Azərbaycan Milli Kitabxanası
15
linqvistik) faktorların dil sisteminə nüfuz limitinin təsbiti
tədqiqatımızın gerçəkləşdirməli olduğu vəzifələr sırasında
yer almaqdadır. Bununla bərabər, tipoloji modifikasiyaların
ontogenez və filogenez paralelliyi müstəvisindən təhlili
çərçivəsində problemin meta – dil nəzəriyyəsi aspektində
dəyərləndirilməsi,uşaq dili materiallarına istinadən bu
qəbildən (tipoloji) metamorfozların mahiyyətinə aydınlıq
gətirilməsii, habelə analitik – flektivliyin ən son təkamül
«həlqə»sini təşkil etməsi ilə bağlı iddiaların
həqiqətəuyğunluq payının təsbiti və ya onların (həmin
iddiaların) müəyyən mənada ifşası, eləcə də dil sistemi
çərçivəsində cərəyan edən modifikasiyaların obyektiv
təkamül sxeminə uyğunluq səviyyəsinin dəyərləndirilməsi
monoqrafik araşdırmanın üzərinə düşən vəzifələr sırasında
yer alır.
Təqdim olunan monoqrafiya (yuxarıda qeyd olunan)
vəzifələri gerçəkləşdirməklə təkcə Azərbaycan dilçiliyi
üçün deyil, ümumilikdə türkologiya sahəsi üçün az
araşdırılan və demək olar ki, bir çox cəhətlərinə görə yeni
olan prolemlər silsiləsinin həll variantlarını təklif edir.
Monoqrafiyada türkoloji araşdırmalar tarixində ilk dəfə
olaraq, tipoloji modifikasiyaları mümkün edən dildaxili və
dilxarici faktorların təsir limitini aşkarlaya biləcək nəzəri
konsepsiyanı ortaya qoymağa cəhd göstərilir, tipoloji
təkamül ideyasının ontogenestik məlumatlar bazasında və
filogenestik ehtimallar fonunda sistematik təhlil həllinin
verilməsinə çalışılır.
Təkcə Azərbaycan dilçiliyi üçün deyil, bütövlükdə
türkoloji yönümlü tədqiqatlar üçün tipoloji modifikasiya
probleminin nəzəri müstəvidə dəyərləndirilməsinə həsr
olunmuş ilk monoqrafik araşdırma təcrübəsi olmasından
dolayı, oxucuların mühakiməsinə təqdim olunan bu əsərin
gələcəkdə sözugedən problemin konkret aspektləri üzrə
Azərbaycan Milli Kitabxanası
16
aparıla biləcək tədqiqatların ideya – nəzəri bazasını təşkil
edə biləcəyini ehtimal etmək mümkündür. Monoqrafiyada
tipoloji modifikasiyaların meydanagəlmə səbəb və şəraiti
ilə bağlı nəzəri konsepsiynın təklif edilməsi onun (bu
konsepsiyanın) ayrı – ayrı müddəalarının konkret dillərdə
yer alan tipoloji modifikasiya proseslərinin və onların real
nəticəsi olan sapma elementlərin təhlili işinə tətbiqini
mümkün edir. Məhz, nəzəri müddəaların mövcudluğu
həmin dillərdəki müvafiq xarakterli proses və elementlərin
adekvat təhlini yönləndirməklə bərabər, bu işin (analizin)
müəyyən sistematizasiyaya məruz qalmaqla
asanlaşdırılmasına xidmət edə bilər.
Azərbaycan Milli Kitabxanası
17
I FƏSİL
LİNQVİSTİK TİPOLOGİYA –
ANTİNOMİYALARARASI TƏLİM KİMİ
Aqlütinativ və flektiv təmayüllərin həmhüdud zonasında
cərəyan edən proseslərin adekvat tipoloji xarakte-
ristikasının təsbiti üçün, ilk olaraq, həmin dil hadisələrinin
ortaq nəzəri platformda təhlilini mümkün edə biləcək vahid
təsnifatlandırma kriterilərinin müəyyənləşdirilməsi
yetərincə mühüm önəm kəsb edir. Bu mənada, tipoloji
təmayüllərin həmhüdud zonasında cərəyan edən proseslərin
altyapısını təşkil edən müxtəlif yönlü faktorların iştirak
çəkisini, oynadıqları rolun özəlliklərini və eləcə də həmin
proseslərin nəticəsi kimi ortaya çıxan sapma elementlərinin
mahiyyətini dəyərləndirmədən öncə, bu nəhəng problem
«aysberq»inin görünməyən tərəflərini mümkün qədər
müfəssəl tədqiq süzgəcindən keçirmək vacibdir .
Linqvistik tipologiya nəzəriyyələrinin həll edilməmiş
qalan və ya ən azından, birmənalı təsbitini tapmayan bəzi
məsələlərinə, konkret olaraq «tipologiya», «tip»
anlayışlarının linqvistik terminologiyada az rast gəlinən
səviyyədə mövcud olan çoxmənalılığa yol açmasına,
tipoloji tədqiqatların tarixi kateqoriya olan dilin dəyişkən-
liyinə münasibəti (sinxronik və diaxronik tipologiya) ilə
bağlı polemikaya, təsnifat kriterilərinin ixtiyariliyindən
törəyən anlaşılmazlıqlara və s. bu kimi məsələlərə
münasibət bildirilmədən tipoloji metamorfozlar problemi-
nin tam və dolğun mənzərəsinin canlandırılması qeyri-
mümkündür. Bundan çıxış edərək, ilk olaraq, sözügedən
silsilə məsələləri dəyərləndirməyə çalışacağıq.
Azərbaycan Milli Kitabxanası
18
1.1. Linqvistik tipologiya – taksonomik
təsnifatlandırma,sistematizasiya və ya
xarakteroloji təsvir?
İstənilən növ taksonomik araşdırmanın üzləşdiyi ən
böyük problemlərdən biri təsnifatlandırılan obyektlərin bu
və ya digər parametrli qrup çərçivəsində differensial-
laşmasını təmin edən özəlliklər arasında sərhəddin müəy-
yənləşdirilməsi hesab edilə bilər. Statik vəziyyətdəki
obyektlərlə bağlı bu qəbildən sistematizasiya aparılarkən
onların (həmin obyektlərin) spesifik xüsusiyyətlərinin
təsnifat kriteriləri qismində təsbiti işində xüsusi çətinliklər
törədilmədiyi halda, zaman və ya məkan koordinatlarının
(və ya eləcə də hər iki koordinatın) dəyişkənliyi şəraitində
mövcud olan obyektlərin (və ya eyni obyektin tərkib
komponentlərinin) müəyyən təsnifat qruplarında
cəmlənməsi bu və ya digər şərtiliklər çərçivəsində reallaşır.
Həmin şərtiliklərin dinamik obyektlərin sistematiza-
siyasının, demək olar ki, vazkeçilməz atributuna çevrilmə-
sinin səbəblərini irəlidə ətraflı şəkildə dəyərləndirəcə-
yimizdən, burada, sadəcə olaraq, tiplərarası və dil struk-
turu daxilində tipoloji təmayüllərarası sistematizasiya
fərqinə diqqət yönləndirmək istərdik.
İstər tədqiqatımızda, istərsə də əksər təsnifati dəyər-
ləndirmələrdə «taksonomiya» və «sistematizasiya» istilah-
larından sinonim terminlər kimi istifadə edilsə də
1
, həmin
anlayışlar arasında yetərincə prinsipial fərqin mövcud
olduğunu gözardı etmək olmaz. Və həmin fərqli
məqamların adekvat təhlilinin, ümumilikdə, linqvistik tipo-
logiya nəzəriyyələrindəki «dil tipi» və «tipoloji dominant
1
бу щагда бах: Systematics
http://en.wikipedia.org/wiki/Systematics
;
Классификация http://ru.wikipedia.org/
Dostları ilə paylaş: |