4, s.228)
Bütövlükdə bu parçada, xüsusilə son iki misrada silsilənin poetik konsepsiyası ifadə olunmuşdur. Hər
rəngdə şeir göründüyündən daha artıq, daha dərin bir keyfiyyət göstərmiş və silsilə şairin bu səyindən, hər
rəngə dərin nüfuzundan yaranmışdır. Rəng şeirin qəlbində təzə duyğular oyadır, yaddaşı canlandırır və
beləliklə, hər rəng sadəcə adi boya deyil, onların sevinc, kədər, ümid, inam, təsəlli, məhəbbət, nifrət çalarları
vardır. Məhz rənglərə belə baxış və yanaşma nəticəsində, məsələn, həkimin dilindən “Sizdə xərçəng yoxdur”
sözlərini eşidən insanın üzündə yaranan işıq mətndə ağ rəngin doğurduğu assosasiyadır, yaxud gümüşü rəng
vasitəsilə şairin təsəvvüründə dumanlarda oyanan şəhər və Şeyx Şamilin qəbzəsi yazılı xəncəri canlanır.
Deməli şairin fikrində rənglərin oyatdığı assosasiyalar, obrazlar, qətiyyən mücərrəd, dumanlı deyildir; bunlar
dünyanın real cizgiləridir, obrazlardır; bunların mənbəyi insan yaddaşıdır, müsiqidi, rəsm sənətidir; insanın
rənglərlə bağlı yaddaşı və inamlarıdır; ümid həsrət və idealdır. Silsilədə rənglərin poetik dərki və duyumu ilə
təcəssüm etdirilən dünya – insan dünyasıdır; insanın məhəbbət və inam, mübarizə və özünüdərk dünyasıdır.
Rəng ümumiyyətlə R.Rza poetikasında təsadüf olunan ünsürlərdəndir. Onun poeziyasında, məsələn, “Göy at”,
“Ağ fil”, “Ağ yasəmən” və s. obrazlara təsadüf etmək olur. Yaxud belə bir beytini xatırlamaq da yerinə düşər:
Qara matəm rəngidir, – deyirlər, – yox, yalandır,
Qaldır kipriklərini gözlərinlə inandır.(3, s.227)
Silsilədə isə bu rənglə yaddaşda canlanan obrazlar daha zəngin və əhatəlidir. Burada, məsələn, bu
rənglə:
Həsrətli gözlər,
Pərişan saçlar,
408
Titrək dodaqlar –
Dili ali məclislərdən qovulan
qolları buxovlu olan
qəbilələr, xalqlar.(4,s.240)
“Rənglər” silsiləsinin əsas xüsusiyyəti – fikir lirikası olmasıdır. Lakin bu fikr emosional-hissi fikirdir;
şairin bütün duyğu və həyəcanları ilə ifadə olunan fikirdir. Məsələn, sarı rəngə həsr olunan şeiri götürək.
Silsilədə bu rənglə bağlı iki şeir vardır. Bunlar “Sarı” və “Saman sarısı” şeirləridir; İkinci şeirin adı
N.Hikmətin bir şeirinin adıdır və bu rəngə bağlı şeirin mətnində N.Hikmət obrazı, onun ağrılı məhəbbəti və
həsrəti əsas motivdir.
Beləliklə, “Rənglər” silsiləsində şair ona proloq kimi yazdığı hissədə bəyan etdiyi əsas yaradıcılıq
konsepsiyasını bütün dərinliyi və önəmi ilə gerçəkləşdirirdi. Silsiləni oxuyarkən hiss edirsən ki, həqiqətən də
hər rəng adi boya deyildir; rənglərdə hissi və fikri, məhəbbəti və qəzəbi, iztirabı və sevinci, ümidi və inamı
ifadə etmək imkanı vardır; rənglə tarixi və sənət aləmini ifadə və dərk etmək mümkündür. Bu və ya başqa
rəngə şairin yanaşmasının bütün subyektizmi ilə birlikdə hər bir şeir tamamilə fərqli səslənir, heç bir şeir
digərinə qətiyyən bənzəmir. Şeirləri birləşdirən rəsmdən fəlsəfəyə doğru hərəkətdir. Bununla belə qeyd
etməliyik ki, silsilə çap olunduğu ilk vaxtlarda onun bu məziyyətlərini, prinsipial poetik yeniliyini tənqid
görə və qiymətləndirə bilmədi. Ancaq o da fakrdır ki, silsilə haqqında tənqiddəki ifrat meyl uzun sürmədi;
silsilə tərcümə olundu və o, respublika hüdudlarından kənarda dərhal yüksək qiymətini aldı. Məsələn hələ
1964-cü ildə “Komsomolskaya pravda” qəzeti silsilədən bəzi nümunələrin tərcüməsini oxuculara təqdim
edərək yazırdı: “Şərqin qədim, poetik ənənəsi – dünyəvi nə varsa hər şeydə dərin məna görmək, insanın
əhatəsində yaşadığı şeirdə dünyəvi əşyaların gözəlliyini tərənnüm etmək ənənəsi bu şeirlərin əsasını təşkil
edir. Misradan-misraya keçdikcə şairin assosiasuya da getdikcə mürəkkəbləşir. Bu mrəkkəblik Rəsul Rzanın
təsvir etdiyi dünyanın coxcəhətliyindən irəli gəlir və tbiətin çələngi kimi bütün silsilənin leymotivi kimi bu
şeirlərdə insanın obrazı – “yuxulu bir körpənin təbəssümü” (“Ağ işıq”, “bizə ilkin əlifba öyrədən müəllimin
zaman axarında qalmış surəti” (“Gümüş”),, “şikəst bir övlad anasının bənizi” (“Sarı”), “poladlaşan dəmir”
(“Al-qırmızı”) obrazı yüksəlir. “Rənglər” N.Hİkmət, İ.Taufer, E.Mejelyatis və b. şairlərin də yüksək
qiymətini qazandı. Tənqidçi Y. Lukin yazırdı: “Azərbaycan sənətkarının ən səciyyəvi, özünnəməxsus
əsərlərindən biri “Rənglər” silsiləsidir. Burada həm dərin fəlsəfi düşüncələr, həm də şeir forması sayəsində
novator şair axtarışları öz əksini tapmışdır”.
Beləliklə, bu nəticəyə gəlmək olr ki, Rəsul Rza poeziyası bütövlükdə zamanın, müasirliyin fəlsəfi-
poetik dərkidir; bu müasirliyin hiss və həyəcanları, ümid və düşüncələri ilə iztirab və təfəkkürü ilə aşılanmış
bir sənətdir; bir poeziya simfoniyasıdır.
Ədəbiyyat
1.
R. Rza, Çinar, Bakı, Azərnəşr, 1939, 181 səh
2.
R. Rza, İntiqam!.. İntiqam!... Bakı, Uşaqgəncnəşr, 1943, 34 səh
3.
R. Rza, Üvertura: Rənglər silsiləsindən “Yeni Azərbaycan” 2010.-24 aprel.- S.10.
4.
Rəsul Rza Seçilmiş əsərləri, 5 cilddə, III cild, Bakı, “Öndər nəşriyyat”, 2005, 256 səh
5.
Rəsul Rza. Seçilmiş əsərləri. Beş cilddə. I cild. Bakı, "Öndər nəşriyyat", 2005, 304 səh
ŞƏMS BƏHRAMİ
Bakı Dövlət Universiteti
CORC ORUELL YARADICILIĞINDA MÜHARİBƏ
(“Heyvanıstan” povesti əsasında)
Açar sözlər:
Corc Oruell, “Heyvanıstan”, Dünya Müharibəsi, ingilis ədəbiyyatı
George Orwell, was an English novelist, essayist, journalist and critic. His work is marked by lucid prose,
awareness of social injustice, opposition to totalitarianism and outspoken support of democratic socialism. Orwell is
best known for two novels, Animal Farm and Nineteen Eighty-Four, both of which were published toward the end of his
life. Animal Farm (1945) was an anti-Soviet satire in a pastoral setting featuring two pigs as its main protagonists.
These pigs were said to represent Josef Stalin and Leon Trotsky. The novel brought Orwell great acclaim and financial
rewards.
Key words: George Orwell, Animal Farm, World War, British literature