Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
6
IV FƏSİL. Sovet dövlətinin gömrük siyasətində “yumşalma”
meylləri və Azərbaycanın iqtisadi-ticarət əlaqələri
(1985-1991-cı illər) ........................................................................191
4.1.
SSRİ-nin süqutuna qədər olan dövrdə
Azərbaycanın xarici iqtisadi-ticarət əlaqələri .................................191
4.2. Sovet gömrük sistemində islahatlar və Respublika
Gömrük İdarəsinin yaradılması ......................................................204
NƏTİCƏ. ........................................................................................................219
İstifadə edilmiş mənbələr və ədəbiyyat.............................. ................................223
Azərbaycan SSR-də gömrük işi tarixinin xronologiyası .................................232
Gömrük işi və xarici iqtisadi əlaqələrə aid sənədlər.........................................240
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
7
GİRİŞ
1920-ci il aprelin 28-də baş vermiş bolşevik çevrilişi nəticəsində cəmi
23 ay yaşayan və Şərqdə ilk demokratik
respublika olan Azərbaycan
Cümhuriyyəti süqut etdi. Milli dövlət idarəçiliyinin bir çox sahələrdə olduğu
kimi gömrük işi sahəsində də nəzərdə tutulan tədbirlərin axıradək başa
çatdırılmasına imkan verilmədi və bu vaxta qədər görülən işlər tarixin bir
küncünə atıldı. Məlum olduğu kimi, elmi ədəbiyyatda Azərbaycan Xalq
Cümhuriyyətinin 1920-ci il aprelin 27-də süqutundan sonra yaradılmış
Azərbaycan Sovet Sosialist Respublikası XX yüzillikdə dövlətçilik tarixi-
mizə İkinci Respublika dövrü kimi daxil olmuşdur (bax: C.Quliyev. İkinci
Respublikanın yaranma tarixindən (rus dilində): Bakı, 1997).
Sovet dövrü tarixşünaslığının təhlili təsdiq edir ki,
Azərbaycan SSR-in
iqtisadiyyatı həmin müddət ərzində milli iqtisadiyyat kimi deyil, Sovetlər
İttifaqının vahid təsərrüfat kompleksinin tərkib hissəsi kimi idarə edilirdi.
Əlbəttə, mərkəzin iqtisadi siyasəti Azərbaycan da daxil olmaqla hər hansı
bir milli respublikanın müstəqil iqtisadiyyata malik olmasına qarşı, o
cümlədən xarici iqtisadi-ticarət əlaqələri qurmaq imkanlarından məhrum
edilməsinə yönəldilirdi. Əslində Azərbaycanın digər müttəfiq respublikalar
arasında iqtisadi əlaqələri elə qurulmuşdu ki, milli sərvətlərimiz digər res-
publikaların, başlıca olaraq Azərbaycanın tarixi torpaqlarında
süni surətdə
yaradılmış Ermənistan SSR-in ehtiyaclarının ödənilməsinə xidmət etsin.
Azərbaycan da daxil olmaqla ayrı-ayrı milli respublikaların Sovetlər
İttifaqının xarici iqtisadi-ticarət əlaqələrində iştirak etməsinə qismən də olsa
icazə verilməsi, gəlirlərin bölüşdürülməsinin forma və metodları yuxarıdan
təyin edilmiş “reseptlər” əsasında həyata keçirilirdi.
Sovet gömrük xidmətinin Azərbaycan SSR-in sosial-iqtisadi inkişaf
tarixində rolunun təhlil edilməsinə əhəmiyyət verilməmiş, bu mövzu ümu-
miyyətlə diqqətdən kənarda qalmışdır. Həm sovet dövründə, həm də SSRİ-
nin
süqutundan sonra, aparılan ən yeni tədqiqatlarda belə sovet dövrü
gömrük tariximiz, demək olar ki, araşdırılmamışdır. Bir sıra elmi-tədqiqat
əsərlərində problemə müxtəlif aspektlərdən, eyni zamanda səthi toxunul-
muşdur.
Şübhəsiz ki, sovet dövründə Azərbaycanın
müstəqil gömrük siyasəti
aparmasından söhbət gedə bilməzdi. Çünki respublikanın xarici ticarət və
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
8
gömrük nəzarəti ittifaq orqanlarının fəaliyyət sahəsinə aid olduğuna görə, bu
işin icrası və idarə edilməsi birbaşa Moskvadan həyata keçirilirdi. Bununla
bərabər, 1920-1921-ci illərdə, yəni qısa bir müddət ərzində sovet
Azərbaycanı rəhbərlərinin xarici ticarət və gömrük işi sahəsində müstəqil
siyasət yürütməyə çalışması inkar edilməz fakt olaraq qalır
və bu məsələni
bir çox fakt və sənədlərə əsaslanaraq təhlil etməyə çalışmışıq.
1922-ci il avqustun 1-dən Zaqafqaziya Fövqəladə Komissarlığı
Azərbaycan, Ermənistan və Gürcüstan arasındakı gömrük və sərhəd-keçid
məntəqələrinin 24 saat ərzində ləğv edilməsinə qərar verdi. Cənubi
Qafqazda sovet gömrük idarəçiliyi mərkəzləşdirildi və Tiflisdə Zaqafqaziya
Gömrük İdarəsi yaradıldı. Azərbaycan SSR-in xarici ölkələrlə ticarət
əlaqələri və gömrük işinin inkişafında ənənəvi Bakı yarmarkalarının mühüm
əhəmiyyəti oldu. Beynəlxalq yarmarkanın məhz Bakıda təşkil edilməsi onun
təkcə onun qərb və şərq ölkələrini birləşdirən ticarət yollarının üzərində
yerləşməsi, xüsusilə mənfəətli dəniz yoluna malik olması deyil,
həm də
sovet Rusiyasının mənafeyi ilə bağlı idi. Bakı yarmarkası həmin dövrdə
SSRİ-nin İran, Türkiyə, Əfqanıstan, Monqolustan və Qərbi Çinlə xarici
iqtisadi əlaqələrinin yaradılmasında ilkin mərhələ rolunu oynayırdı.
SSRİ-nin xarici ticarət üzərində dövlət inhisarının qorunub saxlanıl-
masına yönəldilmiş siyasəti Azərbaycan ərazisindəki gömrük orqanlarının
fəaliyyətini də ümumittifaq maraqlarına tabe etdirdi. Sovet gömrük xidməti
əsasən məhdudiyyətlər və qadağanedici prinsiplər əsasında qurulur və dünya
təcrübəsindən faydalanmaq imkanından kənarlaşdırılırdı. Bir qədər təkmil-
ləşdirilmiş sovet Gömrük Məcəlləsində (1928-ci il) göstərilirdi ki,
gömrük
müəssisələri xarici ticarətin inhisarı sahəsində dövlət qərarlarının yerinə
yetirilməsi üzərində faktiki nəzarət edir, gömrük rüsumları toplayır, bütün
digər gömrük əməliyyatlarını həyata keçirir.
Azərbaycan KP(b) MK və Azərbaycan SSR XKS-nin “İrandan daxil
olan ixrac düyüsünün Bakıda yerləşdirilməsi haqqında” 1936-cı il 4 noyabr
tarixli qərarı xarici ticarət fəaliyyətini genişləndirməyə imkan yaratdı. Bu
məqsədlə, Bakı ticarət limanı və gömrükxana ərazisində yenidənqurma
işlərinin aparılması yeni anbarların tikilməsi həyata keçirildi. Mülkiyyət
növünə görə dövlətə və fiziki şəxslərə məxsus çəltik emal edən dəyirmanlar
işə salındı. Gömrük ərazisində emal rejimi altında gömrük əməliyyatlarının
rəsmiləşdirilməsinə başlanıldı. Gömrük gəlirləri tamamilə sovet dövlətinin
xəzinəsinə axıb gedirdi. Digər hüquq-mühafizə orqanlarında
olduğu kimi
gömrük xidmətində də rəhbər vəzifələrə qeyri-azərbaycanlılar təyin edilirdi.
Bununla yanaşı, kitabda vurğulanır ki, xarici ticarət əməliyyatlarının həyata
keçirilməsində ittifaq əhəmiyyətli Bakı və Culfa gömrükxanaları mühüm rol
oynamışdır. Xüsusilə, ikinci dünya müharibəsi illərində adları qeyd edilən
gömrükxanalarda ölkə üçün həyati əhəmiyyət daşıyan yüklər, o cümlədən
müttəfiq dövlətlərdən daxil olan hərbi və humanitar yardımların əsas hissəsi