Azərbaycan Milli Kitabxanası
25
liyi» gözardı edilmirdi
1
.
Doğrudur, Sepir tipologiyasını Praqa funksionalistlə-
rinin təqdim etdiyi xarakteroloji «bölgü» ilə (zənnimizcə,
əksər funksionalist klassifiasiya modellərinə şamilən
«bölgü» sözü, şərti olaraq, işlənməlidir) eyniləşdirmək
olmaz. Belə ki, Praqalı xarakteroloqların qarşılarına başlıca
məqsəd olaraq, dillərin struktur özəlliyə görə təsnifi deyil,
ilk və demək olar ki, əsas olaraq, onların təsvirini qoyduğu
halda, Amerika tipoloqları geniş rakurslu yeni bölgü
kriterilərini təqdim edirlər
2
. Sadəcə olaraq, Amerika
tipoloqlarının novatorluğu o səviyyəyə çatmışdır ki, dillərin
ən müxtəlif rakurslara dayanan çoxcəhətli xarakteristikasını
verməyə çalışarkən, A.A.Reformatskinin haqlı olaraq,
bildirdiyi kimi, iyirmi bir fərqli quruluşlu dilin «olduqca
uğurlu (tipoloji – A.H.) səciyyələndirilməsi»nin
aparılmasına baxmayaraq, burada, ümumiyyətlə, «"dil
tipi»nin nə olduğu aydın şəkildə anlaşılmır"» (kursiv
bizimdir – A.H.).
3
Müxtəlif dönəmlərdə öz əsərlərində
Sepir təsifatının ən fərqli aspektlərinə dayanan geniş
təhlilini aparmış dilçiyə (A.A.Reformatskiyə) görə, «Sepir
dil tipini aparıcı qrammatik təmayülə görə anlamaq
istəyənlərə əl tutmamış»
4
və « tarixilikdən kənar, tamamilə
1
бах: Даниленко В.М. Лингвистическая характерология в концепции
В.Матезиуса // Вопросы языкознания, 1986, № 4, стр. 124.
2
бах: Сепир Э. Язык. Введение в изучение речи. М.-Л., 1934; Сепир Э
Избранные труды по языкознанию и культурологии М., 1993; Гринберг
Дж. Квантитативный подход к морфологической типологии языков /
Новое в лингвистике. Выпуск III . М., 1963, стр.60-94;
Даниленко В.П Общая типология языков в концепции Э.Сепира
www.islu.ru/danilenko/articles/sepirtipol.htm вя с.
3
Реформатский А.А. Теория языка.Типологическая (морфологическая)
классификация языков. http://genhis.philol.msu.ru/printer_133.shtml
4
Реформатский А.А. Агглютинация и фузия как две тенденции грам-
матического строения слова / Морфологическая типология и проблема
Azərbaycan Milli Kitabxanası
26
qeyri-tarixi» klassifikasiya ortaya qoymuşdur. (kursiv
bizimdir – A.H.).
1
Göründüyü kimi, A.A.Reformatski tipoloji «kimliyin»
təsbiti zamanı determinantanın müəyyənləşdirilməsinin
həlledici rol oynadığını önə sürür. Aparıcı tipoloji təmayül
isə irəlidə daha ətraflı şəkildə izləyəcəyimiz kimi, müxtəlif
tədqiqatlarda dilin struktur «çertyoju», «determinanta»sı və
ya «dominantı» qismində səciyyələndirilən qrammatik özül,
əsas tipoloji mexanizm, bir növ, qrammatik quruluşun «ana
platform»udur. Başqa sözlə, dilin spesifikasını
təyinləndirən belə faktorun nəzərə alınmadığı təsnifatın,
sözün əsl mənasında, işlək klassifikasiya mexanizmi kimi
qəbul edilib tətbiqata yönəlməsi, demək olar ki,
məqsədəuyğun deyildir.
Bununla belə, tipoloji araşdırmaların yeni keyfiyyət
mərhələsinə qalxması və determinantanın təsbiti zamanı
geniş rakurslu araşdırmalara özən göstərilməsi baxımından,
eləcə də yeni və əhatəli yanaşma ənənəsini təşviq etməsi
baxımından Sepir araşdırmalarının müstəsna rolu
danılmazdır. Və bu üstün məziyyətlər eyni ideoloji platfor-
mda (strukturalizmdə) dayanmalarına baxmayaraq,
sözügedən təsnifat ilə Praqa funksionalistlərinin tipoloji
görüşləri arasında bərabarlik işarəsinin qoyulmasını
mümkünsüz edir. Belə ki, bu bölümdə araşdırılan problem
xarakterli dəyərləndirmə aparıldıqda, sonuncularda
taksonomiyaya əsaslanmış sistematizasiyanın yer almadığı
aşkarlanır. Başqa sözlə, Sepir təsnifatının (beş dəfə edilmiş
redaktəyə baxmayaraq
2
) taksonomik aparatının yetərincə
классификации языков М.-Л., 1965, стр. 90.
1
Реформатский А.А.Теория языка.Типологическая (морфологическая)
классификация языков. http://genhis.philol.msu.ru/printer_133.shtml
2
бах: Даниленко В.П Общая типология языков в концепции Э.Сепира
www.islu.ru/danilenko/articles/sepirtipol.htm
Azərbaycan Milli Kitabxanası
27
olumlu nəticə ortaya qoya bilmədiyi halda, Praqa
funksionalistlrinin əksəriyyəti belə bir yanaşmaya,
ümumiyyətlə, lüzum görmürdülər.
Doğrudur, bir məqam Sepir-Qrinberq tipologiyasını
«funksional» tipologiya ilə, demək olar ki, tamamilə
eyniləşdirir. Bu da onların qeyri-tarixiliyidir. Sinxronik-
diaxronik tipologiya problemi çərçivəsində bu məsələnin
təhlilinə geniş yer ayırılacağından, burada,sadəcə olaraq,
onu qeyd etmək istərdik ki, hətta onilliklər sonra,
müqayisəli-tarixi dilçiliyin mövqelərinin təkrarən bərpa
edilməyə başladığı bir dövrdə, T.Milevski əsl « tipoloji
dilçiliyin bilavasitə təsviri dilçilikdən törədiyini» önə
sürmüş və onun da (tipoloji dilçiliyin də) müqayisəli –
tarixi dilçilikdən kəskin şəkildə fərqləndiyini iddia
etmişdir (kursiv bizimdir – A.H.).
1
Göründüyü kimi, sözügedən klassifikasiyalar bir çox
halda əsl təsnifati modellərə xas taksonomik dəyərləndir-
mələrdən məhrum olduqları üçün (ümumiyyətlə,
«klassifikasiya» anlayışına müvafiq kriteriləri qarşıla-
madıqlarından), sadəcə, xarakteroloji təsvir olaraq ortaya
çıxmışlar. Və ya A.Suxotinin Sepir araşdırmasının şərhində
bildirdiyi kimi, « hər bir dili digər dillərə nəzərən, iki və ya
üç müstəqil nöqteyi-nəzərdən dəyərləndirməyə imkan
tanıyan metod» (kursiv bizimdir – A.H.)
2
qismində
formalaşaraq real nəticəsiz, yəni konkret olan «tip»
anlayışını modelləşdirmədən və dil srukturunun
dəyişkənliyini önəmsəməyərək sırf sinxronik xarakterolji
dəyərləndirməyə istinad edən qarşılaşdırma qismində
meydana çıxmışdır.
1
Милевский Т. Предпосылки типологического языкознания / Исследо-
вания по структурной типологии, М., 1963, стр.4.
2
Сухотин А. Предисловие / Сепир Э. Язык. Введение в изучение речи
М.-Л.,1934, стр.
ХВЫЫЫ.
Dostları ilə paylaş: |