Azərbaycan dövlətçiliyi tarixində gömrük işi
210
Sovet dövlət aparatında aparılan yenidənqurma işləri ilə əlaqədar Bakı
gömrükxanasının bazasında SSRİ Nazirlər Soveti yanında Dövlət Gömrük
Nəzarəti Baş gömrük idarəsinin 27 yanvar 1989-cu il tarixli 17 saylı əmri ilə
Azərbaycan Respublika Gömrük İdarəsi təsis edildi (27 yanvar 1989 - 29
may - 1992-ci il).Onun əsas funksiyası Azərbaycan SSR ərazisində yerləşən
bütün gömrük müəssisələrinin fəaliyyətində çevikliyi təmin etmək idi. 1989-
cu ildə Azərbaycan Respublikası Gömrük idarəsi aşağıdakı idarəetmə
quruluşuna malik idi: 1) Rəhbərlik; 2) Kadrlar şöbəsi; 3) Mühasibatlıq; 4)
Qaçaqmalçılıqla mübarizə şöbəsi; 5) 1, 2 və 3 saylı Əməliyyat şöbələri.
Həmin dövrdə yerlərdə gömrük müəssisələri şəbəkəsinin
fəaliyyəti
əvvəllər olduğu kimi ərazi prinsipi ilə deyil, federativ əsasda quruldu. Belə
ki, bəzi iri gömrükxanaların fəaliyyət zonası müttəfiq respublikaların ərazisi
ilə üst-üstə düşürdü. Buna görə də, həmin gömrükxanaların statusu
dəyişdirildi: Azərbaycan, Gürcüstan,
Tacikistan, Özbəkistan, Qazaxıstan,
Ermənistan, Latviya, Litva, Estoniyada respublika tabeçiliyində gömrük
idarələri yaradıldı.
Respublika hökuməti xarici ticarət əlaqələrinin yeni qaydalar əsasında
qurulması üçün müəyyən tədbirlər görürdü. Məsələn, Azərbaycan SSR
Nazirlər Soveti
“Xarici iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi tədbirləri
haqqında” 1989-cu il 31 mart tarixli 148 nömrəli Qərarı ilə SSRİ Nazirlər
Sovetinin xarici iqtisadi fəaliyyət iştirakçılarına geniş təsərrüfat səlahiyyəti
verilməsini nəzərdə tutan 1989-cu il 7 mart tarixli 203 nömrəli Qərarını
rəsmiləşdirdi.
Həmin qərarlara görə, xarici iqtisadi fəaliyyətin dövlət
tənzimlənməsinin aşağıdakı sistemi müəyyən edilirdi: xarici iqtisadi
fəaliyyət iştirakçılarının qeydiyyata alınması; dövlət sərhədindən keçirilən
malların və digər əmlakın qeydiyyatı; ümumdövlət əhəmiyyətli bəzi mal-
ların idxal-ixrac qaydalarında dəyişikliklər edilməsi;
xarici iqtisadi əlaqə-
lərin çevik nizamlanma tədbirlərinin görülməsi və s.
1989-cu ildən başlayaraq Respublika Gömrük İdarəsinin fəaliyyət
zonasına Azərbaycan SSR və Dağıstan MSSR ərazisi daxil edildi. Dövlət
Plan Komitəsinin məlumatına görə, 1989-cu ildə Respublika ərazisindəki
110 istehsal müəssisəsi dünyanın 90 ölkəsinə 500 mln. manat həcmində
məhsul göndərirdi. Onlardan yarıdan çoxu - 60 müəssisə və təşkilat Bakı
şəhərində yerləşirdi. Gömrük fəaliyyətinin səmərəli təşkil edilməsi üçün
yerləşdikləri ərazi, istehsal olunan malların eyni növdə olması və ixraca
göndərilən malların yüklənməsi vaxtının uyğunluğu nəzərə alınaraq,
xarici
iqtisadi fəaliyyət iştirakçısı olan müəssisə və təşkilatlar ayrı-ayrı qruplara
bölünmüşdü. İxrac mallarının bütün sutka boyu yükləndiyi Bakı elektrik
cihazları və Bakı kondisioner zavodlarına, malların hər gün yükləndiyi
“Azərelektroterm” və “Şampan şərabları” zavoduna 5 nəfər, 9 qrupa ayrılan
digər 56 müəssisəyə isə 9 nəfər gömrük müvəkkilinin ayrılması tələb
olunurdu.
Azərbaycan SSR sovet gömrük sistemi şəraitində (1920-1991)
211
Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 30 iyun tarixli 211 p
nömrəli sərəncamı ilə ayrı-ayrı nazirliklərin tabeliyində olan müəssisə, birlik
və təşkilatlara 1989-1990-cı illərdə xarici şirkətlərlə barter əməliyyatları
aparmalarına icazə verildi [114, 18-19, 54].
1989-cu ilin aprelində Azərbaycan Gömrük İdarəsinə Baş Dövlət
Gömrük Nəzarəti İdarəsindən alınan 2 ədəd kompüter Azərbaycan Elmlər
Akademiyası Kibernetika İnstitutunun mütəxəssisləri tərəfindən quraşdırıl-
mışdı. Bununla da Gömrük İdarəsinin “Avtomatlaşdırılmış idarə sistemləri
və gömrük məlumatlarının təhlili, nəzarətin texniki vasitələri, kinoloji
xidmət və qaçaqmalçılıqla mübarizə işləri” şöbəsinin ştat cədvəlinin 3
vahid, “Planlaşdırma, maliyyə, mühasibat uçotu və nəzarəti” şöbəsinin 4 ştat
vahidi artırılması nəzərdə tutulurdu. Xarici iqtisadi
fəaliyyətin və xarici
turizm əlaqələrinin genişləndirilməsi ilə əlaqədar bütövlükdə Azərbaycan
Gömrük İdarəsinin şəxsi heyətinin 1 yanvar 1989-cu ilə 57,5 ştat vahidi
qədər artırılması məqsədəuyğun sayılırdı.
1989-cu ildə Azərbaycan Respublika Gömrük İdarəsi aşağıdakı
struktura malik idi: 1) rəhbərlik; 2) “SSRİ-nin dövlət sərhədini keçən şəxs-
lərin əl yükü və baqajlarına gömrük nəzarəti” şöbəsi (9 nəfər əməkdaş); 3)
“İdxal-ixrac, diplomatik, sərgi yüklərinə və avtomobillərə gömrük nəzarəti”
şöbəsi (13 nəfər əməkdaş); 4) “Hava və dəniz nəqliyyatında gömrük nəza-
rəti” şöbəsi (14 nəfər əməkdaş); 5) “Qaçaqmalçılıqla mübarizə” şöbəsi (4
nəfər əməkdaş); 6) “Avtomatlaşdırılmış İdarə sistemləri,
gömrük məlumat-
larının təhlili, poçt göndərişlərinə nəzarət və kadrlarla iş” şöbəsi (12 nəfər
əməkdaş); 7) “Mühasibat uçotu və nəzarəti” şöbəsi (4 nəfər əməkdaş) şöbə-
lərindən və “Təsərrüfat-nəqliyyat qrupu” (4 nəfər əməkdaş). Respublika
Gömrük İdarəsinin “İdxal-ixrac, diplomatik, sərgi yüklərinə və avtomo-
billərə gömrük nəzarəti” şöbəsi aşağıdakı funksiyalarını həyata keçirirdi: 1)
Bakı şəhərinin təhsil müəssisələrində alan və ya respublika ərazisində
işləyən xarici ölkə vətəndaşlarının əl yüklərinə və xarici ölkəyə daimi
yaşamağa köçən vətəndaşların əl yüklərinə; sovet vətəndaşlarının, hərbi
qulluqçularının və onların ailə üzvlərinin əl yüklərinə gömrük baxışın
keçirilməsi baxışının
həyata keçirilməsi; 2) beynəlxalq sərgi və diplomatik
korpusun yüklərinin daşınmasına nəzarət; 3) Bakı-Ənzəli-Bakı xəttində
üzən iki gəmidə sərnişin daşınmasına və 4) dəmir yolunun beynəlxalq post
məntəqəsində poçt göndərişlərinə nəzarət edilməsi. Sərnişin və yüklərə
gömrük baxışı cəmi 25 nəfər gömrük nəzarətçisi tərəfindən Azərbaycan
dəmir yolunun Biləcəri, Keşlə-konteyner, Keşlə yük həyəti, Bakı sərnişin və
Bakı dəniz vağzalında və poçt məntəqəsində həyata keçirilirdi. “Hava və
dəniz nəqliyyatında gömrük nəzarəti” şöbəsinin funksiyalarına daxil idi: 1)
Bakı-Ənzəli-Bakı xəttində 45 mln. ton xam neftin və 0,5 mln.
ton dizel
yanacağının 2) Xəzər gəmiçiliyinin və digər ölkələrin gəmiçilik xidmət-
lərinin daşıdıqları 1 mln. ton həcmində yüklərə gömrük nəzarətinin və 3)