Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
215
Təxmini
hesablamalara görə, 1989-cu ildə Azərbaycan Respublika
Gömrük İdarəsi tərəfindən Bakıda yerləşən 26 sənaye müəssisəsində 85
mln. manat; aqrar-sənaye müəssisələrində 50 mln. manat; “Azərittifaq”ın
yerli təşkilatlarında 35 mln. manat və Gəncə, Sumqayıt, Mingəçevir və digər
sənaye şəhərlərinin sənaye müəssisələrində 20 mln. manat həcmində ixrac
malları gömrük baxışından keçirilmişdi. 1991-1992-ci illərin proqnoz
rəqəmlərinə görə respublikadan ixrac edilən sənaye mallarının
ümumi həcmi
orta hesabla 550-600 mln. manata çatması gözlənilirdi [83, 2-5].
Azərbaycan Respublika Gömrük İdarəsinin tabeçiliyində olan Mahaç-
Qala gömrük postunun 3 nəfər əməkdaşı Dağıstan MSSR-nin ərazisində
yerləşən müəssislərdə istehsal olunan 18 mln. manat həcmində ixrac
mallarının və 1988-1990-cı illərdə Türkiyənin “Koray-Baynur” şirkətinin
sifarişi ilə daşınan tikinti materialları və avadanlıqların gömrük rəsmiləş-
dirməsini həyata keçirirdi. 1989-cu ildə Azərbaycan Respublika Gömrük
İdarəsinin əmək haqqı fondu 218 min manat olmuşdu.
Respublika Gömrük İdarəsində qaçaqmalçılıqla və gömrük qayda-
larının pozulmasına qarşı mübarizənin gücləndirməsi üçün bir sıra təşkilati
və inzibati tədbirlər görülürdü. Bu məqsədlə Respublika Gömrük İdarəsinin
rəis müavini L.Prudkovun rəhbərliyi ilə üç nəfərdən ibarət (M.Troyanov,
Ə.Əzimov və A.Mikayılov) nəzarət-təftiş qrupu yaradılmışdı.
Qrupun əsas
vəzifəsi Gömrük Məcəlləsi və SSRİ BDGNK-nın normativ sənədlərinin
tələblərinin pozulduğu hallarda xidməti yoxlamalar aparmaqdan ibarət idi.
Respublikanın xarici ticarət fəaliyyətinin genişlənməsi ilə əlaqədar olaraq
Azərbaycanda yerləşən gömrük müəssisələrinin kadr potensialının artırıl-
masına ehtiyac var idi. Azərbaycan Respublikası Gömrük İdarəsinin rəisi, 1-
ci dərəcəli gömrük xidməti müşaviri N.Məmmədovun 1989-cu il 5 aprel
tarixli məktubunda göstərilirdi ki, gömrük əməkdaşlarının sayı 1989-cu ildə
36 nəfər, 1990-cı ildə isə daha 15 nəfər artırılmalıdır. 1990-cı ildən Binə
aeroportunda beynəlxalq aviareyslərin sayının artması burada da gömrük
postunun yaradılmasını zəruri edirdi.
Gömrük xidmətində yeni kadrların işə qəbulu əsasən iki istiqamətdə
aparılırdı: 1) gömrük nəzarəti sistemində işləmək üçün yeni kadrların seçil-
məsi və 2) ehtiyat kadrların seçilməsi və onlarla müvafiq işlərin aparılması.
1989-cu ildə gömrük xidmətində qulluğa qəbul edilən 22 nəfərdən 19
nəfəri
ali təhsilli, 70 faizini 30 yaşına qədər olan gənclər təşkil etmişdi. Müsahibə
yolu ilə yeni işə qəbul edilənlərin əksəriyyətinə ictimai təşkilatlar və hüquq-
mühafizə orqanları tərəfindən təqdim edilənlər, 3 nəfəri isə Əfqanıstandakı
sovet qoşunları kontingentinin tərkibində hərbi tərcüməçi kimi xidmət
edənlər idi. Kadr potensialı əsasən respublika ali məktəblərinin məzunları
hesabına artırılırdı.
Bundan əlavə, Azərbaycan Dövlət Universiteti, hüquq-
şünaslıq, iqtisadiyyat, mühəndis ixtisasları üzrə mütəxəssis hazırlayan digər
ali məktəblərlə əlaqələr yaradılmışdı. Ali məktəblərin 12 nəfər tələbəsi
Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
216
xüsusi proqram əsasında həftədə bir dəfə keçirilən məşğələlərdə gömrük-
xanaların praktik fəaliyyəti ilə tanış olurdu. 1990-1995-ci
illərdə ADU ilə
Respublika Gömrüyü İdarəsi arasında yeni açılan “Beynəlxalq müna-
sibətlər” fakültəsində mütəxəssis hazırlanması haqqında müqavilə imzalan-
mışdı [115, 5-35].
Azərbaycan Respublika Gömrük İdarəsi rəisinin 1989-cu il 3 aprel
tarixli 80 saylı əmri ilə SSRİ-nin dövlət sərhədindən nəqliyyat vasitələri,
malların və digər əşyaların, habelə vətəndaşların şəxsi əşyaların daşınmasına
gömrük nəzarətini təmin etmək məqsədilə Lənkəran, Lerik, Yardımlı,
Cəlilabad, Neftçala, Puşkin və Salyan rayonlarını Astara gömrükxanasının
fəaliyyət zonasına daxil edildi [115, 1]. Respublika Gömrüyünün rəisi
N.Məmmədovun 1989-cu il 6 iyul tarixli 123 saylı əmri
ilə idarənin fəaliy-
yət zonasına daxil olan gömrük müəssisələrində, o cümlədən Astara və
Culfa gömrükxanalarında gömrük baxışı və nəzarətinə sərf edilən iş vaxtının
ölçülməsinə, zəruri normaların müəyyən edilməsi üçün müvafiq komis-
siyaların yaradılmasına göstəriş verilmişdi. Əmrdə ayrı-ayrı gömrükxanalar
üzrə müşahidələrin nəticələrini və irəli sürülən təklifləri iki ay müddətində
təqdim olunması tapşırılırdı [103,14].
Gömrük əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün
müxtəlif kurslar təşkil olunurdu. Azərbaycan Respublika Gömrüyü rəisinin
müvafiq əmrləri ilə rəis müavini F.Ağamalıyev və şöbə rəisi K.Bayramov
fars
dilindən, Culfa gömrükxanasının inspektorları T.Kərimov, F.İbrahimov
və Ə.Nəzərov SSRİ Xarici iqtisadi əlaqələr nazirliyinin Ali kurs proqramı
üzrə türk dilindən (şifahi və yazılı) imtahan vermişdilər. SSRİ BDGNK-nın
13 sentyabr 1989-cu il tarixli əmri ilə Azərbaycan Respublika Gömrüyünün
15 nəfər əməkdaşı türk dili kursuna, o cümlədən Bakı gömrükxanasının 9
əməkdaşı xarici dil kurslarına cəlb olunmuşdu. 1989-cu ilə nisbətən 1991-ci
ilin ştat cədvəlində gömrük əməkdaşlarının ümumi sayının 100,5 vahiddən
123-125 vahidə çatdırılması nəzərdə tutulurdu [98,21; 103,16; 104, 2-5].
Azərbaycanın sovet dövrü gömrük tarixində əlamətdar hadisələrdən
biri 1989-cu ilin 1-2 iyulunda SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin
dəvəti ilə işgüzar görüşə dəvət olunan Türkiyənin
Maliyyə və gömrük naziri
E.Pakdəmirlinin Bakıya işgüzar səfəri ilə bağlıdır. SSRİ Nairlər Sovetinin
sərəncamı ilə sovet-Türkiyə hökumətlərarası iqtisadi əməkdaşlıq Komis-
siyanın Türkiyə üzrə sədri E.Pakdəmirli və onu müşayiət edən şəxslərin
Bakıda yüksək səviyyədə qarşılanması Azərbaycan SSR Nazirlər Sovetinə
tapşırılmışdı [103, 177].
1990-cı ildə Azərbaycan Respublika Gömrüyü üzrə gömrük yığım-
larının həcmi 2450779 manat təşkil etmişdi. Gömrük gəlirlərinin struk-
turunda əsas yeri ölkəyə gətirilən yüklər və sərnişinlərin əl yüklərində
keçirilən əşyalara görə alınan gömrük rüsumları 1088175 manat (44,4 faiz),
poçt göndərişlərinə görə 78064 manat (3,1 faiz) tutulmuşdu. Mühafizə vaxtı