Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
28
səbəb olurdu. 1921-ci il avqustun 21-də “Zaqvneştorq”dan Azərbaycan SSR
XKS-nin sədri Q.Musabəyova ünvanlanan teleqramda göstərilirdi: “Bakı
gömrükxanasında “Zaqvneştorq”un mallarından gömrük rüsumu tutulur ki,
bu da onun əsas vəzifələri ilə ziddiyyət təşkil edir. Xahiş edirik belə bir
rüsumun ləğv edilməsi haqqında qəti göstəriş verəsiniz. Kollegiya üzvü
Virap” [3, 42, 190, 195, 304].
1920-1921-ci illərdə gömrük rüsumları şöbəsinin əməkdaşları əsasən
Azərbaycan Xalq Cümhuriyyətinin gömrük təşkilatlarında çalışan “köhnə”
mütəxəssislərdən ibarət idi. Şöbənin rəisi əvvəllər olduğu kimi
A.T.Qolovan, dəftərxana müdiri N.Q.Flyaçinski, onun müavini
B.B.Qadzyatski təyin edilmişdi. Milli tərkibi ruslardan təşkil edilən 9 nəfər
əməkdaşın aylıq əmək haqqının ödənilməsinə 44 min manat vəsait ayrıl-
mışdı. Yalama gömrükxanasının rəisi
İ.C.Kuç, nəzarətçi Kolasson təyin edilmişdi. Əksinə, respublikanın 2-
ci ən böyük gömrük müəssisəsi olan Ağstafa gömrükxanasının şəxsi
heyətinin milli tərkibi 1920-ci il iyun ayından başlayaraq, ləğv edilənə kimi
(dekabr, 1922-ci il) tamamilə azərbaycanlı əməkdaşlar (cəmi 8 nəfər)
olmuşdur. Gömrükxananın rəisi Məmməd bəy Pepinov, nəzarətçilər Qasım
bəy Xanlarov və Seyid ağa Xəlilov idi. Yuxarı Kür gömrük postunun rəisi
Qulam Rza Babaşov, nəzarətçilər Əbdül Hair Şifiyev, Rüstəm Qurbanov və
Məhərrəm Qənbərov idi. Hələ AXC-nin Maliyyə naziri R.Qaplanov
tərəfindən 1920-ci il martın 20-də Lənkəran gömrükxanasının rəisi
vəzifəsindən azad edilən Mir İsmayıl Talışxanov mayın 10-da vəzifəsinə
bərpa edilmiş və Bakı İnqilab Komitəsinin 17 may tarixli yığıncağının
qərarı ilə aylıq əmək haqqı 4500 manat müəyyən edilmişdi. Məmməd bəy
Pepinovun ailə vəziyyət nəzərə alınaraq, Ağstafa gömrükxanasının rəisi
vəzifəsindən çıxarılaraq Bala-
kən gömrükxanasına rəis təyin
edilmişdi. Sərhəddə hərbi və-
ziyyətin gərginliyi nəzərə alı-
naraq fəaliyyəti müvəqqəti da-
yandırılan Mazımçay postu-
nun rəisi Lositski də iyunun
15-də Balakən gömrükxanası-
na göndərilmişdi [9, 23, 65,
154].
Bununla yanaşı, Bakı
gömrükxanasının rəhbər heyə-
tinin “ruslaşdırılması” faktını
qeyd etmək lazımdır. Bakı
gömrükxanasına 1920-ci ilin
may ayından başlayaraq peşə-
Mir Cəfər Bağırov (1896-1956)
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
29
kar gömrük məmuru L.Budzınski başçılıq edirdi. Maliyyə komissarının
müvafiq əmrləri ilə iyun ayında Q.Xersonski, İ.Ananyev və S.Şerbak 3-cü
dərəcəli nəzarətçi vəzifələrinə təyin edilmişdilər. 1920-ci il iyunun 5-də
“ailə vəziyyətinin nəzərə alınaraq işdən çıxarılması” haqqında müraciət edən
R.Zeynalbəyovun əvəzinə bir vaxtlar Bakı Xalq Komissarları Sovetinin
hakimiyyət olduğu dövrdə Bakı gömrükxanasında gəmi və pakhauz
nəzarətçisi vəzifəsində çalışan, Sentrokaspi diktaturası dövründə isə xidmət-
dən qovulan A.Ryabçikov təyin edilmişdi [7, 83].
Siyasi mövqelərinə görə əməkdaşların təqiblərə məruz qalması
gömrük xidmətindən də yan keçmirdi. Müəyyən bəhanələrlə gömrük
nəzarətçiləri həbs edilir, ya da fiziki təzyiqlərlə üzləşirdilər. Məsələn,
Azərbaycan SSR Fövqəladə Komissiyası kollegiyasının sədri M.C.Bağırov
Nəriman Nərimanovun siyasi baxışlarını müdafiə etdiyinə görə 1921-1922-
ci illərdə Bakı gömrükxanasının rəisi olmuş Əbdül Baqi Məmmədzadə ilə
açıq surətdə ədavət saxlayırdı. Bağırovun göstərişi ilə “çekistlər” mütəmadi
olaraq Bakı gömrükxanası nəzarətçilərinin normal fəaliyyətinə kobud
müdaxilələr edirdilər. Bu hadisələrin şahidi, Nəriman Nərimanovun siyasi
həmfikiri olan Əhməd Əhmədovun Dövlət Siyasi İdarəsinin zindanlarında
saxlanarkən verdiyi ifadələr və xatirələri əsasında tərtib olunmuş “1918-
1925-ci illərdə Azərbaycanda milli hərəkat və ictimai xadimlər şahid gözü
ilə” adlı kitabda M.C.Bağırovla Bakı Gömrükxanasının rəisi arasında yara-
nan münaqişədən bəhs edilir. Aydın olur ki, Əliheydər Qarayevin birbaşa
razılığı əsasında gömrükxana rəisi ixrac edilən mallardan natura şəklində
alınan və Bakı gömrükxanasının anbarlarında saxlanılan ərzaq məhsullarının
bir hissəsi (Azərbaycan sovet hökumətinin qərarı ilə buğda, düyü, qənd, çay
və s. mallardan gömrük vergisi natura ilə alınırdı) hərbi məktəbin ərzaqla
təchizatına ayrılırdı. Bunu qanun pozuntusu hesab edən M.C.Bağırovun gös-
tərişi ilə Əbdül Baqi Məmmədzadə Maliyyə komissarının 1 aprel 1922-ci il
tarixli 951 nömrəli əmrlə gömrük xidmətindən uzaqlaşdırıldı [156, 95-98].
Azərbaycan SSR-in şimal sərhədlərində gömrük məntəqələrinin fəaliy-
yətinin dayandırılması gündəmə gəldi. Ali İqtisad Şurasının sovet respubli-
kalarının sərhədindəki gömrük müəssisələrinin ləğv edilməsi haqqında 11
iyul 1921-ci il tarixli qərarından sonra Azərbaycan Gömrük idarəsinin əmri
ilə fəaliyyəti dayandırılan Ağstafa gömrükxanası üzrə 26 nəfər, Yalama
gömrükxanası üzrə 15 nəfər, Salahlı, Şıxlı, Poylu və Cəfərli gömrük mən-
təqələri üzrə müvafiq olaraq 3, 6, 2, və 3 nəfər xidmətdən azad edildi. Bakı
gömrükxanasının yeni ştat cədvəlində əməkdaşların sayı 107 nəfər nəzərdə
tutulduğundan Gömrük idarəsinin 15 sentyabr 1921-ci il tarixli 109 nömrəli
əmri ilə 41 nəfər işdən çıxarıldı. Ştat cədvəlində cəmi 70 nəfər gömrük
yoxlayıcısı saxlanıldı. Vəzifədən azad edilən gömrükxana rəisi L.Budzin-
skinin əvəzinə Əhməd Düdənginski təyin edildi.
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
30
Həmin dövrdə İranla geniş sərhəd xəttinə malik Naxçıvanda gömrük
xidmətinin fəaliyyəti diqqət mərkəzində saxlanılırdı. Naxçıvan SSR vilayət
xarici ticarət idarəsi 1922-ci il 28 yanvar tarixli kollegiya yığıncağında
qaçaqmalçılıq hallarının çoxalmasını nəzərə alaraq İranla sərhəddə yerləşən
gömrük məntəqələrinin gücləndirilməsi məsələsini müzakirə etmişdi. Culfa
və Naxçıvandakı gömrükxanalara ümumi nəzarət edilməsi xarici ticarət
idarəsinin Təbriz kontoruna tapşırılmışdı. Gömrük məntəqələrinə bir neçə
nəfər dövlət qulluqçusu ezam edilmişdi. Naxçıvan SSR Xalq Komissarları
Sovetinin 1922-ci il 8 aprel tarixli yığıncağında Naxçıvanın Cənubi Qafqaz
Xarici Ticarət İdarəsi ilə münasibətlərini nizamlamaq və digər başqa
məsələlərdə maraqlarını müdafiə etmək məqsədilə xüsusi nümayəndənin
Tiflisə ezam edilməsi üçün 60 mln. manat vəsait ayrılması qərara alınmışdı.
1922-ci il 26 may tarixli yığıncaqda Qafqaz Ordusu Hərbi İnqilab Komi-
təsinin xüsusi şöbəsinin sərhəd gömrük məntəqələrində əhali tərəfindən mal
keçirilməsinin qarşısının alınması haqqında müraciətinə baxılmışdı. Məsələ
geniş tərkibdə müzakirə edilmiş və əlavə rüsumların tətbiqi hesabına
gömrük gəlirlərinin artırılması üçün təxirəsalınmaz tədbirlərin görülməsi
qərara alınmışdı.İran ərazisindən qayıdan köçkün Naxçıvan sakinlərindən
tutulan və Naxçıvan SSR Xalq Komissarları Sovetinin həmin ilin aprel
ayının 24-dən tətbiq olunan gömrük rüsumu Xalq Komissarları Sovetinin
sədri A.Qədimovun təklifi ilə 1922-ci il 6 may tarixli 27 saylı qərarına
əsasən müvəqqəti olaraq dayandırılmışdı. Lakin mərkəzin təlimatı ilə bir
müddət İrandan Naxçıvana qayıtmaq istəyən yerli sakinlərin gömrük-
xanadan buraxılmasına müvəqqəti qadağa tətbiq edilmişdi.
Naxçıvan SSR Xalq Komissarları Şurasının 3 may 1923-cü ildə
Zülfüqar Seyidbəylinin sədrliyi ilə keçirilən iclasında Naxçıvan ərazisindəki
gömrükxanalardan daxil olan rüsumların yerli xəzinədarlığa köçürülməsi
haqqında məsələyə baxılmışdı. Həmin dövlət orqanının 10 avqust 1923-cü
ildə tarixli iclasında isə Xalq Maarif komissarlığı kollegiyasının Naxçıvan
gömrükxanasına daxil olan gömrük yığımlarının bir hissəsinin yerli təhsil
ocaqlarının ehtiyacına ayrılması haqqında müraciətinə baxılmışdı. Lakin
məlum səbəblərə görə bu məsələ müsbət həllini tapmamışdı [85, 112, 127-
133; 165,40].
Naxçıvan MSSR Xalq Komissarları Şurasının 1925-ci il 22 iyul tarixli
iclasında Alışar və Bulqan gömrük məntəqələrinin fəaliyyət zonasında Araz
çayı üzərində bərə və qayıqlardan istifadə edilməsi məsələsinə baxılmış, 12
dekabr tarixli yığıncaqda Naxçıvan gömrükxanasının rəisi Lətifovun
hesabatı dinlənilmişdi. Gömrük işi ilə bağlı qəbul edilən qərarda göstərilirdi:
1) müsadirə olunmuş zəruri istehlak mallarının Naxçıvan gömrükxanası
işçilərinə ayda bir dəfə ucuz qiymətə satılması Zaqafqaziya Gömrük
İdarəsindən xahiş edilsin; 2) Naxçıvan kommunal təsərrüfatı idarəsinə
Bulqan gömrük məntəqəsi ərazisində Araz çayı üzərində bərə keçidinin
Dostları ilə paylaş: |