Azərbaycan Milli Kitabxanası
6
təkamül pilləsi qismində flektivlik nəzərdən keçirilirdi)
inkişafda olması fikrinin yeni tipoloji təlimin əsasını təşkil
etməsi heç də təəccüblü deyildi.
1
A.Şleyxerin adı ilə bağlı
olan bu «naturalistik tipologiya» təliminin sonralar
N.Y.Marrın və ardıcıllarının təklif etdikləri yeni tipoloji
təkamül konsepsiyasına
2
əsasən «sosial relslərə
oturdulması», müəyyən mənada, həmin dövrə, yəni XX
əsrin əvvəllərinə xas olan inqilabi – sosialistik ideya
platformuna müvafiq yanaşma hesab edilə bilər.
Yuxarıda qeyd olunan tipoloji nəzəriyyənin və eləcə də
təqdim edilən monoqrafiya çərçivəsində araşdırmaya cəlb
olunan bir qisim digər tipoloji konsepsiya və araşdırmaların
ideya-nəzəri köklərinin onların (həmin konsepsiyaların və
bu konsepsiyaların daşıyıcısı olan əsərlərin) meydana
gəldiyi dövrün sosial-siyasi konteksti fonununda təhlili
linqvistik tipologiyanın bəzi hallarda (belə demək
mümkünsə) siyasi konyuktur maraqlardan çıxış etdiyi və ya
ən azından, dövrün ideya – fəlsəfi tendensiyalarının ciddi
təsirinə qaldığı təəssüratını oyadır.
Dil tiplərinin sərbəst birgəmövcudluğu mülahizəsini
ortaya atan və əslində, nümayəndələrinin bir çox təhlillərin-
də «dil tipi» bölgüsünü və bu bölgüyə müvafiq qarşılaş-
dırmanı məqbul hesab etməyən «funksionalist tipolo-
giya»nın
3
təxminən XX əsrin ortalarından aparıcı ideya –
1
Ахундов А.А. Цмуми дилчилик. Дилчилийин тарихи, нязяриййяси вя метод-
лары. Б,, 1979; с. 26.
2
бах: Вопросы языка в освещении яфетической теории (Избранные
отрывки из работ акад. Н.Я.Марра) Л., 1933; Марр Н.Я. Яфетическая
теория. Программа общего курса учения о языке. Б., 1927; Мещанинов
И.И. Новое учение о языке. Стадиальная типология. Л.,1936, Мещанинов
И.И. Новое учение о языке на современном этапе развития. Л., 1948. вя с.
3
бах: Скаличка В. О современном состоянии типологии. / Новое в
лингвистике. Выпуск III. М., 1963; Скаличка В. К вопросу о типологии
// Вопросы языкознания, 1966, №4; Даниленко В.М. Лингвистическая
Azərbaycan Milli Kitabxanası
7
fəlsəfi platformlardan birinə çevrilmiş liberalizmindən
təsirləndiyinə şübhə doğumur. İrəlidə daha təfsilatlı şəkildə
izləyəcəyimiz kimi, istər sözügedən həmin cərəyan
nümayəndələrinin, istərsə də digər tipoloji nəzəriyyə
müəlliflərinin təkamül ideyalarını prinsip etibarı ilə ziyan-
lanmasının səbəb və şəraiti ilə, ən əsası isə, arqumenta-
siyası ilə tanışlıq bu yanaşmanın siyasi korrektliyə (bəzən
ifrata varan həddə olan) meyllilikdən başqa bir şey
olmadığını ortaya qoyur.
Göründüyü kimi, «dil tipi» anlayışına və (dil sistemində
tipoloji modifikasiyaların rüşeym formasında kod-
laşdırılmasını təmin edən) struktur təkamül ideyasına belə
fərqli münasibətin hökm sürdüyü şəraitdə birmənalı
yekdilliyi ilə seçilə bilən təhlil həllərinin təklif edilməsini
gözləmək sadəlöhvlük olardı. Bununla belə, onu da
xüsusilə qeyd etmək vacibdir ki, həmin ideya plürializmi
son nəticədə linqvistik tipologiya təliminin müasir
səviyyəyə yüksəlməsində, və ən əsası, tədqiqatımızın
obyekti baxımından önəm kəsb edən politipologizm
şəraitinin meydana gətirən altyapı və (müxtəlifcinsli:
dildaxili və dilxarici) faktorların araşdırılması işində
müstəsna əhəmiyyət kəsb edən fikir və mülahizələrin ortaya
çıxmasına səbəb olmuşdur.
Linqvistik tipologiya nəzəriyyələrindəki problemlərin
alt qatını təşkil edən və həmin problemlərin ortaya çıxma-
характерология в концепции В.Матезиуса // Вопросы языкознания,
1986, № 4, стр. 120-128; Реформатский А.А. Теория языка. Типологичес-
кая (морфологическая) классификация языков. http://genhis.philol.msu.
ru/printer_133.shtml ; Милевский Т. Предпосылки типологического язы-
кознания / Исследования по структурной типологии М., 1963; Milewski
T. Introduction to the study of language, The Hague, Paris: Warzawa PWN
polish Scientific Publishers, 1973; Характерология. http://www.cultinfo.
ru/fulltext/1/001/008/118/449.htm вя с.
Azərbaycan Milli Kitabxanası
8
sını, demək olar ki, şərtləndirən bir çox suallar «düyün»ü
mövcuddur. Həmin sualları (spektr yaxınlığına) əsasən
təxminən aşağıdakı istiqamətlər üzrə qruplaşdırmaq
mümkündür.
1) «Linqvistik tipologiya» təlimi nəyi ehtiva edir və
onun tədqiqat sahəsinin əhatə dairəsi və limiti nədir? Belə
ki, (irəlidə daha təfsilatlı şəkildə izləyəcəyimiz kimi)
linqvistik tipologiyanın, sadəcə, morfoloji klassifikasiyanı
və ya (təsnifatlandırma mexanizmini ehtiva edən) xüsusi
tədqiqat metodunu əhatə etdiyini önə sürən araşdırmalarla
yanaşı, onun (linqvistik tipologiyanın) daha geniş spektrli
məsələlərin çözümünü təklif edən təlim olduğunu önə sürən
dəyərləndirmələr də mövcuddur.
1
Digər tərəfdən dil sisteminin tipoloji kimliyinin təsbiti
zamanı onun (sistemin) yalnız «bu gün»ündən çıxış etməyi
məqbul hesab edən araşdırmalarla
2
yanaşı, sistemin müasir
tipoloji xarakteristikanın
şəkillənməsində onun
«dünən»inin də önəmli rol oynaması fikrində israrlı olan
tədqiqatlar da yox deyildi.
3
Bu antinomik yanaşmalarda
1
бах: Рождественский Ю.В. Тезисы о природе понятии лингвисти-
ческой типологии / Лингвистическая типология и восточные языки.
Материалы совещания. М., 1965; Колшанский Г.В.Универсальная и
частная типология языка / Лингвистическая типология. М., 1985; Рона-
Таш А.О комплесивности типологических методов / Лингвистическая
типология и восточные языки. Материалы совещания. М., 1965; Меч-
ковская Н.Б. Общее языкознание. Структурная и социальная типология
языков. М., 2003; Городецкий Б.Ю. Основы концептуального аппарата
лингвистической типологии. / Лингвистическая типология. М., 1985 вя с.
2
мяс: Вардуль И.Ф. О предмете и задачах типологии / Лингвистическая
типология. М., 1985 вя с.
3
мяс:
Гухман М.М. Историческая типология и проблема диахроничес-
ких констант. М., 1981; Гухман М.М. О содержании и задачах
типологических исследований / Лингвистическая типология и восточ-
ные языки. Материалы совещания. М., 1965; Гухман М.М О предмете
исторической типологии / Лингвистическая типология. М., 1985;
Dostları ilə paylaş: |