Azərbaycan Milli Kitabxanası
37
yanaşmasını paylaşan V.N.Yartseva, V.M.Solntsev,
Y.S.Kubryakova
1
və bir çox başqalarının tamamilə haqlı
mövqedən çıxış etdiklərini ortaya qoyur.
Qeyd olunanlar linqvistik tipologiyadakı terminologiya
problemlərinin yalnız bir hissəsini əhatə etməsinə
baxmayaraq (tədqiqatın irəlidəki bölümlərində konkret
problemlərin dəyərləndirməsi çərçivəsində, digər qrup
istilah qarışıqlıqları da nəzərdən keçiriləcək), onu deməyə
əsas verir ki, mövcud qeyri-dəqiqlik, əsas etibarilə, tipoloji
tədqiqatların münfəridləşərək ümummorfoloji
araşdırmalardan (son onilliklərdə nümayiş etdirməkdə
olduğu) ayrılma tendensiyasından və ya morfoloji təsnifat
kriterilərinin birmənalı olmamasından qaynaqlanır.
Tipoloji bölgü meyarları ilə bağlı yaranmış anlaşılmaz
vəziyyətə
gəlincə, onun arxasında bu (tipoloji)
nəzəriyyənin haqqında uzun müddət mübahisələr gedən
problemi – dil tipinin «sərhəd»di problemi dayanır.
1.3. Linqvistik tipologiya – metod, fənn və ya
təsnifatlandırma sistemi?
Tipolgiya sahəsində aparılan istənilən spektrli tədqi-
qatın üzləşə biləcəyi və (ona) münasibət bildirilmədən yeni
araşdırma səviyyəsinə keçilməsi qeyri-mümkün olan ilk
terminoloji «baryer» linqvistik düşüncədə «tipologiya» və
«tip» anlayışları ilə bağlı yetərincə fərqli interpretasiyaların
mövcud olmasından qaynaqlanır.Bu mənada, «tipologiya»
və «tip» terminlərinin geniş sahədə tətbiqinə nəzər
salmaqla, haqqında bəhs edəcəyimiz anomaliya hallarının
1
Кубрякова Е.С. Морфонологические характеристики и их роль в типо-
логическом описании языков / Лингвистическая типология. М., 1985,
стр. 61-62.
Azərbaycan Milli Kitabxanası
38
təbiəti ilə bağlı dəyərləndirmələrin hansı kriterilərə
əsaslanması ilə bağlı mümkün fərqli
şərhlərdən
sığortalanmış olarıq.
İlk olaraq onu bildirək ki, bizim istifadə edəcəyimiz
«tipoloji sapma» istilahı, ümumiyyətlə, eyniyyətə, daha
dəqiq desək, oxşarlığa əsaslanan sistemləşdirmə
1
çərçi-
vəsindəki anomaliya hallarını əhatə etmir. Belə ki, bəzi
hallarda tipologiya, dilçiliyin «ən qədim və eyni zamanda
ən az araşdırılmış şöbələrindən biri» (V.Skaliçka)
2
kimi və
eləcə də daha geniş anlamda «digər elmlərlə (məntiq,
estetika, psixologiya və s.) birgə, dili öyrənən dilçiliyin
hissəsi» olaraq (Y.V.Rojdestvenski)
3
və ya ümumiyyətlə,
«...qrammatik tiplər haqqında elm» qismində (P.Hartman)
4
səciyyələndirilirdi.
Əgər digər tərəfdən, bir çox tədqiqatlarda tipologiyanın
həmçinin, artıq deyildiyi kimi, «morfoloji klassifikasiya»
adlandırıldığını
5
da nəzərə alsaq, araşdırmaçıların universal
və xüsusi tipologiya fərqləndirməsinin aparmasının hansı
zərurətdən doğduğu məlum olur: G.V.Kolşanskinin
bildirdiyi kimi, universal tipologiya özündə genetik
tipologiya, areal tipologiya və xarakterologik tipologiyanı
(yəni dar anlamda istifadə edilən və morfoloji
klassifikasiya ilə özləşdirilən tipologiya – A.H.) ehtiva
1
бах: Скаличка В.Типология тождеств / Исследования по структурной
типологии. М., 1963,стр.32-34.
2
Скаличка В. О современном состоянии типологии. / Новое в лингвис-
тике. Выпуск III. М., 1963, стр.19.
3
Рождественский Ю.В. Тезисы о природе понятии лингвистической
типологии / Лингвистическая типология и восточные языки. Материа-
лы совещания. М., 1965, стр.101
4
Агазаде Н.Г. К вопросу о типологии языке / Научные записки. Язык и
литература. XIII серия, 1968, №2, стр.14.
5
Скаличка В.Типология тождеств / Исследования по структурной
типологии. М., 1963, стр.34.
Azərbaycan Milli Kitabxanası
39
etdiyi halda, xüsusi və ya «səthi» tipologiya «dil
strukturunun ifadəsində
iştirak edən elementlərin
təsnifatlandırılmasını təcəssüm edir»
1
.Başqa sözlə, burada
leksik, sintaktik və s. «xüsusi» və ya «səthi» tipologiyalar,
müəyyən mənada, morfoloji sistematizasiyaya əsaslanan
təsnifata qarşı qoyulur. «Köhnə tipologiyanın … morfoloji
olması»ndan dolayı, ona ünvanlanan tənqidlərin haqlı
olduğunu önə sürən V.Skaliçka «yeni tipoloji məktəblərin
təkcə morfoloji deyil, eləcə də fonetik, sintaktik və leksik
tipologiyalara istiqamətləndiyini» (doğrudur, çex alimi
«bununla belə, morfologiyanın diqqət mərkəzində
qaldığını» dəfələrlə vurğulamışdır
2
) bildirməklə, onlar
arasında bu və ya digər səviyyəli bərabərhüquqluluğun
olduğunu qeyd etmişdir.
O da maraqlıdır ki, növbəti araşdırmasında «morfoloji
klassifikasiya» terminində adı keçən yarusun təsni-
fatlandırma zamanı müstəsna rol oynadığını etiraf edən
V.Skaliçka «tipologiyanın tətbiqi baxımından… fonetika,
sintaksis və leksikanın yalnız ikinci dərəcəli sahələr
olduğunu» daha aydın şəkildə dilə gətirmişdir
3
.
Yeri gəlmişkən, bir qədər irəli gedərək, əvvəlcədən onu
bildirmək istərdik ki, müasir tipoloji araşdırmaların
tədqiqat obyektinə geniş rakursdan nəzər salması nəticə-
sində, morfoloji göstəricilərin önəminə kölgə salınmasa da,
sözügedən təsnifatın adındakı
təyinin ( morfoloji
klassifikasiya) mütləq səciyyə daşımadığı və dil tipinin
1
Колшанский Г.В.Универсальная и частная типология языка /
Лингвистическая типология. М., 1985, стр.16-17
2
Скаличка В.Типология тождеств / Исследования по структурной
типологии. М., 1963, стр.32-34.
3
Скаличка В. К вопросу о типологии // Вопросы языкознания, 1966, №4,
стр.24
Dostları ilə paylaş: |