Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
220
Azərbaycan SSR-nin müstəqil gömrük-tarif siyasəti yeritmək cəhd-
lərinə imkan verilmədi. Gömrük orqanları xarici ticarətin tənzimlənməsi
işindən demək olar ki, kənar edilmişdi. Sovet hökuməti dövlət sərhədinin
gömrük baxımından mühafizəsinin gücləndirilməsi üçün əlavə tədbirlər
görürdü. Lakin Azərbaycan SSR-in birbaşa nəzarətində olan gömrük-
xanalarda rüsum və vergilərin yığılması RSFSR
hökumətini narahat etdi-
yindən ZSSFR İttifaq Soveti sovet respublikaları arasında ticarəti sərbəst
elan edərək bütün gömrük məhdudiyyətlərinin ləğv edilməsi haqqında qərar
qəbul etdi. Bunun əksinə olaraq, cənub sərhədində yeni gömrük məntə-
qələrinin açılmasına təşəbbüs edilirdi. RSFSR XKS-nin 1922-ci il 30 dekabr
tarixli dekretinə əsasən Cənubi Qafqaz ərazisi üç gömrük dairələrinə
bölünmüşdü: 1) Gürcüstan və Abxaziya; 2)
Azərbaycan; 3) Ermənistan və
Naxçıvan ölkəsi. Azərbaycan SSR-in inzibati sərhədləri daxilində fəaliyyət
göstərən Naxçıvan gömrük ərazisi heç bir zərurət olmadan süni olaraq yeni
yaradılan Erməni-Naxçıvan gömrük inspektorluğunun tərkibinə daxil edil-
mişdi. Hər bir gömrük dairəsinə gömrük müfəttişi rəhbərlik edirdi.
1922-ci ildə SSRİ-nin yaradılması ilə bir dövlət halında birləşdirilən
sovet respublikalarının xarici ticarətinin vahid mərkəzdən idarə edilməsinə
başlanıldı. Respublikamızın xarici iqtisadi əlaqələri
mərkəzi idarəetmə
orqanlarına tabe edildi. Xarici ticarət bütünlüklə sovet dövlətinin inhisarında
idi. Gömrük əməliyyatları ittifaq hökuməti tərəfindən həyata keçirilirdi.
SSRİ-də gömrük işinin təşəkkülü və inkişafı mürəkkəb və ziddiyyətli
xarakter daşıyan mərhələlərdən keçdi.
1922-1930-cu illərdə SSRİ-nin bütün gömrük təşkilatları kimi
Azərbaycan ərazisində yerləşən gömrükxanalar həddindən artıq məhdud
hüquqlara malik idi. Sözsüz ki, sovet rejimi dövründə gömrük xidməti
orqanları xalqımızın Azərbaycanın milli maraqlarına xidmət etmirdi.
Gömrük əməliyyatlarından daxil olan pul gəlirləri sovet dövlətinin xəzinə-
sinə axıb gedirdi. Gömrük orqanları daxilində milli mənsubiyyətin əsas
götürüldüyü “kadr təmizliyi” aparılırdı. Bu işi gömrükxanaların
yerləşdiyi
rayonların qəza komitələrində yaradılan komissiyalar həyata keçirirdi. Digər
hüquq-mühafizə orqanlarında olduğu kimi, gömrük xidmətində də rəhbər
vəzifələrə başlıca olaraq qeyri-azərbaycanlılar təyin edilirdi. Xarici ticarət
və gömrüyün idarəetmə aparatının məsul işçiləri sırasında qeyri-azər-
baycanlılar, xüsusi ilə rus, erməni, gürcü və digər millətlərin nümayəndələri
əksəriyyət təşkil edirdi. Sovet dövlət quruculuğunun
ilk mərhələsində
Azərbaycan dilində yazılan gömrük rəsmiləşdirilməsi sənədləri və statistik
hesabatların tərtibi 1922-ci ilin sonundan başlayaraq tamamilə rus dilində
aparılırdı.
Sovet gömrük siyasətinin xarakteri və məzmunundan asılı olaraq aşa-
ğıdakı meyllər müşahidə olunurdu: yerli fabrik qiymətləri ilə xaricdə isteh-
sal edilən malların qiymət fərqi nəzərə alınaraq yüksək idxal rüsumlarının
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
221
tətbiqi; sənaye xammalı, yarım fabrikatlar, ölkədə istehsal edilməyən və
milli sənayenin inkişafına gərəkli olan maşınqayırma avadanlıqlarının
rüsumsuz idxalı; ölkədə zəruri miqdarda istehsal edilən eyni adda malların
idxalına yüksək rüsumların və qadağanedici tədbirlərin tətbiqi; pambıq və
yun mahlıcına mütərəqqi rüsumların tətbiqi; yerli sənayenin istehsalı olan
qənd, spirt, neft və toxuculuq məhsullarının rüsumsuz idxalı həyata
keçirilirdi. Gömrük xidməti qarşısında yeni vəzifə qoyuldu - rüsum və vergi
yığılması funksiyası arxa
plana keçirilir, gömrükxanaların fəaliyyətində əsas
yeri xidmətin nəzarətçi funksiyası, xüsusilə qaçaqmalçılığa qarşı mübarizə
tuturdu.
Araşdırmalar təsdiq edir ki, ikinci dünya müharibəsi illərində
Azərbaycan SSR ərazisindəki gömrükxanalar iqtisadi əlaqələrin hərbi
qaydada yenidən qurulmasında fəal iştirak etmişdir. Qonşu ölkələrdən quru
və dəniz yolu ilə daşınan müxtəlif təyinatlı hərbi-strateji yüklər Azərbaycan
ərazisindəki gömrükxanalarda ciddi surətdə yoxlanılırdı. Lend-liz üzrə
SSRİ-yə gətirilən strateji malların bir hissəsi İran
körfəzindən keçməklə
Culfa gömrükxanasında, digər hissəsi isə və Bakı gömrükxanasında qeydə
alınırdı. Azərbaycan SSR ərazisindəki gömrükxanalar təsərrüfatın hərbi
qaydada yenidən qurulmasında fəal iştirak edirdi. Respublikanın neft
sənayesi, ağır və yüngül sənayesi ilə yanaşı, mövcud nəqliyyat qovşağı,
dəmiryolu və Xəzər dəniz nəqliyyatının ilə yanaşı Azərbaycan SSR əra-
zisindəki gömrük müəssisələrinin mühüm rolu oldu.
Öz sıralarının yarısından çoxunu itirmiş olan Bakı, Culfa gömrük-
xanaları və Astara gömrük postu xaricdən Qırmızı Xaç və Aypara Cəmiy-
yətinin xətti ilə ölkəyə gələn böyük həcmdə yüklərin vaxtında buraxılmasını
təmin etməklə gömrük sərhədində sayıqlıqlarını da əldən vermirdilər.
Müharibədən sonrakı dövrdə SSRİ-nin tərkibinə daxil olan digər
müttəfiq respublikalar kimi Azərbaycana da müstəqil xarici iqtisadi əlaqələr
yaratmaq imkanı verilmirdi. Respublikamızın xarici ticarət dövriyyəsinin
əsas hissəsini Sovet İttifaqına daxil olan respublikalar və QİYŞ üzvü
ölkələri ilə mal mübadiləsi təşkil edirdi.
Bir sıra sosialist ölkələri arasında gömrük əməkdaşlığı,
gömrük işi
sahəsində qarşılıqlı yardımın yeni forma və metodlarının tətbiqi əsas etibarı
ilə xarici ticarət və valyuta üzərində dövlət inhisarının təmin edilməsi ilə
yanaşı gömrük qaydalarının sadələşdirilməsinə də səbəb olurdu. Azərbaycan
SSR 1970-ci illərdən başlayaraq, həmin ölkələrlə iqtisadi-ticarət və turizm
əlaqələrinin inkişaf etdirilməsindən faydalana bildi. Həmin illərdə
Azərbaycan SSR-nin ölkəmizdə və ya xarici ölkələrdə keçirilən beynəlxalq
sərgi və yarmarkalarda iştirakı gömrük nəzarətinin əsas
fəaliyyət sahəsinə
daxil idi.
Sözsüz ki, o dövrdə Azərbaycan müstəqil dövlət olmasa da, Ümum-
milli lider Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və siyasi iradəsi