Azərbaycan Milli Kitabxanası
40
müəyyənləşməsində digər yarusların özəlliklərinin və eləcə
də səviyyələrarası əlaqənin də xüsusi əhəmiyyət kəsb etdiyi
ortaya çıxmışdır.
Ümumilikdə, «tipologiya» istilahının çoxmənalılığı ilə
bağlı problemə qayıdaraq əlavə edək ki, « dilçilik
tipologiyası və ya dillərin tipologiyası termini haqqında
elmdə vahid anlayış yoxdur» - fikrində heç də yanılmayan
Z.Verdiyevaya görə, «tipologiya» dedikdə «dil tipləri
haqqında təlim», yəni «…ayrı-ayrı dillərin və dil qrup-
larının sistemlərinin müqayisə edilib və ya qarşılaş-
dırılması» nəzərdə tutulur.
Təxminən oxşar mövqe «dilçilikdə tipologiya- dillərin
tiplərini və ya… daha xüsusi dil hadisələrinin mikrosis-
temlərini öyrənir» – fikrinin müəllifi V.M.Jirmunskinin
araşdırmasında
1
səsləndirilmişdir. Məhz, dil tipinin təsbiti
üçün müəyyən sistemitizasiya şəraitində müqayisə və
qarşılaşdırmaların labüdlüyü tipologiyanın «təkcə sinxronik
linqvistikada deyil, diaxronik araşdırmalarda da istifadə
edilən kompleksli elmi metod» olması
2
haqqında rəy
formalaşdırmışdır. Bu isə özlüyündə, tədqiqatımızın hal-
hazırkı bölümü ilə birbaşa əlaqəli olan daha bir problemin
ortaya çıxması anlamına gəlir. Belə ki, linqvistik
ədəbiyyatlarda tipologiyanın dilçilik şöbəsi (və ya
linqvistik «fənn»); morfoloji klassifikasiya və eləcə də (ən
konkret anlamda) dil tipini təcəssüm etdirməsi haqqında
mövcud mülahizələrlə yanaşı, onun (tipologiyanın) özünün
bir elmi metod olması ilə bağlı fikirlər səsləndirilir və bu
1
Жирмунский В.М. О целесообразности применения в языкознании
математических методов / Лингвистическая типология и восточные
языки. М., 1965, стр.108
.
2
Рона-Таш А.О комплесивности типологических методов / Лингвисти-
ческая типология и восточные языки. Материалы совещания. М., 1965,
стр.259.
Azərbaycan Milli Kitabxanası
41
baxımdan, linqvisitik tipologiyanın istənilən aspekti ilə
əlaqədar məqamlarda olduğu kimi, bu məsələdə də yekdil
rəyin formalaşmış olduğunu söyləmək çətindir. Belə ki,
bəzi tədqiqatlarda tipologiya həm metod, həm də dilçilik
şöbəsi kimi səciyyələndirildiyi halda, digərlərində isə artıq
birincinin bazasında ikincinin formalaşaraq
müstəqilləşməsi fikri müdafiə edilir.
«Linqvistik tipologiyanın konseptual aparatının əsasla-
rını müəyyənləşdirən B.Y.Qorodetskiyə görə, «tipoloji
(özünün də bildirdiyi kimi, dilçi tipologiyanı yalnız dillərin
strukturuna əsaslanan təsnifatlandırma qismində nəzərdən
keçirir – A.H.) tədiqatların müasir vəziyyəti üçün
tipologiyanın yardımçı metod deyil, özünün xüsusi
araşdırma predmeti və spesifik vəzifələri olan müstəqil
linqvistik fənn olması nöqteyi-nəzərindən xarakterik»
sayıla bilər və «hal-hazırda sözügedən fənn özünün forma-
laşma stadiyasındadır».
1
Göründüyü kimi, bu mülahizəyə əsasən, ehtimal olunan
qarşılaşdırma, tipologiyanın geniş anlamda dəyərlən-
dirilməsi, yəni özündə istənilən növ (genealoji və ya
coğrafi vəziyyət ortaqlığa, eləcə də struktur oxşarlığa görə)
təsnifatlandırmanı ehtiva etməsindən törəmişdirsə, həmin
istilahın («tipologiya»nın) daha konkret anlamda nəzərdən
keçirilməsi, digər qrup araşdırmaçılara «müasir dilçilikdə
sinxronik – təsviri, başqa sözlə deskriptiv; müqayisəli-
tarixi, başqa sözlə, genealoji» və hələ də «az tədqiq
edilməsindən dolayı, aydın şəkildə formalaşmış postulatı
olmayan tipoloji metod»un mövcudluğunu
2
1
Городецкий Б.Ю. Основы концептуального аппарата лингвистической
типологии. / Лингвистическая типология. М., 1985, стр.65.
2
Рождественский Ю.В. Тезисы о природе понятии лингвистической
типологии / Лингвистическая типология и восточные языки. Мате-
риалы совещания, М., 1965, стр.102
Azərbaycan Milli Kitabxanası
42
müəyyənləşdirməyə imkan tanımışdır.
Çox güman ki, tədqiqatımızda terminoloji qarışıqlığa
(istilah çoxmənalılığının doğurduğu «domino effekti»ni də
nəzərə alsaq, mövcud durumu terminoloji «xaos» da
adlandırmaq olar) yol verməmək üçün «müqayisəli – tarixi
metod→müqayisəli-tarixi dilçilik→genealoji təsnifat»
analogiyasından çıxış edərək və tipoloji araşdırmalarda tip
anlayışının özünün tətbiqindən dolayı, bu istilahın dar
çərçivədə istifadəsinin mümkünlüyünə
əsaslanaraq
« tipoloji metodlar (bu metodların məcmusu məsələsinə
irəlidə daha təfsilatlı şəkildə toxunulacaq); linqvistik
tipologiya və tipoloji təsnifat» istilahlarını fərqləndirsək o
qədər də yanılmarıq.
Bu mənada, «ümumelmi miqyasda» tipologiyanın
«prinsipləri və məntiqi formalarına» (məs: taksonomlara
əsaslanan təsnifat və ya kontinium obyektlərə görə
klassifikasiya) görə fərqləndirilə bilən və «ümumi və ya
oxşar xüsusiyyətlərinin müəyyənləşdirilməsi yolu ilə fərqli
və daxilən qəliz obyektlərin araşdırılması və (həmin)
obyektlərin yaxınlıq səviyyələrini nəzərə almaqla müəyyən
siniflərdə (qruplarda, tiplərdə) birləşdirilməsini
gerçəkləşdirən metod» olduğunu önə sürmüş, daha sonra
isə, «linqvistik tipologiyanın dillərin sistematizasi»yasının
bir növü və ümumi dilçiyin şöbəsi»
1
olduğunu bildirmiş
N.B.Meçkovskayanın izahı xüsusi maraq doğurur. Dilçiyə
görə, «yalnız dillərin tipoloji araşdırılmasında tip
ideyasının özündən… istifadə edildiyindən, linqvistikada
tipologiyanın özünün dillərin digər sistematizasiya
növlərindən (yəni genetik və areal təsnifatlandırmadan)
terminoloji fərqləndirilməsi» məqbul sayılır
2
.Başqa sözlə,
1
Мечковская Н.Б. Общее языкознание. Структурная и социальная
типология языков. М., 2003, стр.14-15.
2
Йеня орда.
Dostları ilə paylaş: |